Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə116/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   112   113   114   115   116   117   118   119   ...   132

437

   


        

İthaflar


Qəmküsar. Gedək, mənim də işim var. “Molla Nəsrəddin”ə göndərəcəyim təzə şeiri gərək 

tamamlayam.



Qəmküsar. Hələlik, Şirin xala.

Şirin. Xoş gəldiz. Allah əmanəti. Tez-tez gəlin! (Hamı çıxır. Şirin qapını örtür. Pəncərədən 

getdikcə şiddətli yağan qara baxır). Yaxşı ki, bunlar var. Yoxsa balamın xiffətdən bağrı lap çatlayardı. 

(Yenə külək uğuldayır). Harada qaldı bu? Özü də paltosunu geyməyib. Birdən soyuq dəyər. 

Bəhruzun paltosunu götürüb qapıya tərəf getmək istərkən Bəhruz qolları üstündə, taqətsiz, 

üst-başı cırıq, vücudu buza dönmüş bir uşağı içəri gətirir.

Bəhruz. Paltonu buna bürü, anacan.

Şirin. Paltonu niyə, bu saat yorğan gətirim. (Yan otağa keçir). 

Bəhruz (taxta uzatdığı qızcığazın əllərini ovuşdurur). Buz kimidir. Saçları da buz bağlayıb. 

(Şirin gəlir, qızı yun yorğana bürüyür)  Çay gətir, ana.! 

Şirin. Yox, ay bala, bunu gərək əvvəl qarla ovuşduraq.

Bəhruz. Nə deyirəm.

Şirin. Huşu özündə deyil. Yaman donub. Görəsən neçə vaxtdır bu çovğun içində çabalayır. 

(Əllərini, ayaqlarını ovuşdurur). Qızım, qəşəng qızım! 

Bəhruz (həyəcanla). Dinmir.

Şirin. Qorxma! Get bir az qar gətir. 

Bəhruz. Bu saat (Həyətə çıxır). 

Şirin. Yazıq qızcığaz... Ayaqları göm-göydür... Barmaqlarına bax, dağ basıblar ki... Görüm 

Həzrət Abbas özü baisin qollarını qələm eləsin. (Bəhruz gəlir). Gətirdin? Ver bura! (Qarla qızın 



əl-ayağını ovuşdurur).

Yasəmən.  Qoymayın,  öldürdülər!  Ay  ana,  dədəmi  döyürlər.  Dədə,  qov  onların  hamısını. 

İstəyirsən mən də gəlim. Çomağını gətirim.



Bəhruz. Zavallı tiil.

Yasəmən (yenə sayıqlayır). Vay, sındırdılar, dədəmin qolunu. Ay ana, ay ana! Hardasan bəs? 

Axı, mən təkəm, qorxuram.



Bəhruz. O sayıqlayır, ana!

Şirin. Ayılar. Qoy bir az da ovuşdurum.

Şirin yenə əl-qolunu ovuşdurur, saçlarından qarı, buzu təmizləyir. Qız yavaş-yavaş gözlərini açır. 

Yasəmən. Kimsiz? Qorxuram mən sizdən! 

Şirin. Qorxma, dərdin mənə! Bu bir qurtum çayı iç!

Yasəmən. İçmirəm, yox, içmirəm!

Şirin. Nədən qorxursan, qızım?

Yasəmən. Nədən? Bax, ondan, onlardan (şəkilləri göstərir.)

Şirin. Onlar şəkildir, qızım. Bu əmi çəkib.

Yasəmən. Bu əmi? Mənim əmim yoxdur. Əmimi də, dədəmi də öldürdülər. Gecə yarı. Lopabığ 

bir kişi öldürdü. Evimizdə öldürdü.



Şirin. Adın nədir, ay bala?

Yasəmən. Yasəmən.

Şirin.  Adınla  yaşa.  Nə  qəşəng  adın  var.  Yaxşı,  bu  çaydan  bir  qurtum  da  iç,  soyumamış 


 

438


İthaflar

iç.  (Qız  əvvəlcə  ehtiyyatla  içir,  sonra  birdən  bütün  stəkanı  başına  çəkir).  Haralısan,  qızım?



Yasəmən. Zəngəzurlu. Bir həftədir ki, yol gəlirəm. Əvvəl beş uşaq idik. İkisini bir kənddə 

saxladılar. Üçümüz xeyli yol gəldik. Ac, susuz. Balaca qardaşım dözmədi, öldü. Yoldaşım da dondu. 



Bəhruz. Al, bacım. İsti-isti iç! 

Yasəmən (çayı içir). Ömrün uzun olsun. (Birdən ağlayır). 

Bəhruz. oldu sənə, niyə ağlayırsan? 

Yasəmən. Anam yadıma düşdü. Onu tövləyə salıb qonşularımızla bir yerdə yandırdılar. 

Şirin. Bəs sizi kənddən kim çıxartdı, ay bala? 

Yasəmən. Özümüz qaçdıq. Gecə yarı. Vallah, yolda elə qorxurdum ki... Yoldaşlarım öləndən 

sonra az qalırdı bağrım çatlasın. 



Bəhruz. Danış, danış... 

Yasəmən. Səhər bu həyətə girəndə əvvəlcə təndirdə gizləndim. Daşlar isti idi. Belə yuxum 

gəlirdi ki... Təzəcə huşa getmişdim ki, kişi səsi eşitdim. Sonra da küçə qapısı açıldı. Qorxub tez 

çıxdım təndirin damına. Ora bərk soyuq idi. Paltarlarım buza döndü. Sonra da soyuqdan huşumu 

itirmişəm.



Bəhruz (diz üstə çöküb, uşağın solğun sifətinə, kədərli gözlərinə baxır). Gözəldir. Kim bilir 

bu körpə gözləri daha nə müsibətlər görüb?



Şirin. Bəhruz!

Bəhruz (öz-özünə danışırmış kimi). Onun sözləri ürəyimi parçalayır, ana! Evlər yanır, kəndlər 

xarabazara çevrilir. Nə üçün? Məgər insanın məsud yaşamağa haqqı yoxdurmu? Niyə məni bir 

cəngavər doğmadın, ana!

Şirin. Bəhruz!

İşıqlar sönür

                                             



SƏHNƏ QABAĞI

Ziyad. Salam, Mirbağır ağa!

Mirbağır ağa. Ay əleykümsalam, hara belə?

Ziyad. Ora, teatra.

Mirbağır ağa. İndiyəcən görməmisən?

Ziyad. Xeyr!

Mirbağır ağa. Nə əcəb?

Ziyad. Canım, mənim teatrda nə işim? Gül kimi məclisləri, kazinoları qoyub kim ora gedər? 

İndi də dədəmə görə gedirəm.



Mirbağır ağa. Yaman bəzəyiblər. Dədəni də, Hacı Həsəni də, Hacı Baxşəlini də... Məni də.

Ziyad. Hə?

Mirbağır ağa. Bütün bu işlərin mayeyi-fəsadı, o məlun oğlu Mirzə Cəlilnən, kafər balası 

Qəmküsardır. Şirəli bəyin oğlu Bəhruzu da tovlayıb qoşublar özlərinə.



Ziyad. Neynək. Biz papağı başımıza isti-soyuq üçün qoymamışıq. Onların böyük tikələrini 

qulaqları boyda eləyəndə görərsən.



Mirbağır ağa. Ha, belə, ha! İndi bildim ki, kişi oğlusan!

İşıq sönür.


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə