Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə21/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   17   18   19   20   21   22   23   24   ...   132

77

   


        

R sml r


B.Kəngərli. “Apollonun büstü”. 1913.


 

78

R sml r



əhatə  edir.  Bu  da  ilk  növbədə  Bəhruz  bəyin 

rəsmetməyə  ciddi  münasibətini  əks  etdirir. 

Əgər  bu  yerdə  sulu  boya  texnikasının  onun 

yaradıcılığında  önəmli  yer  tutduğunu  və  bu 

texnikada ərsəyə gətirilən əsərlərin arzulanan 

estetikasının əldə olunmasında inamlı xətlərin 

vacibliyini  nəzərə  alsaq,  onda  azərbaycanlı 

rəssamın  Tilis  məkanında  bu  sahəyə  xüsusi 

diqqət yetirməsinin səbəbini başa düşmək olar. 

Yaxşı  haldır  ki,  gənc  rəssamın  müxtəlif 

kurslarda  oxuduğu  zaman  çəkdiyi  tədris 

rəsmləri  bizim  günə  gəlib  çatıb.  Bu 

yerdə  bu  işlərin  dəyərini  azaltmaqdan 

uzaq olmaqla demək istəyirik ki, onlar 

nə  qədər  məşhur  rəssamın  gözlərinin 

işığı,  əllərinin  hərarəti  ilə  ərsəyə 

gətirilsələr də, cəlbedicilik baxımından 

mənzərə,  natürmort  və  müasirlərinin 

portretləri  ilə  müqayisədə  alıcılar 

üçün  cəlbedici  olmamış,  elə  məhz  bu 

səbəbdən  də  uzun  müddət  ailəsində 

qalmış,  sonda  isə  həmin  işlər  muzey 

üçün alınmışdır...

Onların  bədii-texniki  tutumunu  

şərh  etməli  olsaq,  onda  ilk  növbədə 

tədris  rəsmlərinin  iri  ölçülü  olduğunu 

vurğulamalıyıq.  Bu  işlərin  rəssamın 

yaradıcılığında  ən  böyük  formatlı 

olmaları  birmənalıdır.  Hamısı  da  eyni 

texnikada  –  kömürlə  çəkilmişdir. 

Yuxarıda qeyd etdiyimiz kimi onlarda həm canlı 

naturaçılar, həm də məşhur  antik heykəllərin 

gips  surətləri  təsvir  olunmuşlar.  Bununla 

belə,  qeyd  etməliyik  ki,  onun  belə  iriölçülü 

portretlərinin  bizim  dövrə  gəlib  çatanı  onun 

tədrislə  əlaqəsi  olmayan  “Avtoportret”idir 

(1911). Kömürlə çəkilmiş bu portretin  (41x31 

sm)  yaradılmasında  gənc  rəssam  güzgüdən 

yox, hazır fotoportretdən istifadə etmişdir. O, 

bunu  portretin  arxasında  əsəri  1918-ci  ildə 

dostu  N.Sultanova  hədiyyə  edərkən  xüsusu 

vurğulamışdır. Ancaq  portretin  daşıdığı  bədii 

tutuma,  cizgi  oynaqlığına  və  tonallığın  əldə 

olunmasına  rəğmən  demək  olar  ki,  Bəhruz 

bəy onu ustalıqla foto anlamından çıxarmağa 

nail olmuşdur. Odur ki, Tilisdə  oxumağının 

ikinci ilində gənc rəssamın ərsəyə gətirdiyi bu 

portreti onun ilk yaradıcı uğuru saymaq olar. 

Bu əsər həm də onun arxasında Bəhruz bəyin  

doğum tarixini  öz əli ilə (1 may 1892-ci il) 

yazması baxımından da maraq doğurur... 

Rəssamın  tədrislə  bağlı  portret  işləri 

əsasən  1913-1915-ci  illəri  əhatə  edir.  Bunun 

səbəbini müxtəlif cür izah etmək mümkündür. 

Adətən  rəssamlıq  məktəblərinin  başlanğıc 

kurslarında  tələbələrə  natürmortlarla  yanaşı, 

gips  modellərin  çəkilməsi  tapşırılır.  Bu 

mənada demək olar ki, bu işlər bəlkə də 1910-

cu ildən Tilis rəssamlıq məktəbində oxumağa 

başlayan  Bəhruz  bəyin  yuxarı  kurslarda 

çəkdiyi  portretlərdir.  Amma  bizim  dövrə 

onun  ilk  kurslarda  çəkdiyi  tədris  rəsmlərinin 

gəlib  çatmaması  da  istisna  deyil.    Rəssamın 

yuxarı kurslarda da rəsmetmə sahəsində bilik 

və  bacarığını  təkmilləşdirmək  məqsədilə 

gips  portretlər  çəkməkdə  davam  etməsi  də 

təəccüblü  görünməməlidir.  Bu  yerdə  deyək 

ki,  Bəhruz  bəyin  Tilisdə  çəkdiyi  istisna 

olunmayan  natürmortlarının  bizim  dövrə 

gəlib  çatmaması  da  maraqlı  məsələdir.  Onun 

qaralama  və  eskizlər  toplanmış  albomunda 

cəmisi bir qısamüddətli qaralamanın olması da 

dediklərimizi təsdiqləyir. Onun yaradıcılığında 

yer almış bir-neçə əşya təsviri də yalnız 1921-

ci ilə aiddir...

Rəssamın  tələbəlik  illərini  əhatə  edən 

portretlərini  onun  yaradıcılığının  çox  uğurlu 

mərhələlərindən  biri  saymaq  olar.  Doğrudan 

da  onun  cəmisi  bir-neçə  il  ərzində  yaratdığı 

“Apollonun  başı”  (1913),  “Baş  əzələləri” 




79

   


        

R sml r


(1913),  “Gipsdən  hazırlanmış  baş”  (1913), 

“Antik  heykəl”  (1913),  “Laokoon”  (1914), 

“Antik iqur” (1910-cu illər), “Antik heykəl” 

(1914),  “Apollonun  büstü”  (1915)  və  s. 

portretlərini Azərbaycan  təsviri  sənətinə  şan-

şöhrət gətirə biləcək  qraika nümunələri hesab 

etmək olar. Gips modellərə xas forma-biçimi, 

onların  axıcı  keçidlərini  yüksək  ustalıqla 

gerçəkləşdirməyi  bacaran  gənc  rəssam  sözün 

əsl  mənasında  qraik  incilər  yaratmağa  nail 

olmuşdur. Qənaətimizcə, oların kütləvi şəkildə 

çap olunub respublikamızın ali və orta təhsil 

ocaqlarında  tədris  vəsaiti  kimi  istifadə 

olunması  çox  məntiqli  olardı.  Bu 

mənada  Bəhruz  bəy  Kəngərli  həm  də 

milli rəssamlığımızda  özünəməxsus bir 

rəsmetmə məktəbinin əsasını qoymuşdur, 

desək, yanılmarıq. 

Rəssam  tələbəlik  illərində  özünün 

tədricən  əldə  etdiyi  güclü  rəsmetmə 

bacarığını  həmin  dövrdə  işlədiyi  canlı 

portretlərdə  də  nümayiş  etdirmişdir.  Bu 

mənada  Bəhruz  bəyin  kömürlə  işlədiyi  

“Yaşlı  qadın”  (1913-1914),  “Papaqlı 

kişinin  portreti”  (1913),  “Kişi  portreti” 

(1915),  “Qadın  portreti”  (1914),  “Kişi 

portreti”  (1913)  və  s.  əsərlərin  adını 

çəkmək olar.

Bəhruz  bəy  Naxçıvana  qayı-

dandan  sonra  da  zaman-zaman  kömür 

texnikasına  müraciət  etmiş,  bir-birindən 

maraqlı portretlər yaratmışdır. Onlar rəssamın 

müasirləri olan insanların obrazlarıdır. Bunlar 

“Şirin  xanımın  portreti”  (1915-1920),  “Nazlı 

xanım  Tahirova  (Nəcəfova)”  (1916),  “Əsəd 

ağa  Kəngərli”  (1916),  “Rus  dili  müəllimi 

Mirzə  Məhəmməd  Zamanbəyovun  portreti” 

(1917),  “Mirzə  Heydər  Nəsirbəyov”  (1918) 

və  “Qadın  portreti”  (1921)  əsərləridir.  Onlar 

haqqında ətralı məlumatı  kitabın “Portretlər” 

bölümündə oxuya bilərsiniz. 

Bəhruz  bəyin  rəsmetməyə  bələdçiliyini 

onun müxtəlif xarakterli digər irili-xırdalı qraik 

əsərlərində  də  görmək  mümkündür.  Onun 

qələm  və tuşla çəkilmiş belə əsərləri sırasında 

“Azərbaycanlı  qadın”  (1913),  “Dükanda” 

(1913),  “Qaçqınlar”  (1920),  “Yatmış  qız” 

(1921),  “Yatmış  uşaq”  (1921),  “Oğlanın 

portreti” (1922), “Oğlan surəti” (1921), “Tərk 

edilmiş ev” (1921), “Oturmuş oğlan” (1922), 

“Qız surəti” (1922), “Başı yaylıqlı qız” (1922), 

“Uşaq surəti” (1922), “Gənc oğlanın portreti” 

(1921) və s. adını çəkmək olar. 

Yuxarıda  adları  vurğulanan  qraika 

nümunələrinin  özünəməxsus  bədii-estetik 

məziyyəti vardır. Belə ki, onların hər birində 

gənc  rəssamın  gördüklərinin  səciyyəvi 

xüsusiyyətlərini  qraik vasitələrlə, yaddaqalan 

biçimdə  bədiiləşdirmək  istəyi  duyulur. 

Bəzilərinin  yaranmasına  çox,  bir  çoxlarının  

ərsəyə  gətirilməsinə  isə  az  vaxt  sərf  edən 

Bəhruz bəy məhz bu uzun və yaxud qısa zaman 

kəsiyi  çərçivəsində  özünəməxsus  rəsmetmə 

sənətkarlığını  nümayiş  etdirə  bilmişdir.  Odur 

ki,  rəssamın  bədii  irsini  təşkil  edən  digər 

rəngkarlıq və qraika nümunələri kimi duyulası 

əhəmiyyət kəsb edirlər... 

Bəhruz  bəyin  rəsmlərindən  söz  açarkən 

onun  çəkdiyi  karikaturalara  münasibət 

bildirməyə  də  ehtiyac  duyduq.  Amma  bu 

yerdə qeyd edək ki,  o, çəkdiyi karikaturalarla 

heç də nəyəsə iddialı olmayıb. Əslində özünü 

rəssamlığa  həsr  etmiş  gəncin  yaradıcılığının 

ilkin  mərhələsində  onun  maraq  dairəsinin 

genişliyini, o cümlədən də karikaturaya meyl 

göstərməsini  təbii  saymaq  olar.  Buna  digər 

məsələlər də səbəb ola bilərdi. Qənaətimizcə, 

Naxçıvandan Tilisə üz tutan gənc Bəhruz bəy 

Kəngərlinin uzun bir müddət ərzində Tilisdə 

oxuması və orada yaşaması, eləcə də jurnalın 

baş  redaktoru  Cəlil  Məmmədquluzadə  ilə 



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə