Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə1/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
  1   2   3   4   5   6   7   8   9   ...   132
73524

 Bəhruz  Kəngərli  nadir  istedada  malik

bir  insandır.  O,    Azərbaycan    xalqının

professional  rəssamlıq  sənətində  ilk

rəssamdır.

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri



B¬hruz b¬y  

K¬ng¬rli 

Taıleyi

Naxçıvan – 2017


Əliyev Ziyadxan, Alıyev Nizami. 

Bəhruz bəy Kəngərli taleyi. Naxçıvan, "Əcəmi" Nəşriyyat-Poliqraiya Birliyi, 2017. 512 səh. 

 

 

Kitab zəngin tarixə və bədii ənənələrə malik  Azərbaycan təsviri sənətinin görkəmli 



nümayəndəsi  Bəhruz  bəy  Kəngərlinin  (1892-1922)  həyat  və  yaradıcılığına  həsr  olunub. 

Azərbaycanın ilk professional təhsil alan rəssamlarından biri olan  sənətkarın vəfatından sonra 

fərdi sərgiləri təşkil olunmuş, haqqında kitablar yazılmış, kataloqlar çap olunmuşdur. Çox 

təəssüf ki, aparılan tədqiqatlar həmin nəşrlərin demək olar ki, hamısının qüsurlu olduğunu üzə 

çıxarmışdır. Elə rəssam haqqında yeni kitabın yazılmasını da bu səbəb şərtləndirmişdir. Bu 

mənada “Bəhruz bəy Kəngərli taleyi” kitabında həmin səhvlər göstərilmiş, rəssam barəsində 

əsl həqiqətlər  qələmə alınmışdır. Müəllilər bu kitaba ensiklopedik  tutum verməklə, orada 

rəssam barəsində ən müxtəlif materialların toplanmasına nail olmuşlar. Kitabda Bəhruz bəy 

Kəngərlinin məşhur əsərləri ilə yanaşı, sənətsevərlərə tanış olmayan rəngkarlıq və qraika 

əsərlərinin reproduksiyaları da yer almışdır.

4700000000

  053-2017

© “Əcəmi” 2017.

© Əliyev Z., Alıyev N., 2017

Elmi redaktor: 

Musa Quliyev

tarix üzrə fəlsəfə doktoru

Samir Sadıqov

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

 

      Naxçıvan Muxtar Respublikası Ali Məclisi

Yaradıcı heyət:   Arif Hüseynov (xalq rəssamı), Ağəli İbrahimov (xalq rəssamı), 



                           Ülviyyə Həmzəyeva (əməkdar rəssam), Ziyadxan Əliyev (əməkdar                      

 

                 incəsənət xadimi), Nizami Alıyev (sənətşünas).


5

 

 



        

Arxiv


BƏHRUZ KƏNGƏRLİNİN ADININ 

ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA

NAXÇIVAN MUXTAR RESPUBLİKASI 

ALİ MƏCLİSİ SƏDRİNİN 

S Ə R Ə N C A M I

 

İyirminci  əsr Azərbaycan  rəsm  sənətinin  görkəmli  nümayəndələrindən  biri  olan  Bəhruz 



Kəngərli realist portret və mənzərə rəsm yaradıcılığının əsasını qoymuşdur. Teatr rəssamlığı, qraika 

və sair janrlarda əsərlər yaradan Bəhruz Kəngərli milli rəssamlığın inkişafında özünəməxsus rol 

oynamışdır. 

 

Bəhruz Kəngərli 30 il ömür yaşasa da, özündən sonra tematika rəngarəngliyi ilə seçilən 



500-ə yaxın rəsm əsərlərindən ibarət zəngin irs qoyub getmiş, Azərbaycan bədii sənət xəzinəsinə 

dəyərli nümunələr bəxş etmişdir. Rəssamın yaradıcılığından qırmızı xətlə keçən “Qaçqın uşaqlar” 

portretlər seriyası 1918-1920-ci illər Azərbaycan mühitinin canlı salnaməsidir. Erməni zülmündən 

baş götürüb qaçan, didərgin ömrü yaşayan insanları, erməni millətçilərinin törətdikləri qırğınları, 

zərbaycanlıların  indiki  Ermənistan  ərazisi  adlandırılan  tarixi  torpaqlarından  deportasiyasını 

Bəhruz Kəngərli realist sənətçi müşahidəsi və fırçası ilə əks etdirmiş, millətin faciəsini gələcək 

nəsillərə çatdıra bilmişdir. 

 

Bəhruz Kəngərlinin yaşadığı dövrdə Naxçıvan şəhərində rəsm qal reyası və sərgi salonları 



olmadığından böyük sənətkar yaratdığı əsərləri tamaşaçılar üçün öz mənzilində nümayiş etdirmək 

məcburiyyətində qalırdı. Bu gün Bəhruz Kəngərlinin ədəbi irsi Azərbaycanın milli sərvəti kimi 

qorunub saxlanılır və nümayiş etdirilir, Naxçıvan Muxtar R spublikasının Rəssamlar Birliyində 

Bəhruz Kəngərli realist üslubunun və portret yaradıcılığının onlarca davamçıları fəaliyyət göstərir. 

Rəssamın Naxçıvan şəhərindəki məzarüstü abidəsi və məzarının ətrafı da abadlaşdırılmışdır. 

 

Muxtar respublika Rəssamlar Birliyinin 1972-ci ildən fəaliyyət göstərən Sərgi Salonu 2000-



ci ilin oktyabr ayında əsaslı təmir və yenidənqurma işlərindən sonra muxtar respublika rəssamlarının 

yaradıcılıq imkanlarını və axtarış istiqamətlərini nümayiş etdirən mərkəzə çevrilmişdir. 

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq qərara alıram:



 

1. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonu Bəhruz Kəngərli adına 

Sərgi Salonu adlandırılsın. 

 

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı Bəhruz Kəngərlinin əsərlərindən 



ibarət kitab-albomun hazırlanıb çap olunmasını təmin etsin. 

 

3.  Naxçıvan  Muxtar  Respublikasının  Mədəniyyət  Nazirliyinə  tapşırılsın  ki,  Bəhruz 



                                                  

 

 



 

 

 



 

 

5




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə