Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə8/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   4   5   6   7   8   9   10   11   ...   123

24 
 
administrasiya  ilə  fərdlər  arasında  yaranan  mübahisələrin 
məhkəmə  prosesi  formasında  baxılıb  həll  olunması  kimi 
müəyyən edirlər
20
. İnzibati ədliyyəni adətən publik  hakimiyyət 
orqanlarının  iştirakı  ilə  yaranan  hüquqi  mübahisələrə  baxmaq 
səlahiyyətinə  malik  olan  xüsusi  inzibati  məhkəmələrin  və 
kvazıməhkəmə  orqanlarının  fəaliyyəti  ilə  də  əlaqələndirirlər
21

Böyük  Britaniya,  Almaniya  və  Fransa  və  bir  sara  digər  döv-
lətlərin  hüquq  sistemləri  üçün  səciyyəvi  olan  belə  yanaşma
22
 
Azərbaycanın da hüquq ədəbiyyatında müdafiə olunur. Belə ki, 
İ.M.Cəfərov  inzibati  ədliyyə  ilə  inzibati  məhkəmə  icraatını 
eyniləşdirərək  yazır  ki,  inzibati  ədliyyə  -  dövlət  orqanları  ilə 
vətəndaşlar  arasında  inzibati  idarəçilik  sahəsində  yaranan 
mübahisələrə  məhkəmələr  tərəfindən  baxılmasının  və  həll 
edilməsinin prosessual qaydasıdır
23
.  
Müasir  rus  hüquq  ədəbiyyatında  da  inzibati  məhkəmə 
icraatının (inzibati ədliyyənin) anlayışına münasibətdə müxtəlif 
fikirlər  mövcuddur. Belə ki, sovet və müasir rus hüquqşünas alimi 
D.N.Baxrax inzibati ədliyyəyə həm  geniş, həm də dar mənada 
yanaşmağı  təklif  edir.  Onun  fikrincə,  geniş  mənada  inzibati 
ədliyyə  idarəetmə  orqanlarının  və  onların  vəzifəli  şəxslərinin 
hərəkətlərinin  qanuniliyi  barədə  vətəndaşların  müraciətləri 
əsasında  həyata  keçirilən  ədalət  mühakiməsidir.  Müəllifin 
                                                           
20
  Фиалковская  И.Д.  Перспективы  развития  административной  юстиции  в  России  // 
Проблемы модернизации российского общества: социальные, правовые, экономические, 
экологические аспекты. Н.Новгород, 2006, с. 360; Чечет Д.М. Административная юстиция 
(теоретические  проблемы).  Л.,  1973.  с.  31;  Бахрах  Д.Н.  Административное 
судопроизводство  и  административная  юстиция  //  Современное  право,  2005,  №  5 
(Справочная  правовая  система  «Консультант  плюс»);  Николаева  Л.А.,  Соловьева  А.К. 
Административная юстиция и административное судопроизводство. СПб., 2005, с. 36-37 
21
 Словарь административного права / Под ред. И.Л.Бачило, Н.Г.Салищевой, Н.Ю.Хама-
невой. М., 1999, с. 11 
22
 Административное право зарубежных стран: Учебник.М.: Спарк, 2003, с.190 
23
 Cəfərov  İ.M.  İnzibati icraat (elmi-nəzəri şərh). Bakı: Azərbaycan Hüquqşünasları Konfede-
rasiyası, 2011, s. 13 
 


25 
 
fikrincə,  dar  mənada  yanaşdıqda  isə  vətəndaşların  idarəetmə 
orqanlarının  və  vəzifəli  şəxslərin  aktlarından  verilən  şika-
yətlərinə məhkəmədə baxılmasını inzibati ədliyyə hesab etmək 
olar. Müəllif şikayətin özünün də 2 növünü fərləndirir: ümumi 
və xüsusi şikayət
24

Y.A.Tixomirovun  fikrincə,  inzibati  ədliyyə  inzibati  pro-
sesin  tərkib  hissəsidir.  Y.N.Starilov  hesab  edir  ki,  “inzibati 
ədliyyə” terminini “inzibati məhkəmə icraatı” anlayışı ilə əvəz 
etmək məqsədəuyğundur. Müəllif bunu, onun hərfi mənasına da 
uyğun  hesab  edərək  yazır  ki,  “administratio”  latın  dilində 
“idarəetmə,  “rəhbərlik”,  “justitia”  isə  “ədalət”,  “ədalət  müha-
kiməsi”, “məhkəmə aidiyyəti” kimi tərcümə olunur
25
.  
N.Q.Salişeva  inzibati  məhkəmə  icraatını  onun  nəzarət 
potensialı baxımından müəyyənləşdirir. Onun fikrincə, inzibati 
ədliyyə  inzibati  orqanların  və  onların  vəzifəli  şəxslərinin  və-
təndaşlara  münasibətdə  etdiyi  hərəkətlərin  üzərində  xarici 
nəzarət  sistemidir.
26
  Bu  anlayış  nisbətən  geniş  olub,  vətən-
daşların  hüquq  və  azadlıqlarının  sistemində  inzibati  məhkəmə 
icraatının  məqsədli  təyinatını  əks  etdirir.  N.Y.Xamanyova  isə 
inzibati  ədliyyəni  idarəetmə  sahəsində  nəzarəti  həyata  keçirən 
xüsusi  orqanların  sistemi  kimi  qiymətləndirərək  ümumi 
məhkəmə  icraatından  təcrid  olunan  inzibati  məhkəmələrin 
                                                           
24
 Бахрах Д.Н. Административное право: Учебник. Часть общая. М.: БЕК, 1993. 
с. 5, 43-50, 52; Бахрах Д.Н. Общая и специальная жалобы // Правоведение, 1987, 
№ 6, с. 35-43 
25
 Тихомиров Ю.А. Курс административного прва и процесса. М., 1998, с.790; 
Российское государство и правовая система. Воронеж, 1999, с. 635; Старилов 
Ю.Н. Административная юстиция. Воронеж, 1998, с. 99 
26
  Салищева  Н.Г.  О  некоторых  способах  защиты  и  охраны  прав,  свобод  и 
законных  интересов  граждан  в  сфере  деятельности  исполнительной  власти  в 
Российской  Федерации  //  Конституция  Российской  Федерации  и  совершен-
ствование механизмов защиты прав человека. М., 1994, с. 78  


26 
 
yaradılmasını zəruri hesab edir.
27
 Qeyd edək ki, hələ XIX əsrdə 
alman  alimi  O.  F.  Sarvey  inzibati  məhkəmə  icraatını  inzibati 
hüququn müqəddiməsi kimi qiymətləndirdi
28

Gürcü  alimi  L.V.Çanturiya  inzibati  məhkəmə  icraatının 
xüsusiyyətlərinə aşağıdakıları aid edir: 
1) cavabdeh qismində inzibati orqanın çıxış etməsi; 
2)  inkvizisiya  xarakteri  daşıması,  yəni,  məhkəmənin  öz 
təşəbbüsü ilə əlavə informasiyanın və ya sübutların təqdim edil-
məsi  barədə  qərar  qəbul  etmək  və  ya  öz  təşəbbüsü  ilə  faktiki 
halları və sübutları toplamaq səlahiyyətinə malik olması; 
3) barəsində şikayət olunan inzibati aktın icrasının dayan-
dırılması; 
4) başlanması üçün ilk öncə müvafiq yuxarı inzibati orqana 
müraciət olunaraq mənfi cavabın alınması; 
5) qiyabi qətnamə institutuna yol verilməməsi və s.
 29
 
Azərbaycanın hüquq ədəbiyyatında inzibati məhkəmə icra-
atına  əsasən  oxşar  mövqedən  yanaşılır.  İ.M.Cəfərov  inzibati 
məhkəmə  icraatını  inzibati  mübahisələrə  dair  işlərə  baxılması 
qaydalarını nizama salan inzibati prosessual hüquq normalarının 
məcmusu  kimi  qiymətləndirir.
30
  N.Ş.Hüseynova  yazır  ki, 
inzibati  məhkəmə  icraatı  məhz  vəzifəli  şəxslərin  fəaliyyətinin 
                                                           
27
  Хаманева  Н.Ю.  Защита  прав  граждан  в  сфере  исполнительной  власти.  М.: 
Институт  государства  и  права  РАН,  1997,  с.  132;  Панова  И.В.  Юридический 
процесс. Саратов: Светопись, 1998, с. 50-51  
28
 
Sarwey О. Von. Das o'ffentliche Recht und die Verwaltungsrechtspflege. Tubingen, 
1880, p. 407
 
29
  Чантурия  Л.В.  Административное  правосудие  в  Грузи.  supcourt.kz/ex-
port/..Chanturya.doc  s. 37-39 
30
  Cəfərov İ.M. İnzibati icraat (elmi-nəzəri şərh). Bakı: Azərbaycan Hüquqşünasları 
Konfederasiyası, 2011, s.18  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə