Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə4/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   2   3   4   5   6   7   8   9   ...   48

 
10 
edən bu cərəyan aqrar sektorun və yeni yaranan sənaye müəssisələrinin sənayeləşmə 
tam  başa  çatanadək  dövlət  tərəfindən  xüsusilə  yüksək  gömrük  rüsumları  vasitəsilə 
qorunmasını  irəli  sürmüşdür.  lk  dəfə  olaraq  Fridrix  List  aqrar  sektorun  bir  sıra 
özünəməxsus xüsusiyyətlərindən çıxış edərək onun xüsusi himayəyə ehtiyacı olduğunu 
da qeyd etmişdir
7

Klassik  iqtisadi  nəzəriyyəni  tənqid  çərçivəsində  meydana  gələn  nəzəriyyələrdən 
biri,  elmi  əsasını  Karl  Marksın  qoyduğu  sosialist  iqtisadi  düşüncə  məktəbi  isə  aqrar 
sektorun  iqtisadi  inkişafdakı  rolunu  qeyd  etməklə  yanaşı  bütün  sahələrdə  olduğu  kimi 
bu  sektorda  da  dövlət  və  kollektiv  mülkiyyətə  əsaslanan  təsərrüfatçılıq  formalarının 
qurulması  və  istehsal  qərarlarının  dövlət  tərəfindən  mərkəzi  qaydada  həyata  keçirilən 
planlaşdırma mexanizmi əsasında verilməsini nəzərdə tuturdu. 
Klassik  iqtisadi  məktəbin  davamı  kimi,  bir  növ  sənaye  kapitalizminin  ideoloji 
gücünün tamamlanaraq XX əsrə gətirilib çıxarılmasında böyük rol oynayan Neo-klassik 
iqtisadi  məktəb  tələb  və  təklif,  rəqabət,  inhisarlar,  iqtisadi  tarazlıq,  istehlakçı 
psixologiyası,  məhsulların  faydalılığı  kimi  əsasən  mikroiqtisadi  məsələlər  üzərində 
iqtisadi-riyazi 
təhlillər 
apararaq 
azad 
bazar 
iqtisadiyyatının 
elmi 
şə
kildə 
ə
saslandırlmasında  böyük  rol  oynamışdır.  Azad  bazar  mexanizmini  müdafiə  edən 
neoklassiklər itisadiyyatda dövlətin rolunu bir növ “gözətçi” kimi görürdülər. Lakin bu 
məktəbin son üzvlərindən biri hesab olunan Artur Piqou azad bazarın ütünlüyünü qəbul 
etməklə yanaşı o dövrün dərin sosial-iqtisadi böhranlarından çıxış edərək qeyd etmişdir 
ki, şəxsi mənafe heç də həmişə sosial mənafe ilə uzlaşmır, istənilən fəaliyyətin marjinal 
xüsusi  faydası  heç  də  həmişə  marijnal  sosial  faydaya  bərabər  olmur,  buna  görə  dövlət 
araya  girərək  müxtəlif  iqtisadi  siyasət  rıçaqlarından  istifadə  etməklə  bu  kənarlaşmanı 
minimuma  endirməlidir.
8
  Piqou  bu  fikirləri  ilə  sonradan  böyük  bir  nəzəriyyə  yaratmış 
Keynesə çox təsir göstərmişdir. 
                                                 
7
  Fridrix  List  (1789-1846)  1841-ci  ildə  yazdığı  “ qtisadi  siyasətin  milli  sistemi”  adlı  əsərində  göstərir  ki,  aşağıdakı 
xüsusiyyətlərinə  görə  yalnız  aqrar  sektora  bağlı  iqtisadiyyat  öz  potensialından  tam  istifadə  edə  bilməz  və  dövlətin  bu 
sahədə iqtisadiyata müdaxiləsi zəruridir: 1) Aqrar sektorda istehsal böyük miqyasda təbii və iqlim şərtlərindən asılıdır; 2) 
Təbii  mühüt  və  istehsal  ərazilərinin  geniş  olması  burada  yüksək  texnika  və  texnologiyanın  tətbiqinə  az  əlverişlidir;  3) 
stehsal  faktorlarının  məhsuldarlığı  aşağı  və  istehsal  müddəti  uzundur;  4)  Faiz  dərəcələri  yüksəkdir;  5)  Məhsulların 
saxlanması çətindir; 6) Məhsulların daşınması həm çətin, həm də bahalıdır, çünki çox asanlıqla xarab ola bilirlər; 7)  stifadə 
olunan  resursların  dəyərinin  tam  şəkildə  müəyyən  oluna  bilməməsi  istehsal  xərclərini  də  dəqiq  müəyyən  etməyə  imkan 
vermir; 8) Kənd təsərrüfatı məhsullarının bazar qiymətlərində dalğalanma yüksəkdir; (bax: Doç. Dr Arif Ersoy, “ ktisadi 
teoriler ve düşüncelerin gelişme tarihi”, II Baskı,  zmir, 1990, səhfə: 204 - 5); 
8
Arthur  Cecil  Pigou  (1877-1959)  bu  fikirlərini  1920-ci  ildə  yazdığı  məşhur  “Rifah  qtisadiyyatı”  (The  Economics  of 
Welfare)  əsərində  kənd  təsərrüfatından  verdiyi  bir  nümunə  ilə  ifadə  etmişdir.  Həmin  misalda  göstərir  ki,  torpağı  icarəyə 


 
11 
1936-ci  ildə  qısa  olaraq  “Ümumi  Nəzəriyyə”  adı  ilə  məşhur  olan  kitabını 
yazmaqla Con Meynard Keynes özünə qədər hakim olan nəzəriyyələrə alternativ böyük 
bir  nəzəriyyə  yaratmışdır.  Həmin  dövrdə  kapitalist  dünyasını  düşdüyü  böhrandan  neo-
klassiklərin  göstərdiyi  kimi  əvvəl-axır  bazar  mexanizminin  özünün  çıxaracağı  fikrini 
qəbul  etməyərək,  dövlətin  aktiv  siyasət  yeridərək  iqtisadiyyatın  tələb  cəbhəsini 
stimullaşdırmalı  olduğunu  irəli  sürmüşdür.  Öz  fikirləri  ilə  bir  növ  iqtisadiyyata  dövlət 
müdaxiləsinin  elmi  əsaslarını  hazırlayan  Keynes  hal-hazırda  aqar  sektor  da  daxil 
olmaqla iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsində mühüm rol oynayan pul-
kredit  və  büdcə-maliyyə  siyasətinin  dövlət  idarəetməsində  geniş  şəkildə  istifadə 
edilməsini təmin etmişdir. 
II Dünya müharibəsindən sonra inkişaf strategiyalarının hazırlanması çərçivəsində 
formalaşan inkişaf iqtisadiyyatının qarşısında duran əsas məsələlərdən biri də ölkələrin 
inkişaf  strategiyalarında  “lokomotiv  sektor”un  (engine  sector)  seçilməsi  problemi 
olmuşdur.  Bu  elə  bir  sektor  olmalı  idi  ki,  inkişaf  edərək  bütövlükdə  iqtisadiyyatı  öz 
arxasınca  apara  bilsin.  Əksər  iqtisadçıların  bunun  sənaye  sektoru  olduğunu  müdafiə 
etməsi  və  iqtisadi  siyasətdə  də  sənayeləşməyə  üstünlük  verilməsi,  sənayeli  ölkələri 
ə
sasən  xammalla  təmin  edən  koloniyaların  müstəqillik  əldə  edərək  kolonializmdən 
qalan  aqrar  təsərrüfata  nifrət  ruhunda  inkişafa  qədəm  qoyma  çəhdləri,  yeni  xidmətlər 
sektorunun  sürətlə  inkişaf  etməsi,  aqrar  sektorun  EÖ-də  elmi-texniki  tərəqqinin  xeyli 
dərəcədə  təsirinə  düşərək  məşğulluqdakı  payının  kəskin  azalması  kimi  amillər  onun 
dünya  təsərrüfatında  rolunu  xeyli  zəiflətmiş,  lakin  strateji  əhəmiyyəti  nəzərə  alınaraq 
dövlətlərin  xüsusi  himayəsi  altında  dünya  iqtisadiyyatından,  onun  tənzimləmə 
tədbirlərindən  kənarda  inkişaf  etmişdir.  Bu  qapalı  inkişaf  demək  olar  ki,  ÜTT-nin 
Uruqvay  Raundu  çərçivəsində  1995-ci  ildə  qəbul  olunan  Kənd  Təsərrüfatı  çoxtərəfli 
sazişinin  (Agreement  on  Agriculture)  qəbul  olunduğu  dövrə  qədər  davam  etmiş,  məhz 
                                                                                                                                                                       
götürərək əkən əkinci torpaq sahibinə qalar deyə ona yüksək kapital qoymayacaqdır, bu isə milli gəlirin artımı baxımından 
uzunmüddətdə  mənfi  nəticələr  yaradacaqdır  (Doç.  Dr  Arif  Ersoy,  “ ktisadi  teoriler  ve  düşüncelerin  gelişme  tarihi”,  II 
Baskı,  zmir,  1990,  səhfə:  260).  Ümumiyyətlə  ümumiqtisadi  rifahın  artırılmasını  irəli  sürən  Piqou  bunu  3  kriteriya  ilə 
ölçürdü:  1)  Milli  gəlir  səviyyəsi;  2)  Milli  gəlirin  fərdlər  arasında  bölüşdürülməsi  səviyyəsi;  3)  qtisadi  stabillik  səviyyəsi 
(Henry W. Spiegel , “The Growth of Economic Thought”, Duke University Press, Durhan, North Carolina, 1971, səhfə: 
572); 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə