Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə43/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   39   40   41   42   43   44   45   46   ...   123

132 
 
məhkəmə  icraatının  öz  mahiyyətilə  uyğunsuzluq  təşkil  edir. 
Belə  ki,  inzibati  məhkəmə  icraatı  inzibati  icraat  qaydalarının 
inzibati  orqanlar  tərəfindən  pozulması  ilə  əlaqədar  yaranan 
mübahisələrin  baxılıb  həll  olunmasını  nəzərdə  tutur.  İnzibati 
orqanlar isə  yalnız dövlət  idarəetmə  orqanlarından ibarət  deyil 
və  onların  qəbul  etdiyi  inzibati  aktlar  yalnız  inzibati  hüquqa 
deyil,  ümumi  (publik)  hüquq  sahəsinə  aid  konkret  məsələni 
tənzimləməyə yönəlir. Dövlətin idarəetmə fəaliyyətinin inzibati 
mübahisələrin  hamısı  üçün  predmet  sahə  kimi  müəyyən  olun-
ması inzibati orqanların kifayət qədər geniş dairəsinin inzibati 
aktları, hərəkətləri və ya hərəkətsizliyi nəticəsində pozulan hü-
quq  və  maraqların  əsasında  yaranan  mübahisələrin  bu  kateqo-
riyadan kənarda qalmasına səbəb ola bilər. 
Hüquqi,  idarəetmə  və  bəzən  də  siyasi  xarakter  kəsb  edən 
inzibati  mübahisə  ölkədəki  idarəçilik  formasından,  dövlət 
quruluşundan, siyasi rejimdən və bəzən hətta, əhalinin mentali-
tetindən asılı olan məzmuna malik olur. İnzibati hüquqi müba-
hisə maddi - prosessual xarakterə malik olan, kompleks ümumi 
(publik)  hüquq münasibəti olub, inzibati orqanın mütləq iştirakı 
ilə meydana çıxır və inzibati prosessual qanunvericiliyə uyğun 
qaydada  inzibati  məhkəmə  icraatı  çərçivəsində  baxılıb  həll 
olunur. Həm maddi, həm də prosessual hüququn xüsusiyyətləri 
onun üçün səciyyəvidir. İnzibati hüquq münasibətinin müvafiq 
dövlət  idarəetmə  orqanı  və  ya  dövlət  hakimiyyət  səlahiyyət-
lərinin  digər  daşıyıcısının  mütləq  iştirakı  ilə  meydana  çıx-
ması
197
,  tərəflər  arasında  tabeçiliyin  olması,  təşkilati  xarakter 
                                                           
197
  Елистратов  А.И.  Основные  начала  административного  права.  М.,  1917  // 
Российское  полицейское  (административное)  право:  Конец  ΧΙΧ  –  начало  XX 
века: Хрестоматия. Воронеж, 1999, с. 449 


133 
 
daşıması
198
 və s. kimi xüsusiyyətləri, inzibati prosessual müna-
sibətlərin isə dövlət idarəetməsi sferasında yaranması
199
, hüquqi 
əhəmiyyətli  prosessual  hərəkətləri  və  hüquqi  hadisələri  əhatə 
edən  hüquqi  tərkibə  malik  olması
200
  və  s.  kimi  xüsusiyyətləri 
onun  inzibati  hüquqdan  irəli  gələn  xüsusiyyətləri  olsa  da,  in-
zibati  hüquqi  mübahisəni  yalnız inzibati   münasibətlərlə məh-
dudlaşdırmaq olmaz.  
Qeyd  edək  ki,  inzibati  mübahisənin  maddi  və  prosessual 
əlamətləri arasında dəqiq sədd yoxdur. İnzibati hüquq münasi-
bətlərinin narazı tərəfi öz narazılığını formal hərəkətlərlə ifadə 
etdikdə  artıq  maddi  münasibətlərdən  prosessual  münasibətlərə 
keçid  baş verir və bu zaman münasibətlərin xüsusi  növü kimi 
“mübahisəli hüquq münasibətləri” meydana çıxır.  
İnzibati  aktdan,  inzibati  orqanın  hərəkət  və  ya  hərəkət-
sizliyindən  şikayət  hüququ  maddi  hüquq  normasında  təsbit 
olunur,  özünün  sonrakı  inkişafını  isə  inzibati  prosesdə  tapır. 
Maddi  və  prosessual  inzibati  hüquq  arasında  birləşdirici  həlqə 
rolunda çıxış  edən inzibati  hüquqi  mübahisənin  ikili  təbiətinin 
ilkin şərti məhz bu məqamdan irəli gəlir.  
Yuxarıda qeyd olunanları ümumiləşdirərək inzibati müba-
hisəni aşağıdakı əlamətlərlə xarakterizə etmək olar: 
1. İnzibati mübahisələrin predmetini həm subyektiv ümumi 
hüquqlar,  vəzifələr  və  azadlıqlar,  həm  də  qanunla  qorunan 
mənafelər təşkil edir
                                                           
198
 Rzayev Ə.H. Dövlət nəzarəti: nəzəriyyə və praktika. Bakı: Elm, 2008, s. 133 
199
  Сорокин  В.Д.  Административно-процессуальное  право.  М.:  Юрид.  лит., 
1972, с. 95  
200
 Панова И.В. Актуальные проблемы административного процесса в РФ. Ав-
тореф. дисс. … докт. юр. наук. Екатеринбург, 2000, с. 16 


134 
 
2. İnzibati mübahisənin əsasında həm fərdi, həm də ictimai 
maraqlar dura bilər; 
3.  İnzibati  mübahisə  qeyri  -  bərabər  tərəflər  arasında  ya-
ransa da, sonradan hüquqi bərabərlik müstəvisində baxılıb həll 
olunur; 
4. İnzibati mübahisənin növü, hansı münasibətlərdən mey-
dana çıxması onun predmetinin müəyyənləşdirilməsi üçün əsas-
dır; 
5.  Bəzi  hallarda  hüquqtətbiqedici  və  prosessual  münasi-
bətlər inzibati mübahisənin vasitəsilə ifadə edilir
6.  İnzibati  mübahisə  maddi  və  prosessual  hüquq  münasi-
bətləri arasında əlaqələndirici həlqə kimi çıxış edir; 
7.  İnzibati  mübahisələr  iddia  ərizəsində  ifadə  olunur  və 
məhkəmədə  inzibati  prosessual  qaydalara  əsasən  baxılıb  həll 
olunur; 
8.  İnzibati  mübahisələrə  baxılarkən  spesifik  prosessual 
müdafiə vasitələrindən istifadə olunur
9. İnzibati mübahisələr ikili (maddi-hüquqi və prosessual) 
xarakter kəsb edir; 
10.  Inzibati  orqanlar  ilə  mübahisə  etmək  imkanı  hüquqi 
dövlətin vətəndaşlarının hüquqlarının, azadlıqlarının və qanuni 
maraqlarının  təmin  olunmasının  etibarlı  zəmanəti  kimi  çıxış 
edir;  
11.  İnzibati  hüquqi  mübahisənin  əsasını  öz  hüquqi  qüv-
vəsinə  görə  mübahisəli  vəziyyətin  müxtəlif  şəraitlərini  ifadə 
edən  faktiki  hallar  və  məhkəməyə  iddia  ilə  müraciət  olunması 
təşkil edir; 
12. İnzibati mübahisənin əsasını təşkil edən aktı qəbul edən 
qurum inzibati orqan olmalıdır;  


135 
 
13.  İnzibati  orqanın  vətəndaşla,  hüquqi  və  fiziki  şəxslə 
girdiyi münasibət inzibati və ya (publik) ümumi hüquq müna-
sibəti olmalıdır;  
14. Bu münasibət konkret hadisə ilə bağlı olmalı, konkret 
fiziki və hüquqi şəxsə ünvanlanmalıdır; 
15. İnzibati mübahisənin subyekti kimi vətəndaşla inzibati 
orqanların hüquqi cəhətdən bərabərliyi nəzəri və normativ-hü-
quqi əsaslara malikdir;  
16.  Bu  münasibətdən  mübahisəli  hüquqi  nəticə  yaranma-
lıdır və s. 
İnzibati  mübahisələrin  yaranma  səbəbi  inzibati  aktlar  və 
hərəkətlərdir (hərəkətsizlikdir). Qeyd edək ki, həm inzibati, həm 
də  inzibati  prosessual  hüququn  vacib  anlayışlarından  biri  olan 
inzibati akta dair elmdə müxtəlif fikirlər formalaşmışdır. 
Elmi  ədəbiyyatlarda  inzibati  akt  “idarəetmə  aktı”  və  ya 
“idarəetmənin  hüquqi  aktı”  kimi  müxtəlif  cür  adlandırılır. 
Azərbaycan  alimi    A.O.Abdullayev  inzibati  aktı  qüvvədə  olan 
qanunvericiliyə  əsasən,  icra  hakimiyyətinin  səlahiyyətli  sub-
yektləri tərəfindən öz səlahiyyətləri çərçivəsində qəbul edilən və 
icrası təmin olunan akt kimi qiymətləndirir
201
.  S.Ə. Kərimov və  
G.M.  Vəliyeva  göstərirlər  ki,  inzibati  akt  ancaq  birtərəfli  qay-
dada verilən nizamasalma normasıdır
202
.   
Türk  alimləri  A.Ş.Gözübüyük  və  T.O.Turgut  yazırlar  ki, 
inzibati  hüquqda  ən  geniş  yayılmış  akt  forması  olan  inzibati 
aktlar  birtərəfli  iradəni  ifadə  edir  və  hüquqi  nəticə  yaratmağa 
yönəlir
203
. Başqa türk alimləri də oxşar mövqedən çıxış edirlər. 
                                                           
201
 Abdullayev A.O. İnzibati hüquq. Dərs vəsaiti. Bakı: Qanun, 2005,  s. 214  
202
 Kərimov S.Ə., Vəliyeva G.M. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu. 
Kommentariya.  Bakı: Hüquq ədəbiyyatı, 2006, s. 53  
203
 Gözübüyük A.Ş., Turgut T. İdare Hukuku. Cilt 1. Genel Esaslar.  Güncelleştirilmiş 3. Bası. 
Ankara: Turhan Kitabevi, 2004, s. 404 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə