Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə2/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   2   3   4   5   6   7   8   9   ...   48

 

formalaşdırılması  və  bu  formalaşan  münasibətlərin  daim  inkişaf  etdirilərək  dövrün 
tələblərinə  uyğunlaşdırılmasına  imkan  verən  səmərəli  dövlət  tənzimlənməsi  sisteminin 
yaradılması potensialını üzə çıxarmağa çalışmaqdır.  
Obyekti bazar iqtisadiyyatına keçid şəraitində dövlətin aqrar siyasəti, predmeti isə 
aqrar  -  sənaye  kompleksinin(ASK)  dövlət  tənzimlənməsinin  metodlar  sisteminin, 
xüsusilə  də  hüquqi  tənzimləmə  metodunun  əsas  məsələləri  olan  bu  tədqiqat  işində 
ölkədaxili  və  ölkəxarici  nəzəri-praktiki  mənbələrdən,  xüsusilə  bu  sahədə  BMT,  Dünya 
Bankı,  Beynəlxalq  Valyuta  Fondu,  Ümumdünya  Ticarət  Təşkilatı,  BMT-nin  Ərzaq  və 
Kənd  Təsərrüfatı  Təşkilatı  (FAO)  kimi  beynəlxalq  qurumların,  ayrı-ayrı  dövlətlərin 
aqrar  sahə  ilə  bağlı  hökümət,  qeyri-hökümət  qurumlarının  araşdırma  və  normativ 
xarakterli  sənədlərindən  və  Azərbaycan  Respublikasının  aqrar  siyasətini  özündə  əks 
etdirən  normativ-hüquqi  aqtlardan  ətraflı  şəkildə  istifadə  edilmiş,  ümumnəzəri 
tədqiqat metodları (deduksiya, induksiya, analiz, sintez və.s) ilə yanaşı iqtisad elminin 
özünəməxsus  araşdırma  metodları  olan  modelləşdirmə,  indeksləşdirmə,  müqayisəli 
təhlil və.s metodlar da zaman-zaman geniş tətbiq edilərək qarşıya qoyulan məqsədlərə 
nail olunmağa çalışılmışdır.    
ş
in birinci fəslində aqrar münasibətlər sistemi və dövlətin aqrar siyasəti normativ 
iqtisad metodologiyası baxımından iqtisadi nəzəriyyə məktəbəri üzrə araşdırılmış, bazar 
iqtisadiyyatı  şəraitində  aqrar  münasibətlərin  tənzimlənməsi  prossesində  istifadə  olunan 
forma  və  metodlar  ümumiləşdirilməyə  çalışılmış  və  bu  sahədə  mühüm  tənzimləmə 
metodu olan hüquqi tənzimləmənin mahiyyəti və əsas prinsiplərinə nəzər yetirilmişdir. 
kinci  fəsildə  pozitiv  iqtisad  metodologiyası  baxımından  mövcud  keçid 
iqtisadiyyatı  şəraitində  ölkəmizdə  aqrar  münasibətlərin  yenidən  qurulması  və 
tənzimlənməsi  ilə  bağlı  həyata  keçirilən  dövlət  siyasətinin  əsas  aspektlərinə  nəzər 
yetirilmiş,  xüsusilə aparılan  aqrar  islahatların  iqtisadi-hüquqi  bazası  geniş  şərh  edilmiş 
və  islahatlar  nətcəsində  formalaşan  yeni  iqtisadi  münasibətlərin  müasir  vəziyyəti 
qiymətləndirilməyə çalışılmışdır. 
Sonuncu 
fəsildə 
isə 
ölkədə 
aqrar 
münasibətlərin 
tənzimlənməsinin 
təkmilləşdirilməsi  məsələlərinə  diqqət  yetirilmiş  və  bu  məqsədlə  dünya  ölkələrinin 
təcrübəsi  onların  iqtisadi  inkişaf  səviyyəsi  üzrə  öyrənilməklə  bu  təcrübədən  istifadə 
imkanları ümumiləşdirilməyə çalışılmışdır. 


 

 Beləliklə, əsas elmi yeniliyi aqrar münasibətlərin dövlət tənzimlənməsinin forma 
və  metodlarını  kompleks  şəkildə  və  dünya  iqtisadiyyatında  baş  verən  qlobal  meyllər 
işığında  şərh  etmək  olan  bu  dissertasiya  işi  ölkəmizin  yaxın  illərdə  ÜTT-ə  qəbul 
edilməsi  perespektivini  də  nəzərə  alsaq  qeyd  edə  bilərik  ki,  yeni  qaydalara  uyğun  və 
milli  mənafeləri  qorumağa  imkan  verən  dövlət  siyasətinin  formalaşdırılması  yolunda 
müəyyən praktiki əhəmiyyət daşıyacaqdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

Fəsil  I:  Aqrar  münasibətlər  sistemi  və  onun  tənzimlən-
məsinin nəzəri əsasları
 
1.1 Dövlətin aqrar siyasəti, onun mahiyyəti və vəzifələri 
nsan  övladının  öz  ehtiyaclarını  təbiətin  hazır  resursları  ilə  ödəyərək  yaşadığı 
“mənimsəmə  iqtisadiyyatı”  mərhələsindən  “istehsal  iqtisadiyyatı”  mərhələsinə  keçdiyi 
andan ilk fəaliyyət sahəsi olan aqrar sektor, iqtisadiyyatın ən qədim sahəsi olmaqla uzun 
bir  tarixi  yol  keçmişdir.  Aqrar  sektor  fəaliyyətlərinin  iqtisadi  həyatdakı  rolunun  daim 
dəyişildiyi  və  iqtisadi  inkişafın  hər  bir  mərhələsində  yeni  məzmun  kəsb  etdiyi  bu 
müddət  ərzində  təbii  olaraq  bu  fəaliyyətlərlə  bağlı  nəzəri  baxışlar  və  bir  növ  bu 
baxışların ümumiləşdirilərək gerçək həyatda reallaşdırlma forması olan iqtisadi siyasət 
doktrinaları  da  dəyişərək  inkişaf  etmiş  və  bu  günkü  səviyyəsinə  gəlib  çatmışdır.  Bu 
dəyişiklikləri dünya iqtisadi inkişaf tarixinin üç böyük mərhələsi üzrə xarakterizə etmək 
mümkündür: 
 
Birinci  dalğa”  (first  wave)  kimi  ifadə  olunan,  kənd  təsərrüfatı  və  təbii  resurslara 
ə
saslanan inkişaf mərhələsi: Bu mərhələ əsasən sənaye kapitalizminə qədərki dövrü 
ə
hatə  edir  və  iqtisadiyyatda  aqrar  sektorun  hakim  olduğu  dövrdür.  Əhalinin 
kəndlərdə  yaşayaraq  primitiv  texnologiyalar  əsasında  istehsal  fəaliyyətini  davam 
etdirdiyi  bu  dövrdə  yaranan  nəzəriyyələrin,  həyata  keçirilən  iqtisadi  siyasətin 
mərkəzində aqrar təsərrüfat fəaliyyətləri dayanır; 
 
kinci  dalğa”  (second  wave)  kimi  ifadə  olunan  sənayeləşmə  mərhələsi:  Dünya 
ölkələrində  bütövlükdə  həmin  dövrə  qədər  olan  sosial,  iqtisadi,  siyasi  və  mədəni 
həyatı dəyişdirmiş sənayeləşmə prossesi iqtisadi nəzəriyyələri və dövlət siyasətini də 
bu prossesin sürətləndirilməsi və sənaye sektorunun inkişaf etdirilməsi yolunda aqrar 
sektorun rolunun qiymətləndirilməsi və artırılması istiqamətinə yönəltmişdir; 
 
Üçüncü  dalğa”  (third  wave)  kimi  ifadə  olunan  post-sənaye  mərhələsi:  1960-70-ci 
illərdən  başlayan  elmi-texniki  inqilabla  ortaya  çıxan  və  1980-ci  illərdən  başlayaraq 
liberallaşma  və  qloballaşma  prossesləri  ilə  birləşən  və  digər  adı  informasiya 
cəmiyyəti dövrü adlanan bu mərhələ iqtisadi nəzəriyyələr və həyata keçirilən iqtisadi 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə