394
İthaflar
məmnun qalmışdı. Kiçik fasilədə Bəhruz qarşısına qoyulan çay stəkanını qabağına çəkdi. Çayxana
başdan-başa papaqlı kişilərdən ibarət idi, hamısı dərvişi təriləyirdi. Dərviş başı aşağı, heç kəsə ikir
vermədən yeni çıxışı haqqında ikirləşirdi.
Bəhruz qonşusundan onun kim olduğunu soruşanda, “İrəvanlı dərviş – Hacı Ağa Bala” deyə
cavab versə də, ona əyri-əyri baxdı, sonra da kinayə ilə əlavə etdi: “Bütün Naxçıvan onu tanıyır!”
Bu dərviş haqqında Bəhruz da eşitmişdi, görmək və dinləmək istəmişdi. Çünki Hacı Ağa Balanın
Naxçıvana tez-tez gəldiyini bilirdi. Fasilədən sonra dərvişin çıxışı daha gözəl, daha təsirli oldu.
Ömər Xəyyamdan və türk şairlərindən oxuyurdu. Bəhruz onu dinləyə -dinləyə o biri dərvişi –
Həsən Bəktaşini xatırladı. Çayxanadan çıxıb gedəndə yüngülləşdiyini duydu, uzun müddət dərvişin
oxuduğu şeirlərin təsiri altında yaşadı.
4
Yay keçib getdi. Bəhruz yenə xəstələndi, sağaldıqdan sonra lotoreyada iştirak edib ordan gələn
gəlirin əlli faizinin uşaq evinə verilməsi üçün ərizə yazdı və buna nail oldu. Uşaq evi isə hələlik
Əkbər bəyin evində idi. Zöhə xanım tərbiyəçi təyin edilmişdi. Bəhruz inqilab şurası tərəindən tez-
tez çağırılır, sifarişlər alır, dərhal yerinə yetirirdi. Marksın, Leninin portretlərini çəkib aparmışdı.
1921-ci ilin ilk günləri idi. Bəhruz özündə yeni həvəs, güc duyurdu.Məcidin portretini bitirmək
istəyirdi. Məcid indi inqilab şurasında işləyirdi. Görkəmi də, geyimi də dəyişmişdi. Bəhruz yenə
ona baxıb çəksə də, uşaqlıq illərində gördüyü çapar xəyalından getmirdi. Nəhayət, bir aydan sonra
onu bitirdi. Hələ ömründə bu qədər sevinməmişdi. Bu sevincini dağlarla bölmək istədi. Baş götürüb
getdi. Şıxmahmud kövşənindən ötüb qarşısında açılan geniş düzlə, silsilə dağlara doğru yavaş-
yavaş irəlilədi. Qış özünü sərt göstərsə də, belə hava xoşuna gəlirdi. Onun Naxçıvan çaparı indi
ayağını basdığı bu doğma torpaqda həmişə yol gedirdi. Uzaqdakı dağların başında yenə buludlar
ağarırdı, bir neçə topası qabağa çıxmışdı, sanki dağlar onu Bəhruzu qarşılamaq üçün göndərmişdi.
O, dayanmadan hələ kim bilir, nə qədər gedəcəkdi, əgər kol-kosun böyründə büzüşüb əyləşmiş
bir qız qarşısına çıxmasaydı. Bəhruz qızı görüb diksindi, yun şala bürünən, gözüyumulu qız
hərəkətsiz idi, sanki donmuşdu. Bəhruz qorxdu, əvvəl dayanıb ətrafa baxdı, heç kəs gözə dəymirdi,
sonra irəli getdi. Ancaq qız gözlərini açmadı,yatırdımı, yoxsa huşunu itirmişdimi, yoxsa ölmüşdü?!
Son ikirdən qorxan Bəhruz həyəcanlandı, daha tərəddüd etmədən yaxınlaşdı, əlini qızın çiyninə
vurdu. Qız gözlərini yavaş-yavaş açdı. Demək sağ idi. Amma başqaları kimi nə diksindi, nə də
qorxdu. Bəlkə hələ yuxudan tam ayılmamışdı. Yox, ayağa qalxıb çəkinmədən, qorxmadan hirsli-
hirsli soruşdu:
– Nə istəyirsən?
– Heç nə... Qorxma!
– Qorxmuram! – Qız inamla, cürətlə dindi.
– Yəqin acsan
– Yox! – O dağın döşündə bir kənd var– Əlini uzadıb, Haça dağın sağındakı bir dağı göstərdi
– Orda yemək veriblər.
– Fikrin nədir?
– Şəhərə gedirəm.
395
İthaflar
– Bəlkə bir-iki gün bizdə qalasan?!
– Qalaram!
Bəhruz qızın bu cəsarətli, qətiyyətli, inamlı hərəkətlərinə heyran qalıb onu evə gətirdi. Bərk
yuxusuz olduğu üçün təndirəsərin yanındakı balaca otaqda yatdı. Bəhruz otağında divara söykədiyi
“Naxçıvan çaparına” baxdı. Əvvəlki xoş əhval-ruhiyyə onu tərk etməmişdi. Birdən Afərin “bunu
neyləyəcəksən, qardaş” deyən səsini eşitdi. İndi öz əsərinə baxıb, sevinc duyduğu bir anda Əlixan
məscidinin yanında dərvişi dinləyərkən ilk dəfə at üstündə gördüyü çapar yenə xəyalında canlandı.
Sonra ilk qaralamalarını, eskizlərini çapar Məcidlə Naxçıvandakı görüşlərini, həmişə dönə-dönə
bu əsərə qayıtdığını xatırladı. Heç xəyalına gəlmədi ki, sakitcə baxdığı bu çapar daha uzaqlara
yol gedəcək, Moskvanın tarix muzeyində əbədi qalacaq, hamının – neçə nəslin gözü qarşısında
yenidən canlanacaqdır. İndisə onu müəlliindən başqa heç kəs görmürdü, heç kəs!
5
Səhər qaçqın qızı otağına aparanda Hürnisənin təndirəsərin
yanından baxan gözlərindən qorxdu. Bu gözlərdə elə bil alov dilləri
qızarırdı. Həm yazıqlıq, həm qəzəb, həm kin vardı. Bunların bir-birini
əvəz etməsi, yaxud birləşməsi dəhşətli bir ifadə yaradırdı. Bəhruz ona
təskinlik vermək məqsədi ilə yaxınlaşanda Hürnisə üzünü çevirib
uzaqlaşdı. Təndirəsərdən, isti ocaqdan çırtıltı səsi, yanıq kösöv iyi
gəlirdi, bu Bəhruza elə xoş oldu ki, bir anlıq ayaq saxladı, Hürnisə
hardasa yoxa çıxdığı üçün qaçqın qızın portretini çəkməyə başladı.
Başı elə qarışdı ki, hər şeyi unutdu.
– Adın nədir?– qızdan soruşdu.
– Cümsün.
– Kimin var?
– Nənəm. Bu payız ölüb.
– Bəs atan, anan?!
– Atam yadıma gəlmir, çoxdan evdən gedib, haradadır, bilmirəm. Anam ərdədir, başqa, uzaq
kənddə. Üç-dörd yaşım olanda aparıblar. Heç bir dəfə də yanıma gəlməyib. Təkcə nənəm öləndə...
onda da mən qaçıb gizləndim.
Cümsünün iri gözləri, qalın, qara qaşları vardı, dəyirmi sifətinin gözəlliyinə kölgə salan burnu
da iri idi, kişi kimi kobud, əzələli, möhkəm bədəni də, qolları da, əlləri də! Zirək, diribaş, dilli-
dilavər, qorxmaz, üsyankar təbiətli bir qıza bənzəyirdi. Afşar kəndindən gəlmiş, bu kənddə baş
verən hadisələri, bəyin zalımlığını, arvadının isə ondan da on qat pis olduğunu, nənəsinə hər cürə
əzablar verdiklərini, yəqin ki, bunun nəticəsində qocanın öldüyünü danışırdı.
– And içmişəm, o arvadı tapıb boğacağam, gözümlə görmüşəm nənəmə necə əzab verib,
təhqir edib, acıqlanıb, heç kəs buna dözməz!
– Bacarmazsan – Bəhruz güldü – Elə bilirsən adam boğmaq asan işdir?!
– Boğaram!
Hürnisə bir dəfə də olsun içəri girmədi, yemək də gətirmədi. Bəhruzun başı bərk qarışsa