«bazar münasiBƏTLƏRİNİn formalaşmasinda birjalarin rolu»


§ 1.2. Birja əməliyyatlarının növləri və onların hüquqi tənzimlənməsi



Yüklə 0,77 Mb.
səhifə2/8
tarix11.04.2018
ölçüsü0,77 Mb.
1   2   3   4   5   6   7   8
§ 1.2. Birja əməliyyatlarının növləri və onların hüquqi tənzimlənməsi

texnologiyası
İlk növbədə onu deməliyik ki, “birja əməliyyatları” və “birja əqdləri” anlayışları çox vaxt paralel işlənilir. Daha doğrasu, “birja əməliyyatları” anlayışı daha genişdir. Ümumiyyətlə, birja əməliyyatları dedikdə, birja əmtəəsi (qiymətli kağızlar, və ya digər maliyyə aktivləri, əmtəələr) ilə birjada edilən müxtəlif əməliyyatlar başa düşülməlidir. Bu əməliyyatlara birja əmtəəsinin alqı-satqısı, listinq və delistinq, opsion, forvard və füçers kontraktlarının bağlanması, əmtəələrin qiymətləndirilməsi (kotirovkası), girov, hesablaşına, klirinq, konsaltinq, qiymətli kağızların saxlanılması və təqdim edilməsi kimi fəaliyyət növlərini aid etmək olar. Bütün bu əməliyyatların keçirilməsi üzrə qaydalaşdırılmış fəaliyyət birja əməliyyatları mexanizmini müəyyən edir. Bu mexanizm birja əməliyyatlarının subyektlərinin, obyektlərinin və bilavasitə birja fəaliyyətinin həyata keçirilməsi prosesinin mövcudluğunu nəzərdə tutur.

Birja əqdləri dedikdə isə birja əmtəələrinə dair hüquq və öhdəliklərin yaradılmasına, təsbit edilməsinə, xitam verilməsinə və ya dəyişdirilməsinə istiqamətlənmiş və birjanın binasında onun müəyyən edilmiş iş saatlarında satış iştirakçılarının həyata keçirdiyi qarşılıqlı razılaşdırılmış tədbirləri başa düşülür. Birja ayrı-ayrı şəxslər və dövlət tərəfındən təşkil olunur. Orada keçirilən əməliyyatlar onu təşkil edənlərin nəzarəti altında keçirilir. İri həcmli sövdələşmələri süni surətdə, qəsdən pozanlar, birja satış qaydalarına riayət etməyənlər müvafıq cəza alırlar. Birjanın təşkilatçıları alıcı və satıcılara xidmət göstərdiklərinə və vasitəçilik etdiklərinə görə ondan xidmət haqqı alırlar. Bundan əlavə birjada yer almaq üçün verilən haqq, bağlanmış sövdələşmələrdən komisyon ayırmaları və s. birjanın mənfəətini təşkil edir.

Birjada bağlanılan sövdələşmələrin haqqı qarşı tərəfın hesabına ya dərhal, ya da müəyyən müddət ərzində köçürülə bilər. İkinci halda birjada satılan məhsul yeni sahibin sərəncamına dərhal keçsə də, onun haqqı satıcı və alıcı arasında razılaşdırılmış müddətə ödənilir. Həm də bu vaxt alınmış əmtəənin haqqının ödənilməsi ilə birgə satış vaxtı mövcud olan kursla hazırki kurs arasındakı fərq tərəflərdən biri tərəfındən ödənilir.

Birjada alqı-satqı əməliyyatını brokerlər həyata keçirir. Broker ingilis sözüdür, tərcümədə - vasitəçi deməkdir. O, birjanın üzvü olmalıdır, eyni zamanda öz vasitəçilik vəzifəsini yerinə yetirmək üçün bazarda yer almalıdır.Yerin qiyməti brokerə olan tələbdən asılıdır. Əgər yerin miqdarı az, brokerlərin sayı çoxdursa, onun qiyməti baha olacaq və ya əksinə.

Fond, əmtəə, valyuta birjalarında sövdələşmələr zamanı vasitəçi rolunu ifa edən broker sahibkar deyil. Dəllal, vasitəçi yalnız sahibkar adından təklif edir. Broker çalışır ki, daha çox alqı-satqı əməliyyatlarına vasitəçilik etsin və vasitəçilik etdiyi əməliyyatlar baş tutsun. Çünki o, yalnız satılan əmtəələrə görə haqq alır.

Əmtəələrin tədavül dairəsində hərəkətinin sürətlənməsində brokerlərin rolu böyükdür. Onlar bazarın konyukturunu yaxşı bilir, onlar bu sahədə yüksək ixtisaslı mütəxəssislərdir. Broker rolunda fırmalar və ayrı-ayrı şəxslər çıxış cdə bilərlər. Brokerlər öz xidmətlərinin əvəzində tərəflərin qarşılıqlı razılığı ilə haqq alır. İri broker fırmaları əksər hallarda sövdələşmələr vaxtı zamin rolunda çıxış edir, alıcılara kredit verirlər.

Bazar iqtisadiyyatı sistemində bazar subyektlərindən biri də dilerdir. Broker kimi diler də bazarda alıcılarla satıcılar arasında dəllallıq, vasitəçilik edirlər. Onlar da broker kimi fond birjasının üzvü, eyni zamanda bazarda yeri olmalıdır. Lakin onların yerinə yetirdiyi vəzifələr və fəaliyyət dairəsi bir- birindən fərqlənir. Əgər broker alqı-satqıda yalnız vasitəçilik edir və buna görə də haqq alırsa, diler həm də sonradan daha baha satmaq məqsədilə qiymətli kağızlar alır. Bundan əlavə dilerlər bir-biri ilə, brokerlərlə, bilavasitə alıcılar və ya satıcılarla sövdələşməyə girə bilərlər. Bəzi hallarda ayrı-ayrı kommersiya bankları da diler simasında çıxış edə bilərlər. Brokerlər kimi əmtəələrin reallaşmasının sürətlənməsində dilerlərin də xüsusi rolları vardır.

Dünya təcrübəsinin inkişafı birja əqdlərinin əsas tipləri kimi aşağıdakıları müəyyən etmişdir:


  • əmtəə (daha doğrusu, onun nümunələri) təqdim olunmaqla edilən əqdlər;

  • fərdi forvard əqdləri;

  • standart füçers;

  • opsion əqdləri;

Birja əqdləri əmtəə və fond aktivləri üzrə bağlanır. Əqdin bağlanılması qaydası birjanın özü tərəfındən müəyyən edilir. Birja əqdləri qaydalarının ümumi tələblərinə əqdin yazılı şəkildə bağlanılması tələbi aiddir.

Standart alqı-satqı müqaviləsində malın təqdim edilməsi tarixi, birja əmtəəsinin miqdarı, keyfıyyət göstəriciləri, tipi və növü, ödəmənin vaxtı, həcmi və forması, təqdim edilmənin şərtləri və tərəflərin məsuliyyəti əks olunur. Bununla belə, forvard kontraktları əmtəənin gələcəkdə təqdim edilməsinə dair fərdi öhdəliklərilə seçilir. Bu cür birja əməliyyatı üzrə sifarişdə əmtəənin dəqiq adı, əqdin növü (alqı, satqı), əqd üçün təklif olunan qiymətli kağızların miqdarı, əqdin keçirilməli olduğu qiymət, əqdin müddəti (bu gün, həftənin yaxud ayın sonuna qədər) və növü göstərilməlidir.

Birja əməliyyatları bir sıra fərqləndirici xüsusiyyətlərə malikdirlər. Onlar:


  • xüsusi yerlərdə keçirilir;

  • birja əmtəələri üzrə standart kütlələr (partiyalar, lotlar, dəstlər) keçirilir;

  • əmtəənin özü birjada olmadıqda onun təsviri üzrə keçirilir;

  • daimi keçirilir;

  • aşkar keçirilir;

  • qiymətqoyma sərbəstdir;

  • dövlət tərəfindən birbaşa tənzimlənir;

  • vasitəçilər tərəfindən keçirilir;

  • qanurılarda və birjanın nizamnaməsində göstərilmiş vahid qaydalarla

keçirilir;

  • əmtəənin keyfıyyəti nəzərə alınmaqla keçirilir;

  • ixtisaslaşmaya məruzdur;

Bununla birja əməliyyatlarının (fəaliyyətinin, işinin) keçirilməsinin aşağıdakı prinsipləri müəyyən olunur:

  • vasitəçi (broker) ilə müştəri arasında şəxsi etibar;

  • aşkarlıq;

  • daimilik;

  • sərt qaydalar əsasında tənzimləmə.

Birja əməliyyatlarının mühüm tərkib hissələrindən biri listinqdir. Listinq - qiymətli kağızların fond birjasının xüsusi qiymətləndirmə siyahısına (listinə) daxil edilməsidir. Listə daxil olunan qiymətli kağızlar satışa buraxılır. Qiymətli kağızların rəsmi listə daxil edilməsinin müsbət cəhətləri ilə yanaşı qeydiyyat və dövri (qiymətli kağızların siyahısının lazımi vəziyyətdə saxlanılması üzrə) rüsumların ödənilməsi ilə bağlı əlavə xərclərin edilməsi, həmçinin emitentin durumu haqqında informasiyanın açıqlanması zərurəti kimi məqamlar da mövcuddur.

Birja satışına buraxıldıqdan sonra qiymətli kağızların qiymətləndirilməsi (kotirovkası) keçirilir. Birja qiymətləndirilməsi (kotirovkası) birjanın hər iş güııü ərzində birja satışları prosesində qiymətlərin müəyyən edilməsi və onların birja bülletenində (qiymətləndirmə listində) dərc olunmasını bildirir. Qiymətləndirmə (kotirovka) zamanı satıcı və alıcının qiymətləri elan olunur. Qiymətləndirmə listində bir sıra rekvizitlər göstərilir. Göstəricilər birjada qeydə alınmış son əqdin əsasında əks olunur.

Müasir birja açıq təsisat olduğundan burada keçirilən bütün əməliyyatlar (əqdlər) açıq şəkildə edilir və məxfı ola bilməz. Birjanın iş vaxtının hər bir anında birjada qeydiyyatdan keçmiş qiymətli kağızların cari qiymətləri haqqında məlumat almaq olar.

Bütün birja əməliyyatları ödəmə şərtlərinə görə kassa və müddətli əməliyyatlara ayrılır.



Kassa əməliyyatları əsasən investisiyaların edilməsi ilə əlaqədardır. Kassa əməliyyatlarında qiymətli kağızların ödənilməsi əqd bağlanan kimi dərhal edilir. Əslində isə, dünya təcrübəsində kassa əməliyyatları üzrə hesablaşmanın əqd günündə edilməsi qaydası qəbul olunub. Çox vaxt hesablaşma əqddən sonra ikinci, üçüncü yaxud beşinci iş günü (əqd günü hesaba alınmır) keçirilir.

Müddətli əməliyyatlar üzrə isə hesablaşmalar tərəflərin əvvəlcədən müəyyən etdiyi müddətdən sonra əqd bağlanan ana olan məzənnə ilə keçirilir. Deməli, müddətli əqdlər üzrə kontraktın bağlanıldığı, qiymətin müəyyən edildiyi, hesablaşmanın aparılacağı müddətlər əvvəlcədən dəqiq müəyyən olunur. Müddətli əqdlər üzrə hesablaşmalar ya ayın ortasında (buna per medio deyilir), ya da ayın sonunuda (per ultimo) keçirilir.

Müddətli əməliyyatların növləri kimi füçers və opsionlar geniş yayılmışdır.



Füçers əməliyyatları satıcı və alıcı arasında bağlanan, gələcəkdə müəyyən müddət ərzində əvvəlcədən qəti müəyyən edilmiş məzənnə ilə qiymətli kağızların müəyyən miqdarını müvafıq olaraq satmaq və almaq öhdəlikli, standart müddətli müqavilədir.

Opsion alıcıya müəyyən müddət ərzində müəyyən qiymətlə əmtəənin standart miqdarını almaq hüququ, satıcıya isə satmaq hüququ verən əqddir.

Müddətli əməliyyatların qəti, şərtli və uzadılmış növləri məlumdur.



Qəti əqdlərin iştirakçıları qiymətli kağızların müəyyən edilmiş müddətdə çatdırılması (satıcınm öhdəliyi) və alqısı (alıcının öhdəliyi) üzrə öhdəliklər götürür və şərtlər dəyişdirilə bilməz.

Şərtli əqdlər zamanı iştirakçılardan biri digərinə müəyyən mükafat ödəməklə öz öhdəliklərdən imtina etmək hüququna malikdir. Əsas məqsəd məzənnə tərəddüdləri nəticəsindəki itkiləri məhdudlaşdırmaqdır. Əqd şərtlərinin hansı iştirakçının və necə dəyişmək hüququna malik olmasından asılı olaraq şərtli əqdlərin ilkin mükafatlı, əks mükafatlı, stellaj və tam bölünən növlərini fərqləndirirlər.

İlkin mükafatlı əqdlərdə qiymətli kağızları almaq hüququna satıcıya müəyyən edilmiş mükafatı ödəyən alıcı malikdir. Belə əqdlərdən məzənnənin qalxmasına ümid edən, lakin buna şübhə ilə yanaşan və böyük itkilərdən ehtiyat edon alıcı müraciət edir.

Əks mükafatlı əqdlər ilkin mükafatlı əqdlərin eynidir, lakin imtina hüququ satıcıya məxsusdur. Əgər 17 martda səhmlərin məzənnəsi 308 pul vahidi olarsa, satıcıya hər bir səhmə görə 6 pul vahidi olarsa, satıcıya hər bir səhmə görə 6 pul vahidi məbləğində mükafat ödəmək məzənnədə 8 pul vahidi itirməkdən daha sərfəlidir.

Smellaj əqdi iştirakçılardan birinin səhmləri əvvəlcədən müəyyən edilmiş məzənnə ilə almağı yaxud satmağı seçmək hüququnun kombinasiyasıdır. Smellaj əməliyyatının müddəti 6-9 aya qədər ola bilər. Smellaj əqdi zamanı seçim hüququ olan iştirakçı səhmin məzənnəsi əvvəlcədən müəyyən edilmiş hüquqlardan kənarlaşanda udur. Əksinə, məzənnə dəyişiklikləri müəyyən edilmiş hüququlardan kənara çıxmadıqda, iştirakçı uduzacaq və mümkün qədər az itki verməkdən ötrü alıcı yaxud satıcı rolunu seçməlidir.

Tam bölünən əqdlər alıcıya və satıcıya qiymətli kağızların tam bölünən həcmlərdə satılmasını yaxud alınmasını tələb etmək hüququ verir. Müəyyən edilmiş məzənnənin qalxması alıcıya, düşməsi isə satıcıya sərf edir.

Uzadılmış əqdlər ondan ibarətdir ki, qiymətli kağızın alıcısı yaxud satıcısı məzənnənin dəyişməsindən asılı olaraq əməliyyatı uzada yaxud son hesablaşmanı təxirə sala bilər. O, itkilərini örtməyə imkan verən məzənnə dəyişikliyinə ümid verir.

Qiymətli kağızlarla müddətli möhtəkir əməliyyatların report və deport növləri də məlumdur.



Report qiymətli kağızın satışı günün məzənnəsi ilə onu müəyyən müddətdən sonra yuxarı məzənnə ilə geri almması şərti ilə banka satılmasıdır.

Deport əqdləri müəyyən müddətdən sonra aşağı məzənnə ilə geri satılması şərti ilə qiymətli kağızın cari məzənnə ilə alınmasıdır.

Birja əməliyyatları içərisində ən geniş yeri forvard və füçers kontraktları tutur.

Məhsulun istehsalı ərəfəsində onun istehsalçısı və alıcısı razılaşdırılmış müqavilə qiymətlərinə birja praktikasında forvard qiymətləri deyilir. Forvard qiymətlərindən füçers birjalarında geniş istifadə olunur. Füçers satışi ilk dəfə ABŞ- nın kənd təsərüfatı sferasında mövcud olmuşdur.

Forvard qiymətləri təminatlı qiymətlər hesab edilir. Birja kontraktlarının bağlanması zamanı forvard qiymətlərindən istifadə edilir. Bu halda kontrakt iştirakçıları öz üzərlərinə müəyyən öhdəliklər götürürlər. Forvard qiymətləri təsərrüfat fəaliyyətini zərərlə başa çatdıran kontrakt iştirakçılarını kompensasiya edir.



Forvard kontraktları. Forvard kontraktları füçers bazarının fundamenti hesab edilir. Forvard kontraktları iki tərəf arasında razılaşmaların şərtlərini özündə əks etdirir. Forvard kontraktlarının şərtlərinə aşağıdakılar daxildir:

  • göndəriləcək məhsulun miqdarı;

  • məhsulların çeşidi;

  • məhsulların göndərildiyi ay;

  • məhsulların göndərildiyi ərazi, məntəqə;

  • ödənişin şərtləri.

Məhsulun gələcəkdə göndərilməsi ilə bağlı iki tərəf arasında razılaşdırılmış müqavilələrə forvard kontraktları deyilir. Forvard kontraktlarının şərtlərinə məhsulun keyfıyyətinin razılaşdırılması da daxildir. Forvard kontraktları bağlanıldıqdan sonra müqavilə iştirakçıları məhsul göndərilməsi ilə bağlı öhdəlikləri yerinə yetjrirlər. Bu öhdəliklər qısamüddətli xarakter daşıyır.

Aşağıdakı hallarda forvard kontraktları iştirakçılar üçün əlverişli şərait yaradır:



  • əmtəələrin pula çevrilmə qabilliyyəti yüksək olduqda;

  • müqavildlər qısa müddətdə yerirıə yetirildikdə;

  • müqavilələrin qısa müddətdə yerinə yetirilməsi zamanı süni maneələr mövcud olmadıqda.

Forvard kontraktlarının müvəffəqiyyəti birjaya gətirilməsi nəzərdə tutulan maliyyə vəsaitlərinin (qiymətli kağızların) və digər aktivlərin alınıb-satılmasından asılıdır. Bu isə satıcılar və alıcılar tərəfindən kontraktların başa çatılmasına xidmət edir.

Forvard kontraktlarında əmtəələrin pula çevrilmə qabiyyətini artırmaq üçün aşağıdakılar nəzərə almır.



  1. Satışin kontraktlarda göstərilən müddətdə həyata keçirilməsi.

  2. Satış apanlan birjalarda kontraktların standart xarakter daşınması. Kontrakt şərtlərinin yerinə yetirilməsini sürətləndirmək üçün satıcılar və alıcılar məhsulun miqdarını, onun keyfiyyətini və daşıma müddətini alqı-satqı müqaviləsində standart şəkildə göstərilməlidir.

  3. Kontraktların etibarlığına təminat vermək üçün birja iştirakçılarının maliyyə tələbatları müəyyənləşdirilməlidir. Bu zaman müqavilələrin bağlanması mexanizmi tənzimlənməli və münaqişələrin həlli prinsipləri müəyyən edilməlidir.

Füçers kontraktları. Alqı-satqı praktikasında forvard kontraktları da bağlanılır. Forvard kontraktlarından fərqli olaraq füçers kontraktları birjasının qəti müəyyən etdiyi qaydalar əsasında bağlanılır. Bu cür kontraktların bağlandığı birjalara praktikada füçers birjası deyilir.

Füçers kontraktlan birjada müəyyən edilmiş qaydalar əsasında bağlanılır. Bu zaman kontrakt iştirakçılari öz üzərlərinə götürdükləri öhdəliklərin yerino yetirilməsinə görə məsuliyyət daşıyırlar. Füçers kontraktlarını bağlayan istehsalçı göstorilən miqdarda və standart keyfiyyətdə məhsulun razılaşdırılmış müddətdə sifarişçiyə göndərilməsini təmin edir. Kontraktda iştirak edən qarşı tərəf isə bütün bunların müqabilində razılaşmaya uyğun olaraq məhsulun dəyərini nəğd və ya köçürmə yolu ilə ödəyir. Bağlanmış füçers kontraktlarında əmtəələrin qiymətləri azad rəqabət yolu ilə müəyyən edilir. Qiymətin səviyyəsi birjanın əməliyyat zalında satışçilər tərəfindən müəyyən olunur. Füçers kontraktları səviyyəsinə çatmaq üçün forvard kontraktları aşağıdakı mərhələdən keçməlidir:



1. Kənd təsərrüfatı məhsullarının satıcıları və alıcıları arasında müqavilə bağlanarkən bu müqavilələr 10, 20, 30 və 60 gün ərzində yerinə yetirilməlidir. Bu cür kontraktlara “gəlir gətirən” müqavilələr də deyilir.

2. Kontraktların şərtləri standart xarakter daşımalıdır.

3. Forvard kontraktlarının bazarı formalaşmalıdır. Forvard kontraktı bağlanarkən birjada satış qaydaları əsas götürülməlidir.

Forvard kontraktları ilə füçers kontraktları arasında müəyyən fərqli cəhətlər də mövcuddur. Forvard və füçers kontraktlarıınn fərqli cəhətləri aşağıdakı cədvəldə göstərilmişdir.

Alqı-satqı əməliyyatları üzrə füçers müqavilələri ilk dəfə 1865-ci ildə Çikaqo satış birjasında bağlanmışdır. Füçers satışi XIX əsrin ortalarından etibarən yaranmağa başlamışdır. Satışin bu növü birjada satılan bütün əmtəələri əhatə etmişdir.

Füçers kontraktlarının bir sıra əlverişli şərtləri mövcuddur ki, bunlar da aşağıdakılardır:



1. Əmtəələrə tələb və təklifin həcminin yiiksək olması füçers kontraktlarının əsas xüsusiyyəti hesab olunur. Tələbin həcminin aşağı olması bazarda satışlə məşğul

olan iştirakçıların sayını kəskin olaraq aşağı salır.

2. Əmtəələr qarşılıqlı əvəzedilmə xüsusiyyətlərinə malik olmalıdır.

3. Dövlətərın və inhisarçı subyektlərin nəzarəti olmadan bazarlarda məhsullara qiymətin qoyulması sərbəst şəkildə həyata keçirilməlidir.

4. Qiymətqoymada tərəddüdlərin olması zəruridir (əgər qiymətin səviyyəsi sabitdirsə, bu halda iştirakçıların kontraktlardan və bazarlardan istifadə etməyə heç bir stimulu qalmır).

5. Kontraktlar bazarın real iştirakçıları üçün kommersiya maraqlarına malik olmalıdır. 6. Füçers kontraktlarının digər kontraktlardan fərqli cəhətləri mövcuddur.

Füçers kontraktı əmtəələrin reallaşdırılması və onun daşınması ilə bağlı satıcı və alıcı arasındakı razılaşmaları özündə əks etdirir. Füçers kontraktının subyekti olan alıcılar əmtəələri ucuz qiymətə əldə etməyə çalışırlar. Satıcılar isə kontraktları bağlayarkən əmtəələri daha yüksək qiymətə satmağa cəhd edirlər.

Kontraktın qiyməti bazarın konyukturundan asdı olaraq dəyişir. Füçers kontraktlarında əmtəələri ucuz qiymətə almış alıcılar bazarda qiymətlərin bahalaşmasmdan zərər çəkmirlər, əksinə mənfəət əldə edilər. Kontraktdan gəlir əldə etmək üçün alıcı əmtəəni aşağı qiymətə alır və onu füçers kontraktları üzrə müştərilərə sərfəli qiymətə satır.



Cədvəl 1.2.

Forvard və füçers kontraktlarının əsas məzmunu


Kontraktların əsas şərtləri

Forvard

kontraktları

Füçers

kontraktları

1

2

3

1. Göndərilən məhsulun həcmi

Satıcılar və alıcılarla razılaşdırılır

Standart xarakter daşıyır

2. Əmtəələrin keyfıyyəti

Yüksək keyfıyyətli mallar əlavə qiymətlərlə satılır

Müəyyən edilmiş standartdan

kənarlaşmanın səviyyəsi böyük həcmli olmur

3. Əmtəələrin daşınma müddəti

Tərəflərlə razılaşdırılır. Bu zaman vasitəçilərin səylərindən istifadə edilir

Əmtələrin daşınma müddəti gələcək dövr üçün müəyyənləşdirilir.

Məhsulların daşınma müddəti birjalarda standart xarakter daşıyır.

4. Əmtəələrin qiyməti

Satıcılar və alıcılar arasında razılaşdırılır

Açıq satış (alqı-satqı)

prosesində

müəyyənləşdirilir

5. Müqavilələrin yerinə yetirilməsi

Əmtəələrin daşınması ilə başa çatır

Kontrakt ləğv edilir

6. Əməliyyatların tənzimlənməsi

Əməliyyatların aparılması satış haqqmda qanunlarla tənzimlənir

Füçers satışi haqqında

qanunvericiliklə

tənzimlənir

7. Əməhyyatların təminatı

Əməliyyatlarm aparılmasına və müqavilə şərtlərinin yerinə yetirilməsinə görə təminat verilmir

Əməliyyatlara birjanın klirinq

palatası təminat verir

8. Əməliyyatlar üzrə

informasiyaların dərc edilməsi

Satıcı və alıcıların informasiyaları konfıdensial (məxfi) xarakter daşıyır

Məcburi xarakter daşıyır





Füçers kontraktlarının yaradılması. Satışdə füçers kontraktlarının bağlandması mürəkkəb bir prosesdir. Birja əməliyyatları zamanı satışçilərin və digər bazar iştirakçdarının maraqları nəzərə almır. Bu prosesin həyata keçirilməsi zamanı qiymətlərin sabitliyi əsas götürülür və həm də alverçilərin cəlb edilməsi imkanları araşdırdır.

Kontraktların şərtləri müəyyənləşdirildikdən və ölkənin səlahiyyətli orqanları ilə razdaşdırddıqdan sonra kontrakt praktikada tətbiq edilir. Kontraktların bağlandmasından sonra satış əməliyyatları həyata keçirilir.



Füçers kontraktlarının fəaliyyət müddəti. Füçers kontraktlarında kontraktların icra müddətinin müəyyənləşdirilməsi mühüm yer tutur. Həmin müddət ərzində müqavilələrin bağlanılması həyata keçirilir. Satışin təmərküzləşməsi və əmtəələrin pula cevrilmə qabiliyyətinin yüksəldilməsi məqsədilə kontraktlar üzrə satış bütünlükdə 12 təqvim ayı ərzində deyil, ilin sərfəli olan aylarında həyata keçirilir. Təqvim ayları əmtəənin xüsusiyyətləri və maliyyə vəsaitlərinin mövcudluğu nəzərə alınmaqla seçilir.

Füçers kontraktlarının xarakterik cəhətlərindən biri də onun fəaliyyət müddətidir. Bu zaman kontrakt üzrə satışin sona çatdiğı dövrədək olan müddət əsas götürülür. Buna da birja praktikasında “kontraktların fəaliyyət müddəti” deyilir. Birjalarda əmtəələr üzrə “kontraktların fəaliyyət müddəti” bir-birindən fərqlənir.



Birjaların hüquqi tənzimlənməsi texnologiyası. Dünya ölkələrində birjalar müxtəlif səviyyədə formalaşmışdır. Birjaların yarandığı ilk dövrlərdə o dövlətin nəzarəti altında fəalyyət göstərmişdir. Onlar qanunvericiliyə uyğun olaraq öz funksiyalarıın yerinə yetirmişlər.

Qanunvericiliyə görə füçers kontraktları yalnız füçers birjasında bağlanıla bilər. Əmtəə füçers satışi komitəsi füçers birjasını qeydiyyatdan keçirmək hüququna malikdir. Bu qeydiyyat hüququ ən mühüm səlahiyyət hesab edilir. Tənzimləməyə görə hər bir füçers kontraktları qeydiyyatdan keçirilməlidir. Yeni qaydaya görə, füçers birjasında baş verən dəyişikliklər əmtəə füçers satışi komitəsi tərəfındən müsbət reaksiya verildikdə hoyata keçirilir.

Əmtəə füçers satışi komitəsi satışin həyata keçirilməsi qaydasında dəyişikliklər və olavələr etmək hüququna malikdir. Əmtəə füçers satışi komitəsi kontraktların qeydiyyatdan keçirilməsindən imtina edə bilər. Həm də birjada konkret məhsulların kontraktı üzrə satışi dayandıra bilər. Əmtəə füçers satışi komitəsinin qəbul etdiyi bu qərardan məhkəmə orqanına şikayət edilə bilər. Füçers komissiyasının satışçiləri birja praktikasında broker evi də adlandırırlar. Hər hansı fıziki şəxs və ya təşkilat füçers komissiyasının satışçisi kimi qeydiyyatdan keçirilir. Bu zaman həmin fıziki şəxslər və təşkilatlar tərəfındən müştərilərin sifarişləri həyata keçirilir. Füçers satışi üzrə komissiyanın vəzifəsi - füçers satışi ilə əlaqədar müştərilərin risklərinin reallaşdırılmasından ibarətdir. Bu məqsədlə müştərilərlə müəyyən sənədlər imzalanır, bu sənədlərə də füçers satışi ilə risklərin siyahısı daxildir. Füçers satışi komitəsi füçers komissiyasının satışçilərinə xüsusi icazə olmadan müştərilər üçün hər hansı əməliyyatları icra etməyi qadağan edir.

Alqı-satqı praktikasının tənzimlənməsi zamanı iki əsas vəzifə yerinə yetirilir. Onlar äşağıdakılardan ibarətdir:



  • Rəqabət qaydalarına uyğun olaraq füçers əməliyyatlarının həyata keçirilməsinin və kontraktların bağlanmasının təmin edilməsi;

  • Qiymət manipulyasiyasının qarşısının alınması. Tələb və təklifin səviyyəsini nəzərə almayan süni qiymətlərin formalaşdırılmasına yol verilməməsi.

Birja əməliyyatları əsasən dövlət nəzarəti altında tənzimlənir. Dövlət tənzimləməsi ilk növbədə normativ-hüquqi aktlara əsaslanır. Hüquqi təminat qanunvericilik aktları, fərmanlar, qərarlar, sərəncamlar və idarəetmə orqanlarının diğər hüquqi sənədlərini əhatə edir. Normativ təminata təlimatlar, normativlər, normalar, metodik göstərişlər və izahatlar, həmçinin bazarın peşəkar iştirakçıları təşkilatlarının təsdiq etdiyi qaydalar aiddir. Informasiya təminatına müxtəlif növ iqtisadi, kommersiya, maliyyə və s. informasiya daxildir.

Birja satışində əməliyyatlarm dövlət tənzimlənməsi aşağıdakıları əhatə



edir:

  • Xüsusi normativ-hüquqi aktların hazırlanması və həyata keçirilməsi;

  • Standartların, yəni bazar iştirakçıları, maliyyə alətləri üçün məcburi olan tələblərin hazırlanması;

  • Əsas qaydaların nizamlanması və bazar iştirakçıları tərəfindən mövcud qanunvericiliyə riayət olunmasına dövlət nəzarəti.

Dövlət tənzimlonməsinin vəzifələrinə aşağıdakılar aiddir:

  • Birja satışinin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi;

- Peşəkar iştirakçılar və müştərilər üçün birja satışinin təhlükəsizliyinin təmin edilməsi;

  • Birja satışi haqqında açıq informasiya sisteminin yaradılması və bazar iştirakçıları tərəfindən informasiyanın məcburi açıqlanmasına nəzarət edilməsi.

Birja satışi haqqında qəbul edilmiş qanunda tənzimləmə normasının pozulması ilə bağlı tədbirlər nəzərdə tutulur. Qəbul edilmiş qanuna görə, birja satışi komitəsi aşağıdakı hüquqlara malikdir:

  • Birja üzvlərinin fəaliyyət intizamı ilə bağlı qəbul edilmiş qərarları təkmilləşdirmək;

  • Birja satışində qanunsuz iştirakçıların fəaliyyətini dayandırmaq. Birja satışində tənzimləmə ikipilləli proseduranı nəzərdə tutur. Ciddi qayda pozuntuların baş verdiyi zaman birja üzvlərinin fəaliyyəti dayandırdır. Qanun pozuntuları ciddi olmadıqda belə nəzərə çatdırılma və üzvlükdə fasilələrin verilməsi halları tətbiq edilir;

  • Birja satışinin qayda pozuntuların qarşı inzibati qaydada tədbirlər görmək lazımdır.

Tənzimləmənin dövlət və qeyri-dövlət metodlarının məcmusu birja əməliyyyatlarının idarəedilməsi sisteminin əsasında durur. Birja satışinin tənzimlənməsi birja əməliyyatlarının keçirilməsini nizamlaşdırmağa, onları müəyyən qayda və tələblərə tabe edilməsinə imkan verən konkret metod və üsullarının vahid sistem şəklində birləşdirilməsidir. Bu birjanın bütün iştirakçılarının qarşılıqlı maraqlarının tarazlığının qüvvədə olan qanunvericilik çərçivəsində təmin edilməsi mexanizmidir.

FƏSİL II. Bazar iqtisadiyyatı şəraitində respublikada birja satışinin müasir

vəziyyəti və əmtəə bazarının səmərəli təşkilində onun rolu



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə