Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə5/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   2   3   4   5   6   7   8   9   ...   48

 
12 
bu dövrdən başlayaraq aqrar sektor və onun tənzimlənməsi məsələləri yenidən dünya 
elmi və siyasi dairələrinin əsas müzakirə mövzularından birinə çevrilmişdir
9

Dövlətin  aqrar  siyasəti  də  məhz  bu  nəzəriyyələrin  və  iqtisadi-siyasi  prosseslərin 
təsiri altında formalaşıb inkişaf edərək bu günkü səviyyəsinə gəlib çatmışdır. 
 Müasir  dövrdə  dövlətin  aqrar  siyasətinin  daha  yaxşı  dərk  edilməsi  və 
effektivliyinin  artırılması  məqsədilə  bu  sektorun  spesifik  xüsusiyyətlərinin  və  ölkə 
iqtisadiyyatında  oynadığı  rolunun  da  ətraflı  öyrənilməsinə  ehtiyac  vardır.  Müxtəlif 
mənbələrə  əsasında  aqrar  sektorun  spesifik  xüsusiyyətlərini  və  ölkə  iqtisadiyyatında 
oynadığı rolu aşağıdakı istiqamətlərdə qruplaşdırmaq mümkündür:    
 
Aqrar sektor insan həyatı üçün zəruri istehlak məhsullarının böyük bir qismini 
təmin  edir.  Həmin  məhsulların  mühüm  hissəsini  aqrar  sektorda  istehsal  olunan 
ə
rzaq  məhsulları  təşkil  edir.  Bu  baxımdan  qidalanma  sisteminin  coğrafi  mühit  və 
mədəni  faktorlar  əsasında  formalaşdığını,  əhalinin  ərzaqla  təminatının  strateji 
ə
həmiyyət  kəsb  etdiyini  nəzərə  alaraq  hər  bir  ölkənin  özünəməxsus,  müstəqil  aqrar 
siyasətinin olması ictimai bir vəzifə kimi ortaya çıxır; 
 
Aqrar  sektor  sənaye  müəssisələrinin  əsas  xammal  mənbəyidir.  Yeyinti, 
toxuculuq kimi bir sıra sənaye sahələrində emal olunan əsas xammal resursları aqrar 
sektor  tərəfindən  təmin  edildiyindən  bu  sektor  davamlı  sənaye  inkişafı  baxımından 
da mühüm əhəmiyyət kəsb edir; 
 
Aqrar  sektor  sənaye  məhsulları  üçün  böyük  bazardır.  Başda  neft-kimya  və 
maşınqayırma  olmaqla  bir  sıra  sənaye  sahələrinin  məhsulları  aqrar  sektorda  geniş 
şə
kildə istifadə edilir; 
 
Aqrar  sektor  zəif  inkişaf  etmiş  ölkələrdə  əhalinin  məşğul  olduğu  əsas  sahədir
Hal-hazırda  məşğul  əhalinin  ABŞ-da  2%-i,  AB-də  2-4%-i,  EOÖ-də  59%-i, 
Azərbaycanda isə 40-i aqrar sektorda çalışır; 
 
Aqrar  sektorda  yaranan  kapital  yığımı  sənaye  üçün  investisiya  mənbəyidir
Ə
slində  II  Dünya  müharibəsindən  sonra  inkişaf  iqtisadiyyatının  əsas  tədqiqat 
                                                 
9
Daha ətraflı bax: Maurice Schiff and Alberto Valdes, World Bank, “Agriculture and Macroeconomy”, Elsevier Science, 
Handbook of Agricultural Economics, Ed. By B.Gardner and G. Rausser, March 24, 1998 revisions;  
Gustav Ranis, “The evolution of development thinking: theory and policy”, Economic Growth Center Yale Univercity, 
Center Discussion Paper No. 886, May 2004;  


 
13 
obyektlərindən biri də aqrar sektorda yaranan izafi dəyərin ölkənin sənayeləşməsi 
yolunda necə səmərəli istifadə edilməsi ilə bağlıdır; 
 
Aqrar  sektor  məhsullarının  mühüm  bir  hissəsi  ixrac  edildiyindən  ölkə  üçün 
valyuta  mənbəyi  rolunu  oynayırlar
10
.  nkişafın  ilkin  pilləsində  olan  ölkələrdə 
sənayeləşmə  prossesinə  təkan  verən  amillərdən  biri  də  xaricdən  mütərəqqi  kapital 
resurslarının idxal edilməsidir. Məhz bu idxalın həyata keçirilməsində aqrar sektorun 
ixracından əldə edilən valyuta resursları əsas mənbədir; 
 
Aqrar sektor ekoloji cəhətdəəlverişlidir. Burada bir sahənin tullantılarının digər 
sahədə istifadə edilə bilmə imkanlarının geniş olması onu ekoloji cəhətdən əlverişlı 
edir; 
 
Aqrar sektor texnoloji inkişafın təsirinə ən çox məruz qalan sahələrdəndir
11
. Bu 
gün  inkişaf  etmiş  cəmiyyətlərdə  aqar  sektorda  məşğulluğun  payının  cəmi  2-4% 
olması  məhz  texnoloji  inkişafın  nəticəsidir  və  bu  iş  qüvvəsinin  digər  sektorlara 
yönəlməsinə  təsir  edir.  Digər  tərəfdən  texnoloji  inkişaf  məhsul  bolluğu  yaradaraq 
qiymətlərin aşağı düşməsini və istehlakçıların rifah halının yaxşılaşmasını da təmin 
edir; 
 
Aqrar  sektorda  istehsal  prossesi  daha  çox  təbii  amillərdən  asılıdır.  Kənd 
təsərrüfatında  istehsalın  əsas  amili  torpaq  olduğundan  orada  baş  verən  istehsal 
prossesinə  istehsalçılar  tərəfindən  tam  nəzarət  edilə  bilmir.  Yəni  istehsalçının 
iradəsindən  kənarda  baş  verən  daşqın,  sərt  quraqlıq,  gözlənilməz  şaxta,  zərərverici 
həşaratların yayılması kimi təbiət hadisələri istehsal səviyyəsinə birbaşa təsir edir
12

 
Dövlətin aqrar sektorla bağlı siyasəti kənd və regional iqtisadi siyasət kimi bir 
sıra  dövlət  siyasəti  istiqamətləri  ilə  sıx  bağlıdır.  Məlumdur  ki,  dünyanın  hər 
yerində  aqrar  sektor  fəaliyyətləri  müəyyən  ərazi  üzrə  və  kənd  əhalisi  tərəfindən 
aparılır. Bu baxımdan aqrar siyasət tədbirləri kəndlər və regional inkişafla bağlı bir 
sıra tədbirlərlə uzlaşmalı və birgə aparılmalıdır; 
                                                 
10
Johnston  B.  F,  and  Mellor  J.  W,  “The  role  of  agriculture  in  economic  development”,  American  Economic  Review, 
1961, 51, səhfə: 566-93; 
11
Claudio  Bravo-Ortega,  Daniel  Lederman,  “Agriculture  and  National  Welfare  Around  the  World:  Causality  and 
International Heterogeneity since 1960”, WB Research Working Paper 3499, February 2005, səhfə: 11;  
12
Campell  R.  Mcconnell,  and  Stenley  L.  Brue,  “Economics:  principles,  problems,  and  policies”,  14’th  edition,  Irwin 
McGraw-Hill Companies, International Edition, 1999, səhfə: 685;  


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə