Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə6/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   2   3   4   5   6   7   8   9   ...   48

 
14 
 
Aqrar sektorda rəqabət daha kəskindir. Çoxlu istehsalçıların mövcudluğundan 
irəli  gələn  bu  xüsusiyyət  sağlam  rəqabətə  geniş  imkanlar  açsa  da  bəzən  rəqiblərin 
ə
kilən torpaqların miqdarını təyin etmə kimi istehsal qərarlarını proqnozlaşdırmağın 
çətinliyi bazar konyukturasını düzgün qiymətləndirməyə imkan vermir
13

 
Aqrar  sektorda  qiymətlər  və  gəlirlər  yüksək  dalğalanma  nümayiş  etdirir
Məhsullarına  olan  tələbin  qeyri-elastikliyi,  istehsalın  təbii  amillərdən  asılılığı  və 
mövsümiliyi,  yüksək  rəqabətlilik  aqrar  sektorda  qiymətləri  və  gəlirləri  tez-tez 
dəyişdirən əsas amillərdir
14

 
Aqrar  sektorda  assimmetrik  informasiya  problemi  qeyri-mükəmməl  maliyyə-
kredit  və  sığorta  bazarının  yaranmasına  səbəb  olur
15
.  Çünki  gəlirlərin  tez-tez 
dəyişməsi  maliyyə-kredit,  sığorta  müqavilələrinin  bağlanmasına  təsir  göstərir  və 
həmin maliyyə institutlarının bu sektora olan maraqlarını zəiflədir; 
 
Aqrar  sektorda  istehsal  ərazilərinin  miqyasca  genişliyi  bəzi  əlavə  xərclə
yaradır
16
.Xüsusilə təsərrüfat gəlirlərinin bölgüsündə iştirak etməyən işçilərə nəzarət 
etmək üçün xeyli əlavə xərc çəkilir;       
Aqrar  sektorun  yuxarıda  göstərilən  iqtisadi  inkişafda  rolu  və  təbii  xüsusiyyətləri 
nəzərə alınaraq formalaşan dövətin aqrar siyasəti bu gün ümumiqtisadi siyasətin tərkib 
hissəsi  olmaqla  müxtəlif  istiqamətləri  əhatə  edir  və  bu  zaman  aqrar  sektor  və  aqrar 
sektor  istehsalçılarının  daim  dövlətin  xüsusi  proteksionist  tədbirlərinə  ehtiyac  duyması 
prinsipi gözlənilir.   
Ümumiyyətlə  kənd  təsərrüfatının,  kənd  yaşayış  məskənlərinin,  bütövlükdə 
aqro-sənaye  kompleksinin  inkişaf  konsepsiyalarının,  strateji,  taktiki  məqsəd  və 
vəzifələrinin  işlənib  hazırlanması,  reallaşdırılması  yollarının  konkret  tədbir  və 
mexanizmlərinin əsaslandırılması, həmçinin həyata keçirilməsi üzrə sosial-iqtisadi, 
hüquqi və təşkilati xarakterli tədbirlərin məcmusu kimi xarakterizə edə biləcəyimiz 
aqrar  siyasət  stabil  iqtisadiyyat  və  keçid  iqtisadiyyatı  şəraitində  qarşıya  qoyduğu 
məqsəd və vəzifələr baxımından fərqli mahiyyət kəsb edir. 
                                                 
13
Campell  R.  Mcconnell,  and  Stenley  L.  Brue,  “Economics:  principles,  problems,  and  policies”,  14’th  edition,  Irwin 
McGraw-Hill Companies, International Edition, 1999, səhfə: 684-688;  
14
Eyni mənbə, səhfə: 684-685; 
15
Hans P. Binswanger and Klaus Deininger, “Explaining Agricultural and Agrarian Policies in Developing Countries”, 
Forthcoming in the Journal of Economic Literature, March 11, 1997, səhfə: 9-10; 
16
Eyni mənbə, səhfə: 9-10; 


 
15 
Strateji  məqsədi  aqrar  istehsalçıları  ədalətli  və  zəruri  həyat  səviyyəsi, 
istehlakçıları  münasib  qiymətlərlə  və  lazımı  miqdarda  ərzaq  məhsulları,  sənaye 
sahələrini isə zəruri xammalla təmin etmək olan aqrar siyasət keçid dövründə bir sıra 
alt məqsədlər də daşıyır: 
 
Aqrar sektorun bütövlükdə bazar iqtisadi sisteminə transformasiyası; 
 
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi; 
 
Aqrar istehsalda keyfiyyət və məhsuldarlığın yüksəldilməsi; 
 
Aqrar  istehsalçıların  gəlirlərində  stabilliyin  təmin  edilməsi  və  onların  həyat 
standartlarının yaxşılaşdırılması; 
 
stehsalın  bazar  tələblərinə  uyğun,  daxili  və  xarici  tələb  istiqamətində  inkişaf 
etdirilməsi və istiqamətləndirilməsi; 
 
xracın genişləndirilməsi və dünya ticarət sisteminə uyğunlaşdırılması; 
 
Cəmiyyətdə iqtisadi və siyasi tarazlıqların təmin edilməsi və qorunması; 
 
Təbii resursların qorunması  məqsədilə tarazlı və ekologiyaya uyğun infrastrukturun 
formalaşdırılması; 
Bununla yanaşı stabil iqtisadiyyat şəraitində həyata keçirilən aqrar siyasət tədbirləri 
mövcud  aqrar  münasibətlərin  səmərəliliyini  artıraraq,  onların  daha  da  inkişaf 
etdirilməsinə  xidmət  edirsə,  keçid  iqtisadiyyatı  şəraitində  köhnə  münasibətlərin 
tamamilə  aradan  qaldırılıb  yeniləri  ilə  əvəz  edilməsinə  xidmət  edir  və  bu  köhnə 
daxilində ortaya çıxaraq tədricən inkişaf edən yeni  münasibətləri  mövcud buxovlardan 
azad  etmək  və  ya  tamamilə  yenilərini  formalaşdırmaq  yolu  ilə  həyata  keçirilir.  Bu 
baxımdan  stabil  iqtisadiyyat  şəraitində  aqrar  siyasət  kənd  təsərrüfatı  məhsullarının 
qiymət  və  buraxılış səviyyəsini  lazımı  həddə  saxlamaq,  onların  sığortalanmasını  təmin 
etmək,  dünya  bazarlarında  satışını  subsidiyalaşdırmaq,  aqrar  təsərrüfatlara  xammal 
yardımı  göstərmək,  torpaq  və  su  ehtiyatlarını  qorumaq,  aqrar  elm  sahəsində 
araşdırmaları genişləndirmək, fermerlərin kreditləşdirilmə məsələlərini həll etmək kimi 
vəzifələri  yerinə  yetirsə  də,  keçid  iqtisadiyyatı  şəraitində  onun  qarşısında  aşağıdakı 
vəzifələrin yerinə yetirilməsi dayanır
17

                                                 
17
Daha  ətraflı  bax:  William  Liefert  and  John  Swinnen,  “Changes  in  Agricultural  Markets  in  Transition  Economies”, 
Economic  Research  Service  United  State  Department  of  Agriulture  (ERS),  Agricultural  Economic  Report  No.  AER806, 
March 2002;  “Aqrar islahatın əsasları haqqında” AR-nin Qanunu, Bakı, 18 fevral 1995; 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə