«bazar münasiBƏTLƏRİNİn formalaşmasinda birjalarin rolu»



Yüklə 0,77 Mb.
səhifə7/8
tarix11.04.2018
ölçüsü0,77 Mb.
#36934
1   2   3   4   5   6   7   8

Texniki təhlil


İngiltərənin FTSE fond indeksinin qiyməti və həcmi. Sövdələşmələrin həcmlərinin kəskin aşağı düşməsi qiymətə təsir göstərmir



Hindistanın BSE fond indeksinin qiyməti və həcmi. Qiymət FTSE təkrarlayır. Burada həcmin güclü artım nöqtələri seçilirlər – qrafikdə iki nöqtəni - «çevrilmə siqnalı» (ortada) və «yarışın əvvəli» (solda) görmək mümkündür.


Texniki təhlil – keçmişdə və yaxud oxşar vəziyyətlərdə olan dəyişmə qanunauyğunluqları əsasında qiymətlərin gələcəkdə ehtimal olunan dəyişmələrinin proqnozlaşdırılmasıdır. Onun əsasında qiymətlər qrafikinin - «çartların» (ingiliscə,  chart - qrafikdiaqram) təhlili və qiymətlərin hərəkət dinamikasında müəyyən qanunauyğunluqların seçilib göstərilməsi durur. Qiymətlərin dəyişmə dinamikasının öyrənilməsi ilə yanaşı, texniki təhlildə sövdələşmələrin həcmləri haqqında informasiya və digər statistik göstəricilərdən istifadə olunur. Texniki təhlil metodlarından daha tez-tez sərbəst dəyişən qiymətlərin, məsələn birjalarda, təhlili üçün istifadə olunur.

Texniki təhlildə çoxlu sayda alətlər və metodlar mövcuddurlar, lakin onların hamısı bir fərziyyəyə söykənirlər: qiymətin hərəkət dinamikası bazar iştirakçılarının davranış psixologiyası ilə müəyyən olunur. Bu iştirakçılar oxşar vəziyyətlərdə insana xas olan instinktlərin – xəsislik, qorxaqlıq, nigaranlıq və s. təsiri altında özlərini eyni cür aparırlar, bu da, bazar iştirakçılarının hərəkətləri nəticəsində qiymətlərin bazarda özlərini necə aparmalarını proqnozlaşdırmağa imkan verir.

Texniki və fundamental təhlil  - qiymətli kağızlar bazarının əsas məktəbləridirlər.

Texniki təhlilin ümumi prinsipləri bütün bazarlarda eynidirlər. Foreksdə və birja fond bazarındakı texniki təhlil metodlarında fərqli cəhətlər vardır. Məsələn, valyuta bazarında sövdələşmələrin bağlanılmasının vahid mərkəzi yoxdur, sövdələşmələr bir çoxlu sayda banklar arasında bağlanılır və onların əməliyyatlarıının həcmləri heç bir yerdə nəşr olunmur, hər bir bank acaq öz kotirovkalarını nəşr edirlər, sövdələşmələr bazar günlərindən başqa, hər gün həyata keçirilir. Birjalarda bütün sövdələşmələr bir yerdə həyata keçirilir, sövdələşmələrin qiymətləri və həcmləri xüsusi komissiya tərəfindən nəşr olunur, ticarət ticarət sessiyası çərçivəsində aparılır.

Texniki təhlilin yaranmasının ilkin şərti, əsrlər boyu maliyyə bazarlarında  qiymətlərin dəyişməsi üzərində aparılan müşahidələr olmuşlar. Texniki təhlilin ən qədim üsullarından biri XVIII-XIX əsrlərdə yapon düyü tacirləri tərəfindən işlənib hazırlanmış KEYSEN (けい) metodudur. Qərbdə bu metod «yapon şamları» kimi tanınmışdır.

XIX əsrin sonunda Amerika jurnalisti Çarlz Dou qiymətli kağızlar bazarı haqqında silsilə məqalələr nəşr etmişdir ki, bunlar da Dou nəzəriyyəsinin özülünü qoyaraq, XX əsrin əvvəllərində texniki təhlil metodlarının qızğın inkişafının əsasını təşkil etdilər. XX əsrin ikinci yarısında kompüter texnologiyalarının inkişaf etməsi təhlilin alət və metodlarının təkmilləşdirilməsinə, həmçinin hesablama texnikasının imkanlarından istifadə edən yeni metodların meydana çıxmasına əhəmiyyətli şərait yaratdı.

Texniki təhlil qiymətin nəyə görə öz istiqamətini dəyişməsini nəzərdən keçirmir (səhmlərin gəlirliliyinin aşağı olması, digər mallara qiymətlərin qalxıb-enməsi və yaxud digər şərtlərin dəyişməsi səbəbindən), lakin ancaq o, qiymətin bu və ya digər istiqamətdə hərəkətini və yaxud bir neçə vaxt ərzində hər hansı bir qiymət intervalında olarkən müəyyən vəziyyətdə olması faktını nəzərə alır.

Analitikin nöqteyi-nəzərincə, əgər trendi düzgün başa düşmək mümkündürsə və trend istiqamətində mövqe açılarsa, və sonradan vaxtında ticarət mövqeyi bağlanılarsa, istənilən bazarda gəlir əldə etmək olar. Belə ki, əgər qiymət ən aşağı səviyyəyə düşübsə, vəziyyətdən istifadə etmək və alış üçün mövqe açmaq və, əgər qiymət ən yüksək həddə çatıb çevrilirsə, satış üçün mövqe açmaq lazımdır. Həmçinin sövdələşmələrin həçmlərinin uçotunun aparılması da mümkündür.

Trenddən başqa, texniki təhlildə patternlər və yaxud qrafiklərdə formalaşan nümunəvi şəkillər nəzərdən keçirilir və təhlil olunurlar. Daha çox tanınlarından -«Üçqat zirvə», «İkiqat zirvə», həmçinin onlara əks olan «Üçqat dib» «İkiqat dib», trendin davam etdirilməsi modeli olan «Üşbucaq», «Bayraq» və s. Üçqat zirvənin müxtəlif növlərindən biri də «Baş və çiyinlər» fiqurudur ki, onun birinçi və üçüncü zirvələri ikincidən aşağıdır. Üçbucaqlar növləri çox müxtəlifdir.

Texniki təhlil əsasında alınmış nəticələr fundamental təhlil nəticəsində alınmışlardan fərqlənə bilərlər. Fundamental təhlil, əsasən, ona əsaslanır ki, əmtəənin, malın (qiymətli kağızın, valyuta cütünün) real dəyəri onun bazar qiymətindən fərqlənir – o, ya yüksək, ya da ki, aşağı qiymətləndirilib. Əgər «dəqiq» qiyməti hesablamaq mümkündürsə, o zaman belə fərz etmək olar ki, bazar aşağı səviyyəyə kimi «dəqiqləşdirilməlidir» (dəqiqləşmə yuxarı və yaxud aşağı istiqamətdə baş verə bilər). Buna görə də fundamental təhlilin tövsiyələri texniki təhlilin tövsiyələrinə zidd ola bilər.

Qeyd eləmək lazımdır ki, hər iki metod müxtəlif xarici və daxiliamillərinin təsiri altında bazar konyunkturunun mümkün olan əyintilərini nəzərə almırlar. Həm dünyada, həm də ölkə daxilində baş verən siyasi, iqtisadi hadisələr həm ayrı-ayrı səhmlərin, həm də bütöv bölmələrin davranışına ciddi təsir göstərə bilərlər. Bu cür təsirlər qanunların dəyişməsi, gömrük rüsumlarının tətbiq olunması və yaxud onların ləğv olunması, vergi dərəcələrinin dəyişilməsi və digər hadisələrlə bağlı ola bilərlər.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə