Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə4/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   2   3   4   5   6   7   8   9   ...   74

Bəhmən Əliyev-Ayvazalı
12
1.1.2. Brahmanizm dönəmi
Miladdan əvvəl XI-VIII əsrlərdə brahmanlar (dini xadimlər) 
veda dinində dəyişikliklər etdilər. Bu təlimin ardıcılları özlərini 
xilas etmək və tanrılarının güclənməsi üçün çoxsaylı tanrılara si-
tayişdən, onlara qurban verməkdən üz döndərərək bütün əşyaların 
vəhdətinə inam yaratmağa meyl etdilər. E.ə.X əsrdə qurbanvermə 
mərasiminin dərkində, qurbanvermənin mahiyyəti ilə bağlı təsəv-
vürlərdə dəyişikliklər baş verdi. 
Müqəddəs mətnlərin dəqiq məzmununu bilən ruhanilər yara-
danın bütöv konsepsiyasını formalaşdırdılar, sonradan bu “Brah-
ma” adlandırılmağa başladı. Həmin konsepsiyaya görə, “Brah-
ma”  özü  dünyanın  yaranmasına  qədər  digər  tanrılara  qurban 
edildi və onun bədənindən kainat yarandı. Beləliklə, qurbanver-
mə aktı həmin ilk qurbanvermənin təkrarı, yenilənməsidir. Əgər 
qurbanvermə müntəzəm şəkildə həyata keçirilməsə, inkişaf daya-
nar, kainatın sonu çatar, yenidən xaos başlayar. Ruhanilər sülhü 
qoruyan,  saxlayan, düşməni  marasimlər,  cadular yolu  ilə məhv 
etməyin yollarını bilən, ən əsası isə hökmdarlardan da qüdrətli 
insanlara  çevrildilər.  Bu  şəkildə  hind  cəmiyyətində  ruhanilərin 
üstün qüvvəyə çevrildiyi dövr başladıVeda dövrü öz yerini brah-
manizm mərhələsinə verdi.
Dini təlim olaraq, “Dharma Sutra” və “Dharma Şastra”da ək-
sini tapan brahmanizmin təşəkkül tapdığı dövrdə ikinci dəyişiklik 
isə “varna” sisteminin formalaşmasıdır. Bu quruluşda brahmanlar 
ən yüksək ictimai mövqeyə sahib oldular. Brahmanizmdə veda 
kitablarının əvvəlki dəyərini saxlamasına baxmayaraq, əsas me-
yar “Brahmana”, “Aranyaka” və “Upanişad”lar idi. Ümumiy-
yətlə, brahmanizmin batini, ruhani həqiqətləri müqəddəs kitablar 
sayılan “Vedalar” və “Upanişadlar”da, xarici kult isə “Purana-
lar”da əksini tapmışdır.


Hindistan etnoqrafiyası
13
Brahmanizm dövründə insan və insanın taleyi haqqında yeni 
təsəvvürlər yaranmışdı. Ruhun köçü, yenidən doğulma ideyaları 
indiki həyatda insanın əməllərinin sonrakı həyatda əksini tapaca-
ğı haqqında karma təsəvvürünü möhkəmləndirdi. Bu məntiq hər 
bir kəsin cəmiyyətdə tutduğu statusu özünəməxsus şəkildə əsas-
landırırdı.  Brahmanizmin  inkişafı  Hindistanın  şərqində  arilərin 
siyasi təsirinin artmasında özünü göstərirdi.
Brahmanizm  dövründə  varna  sistemində  “iki  dəfə  doğul-
ma” anlayışı və iki dəfə doğulanların, yəni “aşram”ların həyat-
larının 4 mərhələsi (“brahmaçarin”, “qrihastha”, “vanaprast-
ha”, “sanyasi”) haqqında təsəvvür yaranmışdır.
 Brahmanizm mərhələsi cəmiyyətdə gedən sosial-siyasi pro-
seslərlə  sıx  bağlı  idi,  baş  verən  dəyişiklərin  müəyyən  detalları 
“Mahabharata” və “Ramayana” eposlarından məlumdur. Nə qə-
dər mifik sayılsa da, ən azı e.ə. IX əsrə aid olan “Mahabharata” 
dastanında Brahma nəsilləri (Kauravlar və Pandavlar) arasındakı 
döyüşlər, “Ramayana” dastanında Ramanın Lankaya hücumu və 
s. Şimali Hindistandakı tarixi gedişat (ari-dravid münasibətləri) 
barədə təsəvvür yaradır. 
Delhi  yaxınlığındakı  Hastinapurda  aparılmış  arxeoloji  tə-
dqiqatlara əsasən həmin dövrün müxtəlif hadisələrilə bağlı ehti-
mallar irəli sürülür. Belə hadisələrdən biri Kurukşetredə baş ver-
miş döyüşdür. Tarixi mənbələr həmin döyüş haqqında məlumat 
vermir, amma “Mahabharata” eposunda döyüş barədə şişirdilmiş 
də olsa təsvir vardır. Bu döyüş e.ə.IX əsrdə Kuru tayfaları ara-
sında müharibələrin bir hissəsi olmuşdur. Həmin dövrədək arilər 
Koşala və Kaşi (müasir Varanasi şəhəri, əvvəl Benares adlanırdı) 
ərazilərində dövlət yaratmışdılar. Ehtimal olunur ki, “Ramayana” 
eposunun  qəhrəmanı  Rama  Koşalanın  hökmdarı  idi.  Lakin  bir 
fakt dəqiq məlumdur ki, onun qohumu Canaka Videhinin hökm-
darı, yəni real tarixi şəxs olmuşdur. Qanq çayının sağ sahilində 
isə arilərin hələ ələ keçirə bilmədikləri Maqadha, Camna çayı ilə 
Benqal körfəzi arasında bir neçə kiçik dövlət mövcud idi.


Bəhmən Əliyev-Ayvazalı
14
Kurilər yerli qeyri-ari tayfalarıni-“mleççhi”ləri özlərinə tabe 
etdilər, “yadlar” onlarla Kuru-Kaurav adlanan tayfa ittifaqını ya-
ratdılar.“Mahabharata”dan məlumdur ki, şimal tayfaları olan Ka-
uravlar  və  Pandavlar  arasında  uzun  sürən  müharibələr  olmuş, 
Ponçala və Kuru dövlətləri öz təsirlərini itirmiş, siyasi arenada 
kiçik dövlətlər yaranmışdır. Paytaxt Ayodha və Şravasti olmaqla 
Koşala  dövləti,  paytaxt Varanasi  olmaqla  Kaşi  dövləti,  paytaxt 
Qirivraca olmaqla (sonra Racaqiriha, müasir Racqir şəhəri), Bi-
harın cənubunda Maqadha dövləti, paytaxt Mithil şəhəri olmaqla 
Videha dövləti, paytaxt Ucayani olmaqla Avanti dövləti yarandı. 
Beləliklə, 3 əsas ərazi mövcud idi: Brahmavarta və ya Aryavar-
ta-arilərin  ölkəsi  və  ya  Şimal  ölkəsi,  Madhyadeşa-Orta  ölkə, 
Dakşinapatha-Cənub  ölkəsi.
Brahmanlar nicat və qurtuluşa aləmin həqiqət və ruhuna qo-
vuşmaqla müyəssər ola biləcəklərini düşünürdülər. Veda təlimin-
də əyani olaraq keçirilən qurbanlıq mərasimi brahmanizmdə öz 
yerini batini mərasimə vermişdir. 
Brahmanizmin  əsas  ideoloji  prinsipləri  1)  “Brahmana 
etiqad”,  2)  “Atmana  etiqad”,  3)  “Karma”,  4)  “Sansara”,  5) 
“Mokşa”  (nicat  yolu)  idi.  Bu  etiqada  görə,  Brahman,  yaxud 
Brahma tanrısı varlığın özü, həqiqəti, başlanğıcı və sonudur. O, 
əbədi və həmişəlikdir, hər yerdə vardır, onun vücudunda səma və 
yer, maddi və ya qeyri-maddi olmasından asılı olmayaraq dünya-
nın  bütün  varlıqları  əhatə  olunmuşdur. 
“Upanişad”da tanrı Brahma belə təqdim olunur: “ - Odur fə-
naya uğramayan əbədi tanrı! Elmli, hər yerdə olan və dünya-
nın gözətçisi! Odur varlıq aləminin hökm verəni!”. “Upanişa-
d”ın başqa bir yerində tanrı Brahmanın xüsusiyyətləri barədə 
deyilir: “ - O həm sabitdir, həm də səyyar, həm uzaqdır, həm 
də yaxın... O şimalda, cənubda hər yerdədir. Bütün çaylar oke-
anlardan qaynaqlanıb yenidən ona qayıtdığı kimi, hər bir şey 
Brahmandan yaranır və ona qayıdır”. 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə