Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə7/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   2   3   4   5   6   7   8   9   10   ...   73

28                                                                              Giriş 
 
işlək olması, daha doğrusu, yalnız həmin sözlərin və həmin 
mənada işlənməsi buna tutarlı dəlil-sübutdur. Məsələn: 
kəpənək (yapınçı), xerxız (oğru), əkmək (çörək), ənsa 
(arxa), qalavuz (bələdçi), qısraq (at, madyan), yayan 
(piyada), nəsnə (əşya, alət), səmiz (kök), sığır (buğa, cö-
ngə), mavlamaq (huşunu itirmək), qanara (çarmıx), borı 
çalmaq (şeypur çalmaq), davul dögmək (təbil çalmaq), 
ismarlamaq (tapşırmaq), yarın (sabah), ög (ön), xoyrad 
(qaba, kobud, nadan), yağmalamaq (talamaq), qavat (al-çaq, 
əskik adam), oda (otaq), imdi (indi), baş üzərinə (baş üstə!), 
qaum-qardaş (qohum-qardaş), kəlisa (kilsə), eyi (gözəl), 
kəndi (özü) və s. 
Təsadüfi deyildir ki, azərbaycanlı  tədqiqatçılar «Kita-
bi-Dədə Qorqud»u «Azərbaycan  şifahi və yazılı  ədə-
biyyatının babası» (136, 5), kərküklü tədqiqatçı  Əta Tər-
zibaşı isə onu İraq türkmanlarının «ana kitabı» adlandır-
mışdır. 
Deyilənlərə onu da əlavə etmək olar ki, dilçilərdən 
P.Melioranski (307, 1-6, 18), M.Şirəliyev (334, 11), 
N.Baskakov (272, 9, 56), A.Şerbak (337, 27), H.Mirzəzadə 
(151, 20), E.Nəcip (312, 30), Ə.Orucov (169, 9), Y.Şirvani 
(257, 16) və başqaları təxminən XIII əsrin sonu, XIV əsrin 
əvvəllərində yazılmış 
«İbn-Mühənna lüğəti»ndən 
danışarkən, əsər qədim Azər-baycan dilində olduğuna görə, 
onun ya İraq  ərazisində, ya da Azərbaycanda yazıldığını 
qeyd edirlər. 
İraq türkman tədqiqatçısı Mahir Naqib isə «Kərkük 
türk xalq musiqisinin təsnif və  təhlili» adlı kitabında mu-
siqi baxımından da kök birliyini təsdiqləyir: «Sinirlərin 
(sərhəd) bir-birindən uzaqlığı Kərkük türk xalq musiqisi ilə 
Azərbaycan türk musiqisi arasındakı kök bərabərligini 
Kərkük folklorunun janrları                                29                                 
yox edəməmişdir» (350, 11). 
Bu doğmalıq, bu yaxınlıq təbii olaraq toponimlərdə də 
öz əksini qabarıq şəkildə tapmışdır: Ağdam, Ağdaş, Ağsu, 
Billava, Boyat, Quruçay, Qarabulaq, Qaraqoyunlu, 
Qaradağ, Qarabağlı,  Əmirli, Yəyçi, Yengicə, Mandılı, 
Mərdinli, Üçtəpə, Xasa, Xəsədərli, Çardaqlı  və s. adlara 
eynilə  Kəfkük dolaylarında da, Şimali Azərbaycanda da 
təsadüf edilir. Bakıda olduğu kimi, Kifri yaxınlığında da 
«Şirvan qalası» vardır. «Şirvan qalası»  İraq türkman-
larının tarixi abidəsi kimi İraq Respublikasının 1961-ci ildə 
Bağdadda çap olunan xəritəsində öz əksini tapmışdır. 
Kərkükdə «Qarabağlı» məhəlləsi indi də qalır.  İraqlı 
alimlər  İraq türkmanları arasında məşhur olan «Qara-
bağlı» və ya «Qarabaği» havasının Azərbaycandan - Qa-
rabağ ellərindən gətirildiyini qeyd edirlər. Bütün əsər boyu 
görəcəyimiz kimi, belə faktlar folklorda daha çoxdur. 
Kərküklü alim Sinan Səid  İraq türkmanları arasında 
şöhrət tapmış «Arzu-Qəmbər» dastanı üzərində  tədqiqat 
apararaq göstərir ki, bu dastan İraq türkmanlarının ləhcə-
lərini öyrənmək üçün istinad ediləcək bir sənəd, onların 
kimliyini aydınlaşdıran  əhəmiyyətli bir abidədir. Tədqi-
qatçı 
 
Arzum əndi bulağa,
 
 
Səsi gəldi qulağa. 
 
Arzıya peşkəş olsun, 
Şirvan, Təbriz, Marağa - 
bəndini misal gətirərək yazır: «Bu misralar dastanın hara-
da və kımin tərəfindən yarandığını aydın surətdə gös-
tər- 


30                                                                           Giriş                      
məyə kifayət edəcək dəlildir» (197
a
). 
Dastanın Tuz Xurmatu variantında isə hadisələr Araz 
çayı sahillərində cərəyan edir: 
 
Qurtıyasan, ey Araz,  
Əlimizdən düşdü saz.  
Qəmbəri çay apardı,  
Yetiş, ey Xızır İlyaz. (28
a
, 376) 
Bu bənd özü də birliyimizi göstərən tutarlı faktdır. 
İraq türkman mənəvi dəyərlərinin tədqiqi və  təbliği 
yolunda böyük işlər görən prof. Sübhi Saatçı da bu tarixi 
məsələyə öz vətəndaş münasibətini bildirmişdir: «Kər-
kükdə qarşımıza çıxan çoxrəngli folklor və xalq ədə-
biyyatı incələnərsə, Kərkük ağzının Azəri türkçəsinin 
motivlərini daşıdığı qolaylıqla anlaşılır. İstər Quzey Azər-
baycan, istər Güney Azərbaycan olsun, bu bölgələrdəki 
azərilərin kültür veriləri incələnərsə, Kərkükdəki sözlü 
ədəbiyyat ürünlərinin (məlısul) də eyni qaynaqdan bəs-
lənmiş olduqları kəndilərindən anlaşılır. Laylalardan tu-tub 
ta tapmaca və matallara qədər bu birlik və  bərabərliyi 
görmək mümkündür» (201, 11, 13-14). 
Yuxarıda deyildiyi kimi, bir çox türk, Azərbaycan və 
İraq türkman alim və yazarları da eyni fikirdədirlər. Belə 
olan halda İraq-türkman folklorunu ayrıca tədqiq etməyə 
ehtiyac varmı? XVI əsrin birinci rübünün sonuna qədər 
Kərkükün Azərbaycanın təbəəliyində olduğunu və bu 
səbəbdən də iraqlı  tədqiqatçı Sübhi Saatçraırı göstərdiyi 
kimi, «İraqda XVI yüzilə qədər ortaya çıxan türkcə ədəbi 
ürünlərin azəri türkcəsində olduğunu» (201, 14) nəzərə 
alsaq, görərik ki, əsrlərlə öz soykökündəıı ayrı düşmüş bu 
Kərkük folklorunun janrları 31 
elatın    folklorunun    hərtərəfli    öyrənilməsinə   zərurət 
böyükdür. 
Yeri gəlmişkən qeyd edək ki, Kərkük dolaylarında həm 
Kərkiik folkloru, həm də  İraq-türkman folkloru terminləri 
işlənir.  İraq-türkman folkloru və ya Kərkük folkloru 
dedikdə toplu halda yaşayan bütün İraq türkmanlan-nın 
şifahi xalq ədəbiyyatı  nəzərdə tutulur. Bu, təbii 
sayılmalıdır. Dərbənd və ya Naxçıvan folklora dedikdə 
Dərbənd və Naxçıvan şəhərləri ilə bərabər, ətraf kəndlərdə 
yaşayan bütün azərbaycanlıların folkloru, Kərkük folkloru 
dedikdə  İraq türkmanlarının toplu halda yaşadığı  Kərkük 
vilayətinin mərkəzi Kərkük  şəhəri ilə  bərabər, bütün ətraf 
kənd və rayonların  əhalisinin folklora göz önünə  gəlir. 
Buna görədir ki, oxucular əsər boyu müxtəlif məqamlarda 
hər iki terminə rast gələcəklər. 
İraq-türkman folklorunun toplanması, nəşri və qismən 
də tədqiqinə XX əsrin ortalarından başlanılmışdır. Xalqın 
əsrlərlə yaradıb nəsildən-nəslə töhfə etdiyi bu mənəvi 
inciləri toplayaraq bəşəriyyətin ən böyük kəşfı olan kitab- 
larda yaşadanlardan danışarkən göz önünə ilk olaraq Əta 
Tərzibaşı, Molla Sabir, Şakir Sabir Zabit, Məhəmməd 
Xurşid, Əbdüllətif Bəndəroğlu, İbrahim Daquqi, İhsan 
Vəsfi, Sübhi Saatçı, Mahir Naqib və başqaları gəlirlər. 
Onların min cür əzab-əziyyətə qatlaşaraq toplayıb əsasən 
öz  hesablarına   çap   etdirdikləri  kitabları  vərəqlədikcə 
V.Belinskinin sözləri yada düşür: «Böyük zəhmət və fə- 
akarlıqla xalq ədəbiyyatının qiymətli gövhərlərini top- 
layan və onları unudulub tələf olmaqdan qoruyan təvazö- 
kar və qərəzsiz adamların zəhməti hər cür təqdir və tə- 
şəkkürə layiqdir» (57, 109). 
Onların topladığı şifahi xalq yaradıcılığı nümunələri 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə