Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»


Cədvəl 2.6. Səhiyyənin maliyyələşdirilməsinə büdcə xərclərinin dinamikası



Yüklə 498,86 Kb.
səhifə5/7
tarix01.11.2017
ölçüsü498,86 Kb.
#8118
1   2   3   4   5   6   7

Cədvəl 2.6.

Səhiyyənin maliyyələşdirilməsinə büdcə xərclərinin dinamikası

(mln.manatla)




2013

2014

2015

2016

Dövlət büdcəsinin xərcləri-cəmi

19143,5

18708,0

21100,0

18495,0

O cümlədən













Səhiyyə xərcləri

618,9

665,3

777,7

830,8

Büdcə xərclərinin ümumi məbləğinə nisbətən %-lə

3,2

3,6

3,7

4,5

Göründüyü kimi, səhiyyənin maliyyələşdirilməsinə 2013-cü ildə 618,9 mln manat, 2014-cü ildə isə səhiyyəyə 665,3 mln manat sərf edilmişdirsə, 2015-ci ildə bu məqsədə daha çox vəsait ayrılıb. Belə ki, 2015-ci ildə səhiyyənin maliyyələşdirilməsinə 777,7 mln manat ayrılmışdır ki, bu da 2013-cü ildəkindən 25,7 faiz çoxdur. 2016-cı ildə səhiyyənin maliyyələşdirilməsinə 830,8 mln manat ayrılmışdır ki, bu da 2014-cü ildəkinə nisbətən 24,9 faiz, 2015-ci ildəkinə nisbətən 6,8 faiz çoxdur.

2015-ci ildə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi və regionlarda yeni səhiyyə mərkəzlərinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçiriləcək. Səhiyyə xidmətini yaxşılaşdırmaq vərəmlə xəstələnmə hallarının azaldılması və epidemiyalara qarşı mübarizə tədbirlərinə böyük məbləğdə vəsait proqnozlaşdırılmışdır. 2015-ci ildə\ səhiyyə xərclərinin büdcə xərclərində payı 4,5 faiz təşkil edəcək ki, bu da əvvəlki ilə nisbətən 0,8 faiz yüksəkdir.

2015-ci il üçün Azərbaycan Respublikasının Dövlət büdcəsi haqqında Qanunla səhiyyə üzrə xərclər aşağıdakı 5 funksional köməkçi bölməyə ayrılmışdır.

Cədvəl 2.7.

2015-ci ildə səhiyyə üzrə büdcə xərclərinin tərkibi və quruluşu.


Xərclərin adı

Məbləğ (milyon manat)

Cəmi xərclərdə payı, %-lə

Səhiyyə xərcləri, cəmi

777,7

100

Poliklinikalar və ambulatoriyalar

110,1

14,2

Xəstəxanalar

359,0

46,2

Səhiyyə sahəsində digər xidmətlər

7,1

0,9

Səhiyyə sahəsində tətbiqi tədqiqatlar

4,9

0,6

Səhiyyə sahəsinə aid edilən digər tədqiqatlar

296,5

38,1

Büdcə təsnifatına müvafiq olaraq, səhiyyə xərcləri 5 funksional köməkçi bölmədə təsnifləşdirilmişdir. Büdcədən ayrılan vəsaitin 359,0 mln manatı və ya 46,2 faizi xəstəxanaların saxlanmasına 110,1 mln manata qədəri və ya 14,2 faizi poliklinikaların və ambulatoriyaların maliyyələşdirilməsinə, 7,1 mln manatı və ya 0,9 faizi səhiyyə sahəsində digər xidmətlərə 4,9 mln manatı 0,6 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlara və 296,5 mln manatı və ya 38,1 faizi səhiyyə sahəsinə aid edilən digər xidmətlərə yönəldilməsi nəzərdə tutulub.

Səhiyyə idarələri üzrə xərclər smeta qaydasında planlaşdırılır və maliyyələşdirilir. Səhiyyə müəssisələrinin xərcləri mərkəzi büdcədən, həm də yerli xərclərdən maliyyələşir. Respublikanın mərkəzi büdcəsindən başlıca olaraq Respublika əhəmiyyətli idarələr və tədbirlər, sanitariya-epidemioloji stansiyalar, respublika əhəmiyyətli klinik xəstəxanalar, ambulatoriya-poliklinika şəbəkəsi və təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları, dəmir yolu, su və aviasiya nəqliyyatına tibbi xidmət müəssisələri və i.a. maliyyələşir. Qalan digər xəstəxanalar, poliklinikalar, həkim sağlamlıq məntəqələri və rayon, kənd, qəsəbə xəstəxanaları və sanitariya-gigiyena müəssisələri və tədbirlərinin əksəriyyəti yerli xərclərdən maliyyələşir.

Səhiyyə üzrə kadr hazırlığı, tibb üzrə elmi-tədqiqat institutları, tibb elminin inkişafı üzrə xərclər mərkəzləşdirilmiş xərclər hesabına maliyyələşir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Dəmir Yolunun səhiyyə müəssisələri, səhiyyə sahəsində tətbiqi tədqiqatlar tamamilə mərkəzləşdirilmiş xərclər hesabına maliyyələşir.

Hər il sosial-iqtisadi inkişaf proqramının göstəriciləri əsasında səhiyyənin inkişafının əsas istiqəmtləri müəyyən edilir. Səhiyyənin maliyyələşdirilməsi üçün əsas göstəricilər respublika üzrə xəstəxana çarpayılarının sayı, həkim vəzifələrinin sayı, orta və kiçik tibbi heyətin sayı, yeni səhiyyə müəssisələrinin və ya şöbələrinin istifadəyə verilməsi, tibbi şəbəkəsinin əsaslı xərcləri və i.a.əsas götürülür.

Lakin səhiyyə xərclərinin ümumi məbləğini planlaşdırmaq üçün bir sıra əlavə göstəriciləri də müəyyən etmək lazımdır: şəbəkə, ştat və kontingentin orta göstəriciləri müəyyən edilir.

Dövlət büdcəsindən əhalinin sağlamlığının qorunması üçün ayrılan vəsaitin səmərəli və məqsədəuyğun istifadə olunması üçün və eləcə də dərman təchizatını yaxşılaşdırmaq üçün xəstəxanalara xidmət edən sərbəst balansa malik olan apteklər xəstəxanaların tabeliyinə verilmişdir.

Səhiyyə xərclərinin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi hökümətin əhalinin sağlamlığı ilə bağlı siyasətinin və proqramlarının nə dərəcədə effektiv olduğunu qiymətləndirmək baxımından son dərəcə mühümdür. 2012-ci illərin sonlarında həmin göstəricinin ayrı-ayrı dövlətlər üzrə səviyyəsi aşağıdakı kimi olub:

Almaniya – 18%

ABŞ – 16%

Avstraliya – 13%

İsveçrə – 13%

Avstriya – 12%

Norveç – 10%

Finlandiya – 4% və s.

FƏSİL 3. Dövlətin sosial siyasətinin maliyyə təminatının təkmilləşdirilməsi və büdcənin rolunun artması.

3.1. Sosial müdafiə və sosial təminatın maliyyətəminatının təkmilləşdirilməsi istiqamətləri.

Azərbaycanda iqtisadi artımın və iqtisadi təhlükəsizliyin ən vacib amili sosial islahatların effektli təşkili və reallaşmasıdır. Respublikamızda sosial islahatların aparılmasının zəruriliyi bir sıra obyektiv amillərə-cəmiyyətin quruluşunun dəyişilməsi, əmək bazarının formalaşması, demoqrafik vəziyyətin ağırlaşması və əməklə məşğul əhali ilə pensiyaçıların proporsiyalarının pisləşməsi ilə müəyyən olunur. Respublikamızda sosial-iqtisadi islahatların aparılması prosesində həyat səviyyəsi dinamikasında mənfi meyllərin dəf edilməsi, sosial tələbatların məqbul minimal həcminin ödəniliməsi üçün ehtiyatlar bazası yaradılmalıdır.

Bazar iqtisadiyyatı şəraitində əhalinin sosial müdafiəsi tədbirləri sistem halında işlənməlidir. Əhalinin məşğulluğu və ounun gəlirlərinin indeksləşdirilməsinin qanunların tələblərinə uyğun aparmaq vacibdir. Belə bir şəraitdə qiymətlər liberallaşdırılıb, sağlam rəqabət yaradılır, antiinhisar siyasəti işlənib hazırlanır, özəlləşdirmə və dövlətsizləşdirmə müəyyən olunur. Belə bir nəticəyə gəlmək olar ki, islahatlar nə qədər çoxcəhətli olsa, onları həyata keçirmək və milli iqtisadiyyatımızı uğurla inkişaf etdirmək mümkündür.

Əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi dövrünün obyektiv və subyektiv çətinliklərini yaşayan Azərbaycan Respublikası üçün həyatı əhəmiyyət kəsb edən problemlərdəndir. Sosial sığorta əhalinin sosial müdafiə sisteminin mühüm tərkib hissəsidir. Bütünlüklə əhalinin sosial müdafiəstinə yönəldilən vəsaitin 60 faizə qədəri sosial sığortanın payıqa düşür. Bazar iqtisadiyyatı şəraitində sosial sığortanın təkmilləşdirilməsi aşağıdakıları nəzərdə tutmalıdır:



  • sosial sığortaya sığorta haqqlarının fərqləndirilmiş məbləğləri tətbiq edilsin və o, işin təhlükəlilik, ağırlıq, zərərlilik dərəcəsindən və əmək şəraitinin vəziyyətinin asılı olsun;

  • sosial sığorta sisteminin maliyyələşdirilməsində və idarə olunmasında vətəndaşların şəxsi iştirakının gücləndirilməsi təmin olunsun;

  • vətəndaşların vəsaitləri və müəssisələrin gəlirləri hesabına könüllü sosial sığorta formalarını inkişaf etdirilməsi üçün şərait yaradılsın.

Bu gün sosial sığorta sisteminin təkmilləşdirilməsi bazar iqtisadiyyatı münasibətlərinə uyğun formalaşdırılması prosesi gedir. Bazar iqtisadiyyatı şəraitinə keçid şəraitində əhalinin sosial təminat sisteminin təkmilləşdirilməsi problemi daha kəskin və aktual olur. Qocaların və əlillərin sayının artması meyli sosal cəhətdən ən zəif müdafiə olunan bu əhali kateqoriyasına qarşı sosial siyasətin kökündən dəyişdirilməsini tələb edir.

Respublikamızda aparılan sosial islahatların vacib istiqamətlərindən biri də pensiya sisteminin islahatıdır. Hazırda ölkəmizdə əmək pensiyaları sistemi çərçivəsində nəzərdə tutulmuş baza və sığorta hissələri müsbət nəticələrlə tədqiq olunsa da əmək pensiyalarının qanunvericiliklə nəzərdə tutulmuş üçüncü elementinin - yığım hissəsinin fəallaşdırılması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi gündəlikdə durur. Bununla yanaşı, pensiya münasibətlərinin könüllü pensiya sığortası və qeyri dövlət pensiya təminatı kimi elementləri özündə cəmləşdirən islahat istiqamətinin reallaşdırılması ölkəmizin perspektiv sosial-iqtisadi tərəqqisində mühüm rol oynamalıdır.

Yeni sığorta-pensiya sisteminin fəaliyyəti üçün zəruri qanunvericilik bazası və müasir tələblərə cavab verən maddm-texniki baza əsasən yaradılsa da, sistemin işinin tam avtomatlaşdırılmış qaydada təşkili və onu çalışdıracaq kadr potensialının formalaşdırılması, eyni zamanda, fərdi uçotun və xüsusilə də sığorta olunanların məlumatlandırılması sisteminin inkişafı mühüm vəzifə olaraq qarşıda durur.

2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı (bundan sonra - Dövlət Proqramı) qeyd olunan problemlərin kompleks həllinə yönəlmişdir və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043№li sərəncamı ilə təsdiq edilmiş, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramında müəyyən olunmuş strateji məqsəd hədəf və göstəricilər nəzərə alınmaqla, ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən növbəti mərhələsini müəyyənləşdirir.

Azərbaycan Respublikasında bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olması və sosial iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması əhalinin maddi rifahının beynəlxalq standartlara uyğun mexanizmlər əsasında daha da yüksəldilməsinə şərait yaradır ki, bu da ölkənin iqtisadiyyatı ilə sosial həyatının bir-birinə bağlayacaq sığorta-pensiya sisteminin hərtərəfli inkişafını zəruri edir. Pensiya təminatında sığorta prinsiplərinin cücləndirilməsini və tədricən yığım komponentinin tətbiqinə keçidi nəzərdə tutmaqla, pensiya islahatlarının daha da dərinləşdirilməsi, aparılan islahatlar nəticəsində qurulmuş yeni sığorta pensiya sisteminin dayanıqlı və dinamik inkişafa nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi dövlət proqramının əsas məqsədini təşkil edir.

Dövlət Proqramında nəzərdə tutulan əsas vəzifələr aşağıdakılardır:



  • sığorta-pensiya sisteminin fəaliyyətində sığorta prinsiplərinin gücləndirilməsi və qeyri-sığorta xarakterli ödəmələçrn tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi;

  • vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə daha sıx inteqrasiyasının təmin edilməsi;

  • məcburi dövlət sosial sığortasının təkmilləşdirilməsi və könüllü pensiya sığortasının inkişaf etdirilməsi;

  • əmək pensiyalarının yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi;

  • bütövlükdə sığorta pensiya sisteminin cari ödəmə qabiliyyətinin, habelə orta və uzun müddətli maliyyə dayanıqlığının təmin edilməsi;

  • sığorta-pensiya sisteminin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə nail olunması, idarəetmənin tam avtomatlaşdırılması və fərdi uçot sisteminin əhatəli inkişafının təmin olunması.

Müəyyən edilmiş məqsəd və vəzifələrə uyğun olaraq Dövlət Proqramında 2009-2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafı aşağıdakı başlıca istiqamətlərdə aparılmışdır.

1. Sığorta-pensiya sisteminin fəaliyyət nin aktuar modellər əsasında təkmilləşdirilməsi.

Sığorta-pensiya sisteminin perspektiv inkişafı istiqamətlərinin müəyyənləşdirilməsi aktuar hesablamalar əsasında proqnozlaşdırma işinin düzgün təşkilindən birbaşa asılıdır.

Bunun üçün makro-iqtisadi, demoqrafik və bilavasitə sistemin fəaliyyətini xarakterizə edən göstəricilərin dəyişməsinin əlaqəli şəkildə öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə sistemdəki bir sıra əlavə hüquq və imtiyazların dövri olaraq demoqrafik göstəricilərə uyğunlvşdırılması məqsədilə müvafiq mexanizmlərin tətbiqi təmin edilməlidir.

Yeni pensiya sisteminin tətbiqinədək təyin olunmuş pensiyaların sığorta olunanların əvvəlki sistemin fəaliyyəti dövründə qazanılmış pensiya hüquqlarının, qulluq stajına görə əlavələrin və sosial sığortaya əsaslanmayan digər ödənişlərin sistemin əlavə maliyyə yükünə çevrilməsi, dövlətin müəyyən etdiyi sosial hədəflərin həyata keçirilməsində zəruri olan dövlət büdcəsi transfertlərinin həcmi, məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun nəticəsi kimi gələcəkdə gözlənilən maliyyə tələbi, artan maliyyə tələbi ilə sosial sığortanın motivlərini uyğunsuzluğunun gözlənilməsi və digər problemlərin əlaqəli şəkildə öyrənilməsi, müvafiq təkliflərin göstərilən bütün amllər nəzərə alınmaqla hazırlanması mexanizmi qurulmalıdır.

Aktuar təhlillərin aparılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə, ayrı-ayrı mövzuların tədqiq olunması məqsədilə səriştəli beynəlxalq ekspert və məsləhətçilərin cəlb edilməsinə, inkişaf etmiş ölkələrin aktuar hesablamaların aparılması sahəsində təcrübəsinin Azərbaycanda daha sürətlə tətbiqinə xüsusi diqqət yönəldilməlidr.

2. Məcburi Dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsi.

Azərbaycan respublikasında sığorta münasibətlərinə əsaslanan sığorta-pensiya sisteminin qurulması məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi sahəsindəki rolunu daha da artırmışdır. Mövcud sığorta-pensiya sisteminin dayanıqlı inkişafı məcburi dövlət sosial sığorta haqqları ilə sosial-sıorta ödənişləri arasında birbaşa əlaqənin təmin edilməsindən bilavasitə asılıdır. Eyni zamanda , artan maliyyə tələbi ilə sosial sığorta normativlərinin uyğunluğunun gözlənilməsi əsas vəzifələrdəndir.

Digər tərəfdən, işə götürən-işçi münasibətlərinin rəsmiləşdirilməsindən və əməyin ödənişinin təşkilindən mövcud olan problemlər qeyd olunan sahəyə öz mənfi təsirini göstərir ki, bu istiqamətdə müvafiq sağlamlaşdırma tədbirlərinin tətbiqi təmin olunmalıdır.

Məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsinin və bu sahədə şəffaflığın artırılmasının əsas istiqəamətlərindən biri kimi məcburi dövlət sosial sığorta haqqları hesabına ödənilən müavinətlərin təyin olunmasının və uçotunun avtomatlaşdırılması təmin edilməlidir.

3. Əmək pensiyası təminatının təkmilləşdirilməsi.

Azərbaycanda beynəlxalq normalara uyğun təşkil olunmuş əmək pensiyaları sistemi fəaliyyət göstərir. Bu sistemdə pensiyaların məbləğinə təsir edən əsas göstəricilər kimi vətəndaşların fərdi şəxsi hesablarında əks olunan vəsaitlər və gözlənilən pensiya ödənişi müddəti nəzərdə tutulur. Sistemdəki bir sıra əlavə hüquq və imtiyazların da bu göstəricilər əsasında tənzimlənməsinin alternativ mexanizmlərinin müəyyənləşdirilməsi onun təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı yeni pensiya sistemnin fəaliyyətə başlamasından əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının qiymətləndirilməsinin təkmilləşdirilməsi, pensiya təyinatının avtomatlaşdırılması, xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşlarının gələcək pensiya təminatı üzrə müvafiq ölkələrlə sazişlərin hazırlanması və digər istiqamətlərdə tədbirlərin görülməsi təmin olunmalıdır. Eyni zamanda, yeni pensiya sisteminin fəaliyyətə başlamasından əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasındakı fərqlərin tədricən aradan qaldırılması tədbirləri davam etdirilməlidir.

Bütün bunlarla yanaşı, əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi mühüm məqsədlərdəndir. Bunun üçün pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdirilməli, bankomat və post terminallarla təchizat gücləndirilməli, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadə təmin olunmalı, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək tətbiq edilməlidir.

4. Dövlət sosial sığorta simtemində fərdi uçot.

Dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədilə ötən dövr ərzində mühüm vəzifələr yerinə yetirilmişdir. Bu sahədə normativ-hüquqi bazanın yaradılması, zəruri infrastrukturun qurulması, qeydiyyatdakı bütün sığorta olunanlara fərdi şəxsi hesab açılaraq sığorta şəhadətnamələrinin paylanması təmin edilmişdir.

Perspektivdə sığorta olunanlara dair illik hesabatların qəbulu və müvafiq məlumatların fərdi şəxsi hesablarda əks etdirilməsi, bu məlumatların sığorta olunanlara çatdırılması mühüm vəzifələrdəndir. Bunun üçün sığorta olunanların fərdi məlumatlarının qorunması mexanizmlərin müəyyənləşdirilməli və hər bir sığorta olunan üzrə məlumatların təqdim edilməsində işə götürənlərin məsuliyyəti daha da artırılmalıdır.

Ölkədə yeni sığorta-pensiya siteminin tətbiqindən əvvəl sığorta olunanların qazanılmış əmək pensiyası hüquqları üzrə göstəricilərin fərdi şəxsi hesablara işlənilməsi təmin edilməlidir. Sığorta olunanların əvvəllər qazanılmış pensiya hüquqlarını müəyyənləşdirilməsinin yeni pensiya sisteminə uyğun şəkildə həyata keçirilməsi göstərilən istiqsmətdə işlərin sürətləndirilməsinə imkan verəcəkdir.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sığorta olunanların fərdi uçotu üzrə regional mərkəzlərinin yaradılması və fondun fəaliyyətinin avtomatlaşdırılması başa çatdırılmalıdır.

5. Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi.

Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi baza, sığorta və yığım hissələrindən ibarət olmaqla üçpilləli pensiya təminatını nəzərdə tutur. Ölkədə qurulmuş yeni sığorta-pensiya sistemi çərçivəsində əmək pensiyalarının baza və sığorta hissələrinin təyini və artırılması mexanizmləri uğurla tətbiq edilmişdir. Əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş üçüncü pilləsini, yəni yığım hissəsinin də tətbiqi qarşıda duran mühüm vəzifələrdəndir.

Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi daha mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafvndan və sığorta pensiya sistemindən kənar digər amillərdən çox asılıdır.

Bunun üçün beynəlxalq təcrübə öyrənilməklə, əvvəlcə sosial sığorta haqqlarının fərdi hesabın yığım hissəsinə (fərdi yığım hesablarına) yönəldilməsi mexanizmləri və həmin vəsaitlərin idarə olunması qaydaları düzgün müəyyən edilməli, bundan sonra sosial sığorta haqqlarının fərdi yığım hesablarına toplanmasına başlanılmalıdır.

Fərdi yığım hesablarında toplanan vəsaitlərin istifadə qaydalarını, idarəedici şirkətlərə olan tələbləri, həmçinin idarəedici şirkətlərin investisiya portfelinin sığortaolunanlar tərəfindən seçilməsi imkanını nəzərdə tutan normativ hüquqi baza yaradılmalıdır. Bundan sonra sosial sığorta haqqlarının fərdi yığım hesablarına toplanmasına, eləcə də həmin vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotuna başlanılması, habelə sosial sığorta haqqlarının fərdi yığım hesablarına toplanmasının stimullaşdırılması məqsədi ilə bir sıra əlavə mexmnizmlərin tətbiqi nəzərdə tutulur.

6. Qeyri-dövlət pensiya institutlarının inkişafı.

Azərbaycanda qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və fəaliyyətinin inkişafı pensiyaçıların sosial müdafiəsi, eləcə də ölkədə maliyyə bazarının inkişafı baxımından çox əhəmiyyətlidir.

Bunun üçün vətəndaşlara əlavə pensiya təminatını nəzərdə tutan qeyri-dövlət pensiya fondlarının yaradılmasını və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması vacibdir. Eyni zamanda, qeyri-dövlət pensiya fondlarının pensiya ehtiyatı vəsaitlərinin yerləşdirilməsi və yerləşdirilməsinə nəzarət qaydaları işlənib hazırlanmalı, qeyri-dövlət pensiyaların təyini, maliyyələşdirilməsi və ödənilməsi mexanizmləri müəyyən edilməlidir. Qeyri-dövlət pensiya fondlarının fəaliyyətini stimullaşdırmaq məqsədi ilə müxtəlif vasitələrlə yanaşı, onlar sığorta olunanların fərdi yığım hesablarında toplanan vəsaitlərin idarə olunmasında iştiraka cəlb edilə bilərlər.

Dövlət Proqramının həyata keçirilməsi üçün maliyyə mənbəyinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi və qanunvericiliyə uyğun digər mənbələr təşkil edir.

Müasir dövrdə iqtisadiyyatın dövlət tənzimlənməsinin mühüm atributlarından biri də dövlətin sosial siyasətidir. Dövlətin sosial siyasəti isə əsasən əhalinin sosial müdafiəsi üzərində durur ki, onun da əsas istiqaməti əhalinin sosial müdafiəsini təmin etmək, dövlət təminta vasitəsilə əhalinin həyat səviyyəsindəki gərginlik meylldərinin aradan qaldırılmasından ibarətdir. Ölkə iqtisadiyyatında baş verən dəyişikliklərə tam uyğun olaraq sosialinfrastrukturun tənzimlənməsindən dövlətin rolu və funksiyası daha da genişləqndirilməlidir. Belə ki, bazar iqtisadiyyatına keçid respublikamızda sosial infrastrukturun sahələrinin səmərəli inkişafına geniş imkanlar yaratmışdır. Deməli, respublikanın hər bir konkret regionunda əhalinin sosial müdafiəsi real vəziyyətdən asılı olaraq düzgün müəyyənləşdirilməlidir. Belə ki, respublikada sosial infrastrukturun formalaşdırılması və inkişafı dövlətin apardığı sosial siyasət tam uyğun olaraq tənzimlənməlidir. Göstərmək lazımdır ki, sosial infrastrukturun formalaşdırılması istiqamətində ən mühüm vəzifə hər bir regionda istehsal strukturunun bazar iqtisadiyyatı tələbləri əsasında təkmiloləşdirilməsidir. Respublikada əhalinin məşğulluq səviyyəsi, sıxlığı, cinsi, tərkibi, əhalinin həyat səviyyəsi, milli etnik xarakterli amillər sosial siyasətdə və infrastrukturun formalaşmasında nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə sosial infrastruktur sahələrinin yüksək inkişafını nəzərdə tutmaqla, eyni zamanda sosial yönümlü bazar iqtisadiyyatı modelinə daha çox üstünlük verilir. Bazar münasibətləri şəraitində sosial infrastruktur sahələrinin inkişafı, xüsusilə onun maliyyələşdirilməsi əsasən dövlət büdcəsi hesabına həyata keçirilir.

Məlumdur ki, geniş investisiya axınının əsas məqsədi lazımi mənfəət əldə etməklə yanaşı, əhalinin sosial vəziyyətini getdikcə yaxşılaşdırmaqdan ibarətdir. Məhz buna görə də respublikamızda investisiya qoyuluşlarının sosial yönümünü gücləndirmək lazımdır. Bu baxımdan xarici investorların fəaiyyəti nəticəsində strateji əhəmiyyət kəsb edən sahələrin xüsusilə, neft, qaz, kimya sənayesi sahələrinin sürətli inkişafının təmin etməklə yanaşı, həm də müvafiq sosial infrastrukturun formalaşdırılmasını da təşkil etmək lazımdır.

Ermənistan Respublikasının ölkəmizə təcavüzü nəticəsində respublikamızın sosial-iqtisadi inkişaf potensialına güclü zərbə vurmuşdur. Belə ki, müharibə zonası rayonlarında təsərrüfat fəaliyyəti dayandırılmış və sosial infrastruktur tamamilə dağılmışdır. Məlum olduğu kimi, respublikamızın 20% torpağının müvəqqəti olsa da erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Odur ki, hazırda Azərbaycanda öz doğma ata-baba yurdlarından zorla qovulan qaçqınların sayı milyondan çoxdur. Məhz buna görə də müasir müstəqillik şəraitində respublikada və xüsusilə onun tərkib hissəsi olan Dağlıq Qarabağ regionunda sosial infrastrukturun formalaşmasına və inkişafına böyük investisiya qoyuluşları tələb edilir. Digər tərəfdən respublikada sosial infrastruktur sahələrinin inkişafı zəifləməklə, bu mühüm sahədə çalışanların sayı xeyli azalmışdır. Belə bir vəziyyət kənd yerlərində xüsusilə nəzəri cəlb edir. Belə ki, kənd və rayonlarda təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrində çalışan ixtisaslı mütəxəssislər çatışmır. Bunun nəticəsində bu mühüm sahələrdə çalışanların əksəriyyəti qeyri ixtisas sahiblərindən ibarətdir. Buna görə də ictimai tələbatla bağlı olan səhiyyə və təhsilin dövlət tərəfindən tənzimlənməsi zərurətə çevrilir. Onu da əlavə etmək lazımdır ki, hələ keçmiş ittifaqın mərkəzləşdirilmiş planlaşdırılması nəticəsində respublikanın daxili regionlarında sosial infrastruktur sahələri geniş inkişaf etməklə, bir birindən son dərəcə kəskin surətdə fərqlənirlər. Bu da investisiya qoyuluşlarına olan tələbatın artmasına səbəb olur.

Bazar iqtisadiyyatı hər bir ərazidə sosial-infrastruktur sahələrinin səmərəli inkişafına geniş imkanlar yaratmalıdır. Belə ki, hər bir konkret regionda əhalinin sosial müdafiəsi real vəziyyətdən asılı olaraq düzgün müəyyənləşdirilməlidir. Bu mürəkkəb və çoxcəhətli vəziyyəti tənzimləmək üçün makro və mikro səviyyələrdən asılı olaraq sosial infrastrukturun formalaşdırılması tamamilə yeni prinsiplərə əsaslandırılmalıdır. Ən başlıca prinsiplərdən biri əhalinin milli xüsusiyyətinin, təbii iqlims şəraitinin, sosial-iqtisadi inkişafın mövcud səviyyəsi hesab edilir. Cəmiyyət miqyasında sosial infrastrukturun tərkib hissəsi hesab edilən sahələrin, xüsusilə, təhsilin, səhiyyənin və digər ictimai əhəmiyyəti yüksək olan sosial sferaların inkişafı dövlət büdcəsindən maliyyələşdirlməli və tənzilənməlidər. Beləliklə, iqtisadiyyatda baş verən köklü dəyişikliklər, tam uyğun olaraq hər bir sahə və regionlarda sosial inkişafın formalaşmasında və tənzimlənməsində dövlətin rolu və funksiyası daha da gücləndirilməlidir. Deməli, ölkədə bazar iqtisadiyyatının formalaşması, xüsusilə iqtisadiyyatın strateji sahələrində nəzərdə tutulan xarici investisiyalardan əldə edilən gəlirlərdən sosial infrastrukturun kompleks inkişafını təmin etmək üçün də istifadə edilməlidir.

Bütün bunlar onu göstərir ki, ölkəmizdə iqtisadi inkişaf sosial sahəyə bilavasitə əhəmiyyətli təsir göstərir. Bu mənada Azərbaycanda iqtisadiyyatda həyata keçirilən siyasət özünü qabarıq şəkildə sosialyönüsmlülük faktorunu ön plana çəkir, yəni Dövlət büdcəsi müzakirə edilib təsdiq edilərkən sosial yönümlülük prioritet olaraq qalır.

Azərbaycanda sosial uğurların əldə edilməsində sığorta-pensiya sistemində həyata keçirilən köklü islahatlarda mühüm rol oynayır. Hazırda Azərbaycanın beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya modeli formalaşmışdır. Bu model hazırda dünyada mövcud olan sığorta - pensiya təminatı sisteminin ən mütərəqqi elementlərini özündə birləşdirir.

Belə ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının fərdi uçotu qurulmaqla vətəndaşların pensiya hüquqlarının həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə, pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilmişdir.

Sistemdə ölkə iqtisadiyyatının inkişafına uyğun əmək haqqı fondu, bundan formalaşan sosial sığorta haqqları və həmin haqqlara görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur ki, bu şəraitdən sosial sığortaya cəlb olunan əmək haqqlarının artımı pensiya artımlırını da şərtləndirir.

Bununla yanaşı uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli peknsiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Bu baxımdan ölkə prezidenti İlham Əliyevin imzaladığı 4 noyabr 2014-cü il sərəncamla təsdiq olunun «2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası» mühüm əhəmiyyət kəsb edir. Bu sənəd ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıyır. Konsepsiyanın həyata keçirilməsi nəticəsi kimi təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləği uyğunluq təşkil edəcək, pensiya təminatı sisteminin yığım potensialı güclənəcək, qanunvericilikdə sığortaya dair prinsiplər təkmilləşdiriləcək, sosial sığorta haqqı normativinn strukturu təkmilləşdirilədək.


Yüklə 498,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə