Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə4/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   2   3   4   5   6   7   8   9   ...   112

 
14
ifadə formalarının populyarlaşdırılmasının ən yaxşı yolu isə 
festivalların, mədəni mübadilələrin və digər layihələrin, bədii 
formaların  öyrənilməsi və onların gənc nəslə  çatdırılması 
üçün şərait yaradılmasıdır.   
Azərbaycan identikliyində  dərin kökləri olan, hər biri-
mizin qəlbində estetik duyğular oyadan musiqi mənsu-
biyyətindən və əqidəsindən asılı olmayaraq bütün insanların 
yaxınlaşması  üçün  ən yaxşı vasitədir. Sizin дащи  şairiniz 
Nizami Gəncəvi XII əsrdə məhəbbət haqqında ölməz ясярляр 
йаратмышдыр.  
Mən istəyirəm ki, bu nüfuzlu beynəlxalq festival xalqların 
və  mədəniyyətlərin müxtəlifliyinin rəmzi olsun, bu müx-
təliflik sizin «Odlar yurdu» adlandırılan  ölkənizi müxtəlif 
dövrlərin mədəni nailiyyətlərini nümayiş etdirmək  üçün bir 
səhnəyə çevirsin.  
Festivala başlamazdan  əvvəl istərdim ki, musiqi sərrafı,  əsl 
insanpərvər və indicə qeyd etdiyim kimi, YUNESKO-nun dostu 
olan xanım Mehriban Əliyevaya məhz bu bayram çərçivəsində 
bir daha xüsusi ehtiramımı bildirim.  
Hörmətli xanımlar və  cənablar, hörmətli xanım  Əliyeva, 
icazə verin, Sizin bəşəriyyətin maddi və qeyri-maddi mədəni 
irsinin populyarlaşdırılması işinə sədaqətinizin, mədəniyyət-
lərarası dialoqun inkişafı naminə daim göstərdiyiniz səy-
lərin, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı 
töhfənizin, YUNESKO-nun ideallarına və  məqsədlərinə sa-
diqliyinizin  əlaməti olaraq YUNESKO-nun «Qızıl Motsart» 
medalını böyük məmnuniyyətlə Sizə təqdim edim.  
 
                                       * * *  
 
İrina Bokova YUNESKO-nun «Qızıl Motsart» medalını 
Mehriban xanım Əliyevaya təqdim etdi. 


 
15
 
 
 
PAKİSTAN İSLAM RESPUBLİKASININ 
PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB ASİF ƏLİ ZƏRDARİYƏ  
  
Hörmətli cənab Prezident!  
Ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çox-
saylı insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.  
Bu faciə ilə  əlaqədar Sizə, həlak olanların ailələrinə  və 
yaxın adamlarına, bütün Pakistan xalqına  öz adımdan və 
Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, təbii 
fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzu-
layıram.  
 
Allah rəhmət eləsin!  
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 2 avqust 2010-cu il 
 
 
 
 
 
 
 


 
16
 
 
 
«AKKORD» QRANİT-MƏRMƏR ZAVODUNUN  
AÇILIŞЫ MƏRASİMİ 
 
 
9 avqust 2010-cu il 
 
Avqustun 9-da Azərbaycan prezidenti  İlham  Əliyev «Ak-
kord» qranit-mərmər zavodunun açılışы  mərasimində  iştirak et-
mişdir.  
Dövlətimizin başçısına məlumat verildi ki, ölkəmizdə qranit və 
mərmər məhsullarının istifadəsinə artan tələbat bu istehsal sahə-
sinin genişləndirilməsi zərurətini yaratmışdır. Bu məqsədlə 
«Akkord»  Şirkətlər Qrupu tərəfindən genişmiqyaslı tikinti-yeni-
dənqurma işləri həyata keçirilmiş, daha müasir avadanlıqlaрла 
təchiz olunan və geniş istehsal imkanlarına malik zavod inşa 
edilmişdir.  
Dövlətimizin başçısı zavodun sərgi salonu ilə tanış oldu. 
Salonun girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş-
dur. Burada ümummilli lider Heydər  Əliyevin və prezident 
İlham  Əliyevin müxtəlif istehsal müəssisələrinin açılış  məra-
simlərində iştirakından bəhs edən fotostend də yaradılmışdır.  
Prezident burada qranit və mərmərdən hazırlanmış məhsul-
lara baxdı. Qeyd olundu ki, qranit-mərmər zavodunun Azər-
baycanda 2 агlay yatağı, Türkiyədə Bej mərmər ocağı, Uk-
raynada isə qranit yataqları vardır. Dövlətimizin başçısı qra-
nit emalı sexinə  gəldi və  istehsal prosesinin başlanmasını bil-
dirən düyməni basaraq sexi işə saldı.  
Qeyd olundu ki, texniki göstəricilərinə  görə  yüksək key-
fiyyətli məhsullar istehsal edilməsi məqsədi ilə zavodda 
avtomatik idarə edilən dəzgahlar quraşdırılmış, həmçinin za-
vodun bütün sexlərində  ətraf mühitin qorunması  məqsədi ilə 
sutəmizləyici sistem yaradılmışdır.  
Zavodla yaxından tanış olan dövlətimizin başçısı  müvafiq 
tapşırıq və tövsiyələrini verdi. 


 
17
 
 
 
XƏTAİ RAYONUNDA YENİDƏN QURULAN 
PARKDA YARADILMIŞ ŞƏRAİTLƏ TANIŞLIQ  
  
10 avqust 2010-cu il 
 
Azərbaycan prezidenti İlham  Əliyev avqustun 10-da 
Bakının Xətai rayonu ərazisində Zığ yolunun kənarındakı 38, 
40 və 42 nömrəli binaların yaxınlığında yerləşən, əsaslı təmir 
və yenidənqurmadan sonra istifadəyə verilən parkın açılışında 
iştirak etmişdir.  
Parka gələn dövlətimizin başçısına məlumat verildi ki, uzun 
müddət baxımsız və yararsız vəziyyətdə olan bu istirahət 
guşəsində  əsaslı  təmir işlərinə cari ilin yanvarında başlanıl-
mışdır. Ərazisi 2,3 hektara yaxın olan parkda qısa müddətdə 
görülən işlər buranın görkəmini tamamilə dəyişmişdir.  
Prezident İlham Əliyevə məlumat verildi ki, parkda 2 yeni 
fəvvarədən ibarət kompleks yaradılmışdır. Parkın avtomobil 
yoluna yaxın hissəsində yerləşən fəvvarə kompleksinin uzun-
luğu 280 metrdir. Parkın ərazisinə 4 min kvadratmetrə yaxın 
tamet daşlarla yanaşı, Avropadan gətirilmiş qranit-mərmər 
döşənmişdir.  
Parkda balaca sakinlərin istirahəti  üçün də  hər cür  şərait 
yaradılmışdır. Bu məqsədlə xüsusi attraksionlar quraşdırılmış, 
idman və əyləncə meydançaları salınmışdır.  
Sakinlərin asudə vaxтларının səmərəli təşkili və  mənalı is-
tirahətinə xidmət edəcək parkda görülmüş  işlərdən razılığını 
bildirən prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. 
 
 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə