Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə58/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   54   55   56   57   58   59   60   61   ...   74

Bəhmən Əliyev-Ayvazalı
176
da bihar dilinin üç dialekti (bhroçpuri, maythili, maqadhi), Racas-
tanda racastani dilinin bir sıra dialektləri yayılmışdır. 
Hind-ari  dillərinə  Qucaratın  qucarati  və  pars,  Şri-Lankanın 
sinqal, Maharaştranın marathi, Qoanın kankani, Mərkəzi Hindis-
tanın bhil, tharu, khandeşi, Pəncabın pəncabi, cati, avani, khokha-
ri, eləcə də sindhi, nepali (qurkhi), kumakoni, qarhvali, Mərkəzi 
Himalayın pahari dilləri aiddir. Kəşmiri, doqri, şina, kho, kohis-
tan, Cammu-Kəşmirin Nuristan dilləri xüsusi qrup təşkil edirlər. 
Hind ari dillərinə Maldiv adalarının divehi dili, eləcə də qaraçı 
dili aiddir. 
Hindilər dini baxımdan əsasən hinduizmə sitayiş edirlər, bu 
xalqın qədim mədəniyyət mərkəzləri Delhi, Lakhnau, Aqra, Alla-
habad, Varanasi sayılır.
Tarixən hindilər kənd təsərrüfatı (taxılçılıq, çəltikçilik, pam-
bıqçılıq, şəkər çuğunduru) ilə məşğul olmuşdur. XX əsrin ikincı 
yarısından bu bölgədə sənaye sürətlə inkişaf edir, Bihar, Madh-
ya-Pradeşdə sənayedə işləyənlərin sayı sürətlə artır. Əsasən, hin-
dilərin yaşadığı Simal - Mərkəz Hindistan makrorayonu - böyük 
Qanq düzənliyində yerləşir, Uttar Pradeş ştatını əhatə edir. Buğ-
da, şəkər qamışı, paxlalı və yağlı bitkilər, kartof, manqo, banan 
becərilir, maldarlıq inkişaf etmişdir. Bu makrorayona nəhəng hid-
rotexniki qovşaq, Aliqarx Naror atom-sənaye kompleksi olmaqla 
Kanpur, Aqra, Varanasi, Allahabad, Lakhnau və Delhi səhərlərinə 
malikdir. Mərkəz makrorayonuna daxil olan Madhya Pradeş ştatı 
zəngin təbii sərvətlərə, çəltik, buğda, qarğıdalı, paxlalılar, pambıq 
becərilməsinə, yeyinti, tikinti, ağac emalı, metal emalı sahələrinə, 
Bhilai metallurgiya kombinatına malikdir. 
Benqallar əsasən Qərbi Benqaliyada və Banqladeş Respub-
likasında yaşayırlar, ümumi sayları 225 milyon nəfərə yaxındır. 
Banqladeşdə 130 milyon, Hindistanda 95 milyon benqal yaşayır, 
müxtəlif  dövrlərdə  Nepal,  Butan,  Sinqapur, ABŞ,  Kanada,  Bö-
yük Britaniya və başqa ölkələrdə də məskunlaşmışlar. “Banqa” 


Hindistan etnoqrafiyası
177
etnonimi vedalarda əksini tapan, Hindistanın şərqində, Qanq çayı 
vadisində mövcud olmuş Banqa dövlətinin adı ilə bağlıdır. 
Benqal (benqal dilində Banqla) xalqı Qanq vadisində, Qanq 
və Brahmaputra çaylarının deltasında yaşayırlar. Qədimdə bu əra-
zilər Anqa, Vanqa, Qauda adı ilə tanınmışdır. 
E.ə.  I  minillikdə  benqalların  etnik  ərazisində  caynizm  və 
buddizm dinləri yayılmışdır. Benqal xalqının etnik tarixi çoxsaylı 
heterogen qrupların qarışması, konsolidasiyası ilə zəngindir. Bu 
ərazi  X-XII  əsrlərdən  Benqal  adlandırılmağa  başlamışdır. 
VIII-XIII əsrlərdə benqal dövlətçiliyi mövcud olmuşdur. XIII 
əsrdə bura Delhi sultanlığının nəzarəti altına düşmüş, XIV əsrdə 
müstəqil dövlət olmuşdur. Buddizmin inkişaf etdiyi, böyük mə-
bədlərin  fəaliyyət  göstərdiyi  Pali  dövləti  XV  əsrədək  yaşamış-
dır. 1575-ci ildə Böyük Baburşahların hakimiyyəti altına keçən 
benqallar  XVIII  əsrədək  bu  imperiyanın  tərkibində  qalmışdır. 
XVIII  əsrin  başlanğıcında  müstəqil  dövlət  yaranmışdır.  XVIII 
əsrdə Benqaliyada ingilis Ost-Hind şirkəti fəaliyyət göstərməyə 
başlamış, 1757-ci ildə İngiltərənin işğalı altına düşmüşdür.
Britaniya  adminstrasiyası  1905-ci  ildə  Benqaliyanı  2  yerə 
ayırsa da, müqavimətlə üzləşmiş, 1911-ci ildə yenidən birləşdiril-
mişdir. 1947-ci ildə Benqaliya ikinci dəfə parçalanmış, hinduist 
benqalların  yaşadığı  Qərbi  Benqaliya  Hindistana,  müsəlmanla-
rın yaşadığı Şərqi Benqaliya Pakistana verilmişdir. 1971-ci ildə 
milli-azadlıq hərəkatı nəticəsində Pakistan geri çəkilməyə məc-
bur  olmuş  və  Banqladeş  Respublikası  yaradılmışdır.  Benqallar 
xalq olaraq avropoid irqinin hind-aralıq dənizi tipinə, əsasən me-
zo-hind antropoloji tipə aiddir. Bu xalq monqoloid (şimalda və 
şərqdə) və dravid (cənubda) irqi əlamətlərinə malikdir. Benqali 
(banqla-bhaşa) dili hind-avropa dil ailəsinin hind-ari qrupuna aid-
dir.  Bu  xalqın  nümayəndələri  hindi,  urdu  dillərində  də  danışır-
lar. Benqali dilinin qərbi-şərqi dialekləri, eləcə də iki ədəbi dil 
–klassik (qərb dialektləri əsasında) və danışıq (Kəlküttə və müa-


Bəhmən Əliyev-Ayvazalı
178
sir qərbi dialektlər əsasında) dilləri formalaşmışdır. “Bonqakhor” 
yazısı qədim hind brahmi qrafikası əsasında yaranmışdır. Banqla-
deşdə yaşayan benqallar əsasən sünni müsəlmanlardır, aralarında 
hinduslar da vardır. Hindistanda yaşayan benqallar isə əsasən hin-
duslardır, aralarında müsəlman, caynist, xristian benqallar vardır. 
Şivaist və vişnuit benqallar Durqu və Kali tanrılarına sitayiş edir, 
payızda “Durqa-puca” bayramını keçirirlər.
Benqalların  əsas  məşğuliyyəti  əkinçilik  olmuş,  düyü,  cut, 
paxlalılar, şəkər çuğunduru becərilməsi geniş yayılmışdır. Qərbi 
Benqalın şimal vilayətlərində çay istehsal olunur. Burada sənət-
karlıq inkişaf etmiş, benqal parçaları (muslin, mürşidabad ipəyi), 
metal emalı, dəriçilik, fil sümüyü işləməsi məşhurdur. Xüsusi ilə 
Qərbi  Benqaliyada  toxuculuq  və  cut  sənayesi  inkişaf  etmişdir. 
Əhalinin  əsas  qidası  düyü,  paxlalılar,  tərəvəz,  balıqdır.  Benqal 
şirniyyatları (şondeş, roşqulla, doi) məşhurdur. Müsəlmanlar qo-
yun əti və aşağı kasta hinduistləri bəzən donuz əti, quş və göyər-
çin əti istehlak edirlər.
Benqaliyanın cənub rayonlarında yaşayış məskənləri əsasən 
çayların sahili boyu yerləşmişdir, evlər (bari) bir-birinə yaxın yer-
ləşir. Şimal-qərbdə yaşayış məskənləri əsasən yollar boyu yerlə-
şir, evlər bir-birindən aralı olur, burada yağışlar mövsümündə ev-
lər arasında əlaqə qayıqlar vasitəsi ilə saxlanılır. Karkas dirəklər 
üzərində yerləşən evlər gillə suvanır, dik damlar isə bambuk və 
ya ağaclardan qurulur. 
Benqal qadınlarının əsas geyimi “sari” sayılır, bəzəklər isə 
geyimin vacib atributudur. Kişilər “dhoti” geyinir, “çadar” ad-
lanan  şala  bürünürlər.  Müsəlman  qadınları  dəsmal,  kişilər  isə 
“lunqi” adlanan dəsmal gəzdirir. Hinduistlərin baş geyimləri tür-
banlar, müsəlmanların baş geyimləri dairəvi papaqlardır. Burada 
musiqi, rəqs, xalq teatrı (kukla, “catra” adlanan lirik dram), pro-
fessional kino sənəti geniş inkişaf etmişdir. 
Assamlar. Hind-ari xalqlarından olan assamların əsas məş-
ğuliyyəti  düyü,  darı,  qarğıdalı,  paxlalı,  araxis,  banan,  manqo, 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə