Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə14/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   10   11   12   13   14   15   16   17   ...   112

 
51
A b d u l l a h  G ü l: Sağ olun. Təşəkkür edirəm.  
Hörmətli qardaşım  İlham  Əliyevin dəvəti ilə bu səfəri 
həyata keçirməkdən böyük bir məmnunluq hissi duyuruq. 
Biz  əslində  öz vətənimizdə,  ölkəmizdə,  öz qardaşlarımızın 
arasındayıq. Azərbaycan ilə  Türkiyə arasında dostluq, qar-
daşlıq münasibətləri, hamımızın bir millət olmaq ruhuna 
bağlılığımız hər şeydən əhəmiyyətlidir.  
Bugünkü  təkbətək görüşümüzdə  bütün bunları  nəzərdən 
keçirdik, məsləhətləşdik. Siyasi-iqtisadi məsələləri, regionla 
bağlı  təhlükəsizlik məsələlərini Sizinlə  bərabər müzakirə 
etmək çox faydalı oldu. Bu mövzularda Sizinlə vaxtaşırı fikir 
mübadiləsi aparmışıq. Türkiyə ilə Azərbaycan arasında 
münasibətləri adi protokol münasibətlərindən kənar görü-
rük. Tez-tez görüşməyimizin, vaxtaşırı müzakirələr aparma-
ğımızın həm xalqlarımız üçün böyük faydası olacaq, həm də 
bütün bölgəmizdə  hər kəs görəcəkdir ki, Türkiyə ilə Azər-
baycan daim hər sahədə  çiyin-çiyinədir. Bu baxımdan bu 
səfərin çox faydalı olacağına inanıram.  
Belə isti avqust ayında bu səfəri həyata keçirdik. Qışda 
da Azərbaycana  çox səfər etdik. Xəzərin küləkli, dalğalı 
olduğu vaxtlarda da yığıncaq keçirdik, görüşdük. Amma 
bugünkü görüşümüzün, nazirlərimizin öz aralarındakı görüş-
lərinin çox faydalı olacağına inanıram.   
 
 
 
 


 
52
 
 
 
SƏNƏDLƏRİN İMZALANMAСЫ MƏRASİMİ  
  
Президент сарайы 
 
16 avqust 2010-cu il 
 
Avqustun 16-da geniş  tərkibdə  görüş başa  çatdıqdan 
sonra Azərbaycan–Türkiyə  sənədlərinin imzalanması  məra-
simi olmuşdur.  
Azərbaycan prezidenti İlham  Əliyev və  Türkiyə prezidenti 
Abdullah Gül «Azərbaycan Respublikası  və  Türkiyə Res-
publikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım 
haqqında Müqavilə»ni imzaladılar.  
 
 
 
 
 
 
 


 
53
 
 
 
 
AZƏRBAYCAN VƏ TÜRKİYƏ 
PREZİDENTLƏRİNİN  MƏTBUAT 
KONFRANSINDA BƏYANATLARLA  
ÇIXIŞLARI   
  
Prezident sarayı  
  
16 avqust 2010-cu il 
 
Avqustun 16-da sənədlərin imzalanması  mərasimi başa 
çatdıqdan sonra Azərbaycan və  Türkiyə prezidentlərinin birgə 
mətbuat konfransı olmuşdur.  
Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər.   
 
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı 
 
Hörmətli cənab Prezident, əziz qardaşım!  
Hörmətli qonaqlar!  
Cənab Prezident, mən Sizi Azərbaycanda bir daha səmi-
miyyətlə salamlayıram, Azərbaycana xoş  gəlmisiniz! Sizin 
səfərinizin çox böyük əhəmiyyəti vardır. Bu səfər nəticəsində 
əldə edilmiş razılaşmalar Türkiyə ilə Azərbaycan arasındakı 
dostluq, qardaşlıq münasibətlərinin inkişafı  üçün  çox mü-
hüm rol oynayacaqdır.  
Bizim dostluğumuzun, qardaşlığımızın böyük tarixi keç-
mişi vardır. Əsrlər boyu xalqlarımız bir yerdə, dostluq, qar-
daşlıq şəraitində yaşamışlar, həmişə bir-birinə dəstək olmuş-
lar. Bu gün ölkələrimiz arasındakı əlaqələr ən yüksək səviy-
yədədir. Bu əlaqələrin xüsusi  əhəmiyyəti vardır və  əlaqələ-
rimiz bütün sahələri əhatə edir – siyasi, iqtisadi, mədəni sa-
hələrи.  Bütün sahələrdə aramızda  çox ciddi işbirliyi,  əmək-
daşlıq aparılır və bütün istiqamətlərdə yaxşı nəticələr vardır.  


 
54
Sizinlə  təkbətək görüşdə  və  nümayəndə heyətlərinin iş-
tirakı ilə keçirdiyimiz görüşdə  bütün bu məsələləri geniş 
müzakirə etdik, ikitərəfli münasibətlərimizi bir daha təhlil 
etdik, gələcək fəaliyyət haqqında fikir mübadiləsi apardıq və 
bir daha gördük ki, münasibətlərimiz, sözün əsl mənasında, 
qardaşlıq xarakteri daşıyır. Bu gün imzalanmış strateji tə-
rəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə  böyük ta-
rixi  əhəmiyyətə malik olan sənəddir. Bu müqavilə  gələcək 
fəaliyyətimizi müəyyən edir və bundan sonra, onilliklər  ər-
zində  Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq 
münasibətlərini müəyyən edəcəkdir.  
Bu gün biz Sizinlə iqtisadi və siyasi sahədəki  əməkdaş-
lığımızı müzakirə etdik. Bu yaxınlarda Türkiyə–Azərbaycan 
biznes - forumunun keçirilməsi iqtisadi sahədə çox mühüm bir 
hadisə idi. Biz nəinki qarşılıqlı yatırımların həcmini artırırıq, 
eyni zamanda, üçüncü  ölkələrdə birgə  sərmayə qoyuluşu 
haqqında ciddi fikir mübadiləsi aparırıq və  əminəm ki, bu 
sahədə yaxşı nəticələr ola bilər.  
Neft-qaz sahəsindəki  əməkdaşlığımızın böyük tarixi var-
dır. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum neft-qaz 
kəmərləri uğurla fəaliyyət göstərir və gələcəkdə bu fəaliyyət 
daha da geniş olacaqdır. Bu mühüm layihələr yeni vəziyyətin 
yaranmasına gətirib  çıxarıbdır. Həm bölgədəki vəziyyətə 
müsbət təsir göstərir, həm də  gələcək  çoxtərəfli regional 
əməkdaşlıq üçün mühüm şərt kimi mövcuddur.  
Bu gün bərabər həyata keçirdiyimiz dəmiryol layihəsi 
üzərində işləyirik. Bu yol Türkiyəni Azərbaycanla, Avropanı 
Asiya ilə birləşdirəcəkdir. Həm siyasi, həm iqtisadi maraq-
larımız tam şəkildə  təmin olunacaqdır. Buna bənzər digər 
layihələr danışıqlar mövzusudur və iki xalqın ortaya qoy-
duğu iradə sayəsində biz məqsədlərimizə çatacağıq.  
Türkiyə ilə Azərbaycan arasındakı  əlaqələr türkdilli  öl-
kələr arasındakı  əlaqələrə ciddi təsir göstərir. Keçən il 
Naxçıvanda keçirdiyimiz zirvə görüşü və o görüş zamanı əldə 
edilmiş razılaşmalar artıq reallaşır. Yaxın zamanlarda Tür-


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə