Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»



Yüklə 498,86 Kb.
səhifə7/7
tarix01.11.2017
ölçüsü498,86 Kb.
#8118
1   2   3   4   5   6   7

NƏTİCƏ VƏ TƏKLİFLƏR

Dünya iqtisadiyyatında inkişaf edən qlobal maliyyə inkişafına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı kifayət qədər inkişaf etmiş, yəni, 1,1% artım sürətinə nail olmuşdur. İqtisadi inkişafda əldə olunmuş nailiyyətlər ölkəmizin sosial vəzifələrini və onun mühm tərkib hissəsi olan təhsilin, səhiyyənin, sosial müdafiə və sosial təminatın, idman və gənclər siyasətinin maliyyə təminatı da sabit və dayanıqlı olmuş, sosial sahələrin inkişafına kifayət qədər maliyyə vəsaiti ayrılmışdır.

Qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, 2015-ci ildə ölkə iqtisadiyyatının artımı, büdcə-fiskal dayanıqlığı təmin edilib. Ümumi daxili məhsulun 1,1 faiz artım səviyyasi əvvəlki illərdəki artımla müqayisadə az olsa da, mürəkkəb xarıci iqtisadi mühit, ölkəmizin makroiqtisadi sabitliyinə artan təzyiqlər və olduqca əhəmiyyətli dərəcədə azalan xarici valyuta gəlirləri şəraitində əldə edilib. Buna görə qənaətbəxş hesab edilə bilər.

2-15-ci ildə dövlət büdcəsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları və prioritet kəsb edən layihələr tam həcmdə maliyyələşdirilib. 2015-ci ildə dövlət büdcəsinin gəlirləri nəzərdə tutulduğundan 2,3 milyard manat və ya 11,6 % az olub.

Bununla belə, sosial yönümlü xərclərin prioritetliyi saxlanılaraq, həmin məqsədə büdcə xərclərinin 32,1% və ya 5 milyard 752 milyon manatı yönəldilib ki, bu da 2014-cü illə müqayisədə 5% çoxdur.

2015-ci ildə dövlət büdcəsindən təhsil xərclərinə 1 milyard 605 milyon manat vəsait sərf olunub ki, buda əvvəlki illə müqayisədə 51,3 milyon manat və yaxud 3,3% çoxdur.

Ayrılmış vəsaitin 190 milyon manatı bu sahə üzrə nəzərdə tutulan dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatına yönəldilib.

Azərbaycan Prezidentinin müvafiq fərmanının icrası olaraq ümumitəhsil müəssisələrində çalışan müəllimlərin əmək haqqlarının artırılması və onların maddi rifahının yaxşılaşdırılması məqsədilə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmaqla onların həftəlik dərs yükünün norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılmasına Bakı şəhərində hesabat ilində başlanılıb, cari ildən isə digər 12 şəhər və rayon bu sistemlə əhatə olunacaq.Bu artımlar ümumi təhsil müəssisələrində çalışan 52 min nəfər müəllimə şamil olunub.

2015-ci ilin dövlət büdcəsində səhiyyə xərclərinə 708 milyon manat və yaxud 2014-cü illə müqayisədə 6,4% çox vəsait yönəldilib, səhiyyə sahəsi üzrə 13 dövlət proqramı və tədbirlərin maliyyələşdirilməsinə 161 milyon manat sərf edilib.

Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin davamlı kursuna uyğun olaraq 2015-ci il dövlət büdcəsindən sosial müdafiə vo sosial təminat xərclərinə 1 milyard 857 milyon manat vəsait yönəldilib.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün keçən ildə icmal və dövlət büdcələrində bütövlükdə 378 milyon manat, o cümlədən dövlət büdcəsinin cari və əsaslı xərclərindən 228 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 150 milyon manat vəsait sərf olunub.

Şəffaflığın təmin edilməsi məqsədilə aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının təyinatı zamanı ilk dəfə olaraq elektron qaydalar qəbul edilib və yeni qaydalarla 415 min nəfər şəxsdən ibarət olan ailələrə dövlət büdcəsinin vəsaiti hesabına 206 milyon manat ünvanlı sosial yardım verilib.

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təhsüs edilib, 18 yaşı yaşa çatmış və valideyn himayəsindən məhrum olunmuş uşaqların mənzil problemlərinin aradan qaldırılması üçün "Məzun Evi" Sosial müəssisəsi yaradılıb.

Azərbaycanda təhsilin inkişaf konsepsiyası işlənib hazırlanmış və ölkə Prezidentinin rəhbərliyi və qayğısı əsasında uğurla həyata keçirilir.

Lakin təhsilin inkişafı sahəsində problemlər və həll edilməsi vacib olan vəzifələrdə mövcuddur. Onlardan ən mühümləri aşağıdakılardır:


  • Hazırda ölkədə uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi 16-18% ki , bu istiqamətdə ciddi tədbirlər görülməsi vacibdir.

  • Son illərdə ümumtəhsil sahəsində bir sıra ciddi tədbirlər həyata keçirilsə də, bəzi problemlər qalmaqda davam edir. Xüsusilə məktəblərin böyük əksəriyyətində siniflərdə şagirdlərin sıxlığı müəyyənləşdirilmiş normadan xeyli çoxdur, halbuki hər sinifdə 15-20 nəfərdən çox olmamalıdır.

  • Bakı şəhərində son 10 ildə bir növbədə işləyən məktəblər 41%-dən 13%-ə enmişdir, yani bir növbədə işləyən məktəblər azdır. Hətta Bakı şəhərində 3 növbədə işləyən məktəblər mövcuddur. Respublika üzrə məktəblərin 50%-dən çoxu 2 növbədə işləyir. Ona görə də bu məsələyə ciddi fikir verilməlidir.

Ölkəmizdə sahiyyənin inkişafında, onun maliyyə təminatının yaxşılaşdırılmasında bir sira dövlət əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bununla belə qeyd etmək lazımdır ki, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi Prezident İlham Əliyevin göstərdiyi kimi günün tələblərinə hələ də tam cavab vermir. Ona görə də Azərbaycan Respublikası Prezidentinin 2008 - ci il 10 yanvar tarixli sərancamı ilə "Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbarı tibbi sığortanın tətbiqi konsepsiyası" təstiq edilmişdir. Bu konsepsiya səhiyyənin maliyyələşdirilməsin büdcə vəsaiti ilə yanaşı icbarı və könüllü tibbi sığorta vəsaitinin yönəldilməsini və əhaliyə tibbi xidmətin daha da yaxşılaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur.

Konsepsiyada qeyd edilir ki:

- səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarla qurulması və əhalinin tibbi xidmətdən istifadə imkanları artırılacaq;

- səhiyyə sahəsinə ayrılan dövlət vəsaitinin daha səmərəli istifadə edilməsi ilə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi təmin ediləcək.



ƏDƏBİYYAT SİYAHISI

1.Azərbaycan Respublikasının Konstitutsiyası. Bakı 1995

2.Azərbaycan Respublikasının "Büdcə sistemi haqqında" Qanunu 2 iyul 2002il

3.Azərbaycan Respublikasının "Sosial sığorta haqqında" Qanunu 18 fevral 1997il

4.Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" Qanunu 7 fevral 2006 il

5."Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" AR-nın Qanunu 27 noyabr 2001il

6."Təhsil haqqında" AR-nın Qanunu 19 iyun 2009 il

7. "Dövlət büdcəsinin icrası haqqında" AR-nın Qanunu 29 may 2015 il

8. "Dövlət büdcəsi haqqında" AR-nın Qanunu 28 noyabr 2014 il

9."2016-cı il dövlət büdcəsi haqqında" AR-nın Qanunu 20 oktyabr 2015il

10."DSMF-nun 2014-cü il büdcəsi haqqında" AR-nın Qanunu 22 noyabr 2013 il

11.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədirliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının materialları."Xalq qəzeti" 12 yanvar 2016-cı il

12. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2014-cü il tarixli sərancamı ilə təstiq olunmuş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası"

13.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş " Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası"

14. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi konsepsiyası".

15.Bağırov D.A., Həsənli M.X. "Maliyyə" dərslik. Bakı 2011il

16.Ələkbərov Ə.Ə. "Azərbaycan Dövlətinin sosial-iqtisadı inkişafında vahid büdcə sisteminin rolu". Bakı 2005 il

17.Ələkbərov Ə.Ə."Azərbaycanda sosial sığortanın inkişaf problemləri".Bakı 2000 il

18.Bağırov D.A. "Vergi nəzarəti". Bakı 2006 il

19.Bədəlov Ş.Ş., Məhərrəmov R.B.,Qurbanov F.Ə. "Büdcə sistemi". Bakı 2003 il

20.Xankişiyev B.A. "Maliyyə nəzarəti". Bakı 2005 il

21.Əsgərov Ə.X. "Sosial siyasət və sosial ədalət". Bakı 2005 il

22.Əliyev A., Qasımov N. "Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri". Bakı 2000

23."Azərbaycan statistik göstəriciləri". Bakı 2015



Резюме

Магистерская диссертация на тему "Роль бюджета в финансовом обеспечении социальной политики государства"

В диссертационной работе раскрываются основные направления социальной политики Азербайджанской Республики, показываются экэномические и правовые основы социальной политики, характеризируются тенденции развития социальной политики государства на современном этапе.

В диссертации так же показывается роль бюджета в финансовом обеспечении развития отдельных сфер социальной политики, раскрывается сущность расходов на образование и культуру, здравохранения, социальной защиты и социальное обеспечение населения.

В процессе исследования обоснованы социальные направленности бюджетной политики Азербайджанской Республики и определены пути совершенствования системы финансового обеспечения социальной политики государства в новых условиях.



Summary

Master's thesis on the topic "The role of the budget in the financial support of
social policy"
The thesis reveals the main directions of social policy of the Azerbaijan Republic, are shown economical and legal framework of social policy, characterized by trends in the development of social policy at the present stage.

The thesis also shows the role of the budget in the financial support of individual areas of social policy, the essence of spending on education and culture, healthcare, social protection and social security of the population.



The study proved the social orientation of the Republic of Azerbaijan of fiscal policy and the ways of improving the system of financial support of social policy in the new environment.
Yüklə 498,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə