Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə6/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   2   3   4   5   6   7   8   9   ...   74

Bəhmən Əliyev-Ayvazalı
18
“Riq  Veda”da  “Puruşa”nın  kainatı  yaratması  bu  şəkildə 
açıqlanır: “Sonra onun ağzı (brahman – kainatın xaliqi) “brah-
mana” çevrildi. Onun biləkləri “kşatrya”, budları isə “vayşa” 
oldu və “şudra” onun ayaqlarından yarandı”.
Brahmanlara görə, hər fərdin “varna”sı “karma” və “sam-
sara” (sansara) əsasında təyin olunur. İnsan ruhu əvvəlki həyat-
da özünün yaxşı və ya pis əməllərinə əsasən öldükdən sonra aşa-
ğı, yaxud yuxarı təbəqədən olan bir insana, heyvana keçib yeni 
həyatına başlayır. Daha üstün məqam və mövqe istəyən şəxslərin 
çarəsi bundadır ki, “varna” qanunlarına qeydsiz-şərtsiz təslim ol-
sun, ona tapşırılan vəzifəni yerinə yetirməklə “karma”ya əməl et-
sin. Yalnız bununla gələcək həyatlarını yüksək “varna”da başlaya 
bilərlər. Çirkin əməllər və brahma qanunlarına itaətsizlik insanı 
öz  təbəqəsindən  aşağı  endirə  və  yeni  həyatda  daha  aşağı  “var-
na”dan olan fərdin cismində yerləşdirə bilər. “Paryaların” aşağı 
məqamda  olmalarının  səbəbi  budur  ki,  onların  çirkin  əməlləri, 
brahman qanunlarından çıxmağa səy göstərmələri öz məqam və 
mövqelərindən aşağı enmələrinə səbəb olmuş və onlar ən ağır iş-
ləri görməyə məhkum olunmuşlar.
“Varna” sistemində ilk üç təbəqə arilər idi. Bu sistemdə aşa-
ğı “varna” ilə ailə qurmaq qadağan edilmişdi və xoşagəlməz hal 
sayılırdı. Hətta onlarla oturub-durmaq, bir süfrə başında çörək 
yemək yasaqlanmışdı. “Varna”ya görə, hər bir şəxs öz təbəqəsin-
dən olan insanlarla əlaqə yaratmalı və ya ailə qurmalıdır. Hamı 
öz ata-babalarının həmin təbəqədəki işini davam etdirməli, öz tə-
bəqəsindən çıxmamalıdır və başqa iş seçmək haqqına sahib deyil. 
Brahmanizm  və  hinduizmdə  əksini  tapan,  “karma”  prin-
sipinə əsaslanan rеinkarnasiya ruhun bir bədəndən başqa bə-
dənə kеçməsidir. Bеlə bir inancla ölümdən sonra yaşamaq, ruhun 
bədəndən ayrılması fikri yaranmışdır. Hinduizmə görə insan sonu 
olmayan silsilə zəncirin içərisindədir və ölüm qorxu vasitəsi dе-
yil, bir haldan başqa hala kеçməkdir. Əgər yaxşı əməl еdərsənsə, 


Hindistan etnoqrafiyası
19
gələcəkdəki həyatını zəmanət altına alırsan. Yox, əgər günahla-
rı varsa, bitki və ya hеyvan olaraq yеnidən həyata qayıtmaqdan 
qorxmalısan. Hətta olduğu “varna” da onun günahına görədir. 
“Manu qanunları”nda (e.ə III-II əsrlər) “varna” üzvlərinin 
vəzifələri,  təbəqələrlə  əlaqədar  müəyyən  şərh  və  izahlar  bəyan 
olunmuşdur: “Brahmanların vəzifəsi budur ki, vedaları öyrət-
sinlər. Camaatın qurbanlıqlarını tanrıların dərgahına hədiyyə 
etsinlər, onlardan qeyrisinin vasitəsi ilə qurbanlar qəbul olun-
maz. Brahmanlara bütün tanrılar hörmət edir və buna görə də 
yüksək məqam sahibidirlər. Brahman heç bir günaha batmaz, 
hətta bütün insanları öldürsə belə cəzalandırılmayacaq. Hətta 
ehtiyacdan ölüm ayağında olsalar belə, hökmdarların brahma-
na vergi qoyması qadağandır”. Ümumiyyətlə, brahman övladları 
7 yaşından, kşatri övladları 9 yaşından, vayşi övladları 11 yaşın-
dan  vedaları,  dini  bilikləri  öyrənə  bilərdilər.  “Manu  qanunla-
rı”nda “kşatri” döyüşçü varnası barədə deyilir: “Yalnız bunların 
rəhbər, padşah, qazi və ya hakim olmağa səlahiyyətləri vardır. 
Onlar hərbi işlərdən başqa bir xidmətlə, hətta dinc şəraitdə olsa 
belə, məşğul olmamalıdırlar”
“Vayşılər” (vayşalar) barədə belə yazılır: “Yalnız öz təbəqələ-
rindən  özlərinə  həyat  yoldaşı  seçmək  onlara  vacibdir.  Ticarət 
qanunlarını,  əkinçilik  və  bağbanlıq  qaydalarını  öyrənmək  isə 
“vayşilər”ə vacibdir. Onlar müxtəlif xalqların dillərindən, ba-
zarlardakı qiymətlərdən xəbərdar olmalıdırlar”
Qanunlarda şudralara da münasibət bildirilir: “Onlara brah-
manların  əmrlərini  yerinə  yetirmək  vacibdir. Yalnız  bu  halda 
sonrakı həyatda daha yaxşı məqama çata biləcəklərinə ümidvar 
ola bilərlər. Onların sərvət toplamaları düzgün deyildir. Çünki 
belə olan halda brahmanlar əziyyət çəkə bilərlər. Əgər şudra 
təbəqəsindən bir şəxs özünü daha yüksək təbəqədən olan fərd-
lə bərabər hesab edərsə sürgün edilməli və kürəyinə dağ basıl-
malıdır. Əgər özündən yuxarı təbəqələrə mənsub olan bir şəxsə 


Bəhmən Əliyev-Ayvazalı
20
əl qaldırarsa, əli kəsilməlidir; təhqir edərsə, ayağı kəsilməlidir. 
Həyasızlığı son həddə çatarsa, brahmanın rəyi ilə onun ağzına 
və qulağına qaynar yağ tökmək hökmdara vacibdir”.
Dörd  “varna”dan  əlavə,  Hindistan  cəmiyyətində  insani,  ic-
timai  hüquqlardan  məhrum  olan  “paryalar”  (“toxunulmazlar”) 
var idi. Paryalara ictimai və sinfi quruluşda onlara yer verilmirdi. 
Paryalara arilərin tanrılarına sitayiş etməyə icazə verilmirdi. Bu 
ayrı-seçkiliklər paryaları tədricən animizm, totemizm və s. ibtidai 
dinlərə  yönəltmişdir. 
Sual və tapşırıqlar:
1. “Brahma” inancı nədir?
2. “Brahmanizmin ruhani həqiqətləri-“Vedalar” və “Upani-
şadlar”da əksini tapır”-cümləsini izah edin.
3. “Puranalar”anlayışını izah edin.
4.Brahmanizmin əsas ideoloji prinsipləri:Brahmana etiqad, 
atmana etiqad, karma, tənasüh, mokşa haqqında təqdimat hazır-
layın.
5.  Brahmanizmdə  “varna”  sisteminin  formalaşması  mər-
hələləri  haqqında  danışın.
1.1.3. Hinduizm dini təlimi
Hinduizmin təməlində “Brahma” (mütləq varlıq) inancı du-
rur. Tanrı Brahmanın dünyanı yaratdığı düşünülür. Tanrı Şiva və 
Vişnu isə Brahmadan sonra gəlir. Hinduizmdə Kaylasa, Himalay 
dağları, Qanq-Yamuha çayları müqəddəs sayılır. Tanrı-xilaskarla-
ra ibadət əsasında çoxsaylı dini icmalar yaranır, onların başında 
müqəddəs müəllimlər (quru) durur.
Hinduizm “Sanatana dharma” prinsipini qəbul edir, bu prin-
sipə  görə  hinduizm  dini,  əzəli  və  əbədidir.  Çünkü  yalnız Tanrı 
gerçəkdir və Tanrı əzəli və əbədidir. Hər şeyi əhatə edən bu ən 
uca gerçəklik, kainatin təsirli və maddi səbəbidir. İnsan ruhu tan-


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə