Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə7/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   2   3   4   5   6   7   8   9   10   ...   112

 
24
Qoşunları  çox güclü  və  çevik hərbi birləşmədir. Qarşıda 
duran  əsas vəzifələrdən biri odur ki, Sərhəd Qoşunlarının 
döyüş qabiliyyəti artırılsın. Bu məqsədlər  üçün silah-sursat, 
texnikanın alınması prosesi davam edir və deyə bilərəm ki, 
Sərhəd Qoşunları istənilən anda Azərbaycanın  ərazi bütöv-
lüyünün bərpası  üçün ordumuzla bərabər hərəkət etməyə 
hazırdır. 2 ildir ki, ardıcıl şəkildə keçirilmiş hərbi təlimlər və 
Sərhəd Qoşunlarının bu təlimlərdə fəal iştirakı bunun bariz 
nümunəsidir.  
Biz  ərazi bütövlüyümüzü  bərpa edəcəyik. Bunu etmək 
üçün bütün hərbi qurumlar vahid komanda altında birləşib 
Ali Baş Komandanın əmrləri ilə hərəkət edirlər. Lazım gələn 
anda bütün hərbi qurumlar bir yumruq kimi birləşib  
Azərbaycаныn ərazi bütövlüyünü bərpa edəcəklər.   
Azərbaycan gündən-günə  güclənir, möhkəmlənir. Maliy-
yə imkanlarımız, hərbi xərclərimiz artır və hərbi xərclərimiz 
dövlət büdcəsində ən birinci yerdədir. Bu belə də olmalıdır, 
çünki biz müharibə  şəraitində yaşayırıq. Müharibə  hələ 
bitməyib, birinci mərhələsi başa  çatıbdır.  Ancaq müharibə 
davam edir. Biz hər an hazır olmalıyıq və hazırıq ki, öz 
torpaqlarımızı işğalçılardan azad edək.  
Bir daha demək istəyirəm ki, bunu etmək üçün ilk növbədə 
hərbi güc lazımdır. Biz bu hərbi gücü yaradırıq, xeyli  dərəcədə 
yaratmışıq və bu proses uğurla davam etdirilir. Azərbaycanın 
hərbi potensialının gücləndirilməsi  üçün biz bütün səyləri 
səfərbər etmişik, maliyyə resurslarını  cəmləşdirmişik ki, tor-
paqlarımızı  işğalçılardan azad edək. Azərbaycan Ordusu və 
hərbi potensialı buna imkan verir. Biz istəyirik ki, məsələ dinc 
yolla, danışıqlar yolu ilə  həll olunsun. Azərbaycanın danışıq-
larda konstruktiv mövqeyi artıq reallıqdır. Qarşı tərəf isə vaxt 
uzatmaqla danışıqları pozmağa  çalışır. Ancaq danışıqlar po-
zularsa, o zaman yeni vəziyyət yaranacaq və  məsələnin hərbi 
yolla həlli məsələsi gündəliyə salınacaqdır.  
Biz elə etməliyik ki, Azərbaycan hərtərəfli inkişaf etsin. Bu 
gün  ölkəmiz, sözün  əsl mənasında, intibah dövrünü yaşayır. 


 
25
Bütün regionlarda işlər sürətlə gedir. Bakı – gözəl  şəhərimiz 
gözəlləşir, abadlaşır. Maliyyə imkanlarımız artır. Uğurlu neft 
siyasətimiz, regionların inkişafı, бir sözlə, Azərbaycanın uğurlu 
yüksəlişi və bundan sonrakı illərdə dayanıqlı inkişafı reallıqdır.   
Azərbaycan müstəqil  ölkə kimi, böyük nailiyyətlərə 
çatıbdır. Biz müstəqil  ölkə kimi, müstəqil siyasət aparırıq. 
Xalqımızın maraqlarını müdafiə edirik. Bu gün Azərbaycan 
dünya miqyasında böyük hörmətə malik ölkədir. Azərbay-
can etibarlı  tərəfdaşdır və regionda gedən proseslərdə  fəal 
rol oynayan ölkədir. Biz bütün sahələrdə, bütün istiqamət-
lərdə  işimizi konkret proqramlar çərçivəsində qurmuşuq. 
Bütün istiqamətlərdə inkişaf, tərəqqi vardır.  
Ölkəmizin təhlükəsizliyinin qorunması  üçün Sərhəd Xid-
mətinin  çox böyük rolu vardır. Sərhədlərimiz dostlarımızın 
üzünə açıqdır. Ancaq Azərbaycana pis niyyətlə gəlmək istə-
yənlər buna nail ola bilməyəcəklər.  
Ötən  əsrin  90-cı illərini yaxşı xatırlayırıq. O vaxt Azərbay-
canda sərhəd infrastrukturu yox idi və xaricdən erməni terror 
təşkilatlarının təşkil etdiyi terror aktları Azərbaycan dövlətini 
sarsıtmışdı. Nəyə  görə?  Çünki  sərhədlərimizi o vaxt qoruya 
bilmirdik. Bu gün Azərbaycan sərhədləri lazımi səviyyədə 
qorunur. Bu bizə imkan verir ki, ölkə daxilində  bütün işləri 
lazımi səviyyədə aparaq. Ölkə daxilində mövcud olan sabitlik, 
ictimai-siyasi asayiş, əmin-amanlıq bizim böyük nailiyyətimiz-
dir. Biz bu vəziyyəti qorumalıyıq və qoruyacağıq. Azərbaycan 
xalqının firavan gələcəyini təmin edəcəyik. Azərbaycan döv-
lətinin möhkəmlənməsi üçün bütün tədbirləri görəcəyik.  
Bir daha demək istəyirəm ki, Sərhəd Xidmətinin bu işlər-
də  böyük rolu və  töhfəsi vardır. Sərhədçilər sərhədlərimizi 
müxtəlif yollarla pozmaq istəyənlərə qarşı  mübarizə aparır-
lar, döyüşürlər və qələbə qazanırlar. Görülən bütün bu işlərlə 
bağlı  mən Dövlət Sərhəd Xidmətinin bütün  şəxsi heyətini 
təbrik etmək istəyirəm. Akademiyanın açılışı  münasibətilə 
bir daha təbrik etmək istəyirəm. Sizə Vətən uğrunda  şərəfli 
xidmətinizdə yeni uğurlar arzulayıram! Sağ olun! 


 
26
 
 
 
ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB HU SZİNTAOYA  
  
Hörmətli cənab Sədr!  
Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı 
insan tələfatı  və dağıntılar barədə  xəbər məni olduqca 
kədərləndirdi.  
Bu faciə ilə  əlaqədar Sizə, həlak olanların ailələrinə  və 
yaxın adamlarına, bütün Çin xalqına şəxsən öz adımdan və 
Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, 
yaralananların və  xəsarət alanların tezliklə sağalmasını 
arzulayıram.  
 
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 12 avqust 2010-cu il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
27
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ  
İLHAM ƏLİYEVİN QUSAR RAYONUNA 
SƏFƏRİ ЧЯРЧИВЯСИНДЯ BAKI–RUSİYA  
FEDERASİYASI  SƏRHƏDİ YOLUNUN 
ÜZƏRİNDƏ YERLƏŞƏN ŞABRAN DAİRƏVİ 
YOLU VƏ KÖRPÜ KOMPLEKSİНИН АЧЫЛЫШЫ 
МЯРАСИМИ 
  
12 avqust 2010-cu il 
 
Avqustun 12-də Azərbaycan prezidenti İlham  Əliyev 
Qusar rayonuna səfəri çərçivəsində Bakı–Rusiya Federasiyası 
sərhədi yolunun üzərində yerləşən Şabran dairəvi yolu və kör-
pü kompleksinin açılışında iştirak etmişdir.  
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına 
məlumat verərək bildirdi ki, Nəqliyyat Nazirliyinin sifarişi ilə 
Bakı–Rusiya Federasiyası  dövlət sərhədi yolunun tikintisinə 
2008-ci ilin martında başlanılmışdır. İnşaat işlərinə 7 min işçi 
qüvvəsi və 3 minədək xüsusi texnika cəlb olunmuşdur. Tikinti 
işləri mərhələlərlə aparılmışdır.  
Prezident İlham Əliyevə məlumat verildi ki, körpünün inşa 
edildiyi  ərazi sürüşmə zonası hesab edilir. Xarici mütəxəs-
sislərin də yaxından iştirakı ilə aparılan müzakirələrdən sonra 
dairəvi yolun bir hissəsini təşkil edən 2 kilometrlik sürüşmə 
ərazisindən 4 milyon kubmetr torpaq daşınmış və digər tədbir-
lər görülmüşdür. Beynəlxalq  əhəmiyyətli Bakı–Rusiya Fede-
rasiyası dövlət sərhədi yolunun üzərində yeni körpü komplek-
sinin inşa edilməsi ilə  Şabran  şəhərinin mərkəzində yaranan 
tıxac problemi həllini tapmışdır.  
Prezident  İlham  Əliyev  Şabran dairəvi yolu və  körpü kom-
pleksinin açılışını bildirən lenti kəsdi və inşaatçıları təbrik etdi.  


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə