Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə3/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   2   3   4   5   6   7   8   9   ...   112

 
11
direktoru vəzifəsində öz ilk səfərləri sırasında ölkəmizə gəlib 
və bu gün bizimlə Qəbələ festivalında iştirak edir. Azərbaycan 
ilə YUNESKO arasında çox sıx əməkdaşlıq mövcuddur. Son 
illər Heydər  Əliyev Fondunun iştirakı  və YUNESKO-nun 
dəstəyi ilə bir sıra iri layihələr artıq reallaşdırılıb. Mən bu 
sırada Beynəlxalq Muğam Mərkəzinin yaradılması, Beynəl-
xalq muğam festivalının keçirilməsi, mədəni və tarixi abi-
dələrin bərpası, təhsil sahəsində olan layihələri vurğulamaq 
istərdim.  Ümidvaram ki, xanım Bokovanın  ölkəmizə  səfəri 
bu əməkdaşlığın inkişafına güclü təkan verəcəkdir.  
Cənab Prezident, gərgin iş qrafikinizə baxmayaraq bu 
gün burada olduğunuza görə Sizə minnətdaram. Əminəm ki, 
Sizin dəstəyiniz festivalın bütün iştirakçıları, xüsusilə də gənc 
ifaçılar üçün həddindən artıq önəmlidir.  
Festivalda iştirak etmək  üçün  ölkəmizə  gələn bütün qo-
naqları, istedadlı ifaçıları, musiqiçiləri səmimi-qəlbdən sa-
lamlayır, onlara təşəkkürümü bildirirəm. Mən sizin hamını-
za Azərbaycana «Xoş gəlmisiniz!» – deyirəm.  
Festivalın təşkilində əməyi olan hər bir insana, o cümlə-
dən Heydər  Əliyev Fondunun komandasına və yerli admi-
nistrasiyaya dərin minnətdarlığımı bildirirəm. Festival işti-
rakçılarına uğurlar arzulayıram və inanıram ki, möhtəşəm 
təbiət və dahi musiqinin qovuşması heç kimi biganə  гой-
майаъаг  və  Qəbələ festivalı  əsl gözəllik təntənəsinə  çevri-
ləcəkdir.  
 
YUNESKO-nun Baş direktoru İrina Bokovanın  
çıxışı  
 
Hörmətli cənab Prezident!  
Xanım Mehriban Əliyeva!  
Zati-aliləri, xanımlar və cənablar!  
Bu beynəlxalq festival üçün möhtəşəm səhnə olan 
qədim Qəbələ  şəhərində bu axşam keçirilən qala-konsertdə 
sizinlə bir yerdə olduğumdan xüsusi məmnunluq duyuram. 


 
12
Dünyanın görkəmli virtuozlarının bir qisminin toplaşdığı bu 
festival yaxın və uzaq ellərdən gəlmiş musiqisevərlərin məş-
hur Azərbaycan musiqi mədəniyyətinin inciləri ilə tanış 
olması üçün müstəsna imkan yaradır.  
İcazə verin, ilk növbədə, məni dərin hörmət və ehtiramla 
qəbul etmiş prezident Əliyevə  səmimi təşəkkür edim və 
məmnunluq hissi ilə bildirim ki, Siz YUNESKO-nun priori-
tetlərini ölkənizin inkişafının təməl daşına çevirməkdə  uğur 
qazanmısınız. Çox sağ olun, cənab Prezident.  
Mən həm də Azərbaycanın birinci  xanımı Mehriban 
Əliyevaya  ən səmimi təşəkkürümü bildirmək istəйирям. Sizi 
xoşməramlı səfirlər sırasında görmək bizim üçün, YUNESKO 
üçün  şərəfdir. Sizin nailiyyətlərinizin miqyasını bir ad ilə 
əhatə etmək çətindir. Siz YUNESKO-nun humanist dəyərlə-
rinin  əsl bayraqdarısınız.  Çox sağ olun, Mehriban xanım. 
Mən bu sözləri Sizin gənclərin işinə, təhsil və dialoq işinə sə-
daqətinizi nəzərə alaraq deyirəm. Siz ölkənin hər yerində 
musiqi məktəbləri açmısınız, bütün uşaqların, o cümlədən 
yoxsul ailələrdən olan uşaqların musiqi təhsili almasına 
imkan yaratmısınız. Tam əsasla deyə bilərik ki, əgər  ölkə-
nizin böyük mədəni irsi – şifahi ədəbiyyatın müxtəlif nümu-
nələrindən başlamış müasir musiqi sənətinə qədər – dünyada 
böyük nüfuz qazanmışdırsa, bu, xeyli dərəcədə  şəxsən Sizin 
dəstəyiniz və prezidenti olduğunuz Heydər Əliyev Fondunun 
fəaliyyəti sayəsində  mümkün olmuşdur. Qəbələ festivalı 
çərçivəsində gənc musiqiçilər üçün ustad dərsləri təşkil edilir, 
ənənəvi, klassik, müasir musiqini və cazı  əhatə edən pro-
qram həyata keçirilir. Bu festival Azərbaycanın musiqi ru-
hunun və  səxavətinin  əksidir.  İcazə verin, festivalın bədii 
direktorlarının xidmətlərini qeyd edim və London Kral 
Filarmonik Orkestrini, Yuri Başmeti, Boris Berezovskini və 
bir sıra digər görkəmli ifaçıları salamlayım, bu axşam  öz 
dəyərli istedadларını bizimlə  bölüşdüklərinə  görə onlara 
təşəkkür edim.  


 
13
Biz Qafqaz Albaniyasının qədim paytaxtının yanındayıq. 
Vaxtilə bura Asiyanın, ərəb dünyasının, Avropanın kəsişdiyi 
məkanlarda dinamik ticarət, təhsil və  mədəniyyət mərkəzi, 
çiçəklənən region olmuşdur. Xalqların və  mədəniyyətlərin 
bu görüşünün  əsas nəticəsi Azərbaycanın ustaddan şagirdə, 
nəsildən-nəslə keçən zəngin musiqi ənənələridir. YUNESKO  
hesab edir ki, bu ənənələrin bir qismi ümumdünya irsinin 
inciləridir, onların qorunub saxlanması  və populyarlaş-
dırılması üçün bütün tədbirlər görülməlidir. Belə nümunələr-
dən biri muğamdır. YUNESKO tərəfindən tərtib edilən bə-
şəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı-
na daxil edilmiş bu janr fars, türk və ərəb ənənələri əsasında 
klassik poeziyanı və improvizasiyanı özündə birləşdirərək in-
sanı  vəcdə  gətirən melodiyalar yaradır və  nəticə etibarilə 
Azərbaycan ənənələrini təşkil edir. Bu siyahıya ölkənizin mə-
dəni bənzərsizlik rəmzlərindən biri olan poeziyanı, dastanları, 
rəqsləri, vokal və instrumental musiqini birləşdirən aşıq sənəti 
də daxildir. Digər tərəfdən, Yeni il bayramı – hər il martın 21-də 
Azərbaycanda, habelə  Türkiyədə, Hindistanda, İranda qeyd 
edilən Novruz bayramı  əfsanələr, rəvayətlər, rituallar, dün-
yanın mədəni dəyərlərini, ailələr və icmalar arasında həm-
rəyliyi inkişaf etdirən festivallarla bağlıdır.  
Xanımlar və  cənablar,  özünüifadənin bütün formaları 
çoxəsrlik tarixə malikdir. Bu gün də  mövcud olan formalar 
qəlbimizin ən incə tellərinə toxunur, çox vaxt müasir meyil-
lərin təsiri altında inkişaf edir. Bizim identikliyimizi forma-
laşdıran bu ənənələr varislik və mənsubluq hissləri doğurur. 
Əminəm ki, özünüifadənin  çox zəngin musiqi formalarının, 
dünyanın digər mədəni  ənənələrinin populyarlaşdırılması 
budəfəki festivala bənzər təşəbbüslər vasitəsilə qarşılıqlı an-
laşmanın və dialoqun möhkəmlənməsinə imkan yara-
dacaqdır.  
Biz sürətli sosial-iqtisadi dəyişikliklərlə  səciyyələnən qlo-
ballaşma dövründə yaşayırıq və  ənənəvi  özünüifadə forma-
larının tükənməsindən, itirilməsindən ehtiyat edirik. Özünü-


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə