Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə9/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   5   6   7   8   9   10   11   12   ...   74

Hindistan etnoqrafiyası
27
əmr etmir, amma ibadət edənlərin istəklərinə görə bir çox şəkil-
də görünən və müxtəlif adlarla çağrılan tək tanrıya ibadəti əmr 
edir. Adsız və şəkilsiz olan uca varlığa, minlərlə ad verilmişdir. 
O, kainatdan kənar deyil, kainatın daxilindədir. O, dualist və qey-
ri-dualist formalarda görünür. O birdir, ancaq görünüşcə çoxdur. 
O, maddidir, mücərrəddir və bunların ötəsindədir.
Hindlilər arasında ən populyar tanrılar Vişnu və Şivadır, bu 
tanrılara daha çox məbəd həsr edilmişdir. Əfsanə və qədim mətn-
lərdə “trimurti” genealoji baxımdan əlaqələndirilir. 
Vişnuizm inancına görə, tanrı Vişnu dünyada fərqli canlıların 
bədənlərində özünü göstərmişdir. Kainat düzəni, yəni “dharma”nın 
bozulduğu və onun xilasına ehtiyac duyulduğu zaman “avatar” şək-
lində “dünyada bədənlənmişdir”. Vişnu tanrısı “avatara” təlimi ilə 
sıx bağlıdır. “Avatara” təliminə görə, tanrı tarixin hər səhifəsində 
müxtəlif şəxsiyyətlərin cildində gələrək insanlara özünü tanıtdırır. 
Pisliyi yox еdir və insanların еhtiyac duyduqları vəzifələri bildirir. 
Bеləliklə, bu prosеs sonsuza qədər davam еdəcək, qurtarıcı tanrı 
Vişnu dünyaya gəlib və müxtəlif şəkillərdə olacaqdır. Onun şəkil-
ləndiyi iki önəmli “avatara” (yəni, şəxs) Rama  Krişnadır. 
Hinduizm Şivanın həqiqiliyini və ya nisbi şəkildə cisimlən-
dirilmiş fərdi qəbul edir. O, ruhun ölümdən sonra yenidən bədən-
lənəcəyini və bunun karma dokrinası tərəfindən yönədildiyini qə-
bul edir. Səbəb-nəticə qanunu üzərində qurulan yenidən doğum 
doktrinası, ruhun təbiətı və ölümdən sonrakı vəziyyəti haqqında 
təsəvvürlər geniş yayılmışdır. İnsan ruhu öz əməllərinə görə bir 
çox doğum və ölüm dairəsi keçirir. Vedalara görə, insan bu həya-
tında öncəki həyatındakı əməllərinin nəticəsi olaraq sıxıntı çəkir. 
Hinduizm  karmanı  iki  hissəyə  ayırır:  1.  Hələ  meyvə  ver-
məyə  başlamayanlar,  yəni,  “Ararabdha  karma”;  2.  Meyvə 
verməyə  başlayanlar,  yəni  “Prarabdha  karma”.  “Ararabdha” 
karma da təkrarən iki qrupa ayrılır: a) Keçmiş həyatdan topla-
nanlar (“Sanchita karma), b) Bu həyatda bir arada toplanan-


Bəhmən Əliyev-Ayvazalı
28
lar, yəni “Kriyamana və ya “Sanchayamana karma”. Bir ruh 
işlərinin  yaxşı  və  ya  pisliyinə  bağlı  olarak  aşağı  və  ya  yüksək 
varnada təkrar-təkrar doğular. Yalnız qurtulmuş ruh təkrarən heç 
bir  fiziki  formaya  girməz.
“Hind tanrı üçlüyü” daim bir-birinə bağlı varlıqdır, hər bir 
elementin  öz  əhəmiyyəti,  təyinatı  vardır.  Görünür,  hinduizmdə 
təsəvvürlərin  elastikliyi  ikili  rol  oynamışdır:  bir  tərəfdən,  yerli 
tanrılar hinduizm panteonuna daxil edilmiş, brahmanların şərhi 
ilə hinduizmin parçalanmasının, bir-biri ilə rəqabət aparan dinlərə 
çevrilməsinin  qarşısını  almışdır. 
Hinduizmin  müqəddəs  kitabı  “Baqava-Qitanın  (“Bhaqa-
vata-Gita”) fəlsəfəsi “Baqava-Qita”, karma, cnana və bhaktinin 
sintezini yaradır.  “Baqava-Qita”  hindular  arasında  çox  popul-
yardır, “Mahabharata” dastanındakı “Bhishma-parva” hissəsi-
nin bir bölümüdür. 
“Bhaqavata-Qita”  (“İlahi  nəğmə”  )  əsəri  Bharata  nəsillə-
rindən olan Pandav və Kaurav ailələri arasında döyüşdən əvvəl 
Pandav  qoşununun  sərkərdəsi  Arcunanın  bu  qardaş  qırğınının 
düzgün olub-olmaması haqqında şübhələri ilə başlayır. Arcuna-
nın şübhələrini və tərəddüdlərini tanrı Krişna aradan qaldırır, o 
bildirir ki, ədalətli döyüşdə əl titrəməməlidir. Krişnanın nəsihət 
və göstərişləri “Bhaqavat-Qita”nın əsas məzmunudur, onun mü-
lahizələrinin nəzəri əsasını monist, teist sankhayalar təşkil edir, 
bunlar da etik-sosial baxışları ifadə edir. Krişna həyatın məna-
sını tanrını dərk etməkdə görür, özünü tanrı kimi təqdim edir. 
Tanrını  dərketmə  üsullarından  biri  ona  sədaqətli  məhəbbət 
bəsləməkdən ibarətdir. İnsanın sevən ürəyi olmalıdır, ürəyi va-
sitəsilə biliyə sahib olmağa, çətinlikləri keçib tanrını dərk etməyə 
qabildir. Tanrıya məhəbbət göstərən və onu dərk edənlərə həyatda 
xüsusi  imtiyazlar  verilir.
Populyar hinduizmin fəlsəfi təməlləri sayılan “Bhaqava-Qi-
ta” tanrını ən uca səbəb və bu kainatı davam etdirmə yeri sayır. 


Hindistan etnoqrafiyası
29
İşvara və Brahman tanrını tanımlamaq üçün istifadə olunan ad-
lardır. Bununla yanaşı, Sri Krişnanın tez-tez özünü tanrı ilə ta-
nımladığı məlumdur. Onun “para prakriti” və “apara prakriti” 
şəklində iki prakriti və ya təbiəti vardı. Birincisi “civa”ları və ya 
yaşayanları, digəri isə “sattva”, “rajas” və “tamas” şəklindəki 
üç ünsuru əhatə edir. “Civa”lar onun parçası və ya “amsha” kimi 
təsvir  olunur.  Onlar  gerçək  atman,  yəni,  doğulmayan,  ölməyən 
və sonsuzdurlar. Onlar, bir adamın yaxşı paltarlarını geyinib köh-
nələri çıxardıqları kimi vücudu (bədəni) geyinir və çıxarırlar. Vü-
cudları  “kşetras”  və  ya  “tarla”  adlandırırlar;  çünkü,  əməllərin 
meyvələri bədəndə biçilir. Təməl olaraq atman olan civalar özlə-
rini “kşetras” termini ilə tanıdır, bundan dolayı, doğum, xəstəlik, 
yaşlılıq və ölümün izdırabını çəkərlər.
Qitanın üç yolu vardır: Birincisi, bilgi yoludur. İkinci fəa-
liyyət zamanı toplumun barışı üçün çalışmaq olan “nishkama 
karma”dır. Üçüncü itaətkar şəxs “Civa”ya və ya tanrıya doğru 
şiddətli eşq və ya istəyi yaradır. Dindar şəxs “cnana”, “karma” və 
“bhakti” şəklindəki üç ünsür içərisində mənəvi (spiritual) həyata 
qoşulur.  Qita  istəklərimizin  nizamı  “Karma  Yoqa”nı;  həyəcan-
larımızın nizamı olan “Bhakti Yoqa”nı; “Cnana Yoqa” vasitə-
siylə həyəcanlarımızın nizamını əhatə edən bir bütünlük olaraq 
yoqanı və ya mənəvi (spiritual) həyatı təqdim edir. Bu üç nizam 
bölünmüş və ya biri digərindən izolə edilmiş ola bilməz. “Kar-
ma-yoqa”da  bhaktinin  bir  elementi  vardır.  Bir  “karma-yoqa” 
daim tanrının xidmətçisi olduğunu hiss edir. Bhaktisiz hiç bir 
işi yerinə yetirmək mümkün deyil. Bir “karma-yoqa” tanrının 
əlində vasitədir. O, bütün fəaliyyətini, onların nəticələrini tanrı-
ya təslim edər. Bhakti “karma-yoqa”nın özüdür, bhakti tanrıya 
qeyd-şərtsiz itaətdir. Qita gerçək bağlılığın daima, bir tərəfdən 
“karma-yoqa”, digər tərəfdən, “cnana-yoqa” yoluyla nizamlan-
dığını (balanslaşdığını) bildirir. Bhakti əsla kor deyil, o, tanrı-
nın ağıllı eşqidir. Bilgi yolunda məqsəd isə dünyanın bir illüzi-


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə