BaziDİOMİsetləR ŞÖBƏSİ -basiDİomycota



Yüklə 2,28 Mb.
səhifə1/4
tarix24.12.2022
ölçüsü2,28 Mb.
#97814
  1   2   3   4
BAZİDİOMİSETLƏR ŞÖBƏSİ Rafiya

BAZİDİOMİSETLƏR ŞÖBƏSİ -BASİDİOMYCOTA

Bazidili göbələklər sinfinin (Basidiomycetes) nümayəndələri çoxhüceyrəli mitseliləri olan ali göbələklərdir. Bazidiomisetlər göbələklərin böyük sinfi sayılır, buraya 30000-dək müxtəlif quruluşlu nümayəndələr daxildir.

Bitkilərə, xüsusən də kənd təsərrüfatı bitkilərinə ziyan vuran parazit bazidiomisetlərdən sürmə və pas göbələkləri, ağacçürüdən saprofit bazidiomisetlər, torpaqda sərbəst yaşayan və yaxud bitkilərlə mikoriza tipli simbioza daxil olan papaqlı bazidiomisetlər geniş yayılmışlar.

Bu növlər içərisində mikroskopik ölçüdən tutmuş (yəni, mikromiset olan), çox iri ölçülü (yəni, makromiset olan) növlərə qədər göbələklər mövcuddur. Lakin ölçüsündən asılı olmayaraq bunlar hamısı çoxhüceyrəlidirlər.


Bazidiokarplar formasına görə adətən papaqcıq və ayaqcıqdan ibarət olur, lakin
ərpşəkilli və at dırnağına bənzər formalara da rast gəlinir. Konsistensiyasına görə isə həm
yumşaq, həm də bərk, bəzən ağacşəkilli olurlar. Bazidiokarpın sporogen, yəni spor yaradan qatı- himenium, onun səthi isə himenofor adlanır. Bəzi bazidiomisetlərin himeniumunda ondan nisbətən hündürə qalxmış açıq rəngli, steril və distal hissəsi müxtəlif formada olan xüsusi iri hiflər–
sistidilər olur ki, bu da himeniumu üstdən ola biləcək təzyiqdən müdafiə edir.

Cinsi çoxalma (somatoqamiya tipli) bazidiosporlardan inkişaf etmiş, haploid mitselinin iki vegetativ hüceyrəsinin birləşməsi ilə gedir.

Cinsi çoxalma (somatoqamiya tipli) bazidiosporlardan inkişaf etmiş, haploid mitselinin iki vegetativ hüceyrəsinin birləşməsi ilə gedir.

Bazidili göbələklərin əksəriyyətində heterotallik mitseli vardır. Bu mitseli hiflərinin ucundakı hüceyrələr şərti olaraq “+” və “-“ işarə edilir. Bu hüceyrələr birləşdikdə sitoplazmaları qarışır, nüvələri isə birləşmir. Beləliklə, dikariofit mitselilır əmələ gəlir .

Dikarionun iki nüvəsi eyni vaxtda bölünüb 4 haploid nüvə verir. Daha sonra hüceyrə bölünür, onun yuxarı hissəsi bazidinin əsası olan ana hüceyrədən ibarətdir.


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə