150
dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından
alınması qadağandır
220
.
“İnzibati icraat haqqında” AR qanununun və AR İPM-nin
qəbulu və inzibati-iqtisadi məhkəmələrin fəaliyyətə başlama-
sından sonra inzibati mübahisələrin aidiyyəti ixtisaslaşdırılmış
məhkəmələrə – inzibati-iqtisadi məhkəmələrə aid edildi. Başqa
aidiyyət qaydasının müəyyən edilmədiyi təqdirdə inzibati
mübahisələrə dair işlər üzrə məhkəmə icraatının inzibati-iqtisadi
məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata
keçirilməsi
müəyyən olundu
221
.
Lakin, maddənin məzmunundan da aydın olduğu kimi,
qanunverici inzibati hüquqi mübahisələrin
aidiyyətini imperativ
deyil, dispozitiv qaydada müəyyənləşdirilmişdir. Yəni, əgər
həmin mübahisənin başqa icraat qaydasında baxılması nəzərdə
tutulmayıbsa ona inzibati - iqtisad məhkəməsində baxılır.
H.X.Muradov haqlı olaraq məhkəmə aidiyyətinin müəyyən
edilməsində hansı aktların inzibati akt, hansı orqanların inzibati
orqan olmasının, habelə, mübahisə ilə bağlı inzibati orqanın
fəaliyyətinin ümumi və ya xüsusi hüquq sahəsinə aid olmasının
düzgün müəyyənləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını
qeyd edir
222.
Həqiqətən də aidiyyət qaydalarının dəqiq müəy-
yənləşdirilməməsi, inzibati orqanların dairəsinin konkret olma-
ması səbəbindən məhkəmə təcrübəsində eyni qəbildən olan
işlərin həm ümumi, həm də inzibati-iqtisadi məhkəmələrdə
220
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu.
Bakı:Hüquq ədəbiyyatı,
2014, s.15
221
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi.Bakı: Qanun, 2013, s.14
222
Muradov X.H. İnzibati mübahisələrin məhkəmə aidiyyatına dair mülahizələr
//Naxçıvan MR Ali Məhkəməsinin Bülleteni, 2012 (1)
http://www.supremecourt.
nakhchivan.az/bulleten_2012_1_s6c1.html