60
Kəngərlinin yaradıcılığına dair” məqaləsində rəs-
samın Tilisdə məhz 1912-1917-ci ildə oxuduğu-
nu qeyd etmişdir. Adil Qazıyev (1906-1972) hələ
sağlığında “Qobustan” jurnalında çap etdirdiyi
“Xatirə dəftərindən” məqaləsində isə rəssamın
təhsil illəri barəsində belə yazır: “Bəhruz Kən-
gərli Tilisdə təhsil aldığı 1910-1915-ci illərdə
E.Sultanovun vasitəsilə “Molla Nəsrəddin” jur-
nalının redaktoru Mirzə Cəlillə tanış olmuşdur”.
Onun Azərbaycan Dövlət Ədəbiyyat və
İncəsənət Arxivinin fondunda qorunan sənəd-
ləri arasında rus dilində mətbuat üçün
nəzərdə tutulmuş bir məqalənin maki-
nada yazılmış surəti saxlanılır. Məqalə-
nin 3-cü səhifəsində o, rəssamın təhsil
illəri barəsində məlumat verib. Burada
Bəhruz bəyin 1910-1917-ci illərdə (!!!)
təhsil alması göstərilib. Özü də burada
müəllif tərəindən müəyyən dəyişikliklə-
rin aparıldığı da görünür. Belə ki, A.Qa-
zıyev əvvəlcə bu tarixi makina yazısı ilə
1912-1917-ci illər kimi göstərmiş, lakin
sonradan mürəkkəblə “2” rəqəmini “0”la
əvəzləmişdir. Beləliklə, rəssamın şagirdi
müəlliminin Tilisdə 5 yox, 7 il təhsil al-
dığını təsdiqləmiş olmuşdur. İnansaq da,
inanmasaq da, hər halda bu faktdır. Ola
bilsin ki, A.Qazıyev makina ilə yazılmış
təhriləri (belə işlər çap prosesində çox
olur) düzəldərkən “2”-ni “0”-la dəyişsə
də, “7”-ni “5”-lə əvəzləməyi unutmuşdur...
Bəhruz bəy Kəngərlinin təhsil illəri ilə bağ-
lı daha fərqli məlumatı rəssamın yaxınları ver-
mişlər. Bu barədə K.Kərimovun yazdığı “Bəhruz
Kəngərli” (1962) kitabında qeydlər vardır. Bu-
rada oxuyuruq: ”Lakin rəssamın keçmiş məktəb
yoldaşlarından əmisi oğlu Hüseyn Ağa Kəngər-
linski və dostu Nəcəf Ağa Sultanovun (rəssam
1911-ci ildə çəkdiyi “Avtoportret”ini 1918-ci
ildə məhz ona hədiyyə vermişdir) dediklərinə
görə, Bəhruz oxumaq üçün Tilisə 1908-1909-cu
illərdə getmişdir. Tilisə getmələrini xatırlayaraq
N.Sultanov qeyd edir ki, “Təxminən 1908-1909-
cu illər idi. Şəmillə birlikdə biz Tilisə getdik.
Orada mən “Bağçılıq məktəbi”nə, Şəmil isə rəs-
samlıq məktəbinə daxil olduq” (N.Sultanovun 17
noyabr 1956-cı ildə yazdığı bu məktub vaxtilə
K.Kərimovda olmuşdur).
M.Nəcəfov, K.Kərimov və A.Qazıyevin
yazdıqları ilə qohumunun yazdıqları arasında
mövcud olan təzad kifayət qədər görünəndir.
Kimə inanmalı? sualına cavab tapmaq heç də
asan deyil. M.Nəcəfov və K.Kərimovun rəssam-
la ünsiyyətdə olmamasının qarşılığında, əvəzində
A.Qazıyevin Bəhruz bəyin tələbəsi, N.Sultano-
vun isə onun yaxın dostu olması qəti ikir söy-
ləməyə imkan vermir. Hətta bu məqamda A.Qa-
zıyevdən daha çox, N.Sultanova inanmaq olar.
Belə ki, burada söhbət bilavasitə onun özündən
də gedir və təbii ki, bu şəxs özünün nə vaxt Tif-
lisə getdiyini yaxşı bilirdi və yəqin ki, səhv edə
bilməzdi! Bununla belə onun özünün vaxtı dəqiq
göstərməməsi də müəyyən şübhələrə yol açır,
ona da sona qədər inanmamağa əsas verir.
Bəhruz bəy Kəngərlinin Bakıda və Nax-
çıvanda toplanan bədii irsi ilə tanışlıq göstərir
ki, kifayət qədər çoxsaylı əsərləri arasında onun
1911-ci ildən əvvəl çəkdiyi əsər yoxdur. Bu yer-
də əlavə edək ki, bunların hamısı, o cümlədən də
yaradıldığı ili göstərilməyən əsərlərin çəkilişində
nümayiş olunan professional hazırlığa rəğmən
demək olar ki, onlar bilavasitə Bəhruz bəyin təh-
sil illərində işlənilib. Bu əsərlər arasında müəllim
və tələbə yoldaşlarının (O.Şmerlinq, L.Qudiyev
(L.Qudiaşvili), M.Ratiyeva və s.) da qısamüddət-
li rəsmlərinin yer aldığını nəzərə alsaq, onda bir
daha azərbaycanlı rəssamın gürcü həmkarları ilə
eyni vaxtda (1910-1915) məktəbdə oxuduğunu
söyləyə bilərik. Bəhruz bəy Kəngərlinin 1914-
cü Naxçıvanda təşkil olunan fərdi sərgisi barəsin-
T
hsil ill ri
61
T
hsil ill ri
də “Kaspi”, “İqbal” və “Tərcüman” qəzetlərində
çap olunmuş xəbərlərdə də onun Tilisdə oxudu-
ğu qeyd olunub...
İndi isə gəlin “Qafqaz Zərif Sənətləri Təş-
viq Cəmiyyəti” nəzdində fəaliyyət göstərən Tilis
rəngkarlıq və heykəltəraşlıq məktəbindəki təh-
sil prosesini göz önündə canlandırmağa çalışaq.
Əvvəlcə burada müəllim kimi kimlərin fəaliyyət
göstərdiyinə aydınlıq gətirmək istərdik. Təbii ki,
burada həm yerli, həm də kənardan dəvət olun-
muş sənətkarlar fəaliyyət göstərirdilər. Bunların
sırasında “Molla Nəs rəd din” jurnalının
məşhur rəssamı və həm də rəssamlıq mək-
təbinin uzun müddət direktoru olmuş O.Ş-
merlinq (1863-1938), heykəltəraş Y.Niko-
ladze (1870-1936), rəssam G.Qabaşvili
(1862-1936), A.Mrevlişvili (1866-1933),
pol şalı Q.Qrinevski (1869-1937) və al-
man Karl Zummer (1862-1938), eləcə də
italyan rəs samı L.K.Lonqo, L.O.Prematsi,
P.D.Şişkov, N.A.Kyui və s. olmuşdur.
Burada tələbələrə aşılanan bə-
dii vər diş lərin yönümünə gəldikdə isə,
demək lazımdır ki, Peterburq Rəssamlıq
Akademiyasının himayəsində olan tədris
ocağında akademik təhsilin verildiyi, rus
realist-gerçəkçi rəssamlığı ənənələrinin
öyrədildiyi birmənalıdır. Bu gün milli
rəssamlıq məkanında baş verən təzadlı
inkişafın, realizmin-gerçəkçiliyin və mil-
li mənəvi dəyərlərin bədii ənənələrini yeni çalar-
larla zənginləşdirməyi bacarmayanların rəssam-
lığı “müasirlik” adı altında şouya çevirmələrinin
qarşılığında o vaxtlar sənət yollarında kövrək
addımlarını atanlara bədii vərdişləri klassik tu-
tumda aşılamaq yəqin ki, çox düzgün addım idi.
Bir az əvvələ gedərək deyək ki, elə əsrin əvvəl-
lərində fərdi sərgisini ictimailəşdirməyə cəsarət
edən gənc Bəhruz bəy Kəngərlinin (1914) və
Lado Qudiaşvilinin (1915) müxtəlif janrlı əsər-
lərində realist-gerçəkçi sənətin bədii ənənələrini
özünəməxsus cizgi və çalarlarla yeniləşdirməyin
mümkünlüyünü görmək mümkün idi. Onlardan
biri – azərbaycanlı Bəhruz bəy elə Tilisdə qa-
zandıqları bədii vərdişlərlə doğma Naxçıvana
qayıtsa da, tələbəlik dostu Lado isə bir-neçə il
doğma şəhərdəki gimnaziyada müəllimlik edən-
dən sonra sənətkarlığını daha da cilalamaq üçün
uzaq Parisə üz tutdu və deyək ki, o, çox tez bir
zamanda şöhrəti Gürcüstan sərhədlərini aşan bir
sənətkara çevrildi.
Bəhruz bəy Kəngərlinin bədii irsini təşkil
edən və öz-özlüyündə bədii tutumuna görə bir-
neçə dövrə bölünən əsərlərinin arasında rast gəlinən
çoxsaylı rəsmlər onun təhsil aldığı məktəbdə aparı-
lan tədris prosesinin məzmununu müşahidə etmək
mümkündür. Təkcə elə rəssamın 1911-1913-cü il-
lərə aid edilən və içərisində 338 müxtəlif xarakterli
rəsmin toplandığı albomu Tilis rəngkarlıq və hey-
kəltəraşlıq məktəbində realist-gerçəkçi ənənələrin
bərqərar olduğunu təsdiqləyir. Onun təhsil illərin-
də çəkdiyi “Oturmuş qadın” (1911), “Avtoportret”
(1911), “Kişi portreti” (1913), “Apollon” (1913),
“Antik heykəl” (1913), “Qadın portreti” (1914),
“Qoca kişi” (1914), “Antik heykəl” (1915) və s.
rəsmlərin mahiyyətinə görə tədris tapşırığı olması
da adi gözlə belə görünəndir. Bəhruz bəy Kəngər-
linin bizə gəlib çatan bədii irsi arasında 1915-ci
ildən sonra tədris xarakterli rəsmlərin olmaması
yuxarıda toxunduğumuz bir məsələyə də aydınlıq
gətirməyə kömək edir. Bu rəssamın Tilisdə baş tu-
tan təhsilinin hansı illəri əhatə etməsi ilə bağlıdır.
Deməli, onun təhsil dövrü 1915-ci ildə qurtarıb və
Bəhruz bəyin bəzi müəllilərin iddia etdiyi kimi
Tilisdə məhz 1912-1917-ci illərdə olması ikri öz
təsdiqini tapmır.
Əgər Bəhruz bəyin tələbəlik dövrü işlərini
dəyərləndirməli olsaq, onda ilk növbədə onun ru-
hunda gəzdirdiyi yaratmaq istedadının müəllim-
lərinin faydalı göstərişləri ilə özünəməxsus ger-