Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə7/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   2   3   4   5   6   7   8   9   10   ...   123

21 
 
zəruri əlamətlərindən biridir. Hüquq ədəbiyyatında haqlı olaraq 
qeyd edilir ki, prinsip nəzəriyyədən onunla fərqlənir ki, hüquqda 
onun əsaslı və sistem kimi realizə edilməsi üçün mexanizm olur. 
Belə  mexanizmi  olmayan  müddəa  sadəcə  fiksiyadır
10
.  Hüquqi 
dövlətin  əsas  tələblərindən  birini  dövlətin  vətəndaş  qarşısında 
məsuliyyət  daşıması,  ölkədə  demokratik  təsisatların  rolunun 
artması,  dövlət  orqanlarının  fəaliyyətində  özbaşınalığa  yol 
verilməməsi  üçün  vətəndaşların  öz  hüquq  və  mənafelərinə 
toxunan aktlardan məhkəməyə müraciət etmək imkanının təsbit 
edilməsi təşkil edir. Ədəbiyyatda haqlı qeyd olunur ki, inzibati 
hakimiyyətin subyektlərinin  fəaliyyəti hüquqi  normalar vasitə-
silə  müəyyən  qaydaya  salınmalı,  onlar  məhkəmə  tərəfindən 
yoxlanılmalı, ləğv edilmə imkanı yolu ilə vətəndaşların hüquq 
və  azadlıqları  bərpa  olunmalı,  inzibati  orqanın  fəaliyyəti  üzə-
rində  məhkəmə  nəzarəti  təmin  edilməlidir
11
.  Hüquqi  dövlətin 
qurulması  onun  ayrılmaz  institutu  olan  inzibati  məhkəmə 
icraatını inkişaf etdirmədən mümkün deyildir. Azərbaycan Pes-
publikasının  Konstitusiya  Məhkəməsinin  qərarında  da  gös-
tərildiyi kimi, inzibati orqanların qəbul etdikləri inzibati aktların 
və publik hüquq sahəsindəki digər fəaliyyətlərin üzərində məh-
kəmə  nəzarətinin  mövcudluğu  hüquqi  dövlətin  əsas  əlamətlə-
rindən biridir
12
.  
  Məhz  bu  yanaşmaya  müvafiq  olaraq,  qanunda  maraqlı 
şəxsin inzibati aktın mübahisələndirilməsi ilə  əlaqədar olmayan 
                                                           
10
  Əsgərov  Z.A.  Konstitusiya  hüququ:  Dərslik.Bakı:  Bakı  Universiteti  nəşriyyatı, 
2006,  s. 122 
11
 Abdullayev A.O., Qədiməliyev A.R. İnzibati proses. Mühazirə kursu. Bakı: Qanun, 
2012, s. 112  
12
 Azərbaycan Respublikası  Konstitusiya Məhkəməsinin
 
“İnzibati icraat haqqında” 
Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə 
dair”6 oktyabr 2012-ci il tarixli Qərarı / www.constcourt.gov.az
 


22 
 
digər hallarda da, o cümlədən inzibati icraat müddətində inzibati 
orqan  tərəfindən  inzibati  aktın  qəbul  olunmadığı  hallarda
13

məcburi  icra  tədbirlərinin  tətbiq  edilməsi  haqqında  inzibati 
aktdan
14
,  kompensasiyanın  ödənilməsindən  imtina  olunması 
haqqında  inzibati  orqanın  qərarından
15
,  həmçinin,  inzibati 
şikayətin  verilməsindən  asılı  olmayaraq,  müvəqqəti  xarakterli 
müdafiə  ilə  bağlı  məhkəməyə  müraciət  etmək  hüququ  təsbit 
olundu
16

Həmçinin  hazırda  qüvvədə  olan  qanunvericilikdə  inzibati 
aktın  ləğvi,  etibarsız  sayılması  ilə  yanaşı,  dönüşü  barədə 
məsələnin də inzibati məhkəmə icraatında həll olunmasına yol 
verilir. Bu, artıq icra olunmuş mübahisəli inzibati aktın mümkün 
zərərli  nəticələrini  aradan  qaldırmaq  üçün  mühüm  əhəmiyyət 
kəsb edir. İcranın dönüşünü tələb etmək - iddiaçının mübahisə-
ləndirilən inzibati aktın ləğv olunması zamanı yaranan və onun 
müvafiq ərizəsinin əsasında həyata keçirilən elə hüququdur ki, 
məhkəmə  bu  hüququn  təmini  üçün  inzibati  orqanın  üzərinə 
icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. 
Geriyə dönüşü olmayan icra baş verdiyi təqdirdə, yəni, inzibati 
aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadığı 
təqdirdə  isə,  məhkəmə  inzibati  orqan  tərəfindən  iddiaçıya 
kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. 
Qeyd edək ki, hüquq ədəbiyyatında dövlət idarəetməsinin, 
                                                           
13
  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu.  Bakı:  Qanun, 
2013, s.  31 
14
  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu.  Bakı:  Qanun, 
2013, s. 39 
15
  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu.  Bakı:  Qanun, 
2013, s. 40 
16
  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu.  Bakı:  Qanun, 
2013, s .42 


23 
 
inzibati orqanların fəaliyyəti üzərində həyata keçirilən məhkəmə 
nəzarətinin vahid adı formalaşmayıb. Müxtəlif ölkələrin qanun-
vericiliyində, elmi tədqiqatlarda o, “inzibati məhkəmə icraatı”, 
“inzibati  yargı”,“inzibati  ədliyyə”,  “inzibati  mübahisələr  üzrə 
icraat”  kimi  müxtəlif  cür  adlandırılır.  Məsələn,  Rusiyada 
“inzibati  ədliyyə”,  Türkiyədə  isə  “idari  yarğı”  terminindən 
istifadə olunur. İnzibati məhkəmə icraatının adında olduğu kimi, 
onun  elmi  anlayışına  da  münasibətdə  vahid  yanaşma  mövcud 
deyil,  eyni  zamanda  demək  olar  ki,  heç  bir  ölkə  qanunveri-
ciliyində  inzibati  orqanların  fəaliyyətinə  məhkəmə  nəzarəti 
mexanizminin vahid leqal anlayışı müəyyən olunmayıb
17
.  
Müasir  dövrdə  xarici  ölkələrin  inzibati  hüquq  doktri-
nalarında inzibati ədliyyənin məzmununa dair iki əsas yanaşma 
formalaşmışdır.  Həddindən  artıq  geniş  yanaşmaya  əsasən, 
inzibati  ədliyyə  publik  administrasiyanın  müəyyən  çərçivə 
daxilində  fəaliyyətini  təmin  edən  müxtəlif  təbiətə  malik 
institutların məcmusu və yaxud, pozitiv hüququn administrasiya 
tərəfindən  pozulmasının  qarşısını  almaq  üçün  istifadə  edilən 
təminatların  və  vasitələrin  məcmusu  kimi  qiymətləndirilir
18

Qeyd etmək lazımdır ki,  inzibati  məhkəmə icraatının (inzibati 
ədliyyənin)  məzmununa  belə  geniş  yanaşma  ənənəvi  olaraq 
italyan hüquq doktrinası üçün səciyyəvidir
19
.  
İnzibati  məhkəmə  icraatının  anlayışına  daha  dar  anlamda 
yanaşanlar  isə  inzibati  ədliyyəni  idarəetmə  sahəsində    publik 
                                                           
17
 Фиалковская И.Д., Тоненкова О.А. Судебный контроль в сфере исполнительной власти: 
понятие. признаки, место в системе административного права // Вестник Нижегородского 
университета им. Н.И. Лобачевского., Сер. Право 2008, № 3, s. 208–212 
18
  Козлова  Л.С.  Институт  административной  юстиции  в  структуре  административного 
права  //  Административное  право  и  процесс,  2006,  №  1,  с.  39;  Колесов  П.П.  Формы 
административного  судопроизводства  //  Административное  право  Российской 
Федерации. Сб.: Великий Новгород, 1999, с.104  
19
 Административное право зарубежных стран: Учебник.М.: Спарк, 2003, с.189 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə