Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə8/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

Bəhmən Əliyev-Ayvazalı
24
hind ədəbiyyatını tədqiq edən bütün səlahiyyətli və qərəzsiz tə-
dqiqatçıların beynində heç bir şübhə qalmır ki, hinduizmdə mo-
noteizm bir növ ən əzəmətli tipə aiddir”. 
Hind  filosofu  Rancan  Mohapatra  yazır:  “Fəlsəfi  cəhətdən 
hinduizm dualist deyil, dini baxımdan monoteistdir. Hinduizm 
fəlsəfəsi tanrı, ruh və kainatin təməldən dualist olmadığını irəli 
sürür, müəyyən fərqləndirmələr yalnız ad və şəkillər kimi ortaya 
çıxır. Ancaq son gerçəkliyə inanc kimi bütün bu fərqləndirmələr 
cəhalətdən irəli gəlir. Hinduizm çoxsaylı tanrıları qəbul etmə-
sinə baxmayaraq, onları həqiqətdə tək tanrının fərqli təzahür-
ləri sayır. Brahma, Vişnu və Şiva şəklindəki hinduizm üçləməsi, 
yaratma, qoruma və yox etməyi əmrində tutan baş tanrının üç 
təzahürü kimi qəbul edilir. Bununla yanaşı, hindu monoteizmi 
müxtəlif inanç və kultların fərqli tanrılarını inkar etməz, onları 
bir tanrının təzahürləri sayır”.
Brahmaya sitayiş təlimi əsasında monoteizm və 330 (və ya 
milyon) tanrı hinduizmin daxili ziddiyyəti kimi görünsə də, bu 
hal cəmiyyətin özünün mürəkkəb və ziddiyyətli strukturu ilə sıx 
bağlıdır.  Hind  alimi  S.Radhakrişnan  yazır:  “Düşünən  hindus 
tanrıların qarmaqarışıqlığından yüksək varlığın sükutuna doğ-
ru getməyə çalışır, lakin kütlənin gözləri hələ də göylərə zillə-
nib. Hindli üçün kütlələrin politeizmi və yuxarı təbəqələrin tək-
tanrıçılığı eyni təzahür, reallıqdır”.
Hinduizmdə mənəvi və ritual başlanğıc seçilmişlərin və əhali 
kütləsinin inancında fərqliliklərə gətirib çıxarır. Tanrı və insanlar 
arasında vasitəçi ilahi nüfuza malikdir, bu rolda ruhani brahman 
çıxış edir. Son dövrlərədək Vedaların öyrənilməsi və şərhi, upa-
nişadların  izahı  birmənalı  olaraq  brahmanların  səlahiyyətlərinə 
daxil idi, aşağı varnalar bununla məşğul ola bilməzdilər. Müasir 
dövrdə isə vəziyyət köklü surətdə dəyişmişdir. Veda və şruti sa-
yılan bütün əsərlər həm sanskritdə, həm də hind dillərində aşa-
ğı kastaların üzünə açıqdır və hər bir icmanın öz ruhanisi ortaya 


Hindistan etnoqrafiyası
25
çıxmışdır. Lakin əhali kütləsinin dini praktikası ciddi şəkildə də-
yişməmişdir. Onlar üçün inanc mənbəyi olaraq “smiriti”yə aid olu-
nan əsərlər-“Puranalar”, “Mahabharata”, “Ramayana” eposları, 
Krişna haqqında müxtəlif nağıllar (“Krişna kathi”) qalır. Belə he-
sab olunur ki, xalq hinduizmi arilərinin qərbdən şərqə, cənuba doğ-
ru yayılması zamanı formalaşmışdır. Bu prosesdə Veda panteonuna 
33 (və ya 333) tanrı ilə yanaşı, yerli tayfa tanrıları daxil olmuş, əv-
vəlki adları ilə qalsalar da, bir yerə toplanaraq ümumhind xarakteri 
daşımağa başlamışdır. Lakin bu tanrılarla bağlı etnik rəngarənglik 
hələ də qalır. Məsələn, Durqapuca (Durqa tanrısına ibadət) məra-
simini Qərbi Benqaliyada və Hindistanın digər ştatlarında yaşayan 
benqallar payızın sonunda keçirirlər.
Tanrı  Caqannath,  qardaşı  Balabhadra  və  bacısı  Subhad-
ranın döyüş arabası ilə yürüşünü Orissa ştatının Puri şəhərində 
təntənə ilə qeyd edirlər, bu tanrılar oriya xalqının tanrıları sayılır-
lar. Muruqan tanrısına Hindistanın cənubunda yaşayan tamillər 
ibadət  edirlər. 
Onam bayramı Cənubi Hindistandakı Kerala ştatında keçiri-
lir. Fil başlı Qaneş tanrısına Maharaştada ibadət olunur. Bu gün 
Maharaştra hindliləri Qaneş tanrısının onların regional dini ruhu-
nu ifadə etdiyinə inanırlar. Bundan başqa, maharaştralılar Vitho-
be, Mhasobe, Tuldze-Bhavani və s. tanrılara sitayiş edirlər. An-
dhra-Pradeş ştatında yaşayan teluqu xalqının əsas tanrısı isə Ve-
nateşvardır. Ümumiyyətlə, yerli tanrıların ümumi panteonda təm-
sil  olunması  hindiuizmin  elastikliyi,  çevikliyi  sayılır.  Məsələn, 
Durqa Şivanın arvadı, daha dəqiq desək, qadın başlanğıcıdır. 
Caqannath, Vithoba və Venkateşvar isə Vişnu tanrısının hipos-
tazıdır (cəmidir). Qaneş Şiva və Parvatinin oğlu, Khandoba və 
Muruqan Şivanın hipostazıdır. Dravid tanrısı sayılan Şiva qey-
ri-ari tanrısı olsa da, tədricən Veda panteonuna daxil edilmişdir. 
Hindistanın elmi dövriyyəsində Veda ədəbiyyatı, “Purana”, 
“Upanişad”,  epik  poemalara  əsaslanan  tanrılar  panteonu  və 


Bəhmən Əliyev-Ayvazalı
26
ritual praktikası “böyük hinduizm ənənəsi” adlandırılır. Regio-
nal və lokal tanrılarla bağlı kultlar isə “kiçik ənənə” adlandırı-
lır. Bəzən isə “tayfa ənənəsi” fərqləndirilir. 
Dini ənənələr arasında sərhədlər kifayət qədər şərti olsa da 
yerli  və  veda  ənənələri  arasında  bir  təbəqə  yaranmışdır,  müt-
ləq tanrı Brahma öndə olmaqla “trimurti” (hind tanrı üçlüyü) 
formalaşmışdır.  Bu  üç  sifətli  vahid  varlığın  movcudluğunun 
qəbul edilməsi deməkdir. Onlardan Brahma dünyanın yaradı-
cısı, Vişna qoruyucu, Şiva dağıdıcı (yoxedici) kimi çıxış edir. 
Hinduizmdə görə, tanrı əzabvеrici qüdrət, müqəddəs sеvginin 
qaynağı  sayılır.  Bu  dini  təlimdə  üçləmə  tanrı  –  aləm  birliyi 
(pantеizm) olmaqla yanaşı, vedalara əsaslanan təktanrı inan-
cı da vardır. Hindistanda çox az məbəd Brahma tanrısı ilə bağ-
lıdır, o, bir sıra hallarda qırmızı və ya sarı rəngli, dörd əlli, dörd 
qollu  tanrı  kimi  təsvir  olunur.  Brahmanın  arvadı  və  ya  qadın 
başlanğıcı  Sarasvati  sayılır. 
Rancan Mohapatra bildirir: “Hindusların tanrısı hər yerdə və 
hər zaman hazır, hər şeyə gücü yetən, sonsuz, çox mərhəmətli və 
mücərrəd varlıqdır. Onun ruhu bütün kainati əhatə etmişdir. O, 
bütün formaların və adların üstündədir. O, ruhların ruhudur, biz 
onda yaşayır, onun sayəsində varıq, onsuz hiç bir şey mövcud ola 
bilməz. Bizim fərqli tanrılara ibadət etməyimiz zehnimizi, diqqə-
timizi  cəmləşdirmək  və  onların  bizdəki  tanrısal  təbiətinə  sahib 
olmaq üçündür”.
Hinduizmə görə insan 3 ayrı yoldan qurtuluşa gеdə bilər. 
Birincisi əməllər (yəni qurbanlarla bağlı), ikincisi еlm və mə-
rifət (yəni, ilahi həqiqəti tanımaqla), üçüncüsü isə insanın şəxs 
şəklində canlandırılan bir tanrını sеvməsi və özünü ona təslim 
еtməsi ilə olur. Hinduizmdə qurbanlar önəmli yеrdə durur, ən bö-
yük qurbanlıq isə “Soma” qurbanıdır. 
Müxtəlif bütlər çətin qavranılan tanrının xarakterinin, ya da 
tanrısal  enerjinin  simvollarıdır.  Vedanta  bir  çox  tanrıya  ibadəti 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə