Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə5/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   2   3   4   5   6   7   8   9   ...   73

 20                                                              ________    Giriş                                     
sübut edirdi (356, 93-99; 197, 35) 
Bu baxımdan «Şərqi-Hind»  şirkətinin nümayəndəsi 
Edmondzun 1820-ci ildə türkmanların yaşadığı  əraziyə 
səyahəti də maraq doğurur: «Saat 8.20-də Quruçaya çatdıq. 
Burada Bayat türkmanlarının çadırları vardı.  Əşirətin 
başçısı, bəzən «Qaraquş  bəy» adlanan Həsən bəy gəlib 
məni yeməyə  dəvət etdi. O, Xorasanda Böyük Bayat 
əşirətinin mövcudiyyətindən yaxşı  xəbərdar idi. Lakin 
əşirət qollarının ilk dəfə olaraq nə vaxt bu ölkəyə gəldikləri 
tarixi müəyyənləşdirə bilmədi» (343, 267). 
İraq türkmanlarının nə zaman və haradan köçərək 
burada məskən salmaları barədə müxtəlif tarixi faktlara 
rast gəlirik.  Əksər tədqiqatçılar onların  əsasən 
Azərbaycandan köçüb getdiklərini qeyd edirlər. 
Biz о fikirdəyik ki, erkən orta əsrlərdən başlamış XVI 
əsrin ortalarına qədər və sonralar da müəyyən dövrlərdə 
İraq türkmanları ilə bütöv bir ərazidə, bir bayraq altında 
yaşamış, sonralar müəyyən ictimai-siyasi səbəblər üzündən 
parçalanmağa məruz qalmışıq. Son zamanlar İraq-türkman 
və Azərbaycan tarixinə dair sanballı  tədqiqatlar işıq üzü 
gördükcə bu qənaətimiz daha da möhkəmlənmişdir (27; 
59; 141; 305; 357). 
Bununlala belə, qanlı müharibələr, siyasi məqsədlər və 
başqa səbəblər üzündən müəyyən axınların olduğunu da 
inkar etmirik. 
Ərəb tarixçisi Təbəri və prof. Sübhi Saatçı türklərin 
İraqa ilk gəlişinın 54 hicri ilinə təsadüf etdiyini göstərirlər 
(356, 167; 20l
a
, 20). 
Türk alimi, professor S.Buluç da bu məsələyə öz 
münasibətini bildirir: «Hicrətin ilk yüzillərində 
Azərbaycan türkləri Təbriz-Sultaniyyədən keçib Kərkük 
yörəsinə yerləşirlər» (353, 109). 
 Kərkük folklorunun janrları  janrları                            21 
Kərküklü tədqiqatçı  Şakir Sabir bu xalqra İraqda 
məskən salmasının VII əsrdə başladığını və miladi 745-ci 
ildə Bağdadda artıq onların məhəllələrinin yarandığını 
göstərir (360, 37, 39). 
XII-XIII  əsrlərdə yaşamış  ərəb tarixçisi İbn-əl-Əsir 
yazmışdır: «1045-ci ildə çoxlu Azərbaycan türkləri  Əbu 
Mənsur Bəktaş  və  Əbu  Əli ibn Dəhqanın rəhbərliyi ilə 
İraqa köçərək Tiləfər, Mosul və  оnа bitişik bölgələrdə 
məskən salmışlar» (345, 136). 
Tanınmış iraqlı  tədqiqatçı Mustafa Cavad «İraqda 
türklərin tarixi» adlı  əsərində türklərin  İraqa axınının 
başlanğıcını hicri 32-ci ilə aid edir və bu axınları yeddi 
mərhələyə bölür. Əməvilər, xüsusən də Abbasilər 
dövründə 
İraqda türklərin nüfuzunun artdığını, 
mövqelərinin möhkəmləndiyini qeyd edərək onların 
atıcılıqda məharətli, müharibədə  cəsarətli, çətinliklərdə 
səbirli olduqlarına görə orduda əsas qüvvəyə 
çevrildiklərini göstərir. Mustafa Cavad dördüncü mərhələ 
hesab etdiyi Səlcuqlar dövründə  İraqa minlərcə  oğuz 
türklərinin daxil olduğunu,  İraqda köklü halda yerləşərək 
Türkman xanlıqlarını,  о cümlədən Mardin ətrafında 
Artıqlılar, Mosul Atabəyləri,  Ərbildə Zeynalabdinlilər, 
Kərkükdə  Qıpçaqlar, Diyar-bəkrdə Qara Aslanlılar - 
Dağıstan və Azərbaycan xanlıqları qurduqlarını qeyd edir. 
Tədqiqatçının fıkrincə Qara Təpə  və Daquq tərəflərdə 
məskən salan Bayatlar İraqa dördüncü mərhələdə daxil 
olmuşlar. Cəlairilər və Teymurılər zamanındakı axın 
beşinci mərhələyə aid edilir. Mustafa Саvad 
Qaraqoyunlular və  Ağqoyunlular dövrünü altıncı 
mərhələyə daxil edir. Yeddinci mərhələ isə  Səfəvilər 
dövrü hesab olunur (352, 59-61, 279-282). 
"Prof. Sübhi Saatçı bu axınları səkkiz mərhələyə bölür 


22                                                                              G i riş 
və sonuncu mərhələni «Osmanlı dönəmi» adlandırır (20l
a

31-106). 
Kərküklü tədqiqatçı Erşad Hürmüzlmün göstərdiyinə 
görə  ən böyük türkman dalğaları  İraqa Toğrul bəyin 
vaxtında (1040-1063) girmişdir. Miladi 1055-ci ildə 
onların sayı lap çox idi. Bu vaxt və sonralar türkmanların 
İraqa davam edən köçləri ölkənin quzey bölgəsini türk 
vətəni halına gətirmişdi (357, 25). 
Onu da inkar etmək olmaz ki, 1136-cı ildə Şəmsəddin 
Eldəniz Azərbaycanda hakimiyyəti  ələ aldıqdan sonra və 
sonralar onun oğulları  Məhəmməd Cahan Pəhləvan və 
Qizıl Arslanın hakimiyyəti dövründə  İraqla  əlaqə çox 
qüvvətləndi (256, 53, 58; 59, 51). 
Şəmsəddin Eldənizin vaxtında  İraq və Azərbaycan 
ordusu da, dövlət də bir bayraq altında birləşmiş, xalq 
əmin-amanlıqla yaşamağa başlamışdı (27, 127). O, 
vaxtaşırı gah İraqda, gah da Azərbaycanda olurdu. 1175-ci 
ildə  İraqdan Azərbaycana gələn və az sonra Naxçivanda 
vəfat edən (27, 127, 133) Eldənizin oğlanları Cahan 
Pəhləvan da, Qızıl Arslan da İraqın, Azərbaycanın, 
Arranın, Reyin, İsfahanın, Həmədanın və başqa 
vilayətlərin mütləq hakimi idi (59, 74). İndi türkmanlar 
yaşayan Daquq, Ərbil, Kərkük və s. daxil olmaqla 
Atabəylər dövründə  Gəncə, Naxçivan, Təbriz və başqa 
şəhərlər də bir bayraq altında birləşirdi (59, 234, 238; 27, 
134). 
Son Abbasi xəlifəsinin 1258-ci ildə edam 
edilməsindən sonra Bağdad başda olmaqla bütün ətraf 
şəhər və  kəndlər Azərbaycanın  əyalətinə çevrilərək onun 
tabeliyinə keçmişdi (38, 73). О vaxtdan Bağdad  ətrafında 
Kərkük, Mosul, Ərbil və s. şəhər və  qəsəbələrdə yaşayan 
azərbaycanlılarla Güney və Quzey azərbaycanlılan ara- 
 Kərkük folklorunun janrları                                73 
sında  əlaqə daha da genişlənir. Bu əlaqə XIV əsrdə 
Cəlairilər, XV əsrdə Qaraqoyunlular və  Ağqoyunluların 
dövründə daha da qüvvətlənmişdi. Qaraqoyunlu dövləti 
Azərbaycan, Ermənistan, Qərbi İran, İraq, Kürdüstan və s 
əraziləri  əhatə edirdi. Paytaxtı  Təbriz idi. Əsas  şəhərləri 
Təbriz, Marağa,  Ərdəbil, Naxçıvan, Gəncə, Bağdad, 
Ərzincan və s. idi (24, 54). Ağqoyunlular, xüsusən də 
Uzun Həsənin hakimiyyəti dövründə Azərbaycanın Kür 
çayina qədər bütün torpaqları, Qarabağ mahalı, Ərəb İraqı, 
Əcəm  İraqı, Fars və Xorasan sərhədlərinə  qədər bütün 
torpaqlar,  Ərzincan və s. daxil olmaqla ona tabe idi (15, 
221; 120, 81; 121, 62; 350, 3; 141, 97, 172). 
Təsadüfi deyildir ki, Uzun Həsən Avropa dövlət 
başçılarına göndərdiyi məktubda xüsusi qeyd edirdi: «... 
İraq, Hindistanın qapılarına qədər bütün Fars, ... 
Mazandaran, Gilan, ... Azərbaycan, Bağdad - hamısı 
mənim torpaqlarımdır. Mən bu yerlərin hökmdarıyam» 
(141, 103). 
Maraqlıdır ki, ingilis tədqiqatçısı S.Lonqriq Uzun Hə-
sənin vaxtında ölkənin paytaxtının yayda Təbriz, qışda 
Bağdad olduğunu göstərir (349, 20). 
Babası Uzun Həsənin vaxtında olduğu kimi, Şah  İs-
mayıl Xətai dövründə  də  İraqla Azərbaycanın bir bayraq 
altında birləşməsi və vahid Azərbaycan yaratmaq məqsə-
dilə 1506-cı ildə  Şah  İsmayılın Bağdadı tutması Osmanlı 
sultanlığını çox narahat edirdi. Osmanlı sultanlığı  Səfəvi 
dövlətinin qüvvətlənməsindən çəkinirdi. Odur ki, böyük 
quvvə toplayıb Səfəvilərə qarşı müharibəyə girişdi və 
tarixdə məşhur olan Çaldıran vuruşunda qalib gəldi (305, 
143). Məğlubiyyət Səfəvi dövlətini böyük itkilər vermək 
məcburiyyətində qoydu. Həmin itkilərdən biri də Bağda-
dadın əldən getməsi idi. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə