Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə59/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   55   56   57   58   59   60   61   62   ...   74

Hindistan etnoqrafiyası
179
küncüt, texniki bitkilərdən cut əkinçiliyidir. Dağların aşağı ətək-
lərində pambıq və tütün becərilir. Dağ plantasiyalarında məşhur 
Assam çayı becərilir. Burada qoşqu qüvvəsi olan öküz və kəllər 
bəslənilir. Xüsusi ipək növü yetişdirilir. Assamda əhalinin əksə-
riyyəti kəndlərdə yaşayır, kənd evləri isə adətən 3-4 tikilidən (ya-
şayış evi, dam, anbar, bəzən də ayrı mətbəx) ibarət olur. Evlər 
alçaq gil özüllər üzərində tikilir, çayların sahilində isə sütünların 
üzərində qaldırılır. Evin karkası bambukdan hazırlanır, divarlar 
gillə suvanır, döşəmə torpaqdan olur, evin damını isə otla örtürlər. 
Qadınlar uzun don, rəngli kofta və şal, kişilər dhoti və ya köy-
nək-şalvar geyinirlər, bambukdan geniş papaqlar qoyurlar. Bəzi 
brahman hinduist ailələri çıxmaq şərti ilə assamların əksəriyyəti 
vegeterian  deyil,  vegeterian  yeməkləri  yalnız  həyat  keçidlərin-
də (nişan, toy və s.) istehlak olunur. Əsas yeməkləri ədviyyatlı, 
tərəvəzli düyü və balıqdır.
Assamda kasta bölgüsü çox sərt deyil. Bir sıra cati- brahman 
(mahapuruşiya, damodariya, haridabiya), kayyastha, baroi, qop, 
mali, namusudra, tanti və s. mövcuddur. Burada 235 tayfa (qotra)- 
almayyan, almus, aqasti, aqnibayşi, andas, anadisa, adha, abay, 
anusan, astik, unapaş, udin və s. vardır. Assamda varna və kas-
talararası nikahlara daha çox rast gəlinir. Brahmanlardan başqa 
boşanmış  və  ya  dulların  ikinci  nikaha  girməsinə  icazə  verilir. 
Burada su mənbələri, məktəblər, ictimai binalar müxtəlif kastalar 
üçün ümumi istifadədir. Əsas varis isə böyük oğul olsa da əmlak 
ata xətti ilə bütün oğullar (az hallarda qızlar) arasında bərabər bö-
lünür. Monoqam patriarxal ailə əsas sayılır, kiçik ailələrlə yanaşı, 
ümumi təsərrüfata malik böyük ailələr də mövcuddur. Kişilər və 
qadınlar bütün sosial-dini fəaliyyətdə iştirak etsələr də qadınların 
sosial statusu nisbətən aşağıdır. 
Assamda həyat keçidləri ilə bağlı adətlər ümumhind xarak-
terlidir. Qızlarla bağlı pubertta, santibiyya, qaneva, tulonibiyya, 
oğlanlarla bağlı mandana, upanayyana adətləri vardır. Assamla-


Bəhmən Əliyev-Ayvazalı
180
rın  mühüm  toy  adətləri  telabhara,  sindur,  adibasa;  dəfn  adətlə-
ri  “tiloni”  (mərhumun  yandırılmasından  sonra  üçüncü  gününü 
qeyd edilməsi), “daha” (onuncu gün), “şradha” (onbirinci gün) 
və  başqalarıdır. 
Assamlarda çox rast gəlinən soyadlar Bhatla, Qosvami, Bo-
rua, Qoqoi, Hazarika, Mohanta, Mişradır. Assamlar oturaq əkin-
çi xalqdırlar, şəhərlərdə əsasən dövlət qulluqçuları, şəxsi müəs-
sisələrdə  işləyənlər,  fəhlələr,  tacirlər  yaşayırlar.  Ənənəvi  sənət-
karlıq sahələri qarğıdan, samandan, bambukdan müxtəlif əşyalar 
hazırlanması,  parça  toxuculuğudur.  Assamların  müasir  həyata 
adaptasiya olunması sürətlə gedir. Məsələn, assam brahmanları 
bu gün xidmətçi və ya biznesmen ola bilərlər. Burada pançayatlar, 
yəni kənd şuraları “melki” adlandırılır, Brahmanlar Şurası (Brah-
ma Samac) regional səviyyədə məsələləri, maliyyə mübahisələri-
ni həll edir. 
Assamların zəngin folkloru, xalq xoreoqrafiyası (dhol bara-
banı və fleyta sədaları altında rəqslər), orta əsrlərdən inkişaf etmiş 
teatral-dram sənəti (vişnuit dramları-Natak, Natiqa, Catra, Chu-
mura, Qiti Nat, Sanqitalekhay, Ek Ankiyya Nat), bədii ədəbiyyat 
təşəkkül tapmışdır. XV əsrdə Şankardev və Madhavdev vişniut 
ənənələrinə  söykənən,  hökmdar  Narayananın  himayəsi  altında 
olan bhaktilər tərəfindən yaradılmış assam ədəbiyyatı poeziya və 
dramlarla bağlıdır. XVI əsrdə Bhattadevanın “Bhaqavad Qita”nın 
assam dilinə tərcümə olunması bu dildə nəzmin əsasını qoymuş-
dur. Assam müsəlmanları arasında dini zikr mahnıları, şair Azan 
Fakirin şeirləri yayılmışdır. Müasir assam ədəbiyyatına isə xristi-
anlığın təsiri özünü göstərir. 
Assamların  əsas  bayramları  biçinin  başlanması  münasibə-
ti ilə keçirilən Bihu (Ranqali Bihu, Bhoqi Bihu, Kanqali Bihu), 
Durqa puca, Kali puca, Tithi Şankardeva, Madhavdeva, Haride-
va, Canmaştmi, Dolcatra bayramları məşhurdur. Burada ənənə-
vi tibb inkişaf etmişdir. Assam brahmanları təhsilin, səhiyyənin, 


Hindistan etnoqrafiyası
181
KİV-in inkişafını müsbət qiymətləndirirlər. Kəlküttədə yaranmış 
“Assam Samac” kimi milli-mədəni təşkilatlar fəaliyyət göstərir.
Biharlılar. Əsasən Hindistanın Bihar ştatında yaşayan bihar-
lılar müxtəlif kasta və linqvistik qruplardan ibarət etnik tərkibə 
malikdirlər. Hindistanda 80 milyon, Banqladeşdə 1,5 milyon, Ne-
palda 3 milyon biharlı yaşayır. 
Bihar qədim hind mədəniyyəti və dövlətçiliyinin mərkəzlərin-
dən biridir. Burada Mithila (Videha), Vayşalı (Liçhavi), Maqadha 
və Anqa, Malla, Koşala və Vanqa dövlətləri mövcud olmuşdur. 
“Bihar”  termini  əvvəlcə  Bihar  Şarifə  aid  Bhaktiyar  Khilci 
ərazisinə aid edilmişdir . E.ə VI-V əsrlərdə Bihar ərazisində bud-
dizm və caynizm ortaya çıxmışdır, burada çoxsaylı buddist (vi-
har) məbədləri olmuşdur. Adivasi tayfalarının yerli kultları, hin-
duizmin “tantrik” formaları da yayılmışdır. Baburşah hökmdarı 
Əkbərin zamanında Bihar ayrıca əyalətə çevrilmiş, bura müasir 
Bihar, Çotanpur, Santal, Parqana əraziləri tabe edilmişdir.
Antropoloji  baxımdan  biharlılar  avropoid  irqinin  hind-ara-
lıq  dənizi  qoluna  aiddirlər.“Deşvali”  adlandırılan  biharlılar  he-
terogen qrupların anqlomeratıdır. Əsas əhali kütləsi bhocpurlar, 
maqati və maythillərdir. Onlar etnik baxımdan yaxın olsalar da, 
kasta və adətlərinə görə bir-birindən fərqlənirlər. Hazırda bhoc-
pur və maythillərin milli-mədəni oyanışı prosesi gedir, dil prinsi-
pi əsasında Maythili-Racya, Bhocpuri-Racya ştatlarının yaradıl-
masını tələb edən milli hərəkatlar fəaliyyət göstərir.
Biharlılar  bhocpuri,  maqahi,  maythili,  bacika  kimi  qohum 
hind-ari dillərində danışırlar, bəzən bu dillər hindi və ya bihari 
dilinin dialektləri sayılır. Bihar ştatında hindi dili də geniş yayıl-
mışdır. Bihar ştatından kənarda yaşayan biharlılar öz dilləri ilə 
yanaşı, oriya, naqam, assam və s. dilləri də bilirlər. Bihar dilləri 
folklorla  zəngindir. 
  Biharlıların  əksəriyyəti  hinduist  olsa  da,  aralarında  sün-
ni  müsəlmanlar,  xristianlar,  siqhlər,  caynlar,  buddistlər  vardır. 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə