Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə5/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   2   3   4   5   6   7   8   9   ...   112

 
18
 
 
 
AZƏRBAYCAN SƏRHƏDÇİLƏRİNİN PEŞƏ 
BAYRAMI ƏRƏFƏSİNDƏ DÖVLƏT SƏRHƏD 
XİDMƏTİ AKADEMİYASININ AÇILIŞI 
MƏRASİMİ  
 
10 avqust 2010-cu il 
 
Avqustun 10-da Azərbaycan sərhədçilərinin peşə bay-
ramı  ərəfəsində Bakıda Dövlət Sərhəd Xidməti Akademi-
yasının açılışı olmuşdur.  
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin 
Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak etmişdir.  
Xalqımızın  ümummilli lideri Heydər  Əliyev 2000-ci il av-
qustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdir-
mişdir. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüv-
vələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd 
Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri 
infrastrukturların yaradılmasından tutmuş,  Dövlət Sərhəd 
Xidmətinin təşkilinə qədər bütün proseslər ulu öndərin adı ilə 
bağlıdır.  
Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə 
dövlətimizin başçısının 2007-ci il 12 iyun tarixli Sərəncamı da 
sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində  mühüm rol 
oynamışdır. Bu akademiya Dövlət Sərhəd Xidməti  üçün xüsusi 
ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və  qərargah 
zabitlərinin, hərbi elmi işçilərin hazırlanmasını, onların ixtisa-
sının artırılmasını, dövlət sərhədinin mühafizəsi və  hərbi iş 
sahəsində elmi tədqiqatların aparılmasını  təmin etmək məqsədi 
ilə yaradılmışdır. Akademiyada yaradılan şərait də təsdiqləyir ki, 
hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq 
edən amillər sırasında dövlət sərhədi və onun toxunulmazlığı 
mühüm əhəmiyyət kəsb edir.  


 
19
Sərhədlərimizin toxunulmazlığının təmin edilməsinin və 
etibarlı qorunmasının  çox aktual olduğu bir dövrdə Azərbay-
can sərhədçiləri öz peşə borclarına sadiq qalaraq Vətənin keşi-
yində layiqincə dururlar. Çünki xarici təhdidlərin aradan qal-
dırılması kimi mühüm missiyanın yüksək səviyyədə  həyata 
keçirilməsi Ali Baş Komandanın da diqqətində olan məsələdir. 
Sərhədçilərimiz Vətənimizin keşiyində  hər zaman ayıq-sayıq-
dırлар  və onlar prezident, Ali Baş Komandan İlham  Əliyevin 
həyata keçirdiyi siyasətin etibarlı əsgərləridirляр.  
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin 
Quliyev prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.  
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademi-
yasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış 
şəraitlə tanış oldu. Məlumat  verildi ki,  akademiyanın  bi-
nası 1 il 8 ay ərzində inşa olunmuşdur. Orijinal memarlıq qu-
ruluşu olan binada təlim-tədris  üçün bütün  şərait yara-
dılmışdır.  
Prezident  İlham  Əliyev  əsas korpusda xalqımızın  ümum-
milli lideri Heydər Əliyevin abidəsinə baxdı. Burada ulu öndər 
Heydər  Əliyevin və prezident, Silahlı  Qüvvələrin Ali Baş 
Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin inkişafı 
ilə bağlı  həyata keçirдикляри  tədbirlərdən, dövlətimizin başçı-
sının müxtəlif sərhəd qurumlarının açılışlarında iştirakından 
çəkilən fotoşəkillər nümayiş etdirilir. Qeyd olundu ki, 
prezident  İlham  Əliyevin 2005-ci ildə «Azərbaycan Respub-
likası dövlət sərhəd mühafizəsi sisteminin 2006–2010-cu illərdə 
texniki inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi 
haqqında Sərəncam imzalaması  Dövlət Sərhəd Xidmətində 
quruculuq işlərinə böyük təkan vermişdir. Dövlətimizin başçı-
sının bu qayğısı  sərhədlərimizin daha etibarlı qorunmasında, 
maddi-texniki bazanın möhkəmləndirilməsində, müasir tex-
nika, avadanlıq və  ləvazimatlarla təminatında, kadr hazır-
lığında, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində, 
yeni sərhəd infrastrukturlarının yaradılmasında  əksini tap-
mışdır.  


 
20
Dövlətimizin başçısı 400 nəfərlik imtahan və xüsusi məra-
sim zallarında yaradılmış şəraitlə də tanış oldu.  
Prezident  İlham  Əliyev akademiyanın binasının tikintisini 
əks etdirən fotolara baxdı. Sonra akademiyada tikinti pro-
sesini əks etdirən videoçarx nümayiş olundu.  
Akademiyanın inşası zamanı istifadə olunan tikinti 
materiallarına baxan dövlətimizin başçısı  55 metrlik tuneldə 
yaradılan şəraitlə tanış oldu.  
Daha  sonra Ali Baş Komandan  sərhədçiləri  salamladı  və   
döyüş bayrağını akademiyaya təqdim etdi.  
Akademiyanın döyüş bayrağı hərbi marşın sədaları altında 
meydana gətirildi.  
Azərbaycan Respublikasının Dövlət himni səsləndi. 
 
* * * 
 
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev sərhədçilərə 
göstərdiyi diqqətə  və akademiyanın yaradılması ilə bağlı 
verdiyi sərəncama görə prezident İlham Əliyevə təşəkkür etdi.  
E l ç i n  Q u l i y e v: Möhtərəm Prezident!  
Cənab Ali Baş Komandan!  
Azərbaycan sərhəd mühafizəsinin bu gününə və sabahına 
ünvanlanmış  sərəncamыnыzыn icrası  üzrə inşa edilən Dövlət 
Sərhəd Xidməti Akademiyasının açılışы  mərasimində Sizi 
salamlayır, bu  qürurlu anları bizə yaşatdığınıza görə  dərin 
minnətdarlığımızı bildirirəm.  
Dövlət sərhədlərinin toxunulmazlığının təminatı  məsələ-
lərinə ali diqqətiniz sayəsində Dövlət Sərhəd Xidməti bu gün 
dinamik inkişafdadır. Bu inkişafın təməlində dahi öndərimiz 
Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasətinin Ali 
Baş Komandanlığınız altında ardıcıl həyata keçirilməsi du-
rur. Hər bir Azərbaycan sərhədçisi bu siyasətin gerçəkləş-
məsinin iştirakçısı olması ilə fəxr edir və qarşısına qoyulmuş 
tapşırıqları şərəflə yerinə yetirməyə daim hazırdır.  
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə