Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə9/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   5   6   7   8   9   10   11   12   ...   112

 
31
başçısının ehtiyat fondundan 6,5 milyon manat vəsait ayrılmışdır. 
Bu avtomobil yolu Qusar rayonunda geniş miqyasda tikinti-
quruculuq işlərinin həyata keçirildiyi və turizm potensialının 
inkişaf etdirildiyi indiki zamanda müasir yol infrastrukturunun 
yaradılması baxımından mühüm  əhəmiyyət kəsb edir. Uzunluğu 
23 kilometr, hərəkət hissəsinin eni 7 metr olan bu yol 16 min nəfərə 
qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirir. Yol Samur 
qəsəbəsindən başlanır və Həzrə kəndindən sonra üç istiqamətdə – 
Həzrə–Mucuq, Həzrə–Sudur, Həzrə–Zeyxur istiqamətlərində da-
vam edir. Samur–Həzrə yolunun yenidənqurmadan  əvvəl tam 
dağılmaq  üzrə olan 600 metrlik hissəsi 30 metr sola çəkilməklə 
yenidən  салынмыш, yol yatağı 12 metrə  qədər genişləndirilmişdir. 
Yol boyunca bir sıra ərazilərdə istinad divarları tikilmiş, suötürücü 
borular qoyulmuş, yolun yatağı qaldırılmış  və digər işlər 
görülmüşdür. Yolda 1000-dən çox siqnal dirəyi və 100 ədəd nişan 
qoyulmuşdur.  
Əsaslı şəkildə yenidən qurulan Samur–Həzrə yolu ilə yaxın-
dan tanış olan prezident İlham  Əliyev  ölkənin yol infrastruk-
turunun müasirləşdirilməsinə dair növbəti tapşırıqlarını verdi. 
 
 


 
32
 
 
 
QUSAR RAYON İCTİMAİYYƏTİNİN 
NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ  
 
12 avqust 2010-cu il 
 
Azərbaycan prezidenti İlham  Əliyev avqustun 12-də  
Samur–Həzrə yolunun açılışından sonra rayon ictimaiyyətinin 
nümayəndələri ilə görüşmüşdür.  
Dövlət başçısı mərasim iştirakçılarını salamladı.  
İ l h a m  Ə l i y e v: Mən sizi ürəkdən təbrik edirəm. Mən 
bir il əvvəl bu yolun çəkilişi ilə bağlı  müvafiq sərəncam 
imzalamışdım. Prezidentin ehtiyat fondundan vəsait ayrıl-
mışdı ki, bu yol tikilsin. Qusar sakinlərinin  çoxsaylı  müra-
ciətlərini nəzərə alaraq, bütün bu işləri gördük və artıq 
yüksək keyfiyyətə malik olan yol istismara verilir.  
İndi verilən məlumata görə, yol 16 min əhaliyə xidmət 
göstərəcəkdir. 27 qəsəbə və kənd bu yolun üstündə yerləşir. 
Yəni bu, insanlara rahatlıq verəcəkdir.  Şəkillərdə  göstərilir 
ki,  əvvəlki yol hansı  vəziyyətdə idi, insanlar əziyyət  çəkir-
dilər.  İndi isə bu gözəl yol uzun illər, onilliklər  ərzində in-
sanlara xidmət едəcəkdir.  
Hesab edirəm ki, bu çox mühüm hadisədir. Bu onu gös-
tərir ki, bizim yol-tikinti işlərimiz nəinki magistral yolları, 
eyni zamanda, kənd yollarını da əhatə edir. Kənd yollarının 
tikintisi gələcək illərdə daha geniş  sürətlə aparılacaqdır. 
Magistral yollara gəldikdə, demək olar ki, əsas magistralların 
tikintisi uğurla davam edir. Bu gün Bakı–Quba yolunun bir 
hissəsi istismara verilibdir. Yüksək  keyfiyyətə malik yoldur. 
Başqa istiqamətlərdə – Bakı–Rusiya, Bakı–Gürcüstan, Bakı–
İran sərhədi yollarının tikintisi bu il və  gələn il ərzində başa 
çatmalıdır. O ki qaldı  kənd yollarına, onların da tikintisinə 
böyük ehtiyac vardır.  Ən ucqar kəndlərdə  də  yol tikintisi 


 
33
davam edəcəkdir. Azərbaycanın bütün bölgələrində insanlar 
yaxşı yoldan istifadə etməlidirlər.  
Yol inkişafdır, mədəniyyətdir. Yol olan yerdə inkişaf da 
olacaqdır. Qusar rayonunun və qonşu rayonların böyük tu-
rizm potensialı vardır. Yol olan yerdə biz bu imkanlardan 
daha da səmərəli  şəkildə istifadə edəcəyik. Qusarda son 
illərdə çox sürətli inkişaf gedir. İnkişafın templəri məni qane 
edir. İqtisadi inkişaf, sənaye, turizm müəssisələrinin yaradıl-
ması – bütün bu sahələrdə işlər yüksək səviyyədədir. Son 5-6 
ildə 17 məktəb tikilibdir, bir neçə məktəb təmir edilib, böyük 
xəstəxana tikilməkdədir.  
Azərbaycanın turizm obyektləri arasında  ən birinci yeri 
tutan Qusar–Şahdağ  qış-yay turizm kompleksi tikilmək-
dədir. İndi orada gedən tikinti işləri ilə bu gün bir daha tanış 
olacağam. O kompleksin istismara verilməsi nəticəsində 
minlərlə yeni iş yeri açılacaq, rayon iqtisadiyyatına böyük 
investisiyalar qoyulacaq və beləliklə, Qusar rayonunun 
uzunmüddətli və uğurlu inkişafı təmin ediləcəkdir.  
Biz bütün bu işləri planlı  şəkildə aparırıq. Həm  ölkənin 
iqtisadi inkişafına göstərilən diqqət, insanların həyat səviy-
yəsinin yaxşılaşdırılması üçün aparılan tədbirlər, щям sosial 
proqramlar, maaşlar, pensiyalar, sənaye müəssisələrinin, 
turizm mərkəzlərinin tikintisi – bütün bunların bir məqsədi 
var ki, Azərbaycan vətəndaşları yaxşı, firavan yaşasınlar, 
dünyada mövcud olan ən yüksək standartlar Azərbaycanda 
istənilən sahədə  tətbiq olunsun və beləliklə,  ölkəmiz hərtə-
rəfli inkişaf etsin. Regionlar inkişaf edir, paytaxt şəhərimiz 
inkişaf edir, rayon mərkəzləri gözəlləşir, abadlaşır – inkişaf 
budur!  
Prezident kimi, Qusara beşinci dəfədir ki, səfər edirəm. 
Hər dəfə  gələndə burada gördüyüm yeniliklər, inkişaf məni 
sevindirir.  Əldə edilmiş  bütün nailiyyətlərlə bağlı sizi 
ürəkdən təbrik edirəm. Demək istəyirəm ki, yolun tikintisi 
Гусар Rayon Иcra Hakimiyyətinə tapşırılmışdır və  mən 
görürəm ki, bu iş  böyük keyfiyyətlə  və  zövqlə  görülübdür. 


 
34
Növbəti illərdə,  əlbəttə ki, digər kənd yollarının tikintisi 
üçün  əlavə  vəsait ayrılacaqdır. Azərbaycan dövləti güclü 
dövlətdir. Bizim güclü iqtisadiyyatımız, güclü maliyyə im-
kanlarımız vardır. Bu imkanlar xalqımızın, bölgələrimizin 
inkişafına yönəldilib. Bir daha bu gözəl hadisə münasibətilə 
sizi təbrik edirəm.  
Mənə yolun tikintisi ilə bağlı  müraciətlər səslənəndə  söz 
vermişdim ki, biz yolun tikintisinə nail olacağıq və yolun 
açılışında mən  şəxsən iştirak edəcəyəm. Bu gün mən sizinlə 
bərabərəm. Təbrik edirəm.
 
M  ə s u d  Q ə d i m o v  (Həzrə  kənd orta məktəbinin 
müəllimi): Möhtərəm cənab Prezident!  
Bu gün Qusar rayonunун  həyatında  əlamətdar bir 
gündür. Biz bu günü  səbirsizliklə  gözləyirdik. Sizin Qusara 
hər gəlişiniz elimizin bayramına  çevrilir, hər gəlişinizdən 
sonra bir neçə yeniliyin şahidi oluruq. Sizi bütün qusarlılar 
adından salamlayır və «Xoş gəlmisiniz!» – deyirik. 
Möhtərəm Prezident! Sizin titanik əməklə respublikamı-
zın inkişafını  təmin etməyiniz, bölgələrdə  yüksək inkişaf 
tempinin saxlanılması  çox böyük işdir. Hazırda bütün böl-
gələr inkişaf edir, o cümlədən bizim rayonumuz da. Qusar 
rayonu, Sizin dediyiniz kimi, çox gözəlləşibdir. Biz fəxr 
edirik ki, Qusar rayonu respublikamızın ən gözəl guşələri ilə 
müqayisədə doğrуdan da çox gözəl bir mənzərəyə malikdir. 
Bütün bunlar üçün Sizə minnətdarıq. Sizin köməyiniz ol-
masaydı biz belə gözəl şəraitə, inkişafa, rifaha malik ola bil-
məzdik. Rayonumuzda son illərdə tikilib istifadəyə verilmiş 
ən mühüm obyektlər, infrastruktur layihələri bilavasitə Sizin 
diqqət və qayğınız sayəsində  ərsəyə  gəlmişdir. Azərbaycan 
xalqının nə problemi var, hamısı həll ediləcəkdir.  
Bu yolun tikintisinin doğrуdan da belə  sürətlə başa 
çatması bizi heyrətə gətirdi. Çünki bizim prezidentimizin sözü 
ilə  işi vəhdət təşkil edir, verdiyi söz mütləq yerinə yetirilir. 
Özü də ən yüksək səviyyədə və ən qısa müddətdə.  


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə