Bayram allahverdiyev



Yüklə 93,13 Kb.
Pdf görüntüsü
tarix22.11.2017
ölçüsü93,13 Kb.
#11408


106                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



BAYRAM ALLAHVERDIYEV 

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin 

Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru, 

tarix elmləri doktoru 

 

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA KİTAB NƏŞRİ MƏSƏLƏLƏRİ 

 

Açar sözlər: Azərbaycan, Heydər Əliyev, kitab, nəşr, elm, təhsil, bilik, mədəniyyət, maarif 

Ключевые слова: Азербайджан, Гейдар Алиев, книги, публикации, наука, образование, 

знания, культура, образование 



Key words:

 Azerbaijan, Heydar Aliyev, books, publications, research, education, knowledge, 

culture, education 

 

Ümummilli liderimiz Heydər Əliyevin çoxşaxəli fəaliyyəti içərisində mədəniyyət və in-

cəsənətin  inkişafı  maarifin,  təhsilin  dünya  səviyyəsinə  qaldırılması  xüsusi  yer  tutur.  Bu  sis-

temdə kitabçılıq işi, kitab nəşri mədəniyyəti və onun inkişafı böyük əhəmiyyət kəsb edir. Belə 

ki,  ümummilli  liderimiz  Heydər  Əliyevin  dərsliklərin  nəşri  üçün  vəsaitlərin  ayrılmasına  da 

xüsusi diqqət yetirmişdir. Respublika Nazirlər Kabinetinin 25 avqust 1994-cü il “Ümumtəhsil 

məktəbləri  şagirdlərinin  dərsliklərlə  təminatı  məsələləri  haqqında”  318  saylı  qərarı  1995-

1996-cı dərs ilindən ibtidai siniflərə dərsliklərin pulsuz verilməsini, həmçinin V-XI sinif dərs-

liklərinin  yalnız  yerli  təhsil  şöbələrinin  xəttilə  məktəblərdə  satışının  keçirilməsini  məqsədə-

uyğun hesab etdi [1].  

Görkəmli  şəxsiyyətlərin  tanınmış  ziyalıların,  incəsənət  xadimlərinin,  görkəmli  şair  və 

yazıçıların  yubileylərinin qeyd edilməsində Heydər Əliyevin çıxışı ədəbiyyat və incəsənətin, 

kitab və kitabçılıq işinin inkişafına istiqamət vermişdir. Ümummilli liderimiz Heydər Əliyevin 

hələ, 1995-ci ildə Azərbaycan Respublikasının Milli kitabxanasında miniatür kitabın təqdimat 

sərgisində  çıxışı  müstəqillik  şəraitində  respublikamızda  kitabçılıq  işinin  inkişafının  proqramı 

idi.  


Heydər  Əliyev  həmin  çıxışında  demişdir:  “Bugünkü  hadisə  çox  əlamətdardır.  Burada 

Azərbaycanın miniatür kitablarının sərgisi keçirilir. Zənnimcə, biz Azərbaycanda belə bir sər-

ginin  ilk  dəfə  şahidi  oluruq.  Azərbaycanda  kitab  çapının  tarixi  böyükdür.  Yaxın  keçmişdə 

Azərbaycan Respublikası onun 400 illiyini qeyd etmişdir. Keçmiş dövrlərdə məzmuna və for-

masına görə müxtəlif, çox maraqlı, nəfis kitablar buraxılmışdır. Bu nəşrlər dünyanın bir çox 

ölkələrində də Azərbaycanı təmsil edir, onun haqqında biliklər verir. Ancaq Azərbaycanda mi-

niatür kitab nəşrinin tarixi qısadır. Mən çox məmnunam ki, bu gün biz Azərbaycanda yazıçı-

larımızın, şairlərimizin və ictimai-siyasi xadimlərimizin kitablarının miniatür nəşrini də görü-

rük. Şübhəsiz ki, bu, mədəniyyətimiz, kitab nəşrimiz üçün çox əlamətdar hadisə, böyük nailiy-

yətdir.  Bununla  əlaqədar  mən  sərginin  təşkilatçılarını,  Azərbaycan  Respublikasının  “Kitab” 

Cəmiyyətini, buraya toplaşanları təbrik edir və əmin olduğumu bildirmək istəyirəm ki, bu iş, 

təşəbbüs gələcəkdə də davam etdiriləcəkdir. Burada mənim Azərbaycan Prezidenti vəzifəsinə 

başlayarkən andiçmə mərasimində nitqimin də miniatür nəşri nümayiş etdirilir. Bu gün həmin 

kitabı mənə təqdim edirlər. Mən buna çox məmnunam” [1]. 

Heydər Əliyevdən gətirilən bu sitatda kitabçılıq işinin bir çox problemləri, tarixi, elmi, 

nəşri  və  inkişafı  məsələləri  meydana  çıxarılır.  Görkəmli  liderimiz  Heydər  Əliyevin  bu  sita-

tından məlum olur ki, dahi şəxsiyyət Azərbaycan kitab çapının qədim tarixə malik olduğunu, 



Ümummilli lider Heydər Əliyev – 90                                                    107 

Tarix və onun problemləri, №2 2013 

 

müxtəlif  məzmunlu,  müxtəlif  formalı  kitabların  yarandığını  və  bu  kitab  məhsulu  içərisində 

miniatür kitabın müəyyən yer tutduğunu və inkişafının zəruri olduğunu qeyd edir.  

Heydər Əliyevin bu çıxışından kitab nəşri ilə məşğul olan naşirlərimiz, müxtəlif növlü 

və  tipli  kitabların  nəşrinə,  o  cümlədən  miniatür  kitabların  buraxılmasına  diqqət  yetirmələri 

nəticədə  kitabçılıq  işinin  ümumi  inkişafına  müsbət  təsir  göstərmişdir.  Bunu  respublikamızda 

kitab nəşri sahəsində əldə edilən nailiyyətlər də təsdiq edir.  

H.Əliyev  buradakı  çıxışında  kitabçılıq  işinin  bir  çox  digər  problemlərini  də  dərindən 

bilən görkəmli kitabşünas alim kimi irəli sürür və xüsusilə, kitabın cəmiyyətdə yerinə yetirdiyi 

funksiyaları çox gözəl şərh edir: “Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiy-

yətlə,  mənəvi-ictimai  həyatında  çox  görkəmli  yer  tutur.  Hər  birimiz  ilk  növbədə  ancaq  kitab 

vasitəsilə təhsil, elm almışıq, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə 

də  hər  birimiz  kitablara  borcluyuq.  Həm  kitabları  yazıb-yaratmaq,  həm  də  onları  nəşr  etmək 

əsas  vəzifələrimizdən  biridir.  Bunun  üçün  mümkün  olan  bütün  tədbirləri  görməliyik.  Mən 

respublikanın prezidenti kimi bunu əsas vəzifələrindən biri sayıram” [2]. 

Göründüyü kimi, dahi şəxsiyyət kitabın insan və cəmiyyətin həyatındakı rolunu əsas-

landırmış, onun təhsil elm və digər fəaliyyət sahələrində, bütövlükdə, şəxsiyyətin formalaşma-

sındakı rolunu elmi və təcrübi cəhətdən əsaslandırmışdır. Kitabın cəmiyyətdəki bu rolunu nə-

zərə alan Heydər Əliyev onun daim inkişaf etdirilməsini ölkəmiz üçün çox böyük əhəmiyyətə 

malik olduğunu irəli sürür və beləliklə də, kitabçılıq işinin inkişaf etdirilməsi proqramını verir: 

“Doğrudur,  indiki  ağır  iqtisadi  böhran  dövründə  respublikamızın  iqtisadiyyatında  yaranmış 

çətinliklərlə əlaqədar və başqa ölkələrlə əlaqələrimizin məhdudlaşdığı bir vaxt da nəşriyyat işi 

də çox çətinliklərlə qarşılaşır. Bu, təbiidir. Ancaq biz bu çətinliklərin qarşısını almalıyıq. Bu-

nun üçün yeni-yeni yollar axtarmalıyıq. Həyatımız dəyişir, hər bir şey dəyişir. Biz bu dəyişik-

liklər prosesinin içindəyik. Keçmişdə nəşriyyat işi dövlətin əlində idi, onun tərəfindən maliy-

yələşdirilirdi və bunun sayəsində Azərbaycanda həmin sahə çox genişlənmişdi. İndi dövlətin 

imkanları məhdudlaşdığı, sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə getdiyimiz bir vaxt-

da, özəl bölməyə geniş imkanlar yaratmağa çalışmağımız və Azərbaycanda, kiçik də olsa, özəl 

bölmənin meydana çıxdığı bir vaxtda biz onun bütün imkanlarını nəşriyyat işinin canlandırıl-

masına,  inkişaf  etdirilməsinə,  xüsusən  kitab  nəşrinin  genişlənməsinə  cəlb  etməli,  yönəlt-

məliyik” [2]. 

Çox  maraqlıdır ki, H.Əliyev  kitabçılıq işində  dünya  təcrübəsinin istifadə  olunmasının 

zəruriliyini də irəli sürür. Bu mənada H.Əliyevin aşağıdakı fikri diqqəti cəlb edir: “Bu sahədə 

başqa ölkələrdə, xüsusən Rusiyada yaxşı təcrübə var. Məsələn, Rusiyada bəzi firmalar, şirkət-

lər  uşaqlar,  gənclər  üçün,  ümumiyyətlə,  cəmiyyət  üçün,  o  cümlədən  məktəblilər  üçün  lazım 

olan kitabların nəşrini öz üzərinə götürür, bu işə sponsorluq edirlər. Mən bir neçə nümunə ilə 

tanış oldum və deyə bilərəm ki, keçmişdəkindən də yaxşı kitablar buraxılır.  

İndi  respublikamızda  xeyriyyəçilik  fəaliyyəti  genişlənir.  Arzu  edirəm  ki,  bizim  iş 

adamları, imkanlı sahibkarlar bütün sahələrdə xeyriyyəçilik fəaliyyətləri göstərdikləri kimi, bu 

işdə - kitabların yazılması və nəşri sahəsində də köməkliklərini əsirgəməsinlər. Zənnimcə bu, 

xeyriyyəçilik sahəsində ən yaxşı iş ola bilər. Mən iş adamlarını buna dəvət edirəm” [2]. 

Heydər Əliyev kitab nəşrində özəl sektorun rolunu, sponsorların xidmətini qeyd etmək-

lə yanaşı, dövlətin də kitab nəşrində yerini aydınlaşdırmağa çalışır. O, qeyd edir ki, “şübhəsiz 

ki, dövlətin də imkanlarından daha səmərəli istifadə olunmalıdır. Ancaq, bayaq dediyim kimi 

indi biz  mülkiyyət formasını dəyişdiririk.  Bazar  iqtisadiyyatı  yolu ilə  gedirik. Özəl  bölməyə 

geniş imkanlar yaradırıq və bundan sonra da yaradacağıq. Ona görə də bunların hamısı ümum-




108                                                    Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



milli  əhəmiyyət  kəsb  edən  kitab  nəşrinə  səfərbər  edilməli,  cəlb  olunmalıdır.  Ümidvaram  ki, 

belə də olacaqdır” [2]. 

Heydər  Əliyev  müəllif,  kitab  nəşri,  oxucu  münasibətlərinə  xüsusi  diqqət  yetirir  və  bu 

sintezin  kitabçılıq  işində  çox  böyük  əhəmiyyət  kəsb  etdiyini  qeyd  edir,  kitab  nəşrinin  pers-

pektivini müəyyənləşdirir. Dahi şəxsiyyətin fikir və mülahizələri Azərbaycan kitab nəşri mə-

dəniyyətini zənginləşdirir və inkişaf etdirir. Bu cəhətdən Heydər Əliyevin aşağıdakı fikri diq-

qəti cəlb edir:  

“Yazıçı və şairlərimiz, alimlərimiz, mədəniyyət xadimlərimiz böyük potensiala malik-

dirlər. Onların indiyədək yazdıqları əsərlər Azərbaycan xalqının təhsillənməsində, biliklənmə-

sində,  elm  və  mədəniyyətimizin,  mənəviyyatımızın  inkişafında  öz  rolunu  oynamışdır.  Ancaq 

xalqımız Azərbaycanın elmi, mədəni potensialından, ümumiyyətlə, intellektual potensialından 

bundan sonra daha çox bəhrələnməlidir. Ona görə də çalışmalıyıq ki, belə yaradıcı adamlar öz 

fəaliyyətlərini davam etdirsinlər. Onlara kömək etməliyik, şərait yaratmalıyıq. 

Eyni zamanda yazılan kitabların nəşr olunmasının qayğısına qalmalıyıq. Bilirəm ki, ya-

zanlar  və  yazmaq  istəyənlər  çoxdur.  Bu  adamlar  –  alimlər,  yazıçılar,  mədəniyyət  xadimləri 

yazdıqlarının  bir  çoxunu  çap  etdirə  bilmirlər.  Bu  çətinliyi  hamımız  dərk  etməliyik.  Ancaq 

bununla kifayətlənmək olmaz. Hər bir çətinlikdən çıxış yolu tapmalıyıq, özü də bunu birlikdə 

axtarmalıyıq. Dövlət də bütün imkanlarından istifadə edəcəkdir. Ancaq ayrı-ayrı cəmiyyətlər, 

təşkilatlar,  iş  adamlarımız  da  bu  işə  qoşulmalıdırlar.  Arzu  edərdim  ki,  bu  tövsiyələrin  əməli 

nəticələri olsun” [3]. 

Müasir dünyada kitab nəşri genişlənir. Çünki problemlər, mövzular artır, onlar dünya 

ölkələrində, o cümlədən Azərbaycanda yeni əsərlərin, kitabların meydana gəlməsinə, nəşr edi-

lib yayılmasına səbəb olur. Bu kitablar, yeni nəşrlər, oxuculara yeni biliklər, yeni məlumatlar 

verir və çatdırır. Təsadüfi deyildir ki, dünya ölkələrində, o cümlədən Azərbaycanda redaksiya-

nəşriyyat  prosesinin  genişlənməsi,  nəşriyyat  fəaliyyətinin  güclənməsi,  özəl  nəşriyyatların  ya-

ranması və inkişaf etdirilməsi, dövrün, şəraitin qarşıya qoyduğu aktual problemlər, tələblərdir. 

Bu prosesi nəzərə alan respublikamızın və türk dünyasının ümummilli lideri Heydər Əliyev öz 

fəaliyyətində  kitabçılıq  işinin  inkişaf  etdirilməsini  gördüyü,  həyata  keçirdiyi  əməli  işlər  də 

sübut edir.  

Bu mənada respublikanın keçmiş prezidenti Heydər Əliyevin aşağıdakı sərəncamı diq-

qətəlayiqdir.  

Azərbaycan  Respublikası  Mətbuat  və  İnformasiya  Nazirliyinin  tabeçiliyində  olan  bir 

sıra  müəssisələrin özəlləşdirilməsi haqqında  Azərbaycan  Respublikası Prezidentinin sərənca-

mında deyilir: “İqtsadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi və investisiya-

ların cəlb olunması yolu ilə iqtisadiyyatın daha sürətlə inkişafına nail olmaq və onun səmərə-

liliyinin artırılmasını təmin etmək  məqsədi ilə və “Azərbaycan Respublikasında dövlət əmla-

kının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq qərara alıram:  

1.

 



Azərbaycan  Respublikası  Mətbuat  və  İnformasiya  Nazirliyinin  tabeliyində  olan 

aşağıdakı müəssisələr özəlləşdirməyə açıq elan edilsinlər: 

- “İşıq” nəşriyyatı; 

- “Şərq-Qərb” nəşriyyatı; 

- “Yazıçı” nəşriyyatı; 

- İstehsalat, təchizat və satış idarəsi; 

- Sumqayıt icra mətbəəsi; 

- Lənkəran mətbəəsi; 




Ümummilli lider Heydər Əliyev – 90                                                    109 

Tarix və onun problemləri, №2 2013 

 

- Bərdə rayon poliqrafiya mətbəəsi;  

- Yevlax rayon icra mətbəəsi; 

- Mingəçevir poliqrafiya mətbəəsi

- Şəki icra mətbəəsi və s.  

2.

 



Azərbaycan  Respublikasının  Dövlət  Əmlakı  Nazirliyi  bu  sərəncamın  1-ci  bən-

dində göstərilən müəssisələrin qanunvericilikdə nəzərdə tutulmuş qayda ilə özəlləşdirilməsini 

təmin etsin.  

3.

 



Özəlləşdirməyə  açıq  elan  olunmuş  müəssisələrin rəhbərlərinə  tapşırılsın ki, hə-

min müəssisələr özəlləşdirilənədək onların idarə olunmasına və əmlakın qorunub saxlanılma-

sına şəxsən məsuliyyət daşıyırlar” [4].  

Heydər Əliyevin bu cür sərəncamları sonrakı illərdə də qəbul edilmiş və həmin sərən-

camlar kitabçılıq işinin inkişafına, kitab nəşrinin genişlənməsinə, özəl nəşriyyatlaarın sürətlə 

inkişaf  etməsinə  təkan  vermişdir.  Çünki  müstəqillik  dövründə  nəşriyyatların  yenidən  qurul-

ması, nəşriyyat və poliqrafiya müəssisələrinin özəlləşdirilməsi, kitabın nəşri, təbliği və yayıl-

masına köməklik edən bir sıra qanunların – “Kitabxana işi haqqında” (25 dekabr 1998-ci il); 

“Nəşriyyat işi haqqında” (30 may, 2000-ci il) və s. qəbul edilməsi və nəticədə nəşriyyat işində 

müəyyən nailiyyətlərin əldə edilməsinə imkan vermişdir. Doğrudur, H.Əliyevin ilk dəfə haki-

miyyətə gəlməsi dövründə də, yəni 1970-1980-ci illərdə də kitabçılıq işi xeyli inkişaf etmişdir. 

Belə ki, ХХ əsrin 70-80-ci illərində hər il ölkəmizdə müxtəlif elm və bilik sahələri üzrə 1300-

1400 adda 13-14 milyon nüsxədən çox kitab və kitabça nəşr edilirdi [5, 180]. 

Onu da qeyd etməliyik ki,  totalitar sovet ideologiyası və rejimi olmasaydı respublika-

mızda kitab nəşri sahəsində daha böyük müvəffəqiyyətlər əldə etmək olardı. Müstəqillik döv-

ründə  hakimiyyətə  ikinci  dəfə  qayıdan  H.Əliyevin  fəaliyyəti  nəticəsində  xalq  təsərrüfatının, 

elmin, mədəniyyətin, təhsilin, o cümlədən kitabçılıq işinin inkişafında böyük nailiyyətlər əldə 

edildi.  

H.Əliyevin hərtərəfli və uzaqgörən siyasəti nəticəsində kitab nəşri, nəşriyyatların fəa-

liyyətləri, yəni dövlət, özəl nəşriyyatların fəaliyyətinin genişlənməsi (indi onların sayı 150-dən 

çoxdur)  kitabçılıq  işinin  ümumi  inkişafında,  xüsusilə  kitab  nəşrində  (ad,  tiraj  və  həcmində) 

böyük irəliləyişə gətirib çıxartdı. Belə ki, 2005-2006-cı illərdə respublikamızda bütün elm və 

bilik  sahələrinə  dair  1400-1500  addan  çox  kitab  və  kitabça,  10  milyon  nüsxəyə  qədər  tirajla 

çapdan  buraxıldı. Kitabın nəşrində  ad  etibarilə  artım diqqətəlayiqdir. Lakin respublikamızda 

tiraj siyasəti olmadığına görə artım nəzərə çarpmır. Belə ki, keçmiş sovet hakimiyyətinin 70-

80-ci illərindəki kitab tirajı ilə müqayisədə indi illik kitabın tirajı 3-4 dəfədən çox azalmışdır 

[5, 180].  

Amma, araşdırmalar göstərir ki, 2006-2008-ci illərdə kitabın ad və tiraj etibarilə inkişa-

fı  sürətlənmişdir.  İndi  hər  il  ölkəmizdə  təxminən  2000-2500  addan  çox  kitab  və  kitabça,  10 

milyon nüsxədən çox ümumi tirajla çapdan buraxılır.  

Heydər Əliyev çox haqlı olaraq qeyd edirdi ki, “Tarixi olduğu kimi qəbul etmək, dərk 

etmək  və  olduğu  kimi  qiymətləndirmək  lazımdır”.  Heydər  Əliyevin  bu  məşhur  kəlamı  tarix 

ədəbiyyatına, xüsusən vətən tarixinə, milli ədəbiyyat tarixinə elmimizin, ədəbiyyatımızın qiy-

mətli tarixi abidələrinə diqqət yetirməyi və bu istiqamətdə kitab nəşrinin həyata keçirilməsini 

zəruri hesab edirdi.  

Ulu  öndər  Heydər  Əliyevi  Azərbaycan  xalqının,  türk  dünyasının,  bütövlükdə,  çağdaş 

sivilizasiyanın ən böyük şəxsiyyətlərindən biri adlandıranlar tamamilə haqlıdırlar. Ensiklope-

dik biliyə, güclü iradəyə və milli ruha, dərin fəlsəfi düşüncə tərzinə və möhkəm tarixi yaddaşa 




110                                                    Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



malik olan bu böyük şəxsiyyətin bütün fəaliyyəti doğma xalqına və vətəninə sədaqətlə xidmə-

tin  parlaq  nümunəsidir.  Bu  nümunəni  “Kitabi-Dədə  Qorqud”  dastanının  1300  illik  yubileyi 

üzrə  Dövlət  Komissiyasının  iclasında  Azərabycan  prezidenti,  Dövlət  Komissiyasının  sədri 

H.Əliyevin yekun nitqi təsdiq edir:  

“Mən bu gün bunu bir daha demək istəyirəm ki, “Kitabi-Dədə Qorqud” dastanı indiyə 

qədər Azərbaycanda az bir təbəqəyə məlum olan abidədir, əsərdir. Bunu bilənlər bizim tarixçi-

lərimizdi, - onların da hamısı yox, - o adamlar ki, “Dədə Qorqud”un tədqiqi ilə məşğul olub-

lar. Bunu bilənlər bizim ədəbiyyatçılarımız, yazıçılarımızdır. Cəsarətlə demək olar ki, onların 

da  bəlkə  hamısı  yox.  Geniş  kütləyə,  xalqımıza,  millətimizə  gəldikdə  isə  onu  demək  olar  ki, 

ötən  3  il  müddətində  (bu  3  il  “Kitabi-Dədə  Qorqud”  dastanının  1300  illik  yubileyinin  qeyd 

edilməsi ilə əlaqədar yaradılan komissiyanın tarixini nəzərdə tutur. – B.V.Allahverdiyev) gör-

düyümüz işlər, apardığımız təhlillər və bu müzakirələrdə dinlədiyimiz fikirlər təsdiq edir ki, 

bizim geniş kütləmiz “Dədə Qorqud” haqqında çox az təsəvvürə malik idi, az şey bilirdi.  

Biz indi bu 3 il müddətində buradakı məruzələr, çıxışlar bunu göstərdi – birincisi “Kita-

bi-Dədə Qorqud”  dastanını xalqımıza  yaxşı tanıtdıq, ikincisi dünyaya tanıtdıq, üçüncüsü tam 

təsdiq etdik ki,  bu Azərbaycana  məxsusdur.  Bəli, bu türk xalqlarına  məxsusdur, ancaq Azər-

baycana  məxsusdur.  Onun  vətəni  Azərbaycandır  və  varisi,  sahibi  Azərbaycandır,  yəni  Azər-

baycan  xalqıdır.  Biz  gələcək  işlər  üçün  böyük  yol  açdıq.  Təsəvvür  edin,  bax  qısa  müddətdə 

burada nə qədər kitablar nəşr olunubdur. Amma bizim komissiyanın birinci iclasını yada salın. 

Nə var idi? Bunlar  yox idi. O vaxt siz də deyirdiniz, indi burada çıxış edənlər də deyirlər ki, 

Həmid Araslı, Bartold bir şey yazıblar, nəşr etdiriblər, amma o da itib gedibdir. Dəmirçizadə 

də bir şey yazıbdır, o da yoxdur. Bizim bir neçə alimimiz – bəziləri burada iştirak edirlər – çox 

yazıblar, amma bunları nəşr etdirə bilməyiblər. Yazdıqları da özlərində qalıbdır. Ancaq görün 

indi qısa bir müddətdə nə qədər əsərlər yaranıbdır. Həqiqətən, bu, doğru sözdür ki, bütün bu 

tədbirlərin hər bir əhəmiyyətlidir. Amma ən əhəmiyyətlisi odur ki, əsərlər yaranır və bu əsərlər 

gələcək  üçün,  bizim  tariximizin  daha  geniş  dərin  təhlil  olunması  üçün,  gələcək  nəsillər  üçün 

böyük töhfədir”.  

Heydər  Əliyev  istənilən  çıxışında,  məruzəsində  qarşıya  qoyulan  problemi,  müəyyən 

sahəni,  mövzunu  o  qədər  dərindən  bilirdi  ki,  dinləyici  onu  elə  bil  həmin  sahənin,  problemin 

mütəxəssisi kimi qəbul edirdi. Bunu kitab nəşrində də, kitabçılıq işinin bir çox problemləri ilə 

əlaqədar  çıxışlarında  görə  bilirik.  Məsələn,  “Kitabi-Dədə  Qorqud”  dastanının  1300  illik 

yubileyinin yekun nitqində də, bu mülahizəni aydın görürük. O, deyirdi:  

“...Mən özüm də etiraf etməliyəm ki, “Dədə Qorqud”un bu qədər dərin dərya olduğunu 

təsəvvür edə bilmirdim. İndi kimsə desə ki, yox, o bilirmiş, - güman edirəm xəta edir, mən bil-

mirdim. Məsələn, mənim bu barədə biliklərim bu kitablardan – təkcə onların sayına görə yox, 

hər  birinin  məzmunu  və  mənasına  görə  -  nə  qədər  artıbdır.  Hesab  edirəm,  eləcə  də  hər  bir 

Azərbaycan vətəndaşının biliyi artıbdır.  

Kütləvi surətdə  həyata keçirilən tədbirlər “Dədə  Qorqud”u geniş  kütlələrə  tanıdır. Bu 

kitabların yazılması və keçmişdə yazılmış kitabların belə nəfis şəkildə yenidən nəşr olunması 

çox  qiymətlidir. Mən  dünən soruşdum ki, bunların tirajı nə  qədərdir?–  1000-2000 nüsxədir? 

Bir il keçəndən sonra bu kitabları tapmaq yenə də mümkün olmayacaqdır. Təbiidir ki, indi biz 

hər bir kitabı bir neçə min nüsxədə nəfis şəkildə nəşr edə bilmərik. Biz bunları  yubiley üçün 

yaratmışıq. Ancaq fikrim bundan ibarətdir ki, bu kitabların çoxunu, bəlkə də hamısını, yaxud 

bir qismini geniş kütlələr üçün böyük tirajlarla sadə şəkildə nəşr edək. Onları geniş kütlələrə 




Ümummilli lider Heydər Əliyev – 90                                                    111 

Tarix və onun problemləri, №2 2013 

 

çatdırmaq üçün satışa buraxaq, kitabxanalara verək. İndi nəşr etdiyimiz bu əsərləri kitabxana-

lara versək, yerdə bir şey qalmayacaqdır. Çünki bunlar 1000-2000 nüsxədir...”. 

Heydər Əliyevin bu fikri, bu mülahizəsi kitabçılıq işi üçün çox əhəmiyyətlidir. Belə ki, 

Heydər Əliyev kitabın məzmununa çox  yüksək qiymət verir. Bu  yüksək qiymət kitabın məz-

mununun dəyəri, qiyməti oxucuya bilik verməsi ilə ölçülür. Buna görə də Heydər Əliyevin bu 

çıxışı əsas götürülərək müasir dövrdə də nəşriyyatlar istənilən dərin məzmunlu kitabların bilik 

və məlumat verən kitabların nəşr edilib yayılmasına xüsusi diqqət yetirməlidir. Yeri gəlmişkən 

onu da qeyd etməliyik ki, müasir dövrdə Azərbaycan Respublikasında fəaliyyət göstərən nəş-

riyyatlarda  tiraj  siyasəti  demək  olar  ki,  yoxdur  və  tiraj  siyasətinin  müəyyənləşdirilməsi  üzrə 

mütəxəssis  fikrinə  etinasız  münasibət  göstərilir  və  hətta  nəzərə  alınmır.  Halbuki,  Heydər 

Əliyev zəruri, lazımlı, dəyərli kitabların tirajının yüksək olmasını vacib şərt kimi irəli sürür və 

bunun nəzərə alınmasını xüsusilə qeyd edir. Çünki tiraj siyasəti düzgün nəzərə alındıqda, düz-

gün müəyyənləşdirildikdə, kitablar kitabxanalara, oxuculara çatdırıla bilər.  

Qeyd etdiyimiz kimi, dəyərli kitabların, yəni xalqın tarixindən, ədəbiyyat və incəsənə-

tindən,  etnoqrafiyasından  bəhs  edən  kitabların  böyük  tirajlarla  nəşr  edilməsini,  yayılmasını 

Heydər  Əliyev  kitabçılıq  işinin  qarşısında  qoyulan  ən  mühüm  vəzifələrdən  hesab  edir.  Bu 

mənada H.Əliyevin aşağıdakı fikri xüsusilə diqqəti cəlb edir: “Ancaq geniş kütlənin “Kitabi-

Dədə Qorqud” dastanı, abidəsi ilə bu gün və gələcəkdə dərindən tanış olması və onu dərindən 

bilməsi üçün – bunun əsas mənası ondan ibarətdir ki, öz kökünü, keçmişini, millətinin tarixini 

dərindən bilsin – biz bugünkü və gələcək nəsillərin bu kitablardan lazımi qədər istifadə etməsi 

imkanına  malik  olmalıyıq. Mən bu fikri dünən söyləmişəm, indi bir daha deyirəm. Mən gö-

rülən işləri çox yüksək qiymətləndirirəm. Ancaq bu, işin başlanğıcı olmalıdır. Bunun üçün biz 

vəsait  də  tapa  bilərik.  Doğrudur,  indi  bizim  vəsaitimiz  o  qədər  də  çox  deyildir.  Amma  biz 

buna qənaət etməliyik, bunları etməliyik. Çünki bunlar xalqımıza, gələcək üçün lazımdır”.  

Yeri  gəlmişkən  onu  da  qeyd  etməliyik  ki,  H.Əliyevin  hakimiyyəti  dövründə  respubli-

kamızda  tanınmış  şairlərin,  alimlərin,  yazıçıların  yubileylərinin  təşkil  edilməsi  ənənə  halını 

almışıdır.  Məsələn,  Məhəmməd  Füzulinin,  Nəsirəddin  Tusinin,  Nizami  Gəncəvinin,  Cəlil 

Məmmədquluzadənin, Hüseyn Cavidin və başqa görkəmli ədiblərin yubileylərinin keçirilməsi 

ilə  əlaqədar  Heydər  Əliyevin  xüsusi  fərmanları,  sərəncamları  olmuşdur.  Bu  yubileylərin  hər 

birində  Heydər  Əliyev  çıxış  etmiş  və  öz  çıxışlarında  onların  əsərlərinin  nəşrinə,  yayılmasına 

xüsusi əhəmiyyət vermişdir. Bunun nəticəsidir ki, Azərbaycanda Heydər Əliyevin hakimiyyəti 

dövründə kitabların nəşri genişlənmiş, artmış, məzmunu və bədii tərtibatı xeyli dərəcədə yax-

şılaşmışdır. O deyirdi: “Alimlərimiz, yazıçılarımız bu qısa müddətdə keçmiş kitablardan əlavə 

yeni  əsərlər  yazıblar.  Bu,  çox  gözəl  hadisədir.  Düşünürəm  ki,  əgər  bu  yubiley  haqqında  fər-

man  imzalanmasaydı,  bu  işlər  görülməsəydi,  bəlkə  də  müəlliflərdən  5  faizi  öz  vaxtını  sərf 

edib, belə kitablar yazardılar. Ancaq bu yubileyin keçirilməsi haqqında qəbul etdiyimiz qərar 

və  Azərbaycanda  bu  məsələnin  ötən  3  il  müddətində  geniş  təbliğ  olunması,  bu  işə  dövlətin 

böyük əhəmiyyət verməsi, bizim bir çox alimlərimizi, yazıçılarımızı həvəsə gətiribdir. Onların 

hər biri yeni kitablar yazıbdır. Beləliklə də, “Dədə Qorqud” haqqında bizim həm tarixi kitab-

larımız, həm də ədəbi-publisist kitablarımız artıbdır. Bu da çox gözəl hadisədir”. 

Heydər  Əliyevin  aşağıdakı  fikri  dəyərli  kitabların  həmişə  çap  olunmasını,  xalqın  ara-

sında yayılmasını şərtləndirir: “İndi hamı bu fikirdədir, kitablar da onu göstərir, Drezden ki-

tabxanasından gələn nüsxə də bunu deyir ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqı-

nın  ən  qədim  mədəniyyət,  ədəbiyyat,  mənəviyyat  abidəsidir.  Ona  görə  də,  demək,  bu  bizim 

ana  kitabımızdır. Bu kitabın  məzmununu,  mənasını onun hər bir kəlməsini hər bir Azərbay-




112                                                    Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



canlı məktəbdən başalayaraq bilməlidir. İnsanlar bütün bunları nə qədər çox bilsələr, millətini, 

xalqını, vətənini və müstəqil Azərbaycanı da bir o qədər sevəcəklər. Bu, bizim xalqımızın çox 

əsrlik tarixində yeni bir mərhələdir”.  

Heydər  Əliyevin  kitabçılıq  işinə  dair  bu  cür  qiymətli  fikirləri  onun  çoxsaylı  məruzə-

lərində, çıxışlarında mövcuddur. Məsələn, Naxçıvanda görkəmli yazıçı-publisist və dramaturq 

C.Məmmədquluzadənin ev muzeyinin açılışında Azərbaycan Respublikasının Prezidenti Hey-

dər Əliyevin  nitqi  maraq doğurur.  O, nitiqndə deyirdi: “Azərbaycan öz  milli ənənələrini, də-

yərlərini, dini dəyərlərini qoruyaraq, saxlayaraq, inkişaf etdirərək, eyni zamanda dünyəvi mə-

dəniyyətə  doğru  gedibdir.  Azərbaycan  xalqının  buna  nail  olmasında  Azərbaycanın  böyük 

simalarının, o cümlədən dahi insan C.Məmmədquluzadənin – Mirzə Cəlilin xüsusi xidməti və 

rolu olubdur.  

Əgər, C.Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəaliyyətini görmə-

səydi,  əgər  “Molla  Nəsrəddin”  jurnalı  insanları  qaranlıqdan  çıxarmağa  çalışmasaydı,  əgər 

onun “Ölülər” əsəri insanların gözünü real dünyaya açmasaydı xalqımız bu qədər inkişaf edə 

bilməzdi. Bu sözlər təkcə C.Məmmədquluzadəyə aid deyil, bizim çox dahilərimizə aiddir. An-

caq biz bu gün məhz Mirzə Cəlilin evinə gəlmişik və burada onun xatirəsini  yad edirik. Ona 

görə mən bu sözləri deyirəm” [6]. 

Göründüyü kimi, Heydər Əliyev milli və ümumbəşəri dəyərlərin vəhdətinin təmin edil-

məsini zəruri sayırdı. Azərbaycan gəncləri bu gün bu istiqamətdə çalışmalı, milli və ümumbə-

şəri mənəvi sərvətlərə yiyələnməlidirlər.  

Heydər  Əliyevin  zəngin  elmi  irsi  inkişaf  edən  ölməz  irsdir,  nəsildən-nəsilə  ötürüləcə-

yinə, əbədi yaşayacağına şübhə ola bilməz.  

Yadda qalmalıdır ki, bir-birini əvəz edən hər nəsil əvvəlki dəyərli irsi dərindən mənim-

səmək,  qoruyub  saxlamaqla  yanaşı,  onu  zənginləşdirməyə  də  borcludur.  Milli  yetkinləşmə 

yalnız bu yolla mümkün ola bilər. Bu cəhətdən Heydər Əliyev irsi xalqa, xüsusilə də gənclərə 

əvəzsiz töhfədir.  

Bu məqalədə Heydər Əliyevin Azərbaycan kitab nəşri mədəniyyətindəki rolunun, xid-

mətinin çox cüzi bir hissəsi əks olunmuşdur. Fikrimizcə, H.Əliyev və Azərbaycan kitab nəşri 

mədəniyyəti ayrıca elmi tədqiqat problemi kimi işlənməlidir və nəticəsi monoqrafiya halında 

çap  edilməlidir.  Bu  monoqrafiyada  toplanılacaq  və  şərh  ediləcək  Heydər  Əliyevin  fikir  və 

mülahizələri  Azərbaycan  kitabının  gələcək  inkişaf  istiqamətlərinin,  perspektivinin  bünövrəsi 

ola bilər. 



 

ƏDƏBİYYAT 

 

1.Azərbaycan Respublikasında Dövlət Dili haqqında Azərbaycan Respublikasının Qanunu (20 



sentyabr, 2002-ci il) // “Azərbaycan” qəz., 2003. -4 yanvar.  

2.Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin M.F.Axundov adına Azərbaycan Milli 

kitabxanasında miniatür kitabın təqdimat sərgisində çıxışı // “Azərbaycan” qəz., 1995. -6 iyun. 

3.“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasında 

Azərbaycan Respublikasının Prezidenti, Komissiyanın sədri Heydər Əliyevin yekun nitqi // 

“Xalq” qəz., 2000. -12 mart. 

4.Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin tabeçiliyində olan bir sıra 

müəssisələrin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı (29 

mart, 2001-ci il) // “Respublika” qəz., 2001. -30 mart.  



Ümummilli lider Heydər Əliyev – 90                                                    113 

Tarix və onun problemləri, №2 2013 

 

5.Allahverdiyev B.V. Kitab nəşri: problemlər, mülahizələr, təkliflər // “Dil və ədəbiyyat” 

beynəlxalq-elmi-nəzəri jurnal. –Bakı, 2006. –№3 (51). –S.180-181.  

6.Naxçıvanda görkəmli yazıçı-publisist və dramaturq Cəlil Məmmədquluzadənin ev 

muzeyinin açılışında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi // 

“Ədəbiyyat qəzeti”., 1999. -22 oktyabr. 

7.Allahverdiyev B.V. Heydər Əliyev və Azərbaycan kitab nəşri mədəniyyəti (Ümummilli 

lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilir) // “Kitabşünaslıq və nəşriyyat 

işi” elmi-nəzəri və təcrübi jurnal, 2008. -№2. –S.3-15. 

 

БАЙРАМ АЛЛАХВЕРДИЕВ 

профессор кафедры «Книговедение и издательское дело» БГУ, 

доктор исторических наук, 

 

ГЕЙДАР АЛИЕВ И ВОПРОСЫ КНИГОИЗДАНИЕ В АЗЕРБАЙДЖАНЕ 

 

Гейдар  Алиев  всегда  обращал  особое  внимание  на  развитие  культурной  сферы. 



Книгоиздание,  книжное  дело,  деятельность  издательств  в  челом  всегда  имел  особое 

место  в  общественно-политический,  культурной  деятельности  выдающийся  личности 

Гейдара Алиева. Он в своих выступлениях, докладах отделял особое место книгоизда-

ние,  его  пропаганде  и  распространение.  Гейдар  Алиев  время  от  времени  высказывал 

очень ценные мысли о развитии книгоиздание во время солидарности в Азербайджане и 

определял  перспективы развитие  книжного дело.  В статье говорится о деятельности в 

сферах  книгоиздание,  пропаганде  и  распространение,  направление  развитие  книги 

Гейдара Алиева. 

 

BAYRAM ALLAHVERDIYEV 

Professor of the chair of Bibliology and publishing work BSU, 

doctor of history 

 

HEYDAR ALİYEV AND THE İSSUES OF BOOK PUBLİSHİNG İN AZERBAİJAN 

 

Heydar  Aliyev  has  always  paid  attention  to  development  of  culture  and  art.  Book 



publishing and the activity of publishing houses take a special place in the social-political and 

cultural  activity  of  Heydar  Aliyev.  He  gave  broad  place  to  book  publishing,  promotion  and 

distribution in his speech and lectures. Heydar Aliyev has made public his valuable thoughts 

about  book  publishing  in  Azerbaijan  in  the  period  of  independence  and  determined  the 

development perspective of book publishing. 

The prospective development directions of book publishing, promotion and distribution 

determined by Heydar Aliyev were covered in the article 

 

 



 

Rəyçilər:f.ü.f.d.Ş.Quliyeva, t.e.d.R.C.Süleymanov 

 

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının 

3 aprel 2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №6).

 

Yüklə 93,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə