Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə7/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   2   3   4   5   6   7   8   9   10   ...   74

Hindistan etnoqrafiyası
21
rısaldır və bütün kainat ən uca ruhun görüntüsüdür. “Tanrı bizim 
içimizdədir, fəqət bizim cəhalətimiz üzündən hər kəs öz dininə 
sahibdir.  Bundan  dolayı,  insanın  dininə  “Manava  Dharma” 
deyilir. Bu “Manava dharma”, “Sanatana dharma” və ya əzə-
li-əbədi dindir. Bir hinduist öz dinindən uzaqlaşa bilər, fəqət o, 
“Manava dharma”nı tərk edə bilməz. “Sanatana dharma” və 
ya hinduizm bir ehkam və ya kredoya inanmaz, ancaq o, ruhi 
açılma sayəsində Tanrı bilincinə (şüuruna) çatmağa inanır. Bu, 
Tanrıya çatmaq (giriş) və tanrı olmaqdır. Bu, mutləq Brahman 
olmaqdır.  Hinduizm,  əzəli  və  əbədidir,  çünkü;  dinin  mərkəzi 
oxu olan Tanrı əzəli və əbədidir”.
Hinduizm və ya Vedanta ehkamlar və ya kredolarla ilgilənmir, 
ancaq məntiq və səbəb yoluyla ruhun gerçək təbiətini açıqlayır. 
Upanişadlarda bu ruhun, yəni “atman”ın hər şeyi eşidə bildiyi, 
reaksiya verdiyi və anladığı vurğulanır. Bu ruh elmi ruhun vücud-
dan ayrı var olub-olmayacağı, indiki doğumdan öncə var olub-ol-
madığı kimi problemləri müzakirə edir. O, azaddır, azad deyil, 
məhduddur? Beləcə, o, ruhun ölümsüzlüyü, arzunun özgürlüyü 
və köləliyi, karma qanunu və s. mövzularla maraqlanır. Vedanta 
dini təliminə ruh elmi (bilimi) deyilir. Modern elmi ehkamlarla 
maraqlanmır, insan və ya kitaba inanmaq üzərində israr etmir, an-
caq tamamən doğrunu araşdırmağa yönəldir və təbiətın gerçəklə-
rini, kainatin fenomenini idarə edən qanunları kəşf etməyə çalışır. 
Vedanta fəlsəfəsi “Şivatmas” adlanan fərdi ruhların çoxluğunu 
qəbul edir və onları ən uca ruhdan ayırır. 
Upanişadlar  gerçək  ruh  və  görünüşdəki  ruh  şəklində  iki 
ruh olduğunu bildirir. Gerçək ruh dünyaya bağlı deyil, o, vücud-
suz və şəkilsizdir, acı və sevincin ötəsindədir, amma görünüşdəki 
ruh dünyaya bağlıdır, vücudu və şəkli vardır. Özünün yaxşı və ya 
pis əməllərinin nəticəsi olaraq acı və ya sevinç hiss edir. Görünüş-
dəki ruh bu ikilikdən qurtularaq həqiqi ruhda birliyini gerçəkləş-
dirirsə, kədərləri və ya özünə köləliyi ortadan qalxar. Bu iki ruhun 


Bəhmən Əliyev-Ayvazalı
22
birliyi vedik ifadələrdə əks olunmuşdur: “Bu sənin sənətindir”, 
“Bu, Brahmandır”, “Mən Oyam” .
Veda və brahmanizm dövründə təməlləri atılan hinduizmin 
yaranması orta əsrlərə aid edilsə də, bu dini təlim daim inkişaf 
etməkdə, islahatlara məruz qalmaqdadır. Buddizmin, caynizmin 
qarşısını almaq üçün vedizm və brahmanizmdə baş verən dəyişik-
liklər sonucda hinduizmin formalaşmasına təkan vermişdir. 
Hinduizm  brahmanizmin  ciddi  rəqibi  olan  buddizmi  köklü 
şəkildə Hindistandan çıxardı, bu dini təlimin bəzi cəhətlərini mə-
nimsədi, caynizmin rolunu zəiflətdi. B.e. ilk əsrlərində xristianla-
rın Hindistana gəlməsi, orta əsrlərdə islamın Hindistan coğrafiya-
sında möhkəmlənməsi, Delhi sultanlığı, Baburşahlar imperiyası, 
Vicayanaqar imperiyası və s. çoxsaylı dövlətlərin yaranması, in-
gilis koloniyası dövrü hinduizmə öz təsirini göstərmişdir. 
Qərb alimlərinin rəyinə görə, “hinduizm” termini “vahid din” 
anlayışına adekvat deyil. “Vişnuizm”, “şivaizm”, “şaktizm” və 
s. kimi hinduizm məzhəbləri əslində ayrıca dini təlim kimi qəbul 
edilməlidir. Bunların hər birinin özünün tanrısı, müqəddəs yazısı, 
ibadət  duaları,  ibadət  formaları,  təlimləri  öyrədən,  yayan  brah-
manları (quru parampara), ardıcılları vardır. 
Hindistanda vişnuizm (“Srivaishnava”, “Pancharatra”, “Rama-
nandi”, Naqa”, “Tyaqi” və s.), şivaizmə (“Dashanami”, “Natha”, 
“Paşupata”,  “Aqhori”  və  s.)  aid  dini  icmalarla  yanaşı,  sinkretik 
(“Smarta”, “Arya Samac”, “Brahma Samac”, “Ramakrişna”, “Vive-
kananda” və s.), missioner quru icmaları (“Sathya Sai Baba”, “Mata 
Amritanandamayi”, “Maharishi Mahesh Yoqi və s.) mövcuddur. 
Hindiuzmin inkişafında hind mütəfəkkiri, filosof, Veda mət-
nlərinin  təfsirçisi,  dini  reformator,  şair  Şankara  xüsusi  rol  oy-
namışdır. O, Upanişadlar əsasında “advayta-vedanta” dini-fəlsəfi 
sistemi yaratmışdır. Bu təlimə görə, tanrı Brahman başlanğıc və 
yeganə varlıqdır, hər şey tanrı Brahmandır, bütün mövcudiyyət 
onda  cəmlənmişdir. 


Hindistan etnoqrafiyası
23
Hindiuzmin  ortaq  qurucusu  yoxdur,  hər  məzhəbin  özünün 
əsas bir kitabı vardır. Məsələn, vişnuitlər tanrılara ibadət zama-
nı  “Bhaqavatapurana”,  şaktianlar  “Devi  Mahatmya”  adlı  dini 
kitabdan istifadə edirlər. Vedalar, Upanişadlar və “Mahabharata” 
dastanının bir hissəsi olan “Bhaqavad Qita” isə bütün hinduist-
lər üçün ortaq müqəddəs kitablardır. Bundan başqa, hindiuzmdə 
“sadharanadharma” adlanan qaydalar vardır, bura şiddətdən uzaq 
qalma- “ahimsa”, doğruluk-dürüstlük -“satya”, “ksanti”, özünə 
hakim  olma-  “dama”,  xeyirxahlıq  -“danam”,  qonaqpərvərlik- 
“ahithi”  və  s.  aiddir.  Bunlar  bütün  hindiustlər  üçün  ortaq  dini 
qaydalardır. “Svahdharma” isə müxtəlif varnaların fərqli görəv-
lərinin  olduğunu  təsdiqləyir.  Məsələn,  kşatrı  varnasına  məxsus 
döyüşçü  müharibə  zamanı  düşməni  öldürməsi  dharma  qanunu 
olduğundan pis iş kimi onun karmasına təsir göstərmir. 
Hinduizmin əksər məzhəb və inanclarına görə əbədi cəhən-
nəm  və  əbədi  lənətlənmə  yoxdur.  Lakin  XIII  əsrdə  vişnuizmin 
“dvaita” icmasını yaratmış Madhvanın təliminə görə, əbədi lənət-
lənmə vardır. Madhva ruhları üç yerə bölmüşdür: mokşaya çata 
bilən  ruhlar  (“Mukti-yoqyas”),  sonsuza  qədər  doğum  və  ölüm 
tsiklində qalan ruhlar (“Nitya-samsarins”), sonsuza qədər lənət-
lənən, acı çəkən və sonsuz cəhənnəmə gedən ruhlar (“Tamo-yoq-
yas”).
Teologiya və fəlsəfələrindəki fərqliliklərə baxmayaraq, hin-
duistlər birgə dua edir, dini mərasim, şənlik keçirirlər, bu müasir 
hindiuzmdə “fərqliliklər içində birlik” adlandırılır. 
Hinduizm  inancının  çoxformalılığı,  çoxtəbəqəli  olması  bu 
dini  təlimin  monoteist  və  ya  politeist  din  olması  barədə  yekun 
rəy  irəli  sürməyə  mane  olur.  Bir  tərəfdən  hindiuizmin  fəlsəfi 
sistemləri  (“Vedanta”,  “Sankhya”,  “Mimansa”  və  s.)  sistemli 
şəkildə monoteizmin, tanrı Brahma inancının üzərində dayanır. 
Hind milli azadlıq hərəkatının ideoloqlarından olan Lacpat Raya 
(1865-1928)  yazırdı  ki,  “Hinduizmin  müqəddəs  kitablarını  və 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə