Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə6/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   2   3   4   5   6   7   8   9   ...   112

 
21
Cənab Ali Baş Komandan!  
Sizin 2005-ci il dekabrın 27-də təsdiq etdiyiniz «Azərbay-
can Respublikası dövlət sərhəd mühafizəsi sisteminin 2006–
2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı»nın 
müasir sərhəd mühafizə infrastrukturunun yaradılmasında 
müstəsna  əhəmiyyəti vardır.  İcrası yaxın müddətdə yekunla-
şan Dövlət Proqramı çərçivəsində Türkan qəsəbəsində Dövlət 
Sərhəd Xidmətinin sahil mühafizəsinin yeni bazası, aviasiya 
bazaları, «Sərhədçi»  İdman Olimpiya Mərkəzi,  Şüvəlan 
qəsəbəsində  hərbi hissə, «Sərhədçi» istirahət mərkəzi, Xudat 
şəhərində yaşayış massivi, Horadiz, Şəki, Zaqatala, Şəmkir və 
Göytəpə  sərhəd dəstələrinin qarnizonları, Astara rayonunda 
katerlər divizionu, Xızı rayonunda səhra təlim poliqonu, 
Novxanıda müasir atçılıq mərkəzi, Səngəçal qəsəbəsində mər-
kəzi anbarlar kompleksi, hərbi hissələrdə  sərhəd komen-
dantlığı və zastavası kompleksləri, ümumən dövlət sərhədində 
589 bina inşa edilərək xidməti istifadəyə verilmişdir. Bakı 
şəhərində  sərhədçi zabitlər  üçün 264 mənzilli  üç yaşayış 
binasının inşası yaxın müddətdə yekunlaşacaqdır. Tikinti-
quruculuq işləri ilə yanaşı, sərhəd mühafizəsində müasir silah-
lar, avadanlıq, uçuş  və  üzmə vasitələri tətbiq edilməkdədir. 
Dövlət Sərhəd Xidmətinə  həvalə etdiyiniz digər xüsusi 
tapşırıqların icrası üzrə ardıcıl tədbirlər həyata keçirilir.  
Möhtərəm Prezident!  
Hazırda Ali Baş Komandanın qarşısında duran hər bir 
sərhədçinin ən böyük arzusu və niyyəti təqdim etdiyiniz döyüş 
bayrağını  şərəflə qorumaq, Prezidentinə, Vətəninə, xalqına 
ləyaqətlə xidmət etməkdir. Bu döyüş bayrağı altında sədaqət 
andı  içən kursantların sərhədçi zabit kimi formalaşmaları 
üçün akademiyada tam şərait yaradılmış, güclü elmi-tədris 
bazası və yüksəkixtisaslı hərbi pedaqoji heyət formalaşmışdır.  
Diqqətinizlə  şərəfləndirdiyiniz Azərbaycan sərhədçiləri 
adından Sizə minnətdarlığımızı bildirir və  göstərdiyiniz 
yüksək etimadı xidmətimizlə  hər zaman doğruldacağımıza 
əmin edirəm. 


 
22
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ, SİLAHLI 
QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI  
İLHAM ƏLİYEVİN NİTQİ  
 
10 avqust 2010-cu il 
 
  
Əziz sərhədçilər, sizi Dövlət Sərhəd Xidməti Akade-
miyasının açılışı  münasibətilə  ürəkdən təbrik edirəm. Vətən 
uğrunda xidmətinizdə uğurlar diləyirəm!  
Akademiyanın yaradılması  böyük nailiyyətdir. 3 il əvvəl 
akademiyanın yaradılması haqqında imzaladığım sərəncam 
bu gün artıq reallığa çevrilib. Bu əzəmətli, möhtəşəm binada 
bizim gələcək sərhədçilər oxuyacaqlar, tərbiyə alacaqlar və  
peşəkarlıqlarını artıracaqlar. Burada oxumaq üçün bütün 
şərait yaradılıb.  Ən müasir avadanlıq,  ən gözəl, keyfiyyətlə 
tikilmiş korpuslar, istirahət etmək, oxumaq, yaşamaq  üçün 
bütün  şərait vardır. Akademiya qısa müddətdə  və  yüksək 
keyfiyyətlə tikilibdir və bu gün fəaliyyətə başlayır.  Şübhə 
etmirəm ki, akademiyada oxuyan kursantlar gələcək fəa-
liyyətləri  üçün lazım olan bilikləri burada alacaqlar. Bizə 
bütün sahələrdə bilikli, savadlı kadrlar lazımdır.  
Bütövlükdə Azərbaycanda təhsil məsələlərinə böyük diq-
qət göstərilir. Minlərlə məktəblər tikilir, ali məktəblər təmir 
olunur, yeni ali məktəblər, akademiyalar yaradılır. Təhsil 
bizim gələcəyimizdir. Biz istəyirik ki, gənclərimiz bilikli
savadlı  və  vətənpərvər olsunlar. Dövlət Sərhəd Xidməti 
Akademiyasının yaradılması bu məqsədləri güdür.  
Sərhəd hər bir dövlətin rəmzidir. Bayraq, gerb və himn 
kimi. Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunur. 
Sərhəd Xidmətinin formalaşması  işində ulu öndər Heydər 
Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan dövlət 
müstəqilliyini bərpa edəndən sonra, demək olar ki, sərhəd-


 
23
lərimiz açıq idi. Sərhəd infrastrukturu mövcud deyildi. Əv-
vəlki illərdə yaradılmış  sərhəd infrastrukturu isə dağıdıl-
mışdı. Sərhədlərdə heç bir infrastruktur yox idi. Ulu öndərin 
rəhbərliyi altında qısa müddətdə  bütün sərhədlərimizdə 
tikinti-quruculuq işləri başlanmışdır, sərhəd mühafizə 
infrastrukturu yaradılmışdır və bu proses uğurla davam 
etdirilir. Qəbul edilmiş proqram əsasında tikinti işləri, de-
mək olar ki, başa çatmaq üzrədir. Bütün sərhədlərdə lazımi 
səviyyədə texniki qurğular yaradılıbdır, dəstələr, qarnizonlar 
fəaliyyət göstərir. Bu gün Azərbaycan sərhədləri bütün isti-
qamətlərdə – quruda və  dənizdə lazımi səviyyədə qorunur. 
Bu məsələyə biz böyük diqqət göstəririk. Mən bütün sər-
hədlərdə  dəfələrlə olmuşam,  şəxsi heyətlə  görüşmüşəm, və-
ziyyətlə tanış olmuşam və tam əminliklə deyə bilərəm ki, 
sərhədlərimiz lazımi səviyyədə qorunur.  
Sərhədlərimizin qorunması təhlükəsizliyimizin təmin edil-
məsi deməkdir. Təhlükəsizliyimizin təmin edilməsi  üçün 
bütün tədbirlər görülür. Bu gün həm texniki vasitələr, həm 
mühəndis qurğuları, həm də avadanlıq baxımından Sərhəd 
Xidmətimiz  ən yüksək səviyyədədir. Sərhəd Xidmətinin 
maddi-texniki bazasının yaxşılaşdırılması  və  möhkəmləndi-
rilməsi  üçün mütəmadi qaydada ardıcıl tədbirlər görülür, 
avadanlıq, silah-sursat, texnika alınır və  təchizat baxımın-
dan bizdə heç bir problem yoxdur. Lazımi səviyyədə maliyyə 
vəsaiti də ayrılır ki, bütün işlər yüksək səviyyədə  görülsün. 
Mən görürəm ki, ayrılan maliyyə  vəsaitindən  çox səmərəli 
şəkildə istifadə olunur. Sərhədçilərin yaşayış  səviyyəsinin 
yaxşılaşdırılması üçün əməli işlər görülür, evlər tikilir, istira-
hət mərkəzləri, idman qurğuları yaradılır.   
Mən  çox  şadam ki, Azərbaycan Dövlət Sərhəd Xidməti 
bu gün dünya miqyasında özünə layiq yerini tuta bilibdir və 
Azərbaycanın sərhədlərinin qorunması  işində  böyük nailiy-
yətlərə çatıbdır.   
Bütövlükdə Sərhəd Xidmətinin müasir quruma çevrilməsi 
istiqamətində  çox böyük işlər görülübdür və bu gün Sərhəd 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə