Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə8/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

 
19 
Beləliklə, 
yuxarıda 
qısa 
xarakterizə 
etiyimiz 
tənzimlənmə 
üsul 
və 
mexanizmlərinin aqrar sektorda necə həyata keçirildiyinə diqqət yetirək. 
Aqrar  münasibətlərin  tənzimlənməsində  istifadə  edilən  əsas  müxanizmlərdən  biri 
mülkiyyət  və  sahibkarlıq  münasibətləri  üzrə  tətbiq  edilən  normativ-hüquqi  aqtların 
qəbul edilməsidir. Əlavə  2-dən də göründüyü kimi təsərrüfatdaxili və təsərrüfatxarici 
olmaqla  iki  böyük  münasibətlər  blokunu  özündə  birləşdirən  aqrar  münasibələr 
sisteminin  tənzimlənməsi  zamanı  normativ-hüquqi  aqtların  qəbulundan  geniş  istifadə 
edilir.  Xüsusilə  keçid  iqtisadiyyatı  şəraitində  bu  sahədə  qəbul  olunmuş  normativ  -  
hüquqi      aqtlar      həyata      keçirilən      transformasiya      prossesinin  həm  vasitəsi 
(tənzimləmə aləti), həm də bir növ nəticəsi rolunda çıxış edir. Belə ki, qəbul edilən hər 
bir yeni normativ-hüquqi aqt və ya ona edilmiş əlavə və dəyişikliklər bir tərəfdən yeni 
iqtisadi  münasibələrin  formalaşmasına  xidmət  edirsə,  digər  tərəfdən  inkişaf  edən  yeni 
iqtisadi  münasibətlər  sistemi  yeni  normativ  aqtların  qəbulunu  və  ya  onlarda  müəyyən 
dəyişiklik  edilməsini  zəruri  edir.  Bu  zaman  normativ-hüquqi  aqtların  tənzimləmə 
obyekti  kimi  aqrar  təsərrüfatlarda  torpaq  üzərində  mülkiyyət  və  ondan  istifadə 
hüquqları,  yaradılan  əmlak  üzərində  ümumi  və  fərdi  mülkiyyət  hüquqlarının  təsbiti, 
ə
məyin  təşkili,  əmək  intizamı,  əməyin  ödənilməsi  və  mühafizəsi  sferasında  yaranan 
münasibətlər, təşkilatı-idarəetmə ilə bağlı münasibətlər, müqavilə münasibətləri, büdcə-
vergi  münasibətləri,  mülkiyyət  hüququnun  həyata  keçirilməsi  ilə  bağlı  digər  şəxslərlə 
yaranan münasibətlər və üçüncü şəxslərlə bağlı delikt münasibətləri çıxış edir
18

Bazar  iqtisadiyyatı  şəraitində  aqrar  sektorda  dövlət  təminatının  həyata 
keçirilməsində  ən  təsirli  mexanizm  kimi  maliyyə-kredit  mexanizmləri  çıxış  edir. 
Ümumilikdə  maliyyə-kredit  mexanizmləri  iqtisadiyyatda  mühüm  olan  inflyasiya, 
işsizlik,  faiz  dərəcələri,  valyuta  kursları,  tədiyyə  balansı  kimi  makroiqtisadi 
göstəricilərin əlverişli səviyyədə saxlanmasını təmin etməklə yanaşı onun kredit, vergi-
gömrük  və  qiymət  mexanizmlərindən  aqrar  sektorun  tənzimlənməsində  geniş  istifadə 
edilir. Bu sahədə dövlət fermerlər üçün ucuz kredit resurslarının təmin edilməsi, onlara 
bir  sıra  vergi  və  gömrük  güzəştlərinin  tətbiq  edilməsi,  ixarcın  subsidiyalaşdırılması  və 
kreditləşdirilməsi,  yerli  istehsalı  qorumaq  üçün  idxal  vergiləri  və  kvotalarının 
müəyyənləşdirilməsi,  istehsal  olunmuş  məhsullara  minimum  və  ya  maksimum  qiymət 
                                                 
18
L.T. Axundzadə, A.Ə. Əsədov, “Aqrar Hüququ”, Bakı, “Qanun”, 2003, səhfə: 41-54;  


 
20 
hədlərinin qoyulması kimi tədbirləri həyata keçirir. Bu zaman əsas məsələ fermerlərin 
gəlirlərini  müəyyən  səviyyədə  qorumağa  imkan  verən  qiymət  siyasətinin  həyata 
keçirilməsidir ki, onun da aşağıdakı formaları mövcuddur
19

a) Qiymət səviyyəsinin qorunması (price support): Bu mexanizm kənd təsərrüfatı 
məhsullarına dövlət tərəfindən təyin edilən minimum qiymət səviyyəsinin qorunmasına 
xidmət edir. Mexanizmi daha aydın görmək üçün aşağıdakı tabloya nəzər yetirək:  
Qrafik  1: Qiymət səviyyəsinin qorunması (price support) mexanizmi 
 
                 
               
Qrafikdə  P  –  məhsulun  qiyməti,  Q  –  məhsulun  istehsal  miqdarı  və  ya  təklifi,  S  – 
təklif əyrisi, D – tələb əyrisidir. 
Fərz  edək  ki,  dövlət  buğdanın  hər  tonu  üçün  P
2
  səviyyəsində  minimum  qiymət 
təyin  etmişdir  və  bu  qiymətlə  bazarda  Q

miqdarında  buğda  reallaşdırmaq  mümkün 
olur.  Əgər    qiymət  P
1
  səviyyəsində  olarsa,  o  zaman  tələb  və  təklif  əyriləri  təklifin  Q

səviyyəsində  olduğu  miqdarda  kəsişərlər  və    P

tarazlıq  qiyməti  olar.  Lakin  P
1
  qiymət 
səviyyəsində  təklif  olunan  məhsulun  hamısı  satılsa  da,  bu  qiymət  səviyyəsi  dövlətin 
təyin  etdiyi  minimum  qiymət  səviyyəsindən  aşağıdır  və  dövlətin  təyin  etdiyi  qiymət 
səviyyəsində  istehlakçılar  yalnız  Q
2
  miqdarında  buğda  alacaqlar  və  bu  da  istehsal 
olunmuş  məhsulların  hamısının  satılmaması  ilə  nəticələnir  və  təklif  artıqlığı 
yaranır(surplus).  Fermerlər  isə  məcbur  olurlar  ki,  əllərində  qalmış  artıq  məhsulu  ucuz 
qiymətə  satsınlar.  Bu  zaman  dövlət  qiymətlərin  təyin  olunan  P

səviyyəsində 
                                                 
19
Daha ətraflı bax: “Economics”, Fourth edition, Roger A. Arnold, California State University, San Marcos, South-Western 
College Publishing, Ohio, 1998, səhfə: 581-586; 


 
21 
saxlanılması və istehsal olunan məhsulların hamısının reallaşması üçün yaranan təklif 
artıqlığını  (surplus)  təyin  etdiyi  qiymətdən  dövlət  ehtiyat  fondu  üçün  satın  alır  və 
nəticədə tələb və təklif təyin olunmuş P
2
 qiymət səviyyəsində tarazlıq əldə edir.  
b)  Təklifi  məhdudlaşdırmaqla  qiymət  səviyyəsinin  qorunması  (restricting 
supply):  Gördüyümüz  kimi  fermerlərin  əksər  problemlərinin  başında  öz  məhsullarının 
ümumi  təklif  həcminə  nəzarət  edə  bilməmələri  və  onu  düzgün  qiymətləndirə 
bilməmələridir.  Məhz  belə  olduqda  əksər  hallarda  istehsal  etdikləri  məhsulları 
istədikləri  qiymətə  reallaşdıra  bilmirlər  və  bu  da  onların  gəlirlərinə  təsir  göstərir.  Bu 
baxımdan  dövlətin  tətbiq  etdiyi  digər  bir  mexanizm  kənd  təsərrüfatı  məhsullarının 
ümumi  təklifini  məhdudlaşdıraraq  fermerlər  üçün  təyin  etdiyi  minimum  qiymət 
səviyyəsini  qoruyub  saxlamaqdır.  Adı  çəkilən  mexanizmi  əyani  şəkildə  təsvir  etmək 
məqsədilə aşağıda hazırladığımız 2 № - li qrafikə diqqət yetirək: 
Qrafik    2:  Təklifi  məhdudlaşdırmaqla  qiymət  səviyyəsinin  qorunması 
mexanizmi (restricting supply)       
  
Qiymət  siyasətinin  bu  formasında  dövlət  daha  əvvəlkində  olduğu  kimi  qiymətin 
aşağı  düşməsinə  imkan  verən  təklif  artıqlığını(surplus)  satın  almır,  sadəcə  əvvəlcədən 
təklifi  məhdudlaşdıraraq  onun  yaranmasının  qarşısını  alır.  Nəticədə  Q

miqdarında 
istehsal  olunacaq  məhsul  nisbətən  az,  Q
2
  miqdarında  istehsal  olunur,  lakin  dövlətin 
müəyyənləşdirdiyi  yüksək  P
2
  qiymət  səviyyəsində  reallaşdırılır.  Təcrübədə  bu 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə