Bayramov Mətləb Rəşid oğlu



Yüklə 29,42 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü29,42 Kb.
#9922


Bayramov Mətləb Rəşid oğlu 

 

Mənim yay təcrübəm. 

 

 

Ailəmiz “ neftçilər ” ailəsidir. Uşaqlıqdan neftin çıxarılması, emalı haqqında 



söhbətləri maraqla dinləmişəm. Hər şey mənə çox qəribə, eyni zamanda əlçatmaz 

görünüb.  Valideynlərim  həkim  olmağımı  arzulasalar  da  maraqlarım  mənim 

Azərbaycan  Dövlət  Neft  Akademiyasının  tələbəsi  olmağıma  səbəb  olub.  İkinci 

kursda  oxuyub  nəzəri  biliklərə  yiyələnsəm  də,  neft  quyularının  qazılma  üsulları, 

neftin  çıxarılması  haqqında  danışan  təcrübəli  mütəxəssisləri  dinlədikcə  hər  şey 

mənə  çox  çətin  görünürdü.  Fikirləşirdim  ki,  mən  də  bir  vaxt  öz  ixtisasımı  belə 

dəqiq öyrənib ətrafımdakılara izah edə biləcəyəmmi. 

 

ARDNŞ-nin gənclərə olan qayğısı, istedadlı, dərin biliklərə yiyələnmiş, daha 



mükəmməl  mütəxəssislərin  yetişdirilməsi  yolunda  gördüyü  işlər  haqqında  cox 

eşitmişdim.  Bu  barədə  socar.az/təhsil  saytında  oxuduqdan  sonra  məndə  də  “Yay 

təcrübəsi”  proqramında  iştirak  etmək  arzusu  oyandı.  Sənədlərimi  verdim  və  mən 

də təcrübəçilər sırasına qəbul olundum. 

 

Siyahıda  öz  adımı  və  “Azneft”    İB-də  təcrübə  keçəcəyimi  görüb  çox 



sevindim. Socar.az saytından “Azneft” İB haqqında ətraflı məlumatları və xəbərləri 

oxumağa başladım. 

 

Nəhayət  ,  səbirsizliklə  gözlədiyim  gün  gəlib  çatdı  və  mən  “Azneft”  İB-nə 



yollandım.  İlk  öncə  İstehsalat  Birliyinin  rəhbər  işçiləri  ilə  görüşdük.  Onlar  bizi 

səmimi qarşılayıb, uğurlar arzuladılar. 

 

Kadrlar  şöbəsində  də  eyni  səmimiyyətlə  məni  qəbul  etdilər  və  təcrübə 



keçmək üçün   “Bibiheybətneft” NQÇİ-nə   göndərdilər. 

 

Beləliklə, ilk yay təcrübəmə dünyanın neft tarixinə düşən və 160 ildən artıq 



bir dövrdə neft hasil edən  “Bibiheybətneft” NQÇİ-də başladım.  İdarəyə gəldiyim 

ilk gündən diqqət və qayğı ilə qarşılandım. “Bibiheybətneft” NQÇİ-nin rəisi İlqar 

Həmzəyevlə tanışlıq məndə xoş təəssurat oyatdı. Onun mənə və digər təcrübəçilərə 

tövsiyəsi  bu  oldu  ki,  “  sizə  verilən  fürsətdən  səmərəli  istifadə  edin,  daha  çox  və 

mükəmməl öyrənməyə çalışın.” 

Mənimlə müvəqqəti əmək müqaviləsi bağladılar və mən neftçilərin sırasına 

daxil oldum. 

 

Mənim təcrubə keçəcəyim mədən isə 1-ci mədən oldu. Birinci mədəndə də 



mən  həmin  diqqət  və  qayğını  hiss  etdim,  sanki  mən  çoxdan  bu  kollektivin 

işçisiyəm.  Həmin  diqqət  və  qayğının  sayəsində    birinci  dəfə  qarşılaşdığım 

insanların arasında “yadlıq” hiss eləmədim. Bu  məni daha da ürəkləndirdi və mən 

sual verməkdən çəkinmədim. 

 

Təcrübə  rəhbərim,  1-ci  mədənin  rəisi  Elxan  Dadaşov  və    müavini  Eldəniz 



Səfiyev  məni əvvəlcə mədənin sxemi ilə, təhlükəsizlik qaydaları ilə tanış etdilər. 

Məni  məlumatlandırdılar  ki, işləyən  zaman bilməli olduğum  vacib  şərtlərdən biri 

texniki təhlükəsizlik qaydalarıdır və bu qaydalara əməl etmək mütləqdir. 

 

Sonrakı  günlərdə  mən  də  onlarla  mədənə  gedirdim.  Neftçi  mütəxəssislərlə 



birlikdə,  çiyin  –  çiyinə,  xüsusi  geyimdə  mədənə  gedən  yolda  addımladıqca  həm 


həyəcan , həm də qürurverici hisslər keçirirdim. Nəhayət ki, neft çıxarılan quyunu 

yaxından  gördüm.  Uşaqlıqda  “kaçalka”  kimi  tanıdığımız  mancanaq  dəzgahını, 

nasosları kitablarda deyil, işləyən vəziyyətdə gördüm. 

 

Elxan müəllim, Eldəniz müəllim , hətta ustalar da mənə quyunun qazılması, 



neftin çixması, çıxarılan neftin seperatorlara vurulması və orada sudan və qazqan 

təmizləndikdən  sonra  emal  üçün  göndərilməsi  proseslərini  bütün  incəlikləri  ilə  

izah  edirdilər.  Neftin  yerin  üst  qatına  yaxın  yerləşdikdə  daha  asan  üsulla  əldə 

edildiyini,  dərinlıkdə  yerləşən  laylara  çatmaq  üçün  quyuların  necə  qazıldığını  və 

oraya  qazma  borularının  necə  salındığını,  boruların  ucuna  qazma  baltasının  necə 

bağlandığını  elə səbrlə, həvəslə başa salırdılar ki, mənim marağım daha da artırdı. 

Onlar    yataqların  işlənməsi  zamanı  yeni  avadanlıqların  tətbiqi  nəticəsində  neft 

hasilatının artdığını da qeyd etdilər. 

 

I  kursda  tanış  olduğum  “  Nanotexnologiyaların  neftçıxarmaya  tətbiqi” 



mövzusu  məndə  maraq  oyatmışdı.  Mənə  bu  mövzu  ətrafında  da  daha  genış 

məlumat verərək, “Bibiheybətneft” NQÇİ-nin mədənlərində quma, parafinə, duza 

qarşı nanotexnologiyaların tətbiqi və onun nəticələrindən danışdılar. 

 

Mən  yalnız  quyuların  necə  qazılması,  neftin  necə  çıxarılması  və  nəql 



olunması  ilə  deyil  “  Bibiheybətneft”  NQÇİ-nin  iqtisadi  göstəriciləri  və  bütün 

sahələrdə  əldə  etdikləri  nailiyyətləri  ilə  də  tanış  olurdum.  Neftçilərə  göstərilən 

sosial qayğının, onların istirahəti və müalicəsi üçün müxtəlif regionlara və istirahət 

mərkəzlərinə göndərişlərin verildiyinin də şahidi oldum. 

 

Təcrübədə olduğum zaman idarənin rəisi İlqar müəllim dəfələrlə mənimlə və 



digər  təcrübəçilərlə  maraqlanıb  ,  çətinliyimizin  olub-olmadığını  soruşub.  İşə 

marağımın  nə  dərəcədə  olduğunu  yoxlamaq  üçün  suallar  verib.  Onu  qane  edən 

cavabı almadıqda iradını bildirib, həmin sahəyə daha diqqətlə yanaşmağı tapşırıb, 

eyni zamanda izahatlar verib. 

Təcrübə  zamanı  öyrəndim  ki  ,  neft  çıxarmaqla  bərabər  ətraf  mühitin 

qorunması  da  vacibdir.  Ona  gorə  də  neftlə  çirklənmiş  ərazilər  mütamadi  olaraq 

təmizlənir.  Bundan  əlavə  mənə  qazma  üsulları,  korrektorda  mayelərin  hərəkəti, 

layın ilkin açılış forması,  neftyığma məntəqəsinin iş prinsipi,  mancanaq dəzgahı, 

nasosların  növləri  və  iş  prinsipləri  və  s.  barədə  geniş  məlumat  verdilər.  Eldəniz 

müəllim nəinki öyrədirdi , eyni zamanda  mənim hər şeyi lazım olduğu kimi başa 

düşüb yadda saxlamağımı yoxlamaq üçun suallar da verirdi.    Bu vaxta qədər bir 

çox  detalların,  avadanlıqların  cizgilərinə  baxanda  və  ya  hansısa  detalın  cizgisini 

çəkəndə  çətinlik  çəkirdimsə,  indi  hər  şeyi  təcrübədə  gördükdə  sanki  daha  asan 

qavrayıb  yadda  saxlamaq  olurdu.  Mənə  göstərdikləri  diqqətə,  eyni  zamanda 

tələbkarlığa görə onlara minnətdaram.  

Onların əməyinin nəticəsidir ki, mən elə dərs ilinin ilk günlərində müəllimin 

verdiyi  “nasosların  iş  prinsipi”  haqında  suallara  daha  sərbəst  və  əminliklə  cavab 

verdim.  Müəllim  razı  qaldığını  bildirəndə,  “səni  yaxşı  öyrədiblər”  deyəndə 

“təcrübə müəllimlərim”i bir daha minnətdarlıqla xatırladım. 

Təcrübədə  olduğumuz  müddətdə  İnsan  Resursları  Departementinin,  “İki 

sahil” qəzetinin, “ İctimai ” televiziyanın əməkdaşları da bizimlə maraqlanırdılar . 

Bizdən  təcrübədən  razı  qalıb  qalmadığımızı,  irad  və  təkliflərimizı  soruşurdular. 

Arzularımızı  gerçəkləşdirən  bir  proqrama,  bizi  səmimyyətlə  qarşilayan, 



bilmədiklərimızı bizə öyrədən, bizim simamızda öz davamçılarını görən insanlara, 

əlbətdə  ki,  hec  bir  iradımızın  olmadığını  söyləyirdik.  Fikrimcə  hər  şeyin 

qaydasında  ,  mənim  təsəvvür  etdiyimdən  də  yaxşı  təşkil  olunduğu  üçün  hec  bir 

təklifimin olmadığını söylədim.  Axı “Yay təcrübəsi ” proqramının köməyi ilə biz 

nəinki  biliklərimizi  təcrübə  ilə  birləşdirib,  ixtisasımızın  sirlərinə  daha  dərindən 

yiyələnirik , həm də əmək haqqı alırıq. İndi mənim əmək kitabçam var və mən öz 

əmək fəaliyyətimə neftçi kimi başlamısam. 

Yay təcrübəm cəmi bir ay oldu. Bir ayda mən “ hər şeyi öyrəndim ” desəm 

təbii  ki,  duz  olmaz.  Ancaq  bu  bir  ay  mənim  özumə  güvənimi  artırdı.  Mən  də 

gələcəkdə həm savadlı, həm də təcrübəli bir mütəxəssis olmağı arzulayıram. 

Bu  şəraiti  bizə  yaratdıqları  üçün,  həm  təcrübə  vaxtı,  həm  də  təcrübədən 

sonra  öz  diqqət  və  qayğılarını  bizdən  əsirgəmədiklərinə  görə    ARDNŞ-nin 

rərbərliyinə, İnsan Resursları Departamentinin kollektivinə dərin təşəkkür edirəm. 

Arzum  növbəti  illərdə  də  “  Yay  təcrübəsi  ”  proqramında  iştirak  etmək, 

yenidən  “Bibiheybətneft”  NQÇİ-nin  mehriban  kollektivinə  qatılıb  ,  onların 

köməkliyi ilə biliklərimi daha da artırmaqdır. Bu isə o deməkdir ki, mən yenidən 

təcrübəçi  olmaq  şansını  qazanmaq  üçün  daha  çox  çalışmalı,  daha  yaxşı 

oxumalıyam. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

      

Yüklə 29,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə