Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə2/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   2   3   4   5   6   7   8   9   ...   73

8 _______________________________________  
Q.Paşayev aynca olaraq maddi-mədəniyyət abidələrini 
yaşadan bir adamdır. O, sadəcə  Kərkük folklorunu tədqiq 
etməklə kifayətlənməmiş, silinməyə üz tutan bu abidələri 
toplayaraq yaşatmağa da əzmli və  qərarlı davranmışdır. 
Bakının folklor qoxuyan İçərişəhərində  əski bir ev təmir 
etdirərək onu «İraq-türkman Ocağı» adı altında muzeyə 
çevirmişdir. İçinə də bu günə qədər İraq türkləri haqqında 
İraqda, Türkiyədə  və Azərbaycanda yayınlanmış bütün 
kitab və  dərgiləri  şüşəli vitrinlərdə  sərgiləmişdir. Bu 
muzeyin bir otağını da prof. İhsan Doğramacıya ayıraraq, 
onun,  Əta Tərzibaşının, Sinan Səidin və  Əbdüllətif 
Bəndəroğlunun yağlı boya portretlerini asmışdır. Bu Ocağı 
1995-ci ilin aprelində hörmətli İhsan Doğramacı açmışdır. 
Q.Paşayevin indi əlinizdə olan «İraq-türkman 
folkloru» monoqrafiyası barədə söz açarkən deməliyəm ki, 
folklorla bağlı çalışmalar biri-birini tamamlayan üç 
mərhələdən ibarət olur. Birinci mərhələ material toplamaq
ikinci mərhələ materialı  təhlil süzgəcindən keçirmək, 
üçüncü mərhələ isə faktlarla bağlı müqayisələr aparmaqdır. 
Müqayisələr zamanı  tədqiqatçının hökmlərinin dəqiqliyi, 
onun elmi qabiliyyəti və mövzuya nə  səviyyədə vaqif 
olduğu da ortaya çıxır. «İraq-türkman folkloru» kitabı 
göstərir ki, bu baxımdan Q.Paşayevi alqışlamaq gərəkdir. 
Rəhmətlik Abbas Zamanovun qeyd etdiyi kimi, bu 
əsərdə Q.Paşayev faktları sadəcə sadalamamış, dərin 
təhlilləriylə kitabında elmi və inkarolunmaz nəticələrə 
gəlmiş, qənaətlərini məntiqi cəhətdən təsbit etmişdir. 
Q.Paşayevin «İraq-türkman folkloru» kitabı  səbətlər dolu 
meyvənin böyük bir vazada yığılmasına bənzər. Bu kitab- 
1 Sonralar «İraq-türkman Ocağı»nın eksponatları MEA-nın Nizami Gəncəvi 
adına  Ədəbiyyat muzeyinə verildi. Q.Paşayevin  İraqdan gətirdiyi yeni 
eksponatlarla zənginləşdirildi və 2001-ci il iyunun 20-də muzeydə 100 kv.m 
sahəsi olan zalda «Iraq-türkman ədəbiyyatı  və  mədəniyyəti daimi 
ekspozisiyası» yaradıldı (elmi redaktordan). 
                                                                                                           
9  _______________________________________         
da toplanan bilgi və örnəklər, müqayisəli təhllilər, Azad 
Nəbiyevin dediyi kimi, təkcə folklorşünaslar üçün deyil, 
eyni zamanda tarixçilər, etooqraflar üçün də yeni və 
önəmlidir, 
Burada oxucunun diqqətini bir cəhətə  çəkmək 
zəruriyyəti də ortaya çıxır.  Əsər oxunarkən görünəcək ki, 
hörmətli Q.Paşayev «türkmən»i «türkman»dan 
ayırmaqdadır. Hətta kitabın Azəri çapında kitaba «İraq-
türkman folkloru» adı vermişdir. Q.Paşayevin çeşidli 
qaynaqlara dayanaraq müdafıə etdiyi qənaəti dəstəkləmək 
gərəkdir. Ancaq Türkiyədə «türkman» kəlməsinin 
işlənməməsi və  İraq türklərinin «türkmənlər» olaraq 
tanmması, bizi «türkman» yerinə «türkmən» kəlməsini 
işlətməyə  məcbur etmişdir. Tədqiqatçının  əngin ürək 
genişliyinə arxalanaraq bizdən inciməyəcəyinə əminik. 
Əsərin başqa bir xüsusiyyəti ondan ibarətdir ki, çox 
sayda  ərəbcə, rasca, ingiliscə  və türkcə qaynağın yanında 
tədqiqatçının bir çox folklor öməklərini yazılı qaynaqdan 
almaması, Kərkük və yörəsini addım-addım, kənd-kənd 
dolaşması  və yaşlıların söylədiklərini kağıza köçürərək 
şəxsi arxivə çevirməsidir. 
Azərbaycanın müstəqilliyə qovuşmasından sonra bir 
çox Azəri yazan Türkiyədə dəyərli kitablar yayınlamışdır. 
Ancaq bu kitabların çoxu Azərbaycan haqqındadır. 
Q.Paşayevin  əsəri bunlardan önəmli bir nöqtədə  fərqlənir 
və bu fərq onun dəyərini artırmaqdadır. Ayrıca bu əsərin 
Türkiyədə  İraq türklərinin mədəni məsələləri ilə  əlaqədar 
bir vəqf tərəfindən yayınlanmasının mənalı ifadələri 
vardır. Azəri bir araşdırmaçının  İraq türkləri mövzusunda 
qələmə aldığı bir əsəri Türkiyədə yayınlanmaqdadır. Bu 
hadisə türk dünyasının müştərəkliyini, böyüklüyünü və 
zənginliyini göstərməkdədir. Siyasət və ideologiyalar iki 
qardaşı biri-birindən ayıra bilir. Amma milli-mədəni 
dəyərlər qaldıqca qardaşlığı yox etmək mümkün deyildir. 
Bir zamanlar tək torpaq parçası halında olan Kərkük 


10 ______________________________________  
 
və Azərbaycan, XX yüzilin başlarında iki ауrı ada halına 
gəlmişdir. Bu gün iki adanı bir-birinə bağlayan körpünün 
memarı Q.Paşayevdir.  Şübhə yoxdur ki, günümüzdə 
adacıqlar halına gələn Türk dünyasının bir-birinə bağlayan 
mədəni körpülərin ağırlığını Q.Paşayev kimi şüurlu elm 
adamları çiyinlərində daşıyacaq və  gələcəkdə  də yüksək 
tutacaqdır. Möhtərəm Qəzənfər Paşayevin məna və 
ciddiyyət dolu, əhatəli və birləşdirici çahşmalarını sadəcə 
Kərkük və Azərbaycanda deyil, bütün Türk dünyası 
minnətdarlıq və şükranlıqla anacaqdır. 
Prof. Mahir Naqib 
Türkiyə, Erciyes Universiteti, Kayseri 
GİRİŞ 
Xalqın  ən böyük milli sərvəti onun folklorudur. 
Folklor sözün həqiqi mənasında xalqın ruhu, psixologiyası, 
tarixidir. Onun istək və arzularının, təsəvvür və 
təfəkkürünün, mənəvi aləminin güzgüsü, bitib-tükənməyən 
incilər xəzinəsidir. Hələ bu az imiş kimi, «folklor Şərq 
müdriklərinə öz sərrastlığı  və  dəqiqliyi ilə seçilən elə bir 
hikmət bəxş etmişdir ki, eşidənlər bu yandan mat qalır, 
digər tərəfdən də ona pərəstiş edirlər» (267, 13).* 
Folkloru bilmədən xalqın psixologiyasını, onun əsl 
tarixini, bəşər tarixində  məxsusi yerini, inkişaf 
mərhələlərini, həyat tərzini, dünyabaxışını, inam və 
etiqadını, adət-ənənəsini və s. dərk etmək, anlamaq çətin 
olur. 
Əsatir və bayatıda, nağıl və dastanda əbədiləşən, canlı 
yaddaşa çevrilən, heç kəsin soyunu, əslini, zatını 
unutmağa qoymayan, onu parçalanmaqdan xilas edən, 
şüurda, düşüncədə, mənəviyyatda xalqın bütövlüyünü 
təmin edən də folklordur (70, 3-4). 
Bu baxımdan, müəyyən ictimai-siyasi səbəblər 
üzündən soykökündən  ауrı düşmüş, təcrid olunaraq ərəb 
və kürd xalqları  əhatəsində,  İraqın  şimalında,  əsasən 
Kərkük vilayətində toplu halda yaşayan, XX əsrin 60-cı 
illərində sayı 600 min (166,60), indi isə iki milyon yarıma 
yaxın olan (358
a
, 8, 362, 36, 53) elatın - azərbaycanca 
danışan 
*Çıxarışlar əlifba sırası ilə əsərin sonunda «Qaynaqlar»da verilmişdir. 
Qaynaqlar bir-birindən nöqtəli vergüllə, səhifələrdən isə vergüllə ayrılmışdır. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə