Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə1/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
  1   2   3   4   5   6   7   8   9   ...   112





ББК 32 
Я 56  
Бурахылышына мясул 
академик 
РАМИЗ
  
МЕЩДИЙЕВ 
ЯЛИЙЕВ
  
ИЛЩАМ 
Я 56
   Инкишаф – мягсядимиздир. Б., Азярняшр, 2017, 400 сящ. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin оxucu-
lara təqdim olunan «İnkişaf – məqsədimizdir»  çoxcildliyinin bu 
cildində dövlət başçısının Türkiyə, Özbəkistan respublikalarına və 
Amerika Birləşmiş Ştatlarına rəsmi səfərləri, həmçinin Türkiyə və 
Rusiya  prezidentlərinin ölkəmizə səfərləri zamanı bu ölkənin döv-
lət və  hökumət başçıları ilə  ölkələrimiz arasında  çoxşaxəli  əlaqə-
lərin inkişafına dair danışıqlarından bəhs olunur. Azərbaycan pre-
zidenti bütün görüş və danışıqlarında Ermənistanın işğalçılıq siya-
sətini önə çəkmiş, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq 
normaları çərçivəsində həllinə dəstək olmağa çağırmışdır. 
Dövlət başçısının bölgələrə səfəri, regionların sosial-iqtisadi in-
kişaf proqramının həyata keçirilməsi, kənd təsərrüfatı  və  mədəni 
cəhətdən inkişafına həsr olunmuş nitqləri və ictimaiyyətin nüma-
yəndələri ilə görüşlərinə dair materiallar da toplanmışdır.  
Bu cilddə, həmçinin ölkəmizə gəlmiş bir sıra beynəlxalq təşki-
latların nümayəndələri, mədəniyyət və din xadimləri ilə görüşlərinə 
dair materiallar da dərc olunmuşdur. 
ЫСБН  978-9952-8100-7-3 
32
-
ББК
     
2017
651(07)
М
0801000000
Я


   © Азярняшр, 2017 


 

 
 
 
ЙУNESKO-nun BAŞ DİREKTORU XANIM İRİNA 
BOKOVA ИЛЯ ЭЮРЦШ  
 
Prezident sarayı  
 
29 iyul 2010-ъу ил 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 
xanımı Mehriban Əliyeva iyulun 29-da YUNESKO-nun Baş 
direktoru xanım İrina Bokovanı qəbul etmişlər.  
Xanım  İrina Bokovanın YUNESKO-nun Baş direktoru 
kimi ilk səfərlərindən birini Aзяrbaycana etməsindən məmnun-
luğunu bildirən prezident İlham Əliyev onu bu yüksək vəzifəyə 
seçilməsi münasibətilə  təbrik etmiş  və  fəaliyyətində  uğurlar 
arzulamışdır. Son zamanlar həyata keçirilən birgə işlərə toxu-
nan dövlətimizin başçısı bu müsbət meyillərin davam edəcə-
yinə, Azərbaycan ilə YUNESKO arasında fəal  əməkdaşlığın 
bundan sonra daha da genişlənəcəyinə  ümidvar olduğunu 
bildirmişdir.  
Xanım  İrina Bokova YUNESKO-nun Baş direktoru kimi 
fəaliyyətinin  əvvəlində  ölkəmizə  səfər etməsinin  önəmini vur-
ğulamışdır. YUNESKO ilə Azərbaycan arasında  çox yaxşı 
əməkdaşlığın olduğunu qeyd edən  İrina Bokova rəhbərlik 
etdiyi təşkilatda YUNESKO-nun Xoşməramlı səfiri Mehriban 
xanım  Əliyevaya hamının  çox böyük hörmətlə yanaşdığını 
demiş, onun mədəniyyət, musiqi, adət-ənənə, irs kimi ən  əhə-
miyyətli sahələrin inkişafına verdiyi töhfəni yüksək qiymət-
ləndirmişdir.  
Prezident  İlham  Əliyev YUNESKO ilə birgə  həyata keçi-
rilən layihələrin  əhəmiyyətinə toxunaraq bu istiqamətdə  mü-
hüm planların olduğunu vurэulamыш, YUNESKO-nun Baş 
direktorunun  ölkəmizə  səfərinin  əməkdaşlığımızın inkişafına 
yeni təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir. 


 

 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 
QƏBƏLƏ RAYONUNA SƏFƏRİ  
 
29 iyul 2010-ъу ил 
 
İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti 
İlham Əliyev Qəbələ rayonuna gəlmişdir.  
Ölkənin bütün regionları kimi, Qəbələdə  də  həyata keçi-
rilən məqsədyönlü  tədbirlər nəticəsində rayonun iqtisadiyyatı 
güclənmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kənd-
lərdə quruculuq işləri geniş vüsət almışdır.   
Rayonda yeni müəssisələrin fəaliyyətə başlaması, mövcud 
olanlarda yenidənqurma işlərinin aparılması Qəbələnin iqtisa-
di kompleksinin inkişafı baxımından mühüm amillərdir. Ra-
yonda 2003-cü illə müqayisədə 2010-cu ildə ümumi məhsul bu-
raxılışının həcmi xeyli artmışdır. Kənd təsərrüfatı  məhsul-
larının artımı 2 dəfədən  çox olmuşdur. 2003–2009-cu illərdə 
rayondakı 450-dən  çox müəssisədə 8500-ə yaxın yeni iş yeri 
açılmışdır. Qəbələnin zəngin turizm potensialının reallaşdırıl-
ması  üçün də  dövlətimizin başçısının tapşırığına müvafiq 
kompleks tədbirlər həyata keçirilir. Bununla da böyük keçmişi 
olan Qəbələ yenidən öz tarixi şöhrətini bərpa edir.  
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin adını daşı-
yan parkda ümummilli liderin abidəsini ziyarət etdi.  
Prezident  İlham  Əliyev Heydər  Əliyev parkında aparılmış 
abadlıq və yenidənqurma işləri ilə tanış oldu.  
Bildirildi ki, müasir görünüşü ilə diqqət çəkən parkın əra-
zisi 2 hektardır. Yenidənqurma işləri zamanı əsas diqqət əra-
zidə yaşıllıqların artırılmasına yönəldilmiş, xüsusi suvarma 
sistemi quraşdırılmışdır. Parkda rayon əhalisinin və  şəhərə 
gələn qonaqların istirahətinin təşkili  üçün bütün  şərait yara-
dılmışdır.   


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə