128
"Qaçqınlar" silsil
e
si
Kəngərli də ikincilərdən olub. Bu mənada
rəssamın zamanında öz müasirlərini –qaçqın
soydaşlarını əks etdirən silsilə portretlərinin
təkzibolunmaz tarixi-bədii ittiham olduğu bu
gün də danılmazdır. Bu yerdə bir daha deyək ki,
az qala bir əsrə yaxın tarixi olan bu əsərlərdən
qarşı tərəin ittihamında demək olar ki, bədii-
tarixi vasitə kimi istifadə olunmamışdır. Kimin
ağlına gələrdi ki, Bəhruz bəyin ötən əsrin
əvvəllərində çəkdiyi “Qaçqınlar” silsiləsini
yüz ildən sonra bir daha – mənfur düşmən
xislətini ifşa edən bədii fakt kimi
xatırlamalı olacağıq. Unutqanlığımızla
bələnmiş həmin rəsmləri əsrlərin
qovşağında çəkilmiş ürəkağrıdan kino
kadrları ilə, fotoşəkillərlə tutuşdursaq,
tarixiləşmiş səhnələrlə qoşalaşdırsaq,
kifayət qədər oxşar cəhətlər taparıq. Biz
şübhə etmirik ki, vaxtı ilə Bəhruz bəy
1918-1921-ci illərdə Ermənistandakı
dədə-baba
yurdlarından
qovulub
Naxçıvana pənah gətirmiş qaçqın
soydaşlarımızın portretlərini yadda-
şımızın korşalmaması üçün işləmişdi.
Bunları ona sifariş edən də, satın
alan da olmamışdı. Amma gənc
rəssamımız böyük vətənpərvərlik
nümunəsi göstərib başımıza gələnlərin
bədii salnaməsini yaratmışdı. Əminik
ki, rəssam Canfəda, Avşar və digər
kəndlərdən, bölgələrdən olan qaçqınların
tükürpədici zahiri görkəmini, gözlərindəki
ümidsizlik notlarını əbədiləşdirməklə sanki
bizə bunları unutmamağı vəsiyyət etmişdi.
Əslində, 1918-1920-ci illərdə yaşanan acıların
canlı salnaməsi olan bu portretlər danılmaz
tarixi sənədə çevrilən, erməni təcavüzünə
qarşı sənətkar ittihamı kimi səslənən və heç
vaxt əhəmiyyətini itirməyəcək bir bədii irsdir,
desək, həqiqəti söyləmiş olarıq.Təkcə elə bu
silsiləyə görə Bəhruz bəy Kəngərli hər cür
təqdirə layiqdir...
“Qaçqınlar” silsiləsini otuza qədər əsər
təşkil edir. Onların çoxu Azərbaycan Milli
İncəsənət Muzeyində, bir hissəsi isə rəssamın
Naxçıvandakı muzeyində qorunur. Bəhruz bəy
bu portretləri sulu boya ilə çəkmişdir. Sulu
boya rəssamın sevimli texniki vasitələrindən
olsa da, ehtimal etmək olar ki, o, onsuz da
dərd-sərə bələnmiş ovqatda olan insanları
vaxtını çox almaq istəməmiş, çox qısa
müddətdə onların real görüntülərini yaratmağa
çalışmışdır. Rəssamın bu portretlərin hər
birinə zaman baxımından az vaxt sərf etsə
də, bu, həmin əsərlərin zamanların ən çətin
sınaqlarından çıxıb, bu gün ifşaedici ittiham
qaynağına çevrilməsini şərtləndirə bilmişdir...
B.Kəngərli. “Qaçqın qadın”. 1919.
129
"Qaçqınlar" silsil
e
si
Qaçqın taleyini yazmağa məhkum olan
soydaşlarımıza həsr olunmuş bu portretlərin
hər biri faciəvi – dramatik ruhuna görə
bənzərsizdir, desək, yanılmarıq. Rəssam 1919-
cu ildən yaradıcılıq axtarışlarını qaçqınların
taleyinə yönəltmişdir. Bəlkə də o, bu portretlər
silsiləsini ömrünün axırına qədər çəkəcəyini
düşünməmişdi. Amma iş elə gətirdi ki, gənc
rəssam Tanrı tərəindən ona ayrılmış ömür
payının son üç ilini missiyasına müvaiq qaçqın
taleyini bədiiləşdirməyə, milli tariximizin ən
ağrılı səhifələrindən birini əbədiləşdirməyə
həsr etdi. Amma səsə həsrətli günlərini
yaşayan gənc rəssam təkcə isti
ocaqlarından perik düşmüş soydaşlarının
portretini çəkməklə kifayətlənmirdi.
Özünün maddi cəhətdən ehtiyacı olsa
da, o, qaçqın uşaqları ya evlərinə, ya da
emalatxanasına gətirər, onları yedizdirər,
pal-paltar verər və sonra da onların
şəkillərini çəkərdi...
“Qaçqın qadın” (1919) əsəri
rəssamın sonradan silsiləyə çevriləcək
“Qaçqınlar”ının birincilərindən olub.
Şaquli kompozisiyada görüntüyə alınan
bu
portretdə
detalların-ayrıntıların
klassik anlamda bir araya “gəlməməsi”
də gənc rəssamın gücsüzlüyündən daha
çox, başına gələnləri hələ sona qədər
dərk etməkdə çətinlik çəkən qadının bu ürək
ağrıdıcı görkəmini şərtləndirən zamana müəllif
etirazının ifadəsidir. Qadının xırda qırmızı
naxışları sərt qatların içində itib-batan bəyaz
paltarının üzərindən geydiyi jaketin cırıqları
yaşanan faciənin “isti”liyinə işarə kimi
qəbul olunur. Qaçqın qadınının geyimindəki
pərakəndəliyin duyulanlığı ilə əhatələnmiş
narahat baxışlı çöhrəsindəki aydınlıq haradasa
təsvirdə təzadın mövcudluğunu şərtləndirir.
Rəssamın obrazı yurda bağlılığın rəmzi kimi
düşünülən işıqlı mənzərə fonunda təqdimatı
təsvirin daşıdığı psixoloji gərginliyi daha da
qabardır, desək, yanılmarıq...
Yaşanmış faciənin dramatikliyinin daha
da gücləndirilməsini rəssamın “Əyləşmiş
qaçqın oğlan” (1920) əsərində müşahidə
etmək mümkündür. Bu portret təqdimat
baxımından əvvəlkindən bir qədər fərqlənir.
Belə ki, duyulası dərəcədə qabarıq təsvir
olunan obrazın arxasındakı fon-yerlik neytral
olmaqla, ikir dağıdıcı deyil. Daha dəqiq desək,
rəssam yaşantılara bələnmiş qaçqını tamaşaçı
ilə göz-gözə qoymuşdur. Cırılmış pal – paltarı
ilə başındakı iri “çoban papağı”nın bir-birini
tamamlayan düşündürücü tutumu əslində
qaçqın həyatını yaşamağa məhkum olmuş
B.Kəngərli. “Əyləşmiş qaçqın oğlan”. 1920.