Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə3/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   2   3   4   5   6   7   8   9   ...   74

Hindistan etnoqrafiyası
9
5. “Aqamalar” populyar müqəddəs mətnlərdir, Vedaların nü-
fuzuna  söykənməsələr  də,  vedalara  əks  deyillər.  İbadətin  hansı 
şəkildə yerinə yetiriləcəyinə dair teoloji yaddaş kitablarıdır. Hin-
duizmdə ən çox yayılmış üç məzhəb, yəni, “Şhaivism” (şivaizm), 
“Shaktism” (şaktizm) və “Vaishnavism”in (vişnuizm) ehkamla-
rını “Aqamalar” ilə əsaslandırmışlar.
6.  “Darşanalar”  hərfən  işıq  və  ya  baxış  mənasındadır.  Bu 
altı Şaddarşana aşağıdakılardır: 1. “Nyaya”, 2. “Vayşeşika”, 3. 
“Samkhya” (Sankya), 4. “Yoqa”, 5. “Mimansa”, 6. “Vedanta”. 
Hər bir Darşana həqiqətə baxışın bir yolunu göstərir. Onlar həyat 
yolu və həyat forması sayılırlar. Əsasən “Vedalar”, “Upanişad-
lar”, “Bhaqavad-Qita” və “Şaddarşanalar” hind dini fəlsəfəsinin 
fundamental  müqəddəs  mətnləridir.
 “Veda” sözü “bilmək”, “bilik” deməkdir, bu söz xüsusi ali 
elm  və  mərifət  mənasında  işlədilir. Vedaya  “Apaverşiya”,  yəni 
“fövqəl-insan” da demişlər. Veda təlimində dörd dini kitab vardır. 
Birinci kitab olan “Riq Vеdа”nın əsаs himnlərinin yаrаnmаsını 
е.ə. II minilliyin sоnunа, vаhid vеdаlаr məcmuəsinin tərtibаtını 
е.ə. II-I minilliklərə аid еdirlər. Vedalar əvvəllər kahinlər vasitə-
silə ustad-şagird üslubunda və şifahi şəkildə söylənərək sonrakı 
nəsillərə ötürülürdü. Hindusların inancına görə, bu nəğmələr heç 
bir məxluq, şair təfəkkürünün məhsulu deyil və onlar yalnız qey-
ri-adi bir varlıqdan, vəhydən qaynaqlanır. 
Vedaların ən qədimi və önəmlisi olan “Riq Veda”da (bilik, 
himnləri bilmə) tanrılara 1028 nəğmə (himn, ilahi) həsr olunmuş-
dur. “Riq Veda”nın himnləri müdriklərin (rişi) vasitəsi ilə atadan 
oğula, müəllimdən şagirdə, qocadan gəncə ötürülür. İlahilər on 
kitaba (Mandala) ayrılır. Ən uzun olanı 191 ilahidən ibarət birinci 
və 43 ilahidən ibarət olan onuncudur. “Riq Vеda”nın digərlərin-
dən fərqi onun yüksək səslə oxunması və burada olan şükr, arzu 
və bəddua tərzindəki duaları əhatə еtməsidir. Bu nəğmələr ən çox 
Veda dövrünün tanrıları İndra, sonra Aqni və daha sonra isə Va-


Bəhmən Əliyev-Ayvazalı
10
runaya ünvanlanır. Hinduslar müasir dövrdə də veda nəğmələrini 
sübh və axşam çağları, toy mərasimlərində xeyir-dua məqsədi ilə 
oxuyurlar.
Tanrılara ibadət və onlara nəzir-niyaz etmək üçün lazım olan 
dua və ilahilərdən təşkil olunmuş “Sama Veda” nəğmə oxumaq 
anlamına gəlir. Qurban əsnasında söylənən, yüksək səslə oxunan 
ilahilər “Riq Veda”dan götürülmüşdür. 
 “Yacur Veda”da Riq Veda nəğmələrinin bir çoxunun məz-
munu əks olunmuşdur. Bu kitab qurbanlıq mərasimlərində təkrar-
lanan zikrlərdən ibarətdir. Hər iki veda Riq Vedadan sonra yaran-
mışdır.
“Asarva Veda” (Acur Veda və ya Atharve Veda) vedaların 
dördüncü və sonuncu kitabıdır. E.ə VII-VI əsrlərə aid olan “At-
harve Veda” digər üç kitabla müqayisədə fərqli üsluba malikdir. 
730 himndən ibarət olan kitab sehr və cadugərlik məsələlərində 
şər qüvvələrinə qələbə çalmaq məqsədi ilə yazılmış müxtəlif ma-
gik nəğmələr toplusundan ibarətdir. 
Bu dörd vedadan hər biri öz növbəsində iki müstəqil hissəyə- 
“Samhita”  və  “Brahmana”ya  bölünür.  “Samhita”  dedikdə, 
müxtəlif mərasimlərdə, xüsusilə qurbanlıq mərasimlərində veda 
kahinləri  tərəfindən  oxunan  nəğmələr  toplusu  nəzərdə  tutulur. 
Qurbanlıq mərasimlərində adətən əsas aparıcı kahin olan “brah-
man” əvvəlcə “Asarva Veda”dan bir parçanı oxuyur, sonra “hu-
teri” adlı başqa kahin Riq Vedadan müəyyən nəğmələri ifa edir. 
Bundan sonra, üçüncü kahin, yəni “adqateri” Sama Vedadan bəzi 
nəğmələri əzbərdən deyir, dördüncü kahin “adhuvariyu” qurban-
lıq hədiyyələri oda qurban edərək “Yacur Veda”dan dualar oxu-
yur və ibadət mərasimi sona çatır.
  “Brahmana”  veda  kahinlərinin  dua  və  qurbanlıq  mərasi-
minin keçirilməsi ilə əlaqədar şərh və söhbətlər toplusudur. Dini 
göstəriş və hökmlər, dini başçıların borc və vəzifələri, hökmlərin, 
duaların,  qurbanlıq  mərasimində  oxunan  nəğmələrin  mənaları 


Hindistan etnoqrafiyası
11
“Brahmana” söhbətlərinin əksəriyyətini təşkil edir. Brahmana iki 
ümumi hissədən- “Aranyaka” və “Upanişad”dan ibarətdir. 
“Aranyakalar” bəzən “meşə kitabları” adı ilə məşhurdur və 
meşələrdə asketik həyat tərzi keçirən tərki-dünya zahidlərə həsr 
olunmuşdur. “Upanişad”lar (Vedanta) vedaların son hissələri he-
sab olunur, nəfsini saflaşdıranlar üçün nəzərdə tutulur. 
“Upanişad” sözü üç hissədən ibarətdir: “upa” - yaxın, “ni” - 
aşağı, “şad” isə oturmaq mənasını daşıyır. Müəllimlərin (“quru”) 
dizi yanında oturan şagird anlamına gəlir. Şeir və nəsr şəklində 
olan  “Upanişadlar”  brahmanizmin  əsas  istiqaməti  və  vedanın 
ən  mühüm  təfsirlərindən  biri  sayılır.  “Aranyaka”  (aryanka)  və 
“Upanişadlar” nəticə etibarı ilə brahmanizmin formalaşmasına 
gətirib  çıxarmışdır.  Bu  dəyişikliyin  mühüm  xüsusiyyətlərindən 
birini tanrılara sitayişdə ruhani başçıların və kahinlərin rollarının 
azalması, brahmanların rolunun güclənməsi ilə xarakterizə etmək 
olar. 
“Vedanta”  yəni,  “Vedaların  sonu”  adlandırılan  “Upanişad 
Vedanta” vedaların daxili mahiyyətini açıqlayır və insanları za-
hiri yayınmalara deyil, mənəvi böyüklüyə və batini məzmunlara 
diqqət yetirməyə çağırır. Bu kitab Baburşahlar zamanı, Şah Ca-
hanın oğlu Daraşukuhun zamanında fars dilinə tərcümə olunmuş, 
onu “Böyük sirr” adlandırmışlar. Avropalı tədqiqatçıların Upa-
nişadla ilk tanışlığı da elə bu kitabın köməkliyilə baş tutmuşdur .
Sual və tapşırıqlar:
1.“Sanatana dharma” nə deməkdir?
2. Dörd Veda-Riq Veda, Yacur Veda, Sama Veda və Atharva 
Veda haqqında təqdimat hazırla.
3. Şrutilər, Smiritilər, İtihasalar, Puranalar, Aqamalar, Dar-
şanalar.
4. Nyaya, Vayşeşika, Samkhya (Sankya), Yoqa, Mimansa, Ve-
danta kimi dini-fəlsəfi məktəblər haqqında danış.


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə