Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»


Sosial-mədəni tədbirlərin maliyyələşdirilməsində büdcənin rolunun artması



Yüklə 498,86 Kb.
səhifə6/7
tarix01.11.2017
ölçüsü498,86 Kb.
#8118
1   2   3   4   5   6   7

3.2.Sosial-mədəni tədbirlərin maliyyələşdirilməsində büdcənin rolunun artması

Azərbayc an iqtisadiyyatının dinamik inkilşafı dövlət büdcəsinin ölkənin sosial proseslərindəki rolunu daha da artırır. Belə ki, əhaliyə sosial xidmət göstərən sahələrin əksəriyyəti – təhsil, səhiyyə, sosial təminat kimi sahələr büdcə vəsaitləri hesabına maliyyələşdirilir. Əhalinin sosial-mədəni ehtiyaclarının daimi yüksəldiyini nəzərə alsaq, onların bu tələbatlarının ödənilməsi defisit maliyyələşdirmə hesabına olsa da belə, həyata keçirilməlidir. Gələcəkdə sosial proseslərdə dövlət büdcəsinin rolu və əhəmiyyəti daha da artacaqdır, çünki büdcədənkənar fondlara bərabər büdcə vəsaitləri sosial dəyişikliklərin həyata keçirilməsində, əhaliyə sosial xidmətlərin daha yüksək səviyyəsini təmin etməkdə əsas maliyyə bazası olacaqdır. Bu bir daha onu göstərir ki, bazar iqtisadiyyatı şəraitində büdcə mexanizmi iqtisadi və sosial siyasətin həyata keçirilməsində başlıca alətə çevriləcəkdir.

Sosial inkişaf, həmçinin bazar iqtisadiyyatı şəraitində xüsusi vəsaitlər, yerli, bələdiyyə büdcələri və əhalinin vəsaitləri hesabına da təmin olunur. Dövlət büdcəsinin sosi al yönümlüyü onun xərclərindəki sosial sahələrə ayrılan vəsaitlə müəyyən olunur.

Sosial-mədəni tədbirlərin maliyyələşdirilməsinə büdcə xərcləri ildən-ilə artır. Bunu aşağıdakı məlumatlardan daha aydın görmək olar.



Cədvəl 3.2.1

Sosial-mədəni tədbirlərə dövlət büdcəsinin xərclərinin dinamikası

(mln.manatla)




2014

2015

2016

Dövlət büdcəsinin xərcləri – cəmi

18709,0

21100,0

18495,0

Sosial-mədəni tədbirlərə xərclər

4484,4

6884,4

6098,4

Büdcə xərclərində %-lə

24,0

32,6

33,0

Onlardan:










Təhsilə

1553,9

1711,2

1830,2

Büdcə xərclərində %-lə

8,3

8,1

9,9

Mədəniyyətə, kütləvi informasiya vasitələrinə, idman və gənclər siyasətinə

294,0

348,3

738,6

Büdcə xərclərinə %-lə

1,6

1,7

4,0

Səhiyyə

665,3

777,7

830,8

Büdcə xərclərinə %-lə

3,6

3,7

4,5

Sosial müdafiəyə və sosial təminata

1971,2

2040,5

2698,8

Büdcə xərclərinə %-lə

10,5

9,7

14,6

O cümlədən:










Sosial müdafiəyə

1946,8

2006,7

2663,8

Büdcə xərclərinə %-lə

10,4

9,5

14,4

Sosial təminata

24,4

33,8

35,3

Büdcə xərclərinə %-lə

0,1

0,2

0,2

Göründüyü kimi, son illərdə baş verən müəyyən iqtisadi çətinliklərə baxmayaraq ölkəmizdə sosial-mədəni ehtiyaclara ayrılan vəsait nəinki azalmayıb, əksinə daha da artıb ki, bu da dövlətin sosial siyasətinin maliyyə təminatının gücləndirilməsinə, əhalinin sosial müdafiəsinin və rifah halının daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirdiyini əyani subut edir.

Büdcə gəlirlərində Dövlət neft Fondundan daxilolmalarının azalmasına baxmayaraq, başqa sözlə büdcənin gəlirləri və xərcləri azalsa da 2016-cı ilin dövlət büdcəsi özünün sosialyönümlü olması ilə seçilir.

2016-cı ilin dövlət büdcəsində sosialyönümlü xərclərin 33,0 faiz təşkil etməsi, 2015-ci ildəkinə nisbətən 1,6 faiz artıq nəzərdə tutulması onu göstərir ki, büdcə tərtib olunarkən əsas diqqət Azərbaycan xalqının rifah halının yaxşılaşmasına yönəlmişdir. 2016-cı ilin Dövlət büdcəsində, təhsil xərcləri 1830,2 milyon manat və yaxud 2014-cü ildəkinə nisbətən 17,8 faiz çox, 2015-ci ildəkinə nisbətən 7,0 faiz nəzərdə tutulmuşdur. 2016-cı ildə səhiyyənin maliyyələşdirilməsi xərcləri 830,8 milyon manat ayrılmışdır ki, bu da 2014-cü ildəkinə nisbətən 24,9 faiz, 2015-ci ildəkinə nisbətən 6,8 faiz çoxdur.

Sosial müdafiə və sosial təminata büdcədən ayrılan vəsaitin həcmi büdcə xərclərində 2016-cı ildə 14,4 faiz təşkil edəcək. Belə ki, sosial müdafiə və sosial təminata ayrılan vəsait 2698,8 milyon manat təşkil etməklə əvvəlki illə müqayisədə 32,3 faiz, 2014-cü ildəkinə nisbətən 36,9 faiz çoxdur.

Sosial-mədəni tədbirlər üzrə xərclərin tərkibində mədəniyyət, kütləvi informasiya, idman, gənclər siyasəti xərclərinin həcmi də son illərdə xeyli miqdarda artmışdır. 2016-cı ilin büdcəsində bu məqsədə 738,6 milyon manat vəsait ayrılmışdır ki, bu da 2014-cü illə müqayisədə 444,6 milyon manat və ya 2,5 dəfə, 2015-ci ildəkinə nisbətən 390,3 milyon manat və yaxud 2,! Dəfə çoxdur.

Sosial ehtiyaclara xərclər dövlətin dövlətin sosial funksiyalarının yerinə yetirilməsi ilə əlaqədardır. Bu xərclər aşağıdakı əsas qruplara bölünür: təhsilə, mədəniyyət, incəsənət və kinoya, kütləvi informasiya vasitələrinə, səhiyyə və bədən tərbiyəsinə, sosial müdafiə və sosial təminata və s.

Sosial ehtiyaclara xərclər smeta planlaşdırılması prinsipi əsasında müəyyən edilir. Bu xərclər konkret tədbirlər və məsrəflərin növləri üzrə maliyyələşdirilir. Xərclərin həcmi qeyri-istehsal sferası idarələrində hazırlanmış smetala rvə maliyyə orqanları tərəfindən tərtib edilmiş təxsisatın hesablamaları, aparılmış əməliyyatlar və s. əsasında müəyyən edilir.

Büdcə təşkilatlarının smetaları üzrə xərclərin hesablanmasının əsasını onların fəaliyyət göstəricilərinin (şagirdlərin, tədris qruplarının, siniflərin sayı, çarpayıların sayı və s) həcmi, təşkilatın il ərzində fəaliyyət müddəti və maliyyə normaları təşkil edir.

Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasət dövlət büdcəsinə, onun gəlir və xərclərinin dinamikasına və strukturuna öz təsirini göstərmişdir. Aparılan uğurlu islahatlar və ardıcıl iqtisadi siyəsət nəticəsində dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-ə nisbəti ilbəil dəyişmişdir.

Büdcə-vergi siyasəti, əsasən, makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətlənməsinə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına və büdcə kəsirinin minimuma endirilməsinə yönəldilmişdir. Həyata keçirilən çevik büdcə-vergi siyasəti nəticəsində dövlətin iqtisadi qüdrətinin daha da artırılması, regionların, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, dövlət büdcəsi sosial və investisiya yönümlü, inkişaf və quruculuq büdcəsinə çevrilmiş, iqtisadi islahatların və dövlət proqramlarının maliyyələşmə mənbəyi kimi çıxış etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradılmış möhkəm iqtisadi potensiala söykənərək dövlətimizin mili maraqlarını təmin edən strateji sosial-iqtisadi kursun yeni iqtisadi mühit və reallıqlar şəraitində davam etdirilməsi nəzərdə tutulmuşdur.


3.3.Sosial siyasətin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi istiqamətləri

Ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb.Son illərdə ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaq görən sosial siyasəti ictimai həyatın bütün sahələrinin, xüsusilə, təhsil, səhiyyə, sosial müdafiə, sosial təminat, mədəniyyət, idman, gənclər siaysətinin tərəqqisinə güclü təkan verib. Dünya təcrübəsi göstərir ki, hər bir dövlətin inkişaf səviyyəsini ölkəninn təbii sərvətlərinin bolluğu deyil, bu sərvətlərin yüksək potensiyala malik insan kapitalına çevrilməsi, bilik iqtisadiyyatının formalaşması, cemiyyətin sosial tərəqqisi müəyyən edir. Ona görədə Azərbaycanda sosial siyasətin bütün istiqamətlərinin inkişaf etdirilməsi və onun maliyyə təminatının gücləndirilməsi daim dövlətin diqqət mərkəzində saxlanılır.

Sosial siyasətin inkişafı bilavasitə ölkənin sosial iqtisadi inkişafından, maliyyə resuslarının artmasından asılıdır.Sosial siyasətin maliyyə təmiantının yüksəldilməsi və onun maliyyələşmə sisteminin təkminləşdirilməsi maliyyə imkanlarının artmasını vacib edir.

Maliyyə siyasətinin konseptual əsaslarını respublikanın sosial - iqtisadi inkişafı, əhalinin təlabatının ödənilməsi və dövlət gəlirlərinin səmərəli idarə edilməsi istiqamətləri təşkil edir. Ölkədə pul və kredet siyasəti sosial müdafiə və dövlətin iqtisadiyyata himayəçilik siyasəti formalaşmışdır.Bütün mənbələr hesabına dövlətin maliyyə imkanları iqtisadiyyatın tarazlı inkişafına və sosial müdafiə məqsədlərinə yönəldilməklə daha səmərəli prioritetlər üzərində qurulur. Hər bir ölkənin maliyyə siyasəti onun resurs potensialı, onlardan istifadə və perspektiv inkişafı təmin edən effektli mexanizmlər üzərində qurulur. Bu baxımdan maliyyə siyasətinin əsas prinsipləri sosial-iqtisadi inkişafın bütün strukturunun və ayrı-ayrı resurslarının tarazlı inkişaf dinamikasını təmin edən və həmçinin iqtisadi artıma nail olmağa şərait yaratmaqdır. Müasir şəraitdə Azərbaycan Respublikasında iqtisadi potensial yüksəldikcə, onun mülkiyyət formaları və təşkilati-iqtisadi strukturu təkmilləşdikcə maliyyə siyasətinin səviyyəsinin təkmilləşməsinə ehtiyac duyulur. Bu baxımdan maliyyə siyasətini formalaşdıran və inkişaf etdirən qanunvericiliik bazasının təkmilləşdirilməsi, optimal ölçülü inflyasiya səviyyəsinin müəyyən edilməsi, dövlət və qeyri-dövlət sektorunda maliyyə resurslarının daha səmərəli istifadə yollarının müəyyən edilməsi və proqnozlaşdırılması aktual problem olaraq tədqiqat obyekti kimi əhəmiyyətlidir. Ölkədə son illərdə formalaşmış maliyyə resursları, onların istifadə mexanizmləri, xarici ölkələrin maliyyə korporasiyalarının imkanlarından istifadə mexanizmləri və dövlət gəlirlərinin idarə edilməsinin təkmilləşdirilməsi mexanizmləri maliyyə siyasətinin yeni tipli inkişaf modellərinin tətbiqinə və konseptual yanaşma mexanizmlərinin təkmilləşməsinə səbəb olur.

ÜDM artdıqca maliyyə resursları da artır. Onun tərkibində daxili imkanların xüsusi çəkisi daha çoxdur. Resurs potensialında meft sahəsi ilə yanaşı digər sahələrin və qeyri-dövlət sahələrinində xüsusi çəkisi artır. MAliyyə resurslarının formalaşmasında təsərrüfatın təşkili, onun səmərəliliyi maddi resursların bazar tələbatına uyğun istehsala cəlb edilməsi fəallığına amil olaraq təsir edir.

Məlum olduğu kimi, istənilən ölkənin maliyyə resursları üç subyekt: dövlət, müəssisə (təşkilat) və əhali (ev təsərrüfatları) arasında təmasda olur və hərəkət edir. Cəmiyyətin həyat fəaliyyətinin ən vacib sferası olan sosial sferanın maliyyə vəsaitləri də həmçinin bu üç subyektin iştirakı ilə artırılır və bölüşdürülür. Ancaq qəbul olunmuş təsərrüfatçılıq modeli və hər bir ölkədə sosial rifah və xidmətlərin əldə olunmuş istehlak standartlarından asılı olaraq, bu üç subyektin rolları, maliyyə öhdəlikləri və məsuliyyəti əsaslı surətdə fərqlənir.

Bazar iqtisadiyyatının obyektiv nəticəsi - əsas sosial xidmətlərin kommersiyalaşmaya doğru idarə olunmaz hərəkəti, yəni bir qayda olaraq, əhalinin gəlirlərinin artan diferensiyalaşmasının və əsas sosial xidmətlərin hamı üçün əl çatan olmasının sosial əhəmiyyətini nəzərə almadan, maliyyə ağırlığının kortəbii şəkildə əhalinin gəlirlərinin üzərinə keçirilməsi düzgün olmaz. Ona görə də dövlət sosial sahələrin düzgün və səmərəli inkişafına nail olmaq, onun maliyyə təminatını yaxşılaşdırmaq üçün sistemli islahatlar aparmağa başladı. Sosial sferanın maliyyə təminatının sağlamlaşdırılması, əsasən, maliyyə ağırlığının dövlət, müəssisələr və ev təsərrüfatları arasında yenidən bölüşdürülməsinin optimallaşdırılması məqsədini daşıyan bazar alətlərinin daha geniş istifadəsi ilə əlaqədardır. Bu alətləri ümumən belə təsvir etmək olar. Söhbət, ilk növbədə, yeni məşğulluq və gəlirlərin formalaşması siyasətindən gedir. Daha bir vacib alət - sosial bazar iqtisadiyyatlarında özünü müsbət tərəfdən göstərmiş, sosial səbəblərdən (xəstəlik, qocalıq, işsizlik, istehsalatda zədələnmə) əmək qabiliyyətinin itirilməsi riskinin sığortası mexanizmləri, xüsusilə icbari tibbi sığortanın tətbiqi və s.

Pensiya təminatında bölgü sisteminin "nəsillərin həmrəyliyi" prinsipi şərti yığım elementləri ilə əsaslı sürətdə tamamlanmalıdır. Əslində, maliyyə nöqteyi-nəzərindən, bu alətlərin tətbiqi ilə resursların formalaşması aşağıdakı nəticələrə gətirəcək.

-müəssisələrin məcburi proqramlar üzrə sosial sığortaya yönəldilmiş vəsaitlərinin payının nisbətən azalması və sosial məqsədlər üçün olan vəsaitlərin ümumi həcmində ev təsərrüfatlarının payının artması;

-büdcədənkənar qeyri-dövlət vəsaitlərinin payının nisbətən artmasına istiqamətlənmiş və sosial sferaya yönəlmiş büdcə və büdcədənkənar, dövlət və qeyri dövlət maliyyə axınlarının nisbətinin ənənəvi strukturunun dəyişilməsi.

Sosial sferanın resurslarının keyfiyyətli bölgüsü məsələsi, ayrıca bir problemdir. Axı, sosial xidmətlərin maliyyələşdirilməsi "yükünün" yenidən bölgüsü, müqayisəyə gələn keyfiyyət artımı olmadan, bəzən hətta səhiyyə, təhsil, və sair xidmət sahələrində pisləşdiyi halda, çirkin, idarə oluna bilməyən ödəmə formalarını qəbul edir. Bundan başqa, büdcədən maliyyələşdirmənin xroniki çatışmazlığı, sosial infrastrukturun dağılması şəraitində, əhalinin əsas qruplarının gəlirlərinə uyğun olmadan ödənişli əsasların artırılması müşahidə olunur.

Alətlər burada açıq aydın görünür:

1) ünvanlılığın güclənməsi, həqiqətən ehtiyacı olanlara dəstək verilməsi;

2) sosial xidmətlərin keyfiyyətinə istehlakçıların nəzarətininn miqyaslarının artırılması;

3) sosial zəmanətlər mexanizminin hüquqi təminatında dövlətin rolunun artması;

4) proqramların reallaşdırılmasına sosial yönümlü qeyri-dövlət, qeyri-kommersiya təşkilatlarının fəal sürətdə cəlb olunması.

Dövlət büdcəsinin sosial-iqtisadi mahiyyəti, onun maliyyə mənbəyi və investisiya məqsədi sosial inkişaf üçün maddi əsas yaratmaqdan ibarətdir. Hər bir dövlətin sosial-iqtisadi mahiyyəti, onun struktur siyasəti dövlət büdcəsinin strukturu, büdcədə əks olunan inkişaf istiqamətləri ilə müəyyənləşir. Dövlət büdcəsində sosial yönlü istiqamətlər təhsil, səhiyyə, mədəniyyət və əhalinin rifahı üçün nəzərdə tutulan sosial müdafiə tədbirlərini əhatə edir. Əhalinin rifahı üçün cari və perspektiv xərclər, sosial yönlü istehsal və xidmət obyektlərinin açılması və onların daha çox kommersiya fəaliyyəti deyil, tələbatın ödənilməsi istiqamətlərində inkişafı ilə əlaqəlidir.

Bu mərhələdə dövlətin sosial xərclərinin intensiv artımının davam etdirilməsinin mümkünsüzlüyü və ciddi büdcə məhdudiyyətləri üzündən, müxtəlif büdcədənkənar mənbələrin fəal axtarışı rolu güclənir:

-pensiya fondları, işsizliyin sığortalanması və fondların fəaliyyət mexanizmi vasitəsilə, hər növdən olan məcburi və könüllü sosial sığorta sferalarının genişləndirilməsi;

-mənzillərin, sosial infrastrukturların tikintisinin maliyyələşdirilməsində firmaların və ev təsərrüfatlarının vəsaitlərinin cəlb olunmasının qeyri-ənənəvi formaları;

-diferensial keyfiyyətli sosial xidmətlərin ödənişli sferasının genişləndirilməsi;

-sosial əhəmiyyətli, o cümlədən, regional səviyyəli məsələlərin həlli üçün qeyri-dövlət və qeyri-kommersiya təşkilatlarının resurs potensialının cəlb olunması;

-xarici mənbələrdən maliyyələşdirilən beynəlxalq layihə və proqramlarda iştirak etmək və s.

Sosial sahələrin maliyyələşməsinin səmərəliliyi, əsasən sosial sferanın bazar iqtisadiyyatı qanunlarına nə dərəcədə çevik uyğunlaşmasından və onların həyata keçirilməsi zamanı hansı obyektiv və subyektiv şərtləri nəzərə almağın zəruriliyindən asılıdır. İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın sosial yönümü bir sıra istiqamətlər üzrə reallaşır. Dövlətin sosial baxımdan ən əhəmiyyətli prioritetlərin həyata keçirilməsində iştirakı, sosial sığorta mexanizmləri ilə əlaqələndirilməsi zəruridir.

Bazar iqtisadiyyatı şəraitində sosial məsələlərin həlli qaçılmaz olan maliyyə çətinlikləri ilə üzləşir. Belə bir dilemma meydana çıxır : kapital qoyuluşunu artırmaqla eyni zamanda, əhalinin həyat səviyyəsini necə qaldırmaq, sosial sferaya sərmayeni necə genişləndirmək olar? Bunu, bazar və təsərrüfat şəraitini nəzərə almadan, birbaşa dövlət təsiri metodları və sosial proseslərin tənzimlənməsində sərtliyin gücləndirilməsi kimi köhnəlmiş üsullarla həll etmək ümidləri düzgün olmazdı.

Sosial sfera üçün dövləət maliyyələşdirilməsi həlledici əhəmiyyətə maliikdir. Sosial sferanın dağılmasının qarşısının alınması, gələcəkdə isə onun keyfiyyətcə yeni əsasda bərpası ondan asılıdır. Bunun üçün çoxkanallı maliyyələşdirmə mexanizminin həm büdcələr hesabına, həm də fiziki və hüquqi şəxslərdən əldə olunan vəsaitlər hesabına səmərəli reallaşdırılmasının hüquqi və təşkilati şəraitini yaratmaq tələb olunur. Yaxın gələcəkdə sosial sferada büdcə prosesini iki əsas problemin həllinə yönəltmək gərəkdir:

-vəziyyətin sabitləşdirilməsi, maliyyə çatışmazlığı böhranının aradan qaldırılması;

-büdcə və büdcədənkənar fondların vəsaitlərinin istifadəsinin səmərəliliyinin əhəmiyyətli dərəcədə artırılmasına yönəldilmiş geniş miqyaslı islahatların davam etdirilməsi.

Sosial müdafiənin, əhalinin sosial müdafiəsi sisteminin əsas subyekti olan dövlət maliyyə siyasəti sosial sahənin iqtisadiyyatına idarəedici təsir göstərir.Maliyyə tənzimçilərinə maliyyə resurslarının, pul vəsaitlərinin bölüşdürülməsi və yenidən bölüşdürülməsi prosesi, qiymət vasitəsilə tənzimləmə aiddir. Pul vəsaitləri dövlətə və onun orqanlarına, ərazilərə və yerli orqanlara, müəssisələrə, təşkilatlara, qruplara və ayrı-ayrı şəxslərə məxsus ola bilər.

Maliyyənin idarə edilməsi dğvlətin maliyyə mexanizminin məqsədyönlü istifadə edilməsindən asılıdır.Bu xüsusi təşkilatlar (orqanlar) tərəfindən həyata keçirilir. İdarə etməyə bir sıra funksional elementlər daxildir: proqnozlaşdırma, planlaşdırma, operativ idarəetmə, tənzimləmə və nəzarət. Bütün bu elementlər dövlət orqanlarının, hüquqi şəxslərin və vətəndaşların cari fəaliyyətində maliyyə siyasəti tədbirlərinin təmin edilməsinə lazımdır.

İqtisadi subyektlər 3 kateqoriyaya : dövlət, müəssisə və işəgötürənlər, əhali kateqoriyalarına ayrılır.

Maliyyə - dövlətin iqtisadi sisteminin bütün alətlərinə təsir göstərir. Maliyyə münasibətlərinin konkret formaları - dövlətin proseslərə təsirinin ən güclü aləti olmaqla yanaşı, sahələrin, regionların, sosial təbəqələrin, əhali qrupları və ayrı ayrı vətəndaşların iqtisadi maraqlarının qarşılıqlı fəaliyyəti və razılaşdırılması vasitəsidir. Maliyyə iqtisadi və sosial proseslərin tənzimlənməsinə kömək edir.

Sosial müdafiədə maliyyə - dövlətin bütün sisteminin mühüm tərkib hissəsidir. Bu sosial sahədə vəsaitlərin verilməsi, təşkili və xərclənməsi sistemidir. Maliyyələşmənin əsas funksiyaları bunlardır : bölüşdürücü, həvəsləndirici və nəzarətçi.

Onların sosial sahədə reallaşması aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

1. sosial müdafiə səviyyəsini artırmaq və sosial fondların formalaşdırılması üçün bütün maliyyə-iqtisadi amillərdən istifadə prinsipi iqtisadi islahatın (özəlləşdirmə, vergi sisteminin təkmilləşdirilməsi, kreditləşmə və s.) əsas tədbirlərindən sosial məqsədlərə istifadənin maksimum mümkün olan dərəcəsi deməkdir;

2. sosial münasibət göstərmə prinsipi inflyasiya, həyatın dəyərinin artması, yaşama minimumu büdcəsinin dəyərinin yüksəlməsi, əmək qabiliyyətli əhalinin məşğulluq səviyyəsinin dəyişməsi və sosial müdafiəsinin maddi resurslarının çoxalması ilə əlaqədar pul vəsaitlərinin ayrılmasında sosial normativlərə yenidən baxılmasını nəzərdə tutur;

3. regionun spesifikliyi və yerli şəraitdən asılı olaraq təxsisatların və sosial yardımın məbləğini müəyyənləşdirərkən fərqləndirilmiş yanaşma prinsipi;

4. qanunvericiliyə uyğun olaraq vəsaitlərin toplanması və istifadəsində yerli hakimiyyət orqanlarının müstəqillik prinsipi;

5. iqtisadi effektivlik meyyarı, xeyli dərəcədə sosial xərclərin həcmi və onların maliyyələşməsinə ayırmaların məbləğləriylə müəyyən edilir və bütün makroiqtisadi göstəricilərlə (ümümi daxili məhsul, əməyin ödənilməsi fondu, əhalinin gəlirləri) müqayissə olunur;

6. əsas sosial mövqeylər üzrə (həyat səviyyəsi, elm, mədəniyyət, təhsil, tibb, ekologiya) ayrılmalı olan vəsait həddində dövlət minimum standartlarının uçotu;

7. əlavə büdcə gəlirlərinin bölüşdürülməsi zamanı sosial sahənin üstünlüyü və digər büdcə xərcləri növləri ilə müqayisədə sosial xərclərin daha çox artması kursu.

Sosial proqramlara xərclər sisteminin formalaşması dövlətin sosial siyasətinin əsas istiqamətlərinə uyğun həyata keçirilməlidir.

Əhalinin sosial müdafiəsi üzrə tədbirlərin maliyyələşməsi 3 müxtəlif mənbələrdən aparılır:

1. Dövlət büdcəsi;

2. Dövlət büdcədənkənar fondlar, o cümlədən:

- Dövlət Sosial Müdafiə Fondu;

- İcbari tibbi sığorta fondu

3. Qeyri-dövlət maliyyələşmə mənbələri (xüsusi və ictimai xeyriyyə fondları, dini təşkilatlar və s.)

Məlum olduğu kimi, büdcə dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu olmaqla ümumdövlət vəzifələrinin həyata keçirilməsində əsas maliyyə mənbəyi kimi çıxış edir. Bundan əlavə, büdcə-müəyyən müddət üçün (il, rüb, ay) gəlir və xərcləri əks etdirən əsas maliyyə sənədidir. Bazar iqtisadiyyatında sosial ehtiyaclara sərf olunan büdcə xərcləri xüsusi əhəmiyyətə malikdir. Bu ilk növbədə onunla bağlıdır ki bu dövrdə inflyasiya nəticəsində əhalinin həyat səviyyəsi, həmçinin əhalinin əsas hissəsinin real gəlirləri kəskin sürətdə aşağı düşür, dövlətin sosial məqsədlərə büdcə xərcləri artır.

Bazar iqtisadiyyatı şəraitində maliyyə-kredit sahəsində dövlətin hakim rolunun məhdudlaşdırılmasını, büdcədənkənar fondların rolunun artmasını tələb edir. Burada prinsipial xüsusiyyətlərdən biri ondan ibarətdir ki büdcədənkənar fondlar-artıq xalis maliyyə idarələri yox, maliyyə-kredit idarələridir, çünki bu fondların vəsaitlərinin bir hissəsində kommersiya əsasında istifadə olunur. Əhalinin sosial müdafiəsinin dövlət sistemi xeyli dərəcədə yerli resurslara gücləndirilir. Bütün səviyyələrdən olan büdcələrin, xüsusi ilə yerli büdcələrin formalaşmasının əsas mənbəyi vergilərdir.

Əhalinin sosial müdafiəsi sisteminin və bütövlükdə sosial sahənin maliyyələşdirilməsində respublika və yerli hakimiyyət orqanları arasında səlahiyyətlərə müəyyən sərhəd qoyulur. Belə ki, respublika hakimiyyət orqanları:


  • büdcədənkənar dövlət fondlarını, Dövlət Sosial Müdafiə Fondunu, pensiya təminatını, məşğulluğu və əhaliyə sosial yardım institutunu formalaşdırır;

  • respublika idarəsində olan sosial infrastrukturu maliyyələşdirir.

Yerli hakimiyyət orqanlarının səlahiyyətlərinə aşağıdakılar daxilirdir:

  • yerli şərait nəzərə alınmaqla regional sosial proqramların işlənib hazırlanması və həyata keçirilməsi respublika səviyyəsində müəyyən olunmuş minimum təminatları artırmaq üçün imkanların araşdırılması;

  • zəif müdafiə olunan əhaliyə sosial yardımın göstərilməsi qaydasının müəyyən edilməsi və həyata keçirilməsi, xeyriyyə təşkilatları və ictimai fondların fəaliyyəti üçün şəraitin yaradılması;

  • yerli hakimiyyət orqanlarının idarəsində olan sosial infrastrukturun təmin olunması.

Sosial müdafiənin maliyyələşməsinin iki əsas üsulu mövcuddur :

1) birbaşa maliyyələşmə ( bu maliyyələşmə pul vəsaitləri məqsədli təyinatla sosial müdafiənin maliyyələşməsinə yönəldilir);

2) dolayı maliyyələşmə (bu maliyyələşmə isə üç üsulla həyata keçirilir):

a) güzəştli vergiqoyma;

b)güzəştli kreditləşmə;

c)sosial cəhətdən əhəmiyyətli olan əmtəə və xidmət növlərinə güzəştli qiymətqoyma.

Müasir şəraitdə sosial müdafiənin effektivliyi maliyyə vəsaitlərinin yığılmasından və əhalinin müəyyən sosial qruplarına ünvanlı yardım göstərilməsinə qoyulan səylərdən çox asılıdır. Bu məsələnin həllində respublika üzrə proqramların məqsədli maliyyələşməsinə mühüm yer ayrılır. Bu proqramın maliyyələşməsi dövlət (respublika) büdcəsində ayrıca sətirlə nəzərdə tutulur.

Respublika məqsədli sosial proqramlar ilk növbədə uşaqlı ailələrin, yaşlı adamların, əlillərin və sosial cəhətdən ən zəif əhali kateqoriyasının ünvanlı sosial müdafiəsinin təmin olunmasına istiqamətləndirilməlidir.

Məqsədli proqramlı maliyyələşmə vəsaitlərin səpələnməsinə və qeyri effektiv istifadəsinə yol vermədən birinci növbəli sosial problemlərin həlli üçün onların toplanmasına kömək edir. Dövlət sosial proqramların cəmiyyət üçün maksimum faydasını və qoyulan vəsaitin iqtisadi effektivliyini nəzərə alaraq onların ilk növbədə qəbulu və həyata keçirilməsi üçün üstünlüklərini müəyyən etməlidir.

Əhalinin sosial müdafiəsi sisteminin maliyyələşməsi qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilir. Son vaxtlar onun hüquqi bazası möhkəmləndirilmiş, müvafiq qanunlar qəbul edilmişdir. Bu normativ sənədlər inkişaf proqnozlarının işlənib hazırlanmasında, büdcə layihələrinin hazırlanmasında və onların həyata keçirilməsində istifadə olunur. Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə kommersiya və dövlət sektorlarıyla yanaşı iqtisadiyyatın "üçüncü sektor" adlanan xeyriyyə təşkilatları bölməsidə mövcuddur. Məsələn, ABŞ-ın ümumi milli məhsulunda onun payı 4 faiz təşkil edir. Xeyriyyə təşkilatlarının əsas vəsaitləri ianələr deyil, dövlətdən alınanlardır. Onların büdcəsinin demək olar ki, yarısını dövlət maliyyələşməsi təşkil edir. Dövlət xeyriyyə təşkilatlarını, əsasən, kontraktlar sistemi vasitəsilə müəyyənləşdirir. Bu zaman yerli resurslar fəal cəlb edilir, vəsaitlərin daha qənaətlə istifadəsi və yüksək səmərəliliyi təmin olunur.

Belə ki, sosial müdafiəyə yönəldilən məhdud maliyyə resurslarının xərclənməsinin idarə olunması müxtəlif nazirlik və komitələrin əlindədir və çox vaxt son məqsədə cəmlənə bilmir. Ayrılan vəsaitlərin effektiv xərclənməsinin və əhalinin sosial rifahı yaxşılaşdıqca, ondan asılılığın elmi meyyarları işlənib hazırlanmışdır. Yerli büdcələrin özünü maliyyələşdirmə və yerli sahibkarlığın inkişafında maraqlı olmaq əsasında formalaşması, müxtəlif səviyyəli büdcələrdə maliyyə vəsaitlərinin dəqiqliklə ayrılması və həcmlərinə hədd qoyulması sistemi daha da təkmilləşdirmişdir. Beləliklə sosial siyasətin daha da inkişaf etməsi və uğurla fəaliyyət göstərməsi üçün onun maliyyələşmə prinsipləri və praktikasının dahada təkmilləşdirilməsi zəruridir.

Ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini müəyyən edən Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2014-cü il tarixli 827№ sərəncamı ilə təsdiq olunmuş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"na uyğun olaraq növbəti mərhələdə islahatların əsas vəzifələri kimi pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütanasibliyinin təmin edilməsi, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması, əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması çıxış edir.

Bununla bağlı, pensiya təminatı sistemi üzrə qanunvericilikdə sosial sığortaya dair prinsiplər daha da təkmilləşdiriləcək, sistemin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olunacaqdır.

2016-2020-ci illərdə əmək pensiyalarının baza hissəsinin restrukturizasiyası sığorta-pensiya sistemi iştirakçılarının marağını azaldan halları aradan qaldıracaqdır. Mühüm islahatlar tədbiri kimi reallaşdırılacaq əmək pensiyasının baza hissəsinin restrukturiziyası işləyənlərin fərdi hesablarında ödənilən sığorta haqqının yarısının deyil, tam məbləğdə nəzərə alınmasını təmin edəcəkdir. Bu qaydanın tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqqlarının tam qeydiyyatında maraqlı olacaqlar.

Digər tərəfdən, hazırda aktiv iştirakçıların marağını azaldan bir sıra hallar, məsələn, 5-10 il yüksək məbləğlə sosial sığorta haqqı ödənildiyi halda staj tələbinin 12 il olması səbəbindən pensiya hüququnu qazana bilməmə kimi hallar tam aradan qaldırılacaq. Minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə, staj tələbi qoyulmuyacaq. Əmək pensiyalarının baza hissəsi minimum pensiya göstəricisi ilə əvəz olunacaqdır ki, buda pensiyaların bütün məbləğinin hər il indeksləşdirilərək artımına imkan verəcək. Nəzərdə tutulmuş əsas islahat istiqamətlərindən biridə pensiya təminatında dövlət öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsidir.

Bu tədbirin nəticəsində pensiya təminatında 1992-ci il yanvarın 1-dən əvvəlki dövr üzrə formalaşmış məbləğlər, eləcədə bəzi kateqoriya şəxslərin pensiyasına əlavələr dövlət öhdəlikləri hesab olunacaq və bilavasitə dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcəkdir.

Dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsinə imkan verəcəkdir. Pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi sığorta haqqı normativinin strukturunda sığorta olunanın məsuliyyətinin tədricən artırılmasını zəruri edir. Bu məqsədlə sığorta haqqı normativinin müəyyən hissəsinin işəgötürən üzərində tədricən işçinin üzərinə keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, sosial sığortaya cəlb edilən əmək haqqına müəyyən hədd qoymaqla, bu həddən yuxarı məbləğ üçün odənilən sosial sığorta haqqının istifadəsinin vətəndaşların seçiminə verilməsi kimi təşviq vasitələrinin tətbiqi sığorta olunanlara əlavə könüllü sığorta haqqı ödəməklə pensiya kapitalını artırmaq imkanının verilməsini nəzərdə tutur.

2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"ndan irəli gələn vəzifələrin icrası məqsədilə DSMF-də xüsusi əlaqələndirmə komissiyası yaradılmışdır. Pensiya islahatları çərçivəsində fond tərəfindən kompleks hazırlıq işləri, o cümlədən qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflərin işlənilməsi, texniki hazırlıq və digər tədbirlər həyata keçirilməkdədir.



Yüklə 498,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə