Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə14/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

Bəhmən Əliyev-Ayvazalı
42
tədricən  Delhiyə  və  ölkənin  cənubuna  da  köçmüşlər.  Sənətkar-
lıq, kiçik biznes, turistlər üçün hədiyyələr biznesi və s. ilə məşğul 
olan tibetlilər bir neçə on il ərzində 150-dən çox məbəd və mo-
nastr, məktəblər yaratmışlar. Dalay Lama tərəfdarları hind bud-
distlərinin ictimai-siyasi həyatında aktiv iştirak edir, dünyadakı 
buddistlərlə geniş əlaqə saxlayırlar. 
Hindistanda buddistlərin əksəriyyəti (88 %) üçüncü kateqori-
yaya aiddir, onlar “neobuddist” adlandırılırlar, əsasən Maharaştra 
ştatında yaşayırlar. Əhali sayına görə, 1951-ci ildə bu ştatda bud-
distlərin ümumi sayı 0,01 % olduğu (2487 nəfər), halda 1981-ci 
ildə 6,3 %-ə (4 milyon nəfər) çatmışdır. “Neobuddistlər”in sayının 
belə sürətlə artması “demoqrafik partlayış”la bağlı deyil, Hindis-
tan milli azadlıq hərəkatının liderlərindən olan Bhimrao Ramci 
Ambedkarın  (1892-1956)  fəaliyyəti  ilə  əlaqədardır.  Hindistan 
Konstitusiyasının həmmüəlliflərindən olan Ambedkar “toxunul-
mazlar” institutunun əleyhinə ciddi şəkildə fəaliyyət göstərmişdir. 
“Toxunulmaz”lara aid edilən “mahar”ların lideri kimi fəaliyyətə 
başlayan  bu  filosof  hinduizmdə  ciddi  islahatların  aparılmasına, 
bu dini təlimin “qaydalar dini”ndən, “prinsiplər dini”ə çevrilmə-
sinə çalışmışdır. O, kastalararası nikahların tərəfdarı kimi çıxış 
etmiş, hind cəmiyyətinin bərabərlik və demokratiya əsasında qu-
rulmasını vacib saymışdır. Onun rəhbərliyi ilə maharlar nümayişə 
çıxaraq “toxunulmazlar”a sərt münasibətin əksini tapdığı “Manu 
qanunları”nı yandırmışlar. “Maharlar” yüksək kasta hindlilərinin 
su quyuları, məbədə ziyarət, məbədlərdə yuyunmaq və s. ilə bağ-
lı ənənəvi qadağalarını pozmuşlar. Əsas diqqət “toxunulmaz”la-
ra  münasibətdə  psixoloji  baryerləri  aşmağa  yönəldilmişdir.  Bu 
çıxışlar ciddi nəticə vermədiyindən Ambedkar “toxunulmazlar” 
üçün ayrıca yaşayış yerlərinin yaradılmasını təklif etmişdir. Bu 
utopik ideya sayılırdı, belə ki, “toxunulmazlar”ın öz arasında da 
“daxili  toxunulmazlar”  vardır.  Məsələn,  Maharaştra  “maharla-
rı”  özlərini  digər  toxunulmazlarla  müqayisədə  yüksək  sayırlar, 


Hindistan etnoqrafiyası
43
“manq” və “bhanq” etnik qrupları “toxunulmaz” sayaraq onların 
əlindən su və yemək almırlar.
Hindistan müstəqillik qazandıqdan sonra Ambedkar Konsti-
tusiyaya “toxunulmazlar” praktikasına son verən, bu əhali qrupu 
üçün  güzəştləri  nəzərdə  tutan  maddələrin  salınmasına  nail  olsa 
da, tez bir zamanda əmin olmuşdur ki, yaxşı qanunların qəbulu 
“toxunulmazlıq”  anlayışını  aradan  qaldıra  bilməz.  O,  daha  ra-
dikal  addım  ataraq  hinduizmdən  başqa  bir  inanca  keçməyi  va-
cib  saymışdır.  Ambedkar  bildirirdi  ki,  xristianlığın  seçilməsi 
Hindistanda  Böyük  Britaniyanın  mövqelərini  gücləndirər,  “ha-
ricanlar”ın  (toxunulmaz)  qeyri-milliləşməsinə  gətirib  çıxara 
bilər. İslamın seçilməsi isə ölkədə “müsəlman ağalığını” dirçəldə 
bilər. Siqhizm və buddizm arasında tərəddüd edən Ambedkar so-
nuncunu seçmiş, ölümündən 2 ay əvvəl, 1956-cı ildə Buddanın 
nirvanaya çatmasının 2500 illiyi qeyd edildiyi zaman o, əsasən 
mahar xalqından ibarət 500 minlik ardıcılı ilə birlikdə Naqpurda 
keçirilən mərasim zamanı buddizmi qəbul etmişdir. Bu aksiyadan 
sonra bir neçə dəfə yeni dinə kütləvi şəkildə keçmə baş vermişdir. 
Belə mərasimin iştirakçıları yeni dini təlimin-“neobuddizmin” 22 
prinsipinə, simvoluna əməl edirlər. Ambedkarın formalaşdırdığı 
təlim aşağıdakı kimidir: “Mən hind tanrılarına, atalara sitayiş et-
məyəcəm, brahmanlara mənim dini mərasimlərimi idarə etməyə 
icazə verməyəcəm. Mən inanmıram ki, Rama, Krişna, Vişnu, Ma-
heş tanrıdırlar. Buddanın orta yolunu tuturam”. “Neobuddist”lər 
siyasi maraqlarını qorumaq üçün Hindistan Respublika Partiyası-
nı yaratmışdır. 
Hind siyasi leksikasına 1960-cı illərdə “dalit” (toxunulmaz, 
istismar olunanlar) termini daxil olmuş, Mahatma Qandinin irəli 
sürdüyü “haricanlar” (tanrı adamları) terminini sıradan çıxarmış-
dır. Həmin dövrdə Maharaştrada gənc neobuddist şairlər, yazıçı-
lar, ictimai xadimlər marathi dilində “dalitlər”in faciəvi vəziyyəti 
barədə  əsərlər  yaratdılar.  XX  əsrin  ortalarında,  ikinci  yarısında 


Bəhmən Əliyev-Ayvazalı
44
“dalit”lərin dini inanclarında, siyasi, ictimai fəaliyyətlərində də-
yişikliklər  baş  vermişdir.  Buna  baxmayaraq,  “neobuddistlər”in 
ürəyində, fəaliyyətində hinduzm ritualları qalır, onlar Budda və 
onun təlimindən daha çox Ambedkarın təlimini, prinsiplərini əsas 
götürürlər. 
Sual və tapşırıqlar:
1.Sidarta Qoutama Budda (е.ə. 563-483-cü illər) buddizmın 
yaradıcısıdır.
2. Buddizm təlimi “Buddhacarita”, “Lalitavistara”, “Cata-
ka” “Tipitаk” kimi əsərlərdə əksini tаpmışdır.
3.Budda təliminin “dörd nəcib həqiqət” haqqında danışın. 
4. Hindistanda “neobuddist” hərəkatının yaranması və inki-
şafı.
1.3.Caynizm
Caynizm Hindistanda e.ə. VI əsrdə ortaya çıxan dini axınlar-
dan biridir. Caynizmin yaradıcısı kşatrilərdən olan əfsanəvi Vard-
hamana (e.ə 599-527) olmuş, o, “tirthankar” (“varlığı okeanlar-
dan keçirən”) titulu almış, Cina və Mahavira (“böyük qəhrəman”) 
adı qazanmışdır. Mahavira Benares vilayətində doğulmuş, 30 ya-
şında evini, ailəsini tərk edərək rahib kimi tərki-dünya olmuşdur. 
Mahavira Vardhamananın  nirvanaya  qovuşması  caynist  təqvimin 
başlanğıcı  sayılır.  Ehtimallara  görə,  “kşatri”  (hökmdar,  döyüşçü) 
varnasından olan Mahavira və Budda eyni çağda, eyni məmləkətdə 
yaşamışlar və bir-birinə bənzəyən inanc və təlimləri yaymışlar. 
Caynizmə görə, Mahaviraya qədər 23 “tirthankar” olmuşdur, 
onlar arasında birinci “tirthankar” Rişabha və onun oğlu Bahubali 
(Qomateşvara) daha populyardır. Caynı müqəddəs yerlərində Ba-
hubalinin 250-dən çox heykəlini qoymuşlar. Onların ən böyüyü 
Karnataka ştatında yerləşən 18 metrlik heykəldir. 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə