Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз


«Gilan» konserv zavodunda yaradılan yeni



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə2/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   2   3   4   5   6   7   8   9   ...   112

 

«Gilan» konserv zavodunda yaradılan yeni  
istehsal sahələri ilə tanışlıq 
 
İyulun 29-da Azərbaycan prezidenti İlham Əliyev Qəbə-
lədəki «Gilan» konserv zavodunda yaradılan yeni istehsal 
sahələri ilə tanış olmuşdur.  
Dövlətimizin başçısına məlumat verildi ki, 12 hektar əra-
zidə yerləşən zavodun istehsal gücünə  və texnoloji avadan-
lığına görə Qafqazda analoqu yoxdur. Zavodda «Tetra Pak» 
xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraş-
dırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başla-
yaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri 
əhatə edir. 2007-ci ilin martında prezident İlham  Əliyevin 
iştirakı ilə  açılan bu zavodda təxminən 100-ə  qədər müxtəlif 
növdə qablaşdırılmış  məhsul istehsal olunur. Məhsullar «Ja-
lə», «Bağdan», «Aycan», «Zolotoy sad» adlı təbii meyvə şirə-
ləri, müxtəlif tamlara malik  «İce tea-Jalə» soyuq çayları, 
həmçinin meyvə dilimlərindən ibarət konservlərdir.  
Dövlətimizin başçısı  müəssisədə istehsal olunan məhsul-
ların nümunələrinə baxdı.  
Zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton 
meyvə  şirəsi hazırlamaq gücünə malikdir. Prezident İlham 
Əliyev istehsal prosesini izlədi, meyvə  qəbulu bölməsi və  şüşə 
qablara məhsul dolduran xəttə baxdı.  
Sonra prezident İlham  Əliyev zavodda aparılan yenidən-
qurma və genişləndirmə işlərini əks etdirən maketlə tanış oldu. 
            
             
«Qafqaz Riverside» otelinin açılışı мярасими 
 
Azərbaycan prezidenti İlham Əliyev iyulun 29-da Qəbə-
lədə «Qafqaz Riverside» otelinin açılışında iştirak etmişdir.  
Dövlətimizin başçısı  açılışı bildirən lenti kəsdi və turizm 
obyekti ilə yaxından tanış oldu.  


 

Məlumat verildi ki, 2008-ci ilin avqustunda inşasına baş-
lanılan beşulduzlu otel «Gilan Turizm» şirkətinə daxil olan ən 
böyük layihələrdən biridir.  
Bildirildi ki, avanqard və modern arxitektura üslublarının 
sintezi  əsasında inşa edilən binanın interyerinin tərtibatında 
xaricdə hazırlanmış mebel və aksessuarlardan istifadə olun-
muşdur. Burada 96-sı «Superior», 12-si «Junior suitе», 6-sı 
«Deluks suitе», 4-ü «Duпleks suitе» və 5-i «Kral suitе» ol-
maqla, cəmi 123 nömrə vardır. Nömrələrdə qonaqların isti-
rahətinin yüksək səviyyədə təmin edilməsi üçün hər cür şərait 
yaradılmışdır. Bütün otaqlar rəqəmli seyf, minibar, hava-
landırma sistemləri, peyk televiziya antenası, beynəlxalq tele-
fon xətti, kabelsiz internetlə  təchiz edilmişdir. Otelin əra-
zisində  yüksək standartlara cavab verən 38 kottec inşa olun-
muşdur. Ailəvi istirahət  üçün ideal şəraitə malik kotteclərdə 
amerikan mətbəxi qonaqların ixtiyarına verilmişdir. Qonaqlar 
gün ərzində otaq xidməti, faks-kseroks, örtülü avtodayanacaq, 
camaşırxana, ticarət mərkəzi, avtobus, tibbi yardım xidmət-
lərindən də faydalana bilərlər.   
Restoranda qonaqlar Azərbaycan və dünya mətbəxinin lə-
ziz təamlarını dada bilərlər. Oteldə sağlamlıq mərkəzi, sauna, 
türk hamamı, açıq və  örtülü hovuz, idman zalı da yaradıl-
mışdır. Qonaqlar asudə vaxtlarını bilyard və stolüstü oyun 
zallarında səmərəli keçirə bilərlər. Uşaqlar da unudulma-
mışlar, onların  əylənməsi  üçün oyun meydançası inşa olun-
muşdur. 
 
 
 


 

 
 
 
QƏBƏLƏ İKİNCİ BEYNƏLXALQ MUSİQİ 
FESTİVALININ TƏNTƏNƏLİ AÇILIŞI 
МЯРАСИМИ 
 
30 iyul 2010-ъу ил 
 
İyulun 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qə-
bələdə keçirilən İkinci Beynəlxalq musiqi festivalının təntənəli 
rəsmi açılışı olmuşdur.  
Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər 
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoş-
məramlı  səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və 
ölkəmizdə  səfərdə olan YUNESKO-nun Baş direktoru İrina 
Bokova mərasimdə iştirak etmişlər.  
Mərasim iştirakçıları  dövlətimizin başçısını, xanımını  və 
YUNESKO-nun Baş direktorunu hərarətlə qarşılamışlar.  
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliye-
va festivalın açılışında çıxış etmişdir. 
 
 
Heydər Əliyev Fondunun prezidenti  
Mehriban Əliyevanın çıxışı  
 
Hörmətli cənab Prezident!  
Hörmətli xanım Baş direktor!  
Əziz qonaqlar!  
Azərbaycanın ən qədim şəhərlərindən biri olan Qəbələdə 
sizi səmimi-qəlbdən salamlayıram. Qəbələ  təkcə Azərbay-
canın yox, dünyanın ən gözəl guşələrindən biridir. Qəbələnin 
zəngin tarixi və əsrarəngiz təbiəti vardır. Yeni eranın əvvəл-
лярində  Qəbələ  dünyanın  ən qədim sivilizasiyalarından biri 
olan Qafqaz Albaniyasının paytaxtı idi. Əsrlər boyu burada 
müxtəlif dillərdə danışan, müxtəlif dinlərə, fərqli  ənənələrə 
və mədəniyyətə malik olan insanlar yaşayıb. Təbii ki, hər bir 


 
10
dövr, hər bir mədəniyyət burada öz izini qoyub. Qəbələ 
torpağına qədəm qoyan hər bir insan tarixin nəfəsini, əsrlə-
rin ruhunu duyub hiss edir. Zaman keçdikcə  dövlətlər, 
sivilizasiyalar, xalqlar və millətlər yaranır və yox olurdu. 
Dəyişməyən,  əbədi olan bu dağların möhtəşəmliyi,  çay və 
bulaqların aramsız axarı  və  əsrlərin  şahidi olan ağacların 
səmaya doğru ucalmasıdır. Qəbələnin füsunkar təbiətinin 
özü elə bil ki, təkrarsız bir musiqi əsəri yaradır və bizləri bu 
əsəri dinləməyə dəvət edir.  
Bu gün dünya xəritəsində Qafqaz Albaniyası artıq yox-
dur. Lakin Qəbələ bu gün yenə də paytaxtdır – mədəniyyət, 
musiqi paytaxtı. Qəbələ Beynəlxalq musiqi festivalı artıq 
gözəl bir ənənəyə  çevrilib. Bu festival günləri bu səhnədə 
dahi Azərbaycan və  dünya bəstəkarlarının  əsərləri səslənə-
cəkdir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər bu 
səhnəyə  çıxacaqlar. Kamera, klassik, folklor, caz musiqisi 
səslənəcək, bölgədə olan musiqi məktəblərinin  şagirdləri ilə 
ustad dərsləri keçiriləcək, peşəkarlıq əməkdaşlığı yaranacaq-
dır. Bir sözlə, bu günlər bizim hamımızı – həm tamaşaçıları, 
həm ifaçıları bir amil – musiqi birləşdirəcəkdir. Musiqinin 
dili tərcümə  tələb etmir. Bu dil millətdən, dindən asılı ol-
mayaraq hər kəs üçün aydındır.  
Azərbaycan  öz musiqi mədəniyyəti ilə hər zaman fərqlə-
nir və Heydər Əliyev Fondu öz növbəsində, ölkəmizin musi-
qi irsinin qorunub saxlanması və təbliği yolunda bir sıra iri 
layihələr həyata keçirir. Mən bu sırada Beynəlxalq muğam 
festivalı, Mstislav Rostropoviç adına musiqi festivalı, Üzeyir 
Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar 
və ifaçıların yubileylərinə həsr olunmuş festivalları vurğula-
maq istərdim. Qəbələ Beynəlxalq musiqi festivalı Azərbay-
can və  dünya musiqisinin, mədəni dəyərlərin qorunub sax-
lanmasında Heydər  Əliyev Fondu tərəfindən atılan növbəti 
bir addımdır.  
Bu gün mən xanım Bokovaya dərin minnətdarlığımı 
çatdırmaq istəyirəm. Xanım Bokova YUNESKO-nun Baş 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə