Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə9/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   5   6   7   8   9   10   11   12   ...   73

36                                                                               I fəsil                     
İNANCLAR. Azərbaycanda xalq arasında sınama, 
yozum, yozma, inanc, inam adları ilə tanınan bu janr İraq-
türkman folklorunda inanc kimi tanınır (149, 96; 197, 
191). 
Professor A.Nəbiyev inanclara İraq-türkman folkloru 
üçün də məqbul sayıla biləcək tərif vermişdir: 
«İnanclar sınamalar nəticəsində  qətiləşən hökmlərin 
bədii ifadəsidir» (162, 49, 162
a
, 312). 
İnancları  İraq-türkman folklorunda aşağıdaki kimi 
qruplaşdırmaq olar: Məişət və  mərasimlərlə, təbiət 
hadisələri, bitki və heyvanat aləmi ilə bağlı inanclar, astral 
təsəvvürlər və əsatiri görüşlərlə bağlı inanclar. 
Astral təsəvvürlər və  əsatiri görüşlərlə  əlaqədar olan 
inanclar, əsasən, Ay, ulduz, digər səma cisimlərinə inamın 
nəticəsində yaranmışdır. Məsələn, bir ulduz axanda yer 
üzündə kiminsə ömrünün sona yetdiyini düşünürlər. Çünki 
insan rahlarının ulduzlarla bağlı olduğuna inamırlar. İraq-
türkman folklorunda geniş yayılan «Leyli və  Məcnun» 
əfsanəsi də bu mətləbdən xəbər verir. Əfsanədə deyilir ki, 
Leyli və Məcunun öldükdən sonra onaların ruhları uçur və 
səmada iki parlaq ulduza çevrilir. Bu ulduzlara xalq 
arasında «Leyli və  Məcnun» deyirlər. Etiqada görə bu 
ulduzlar ildə bir dəfə biri-birinə yaxınlaşır və qovuşurlar. 
Kim onların qovuşmasının  şahidi ola bilsə mal, dövlət, 
mənsəb sahibi olar, arzusuna qovuşar (117, 81-82). 
Maraqlıdır ki, buna bənzər  əfsanəyə Azərbaycan 
folklorunda da təsadüf edilir. Əfsanədə göstərilir ki, biri-
birini dərin məhəbbətlə sevən iki gənc - Venera ilə Mars 
ulduza dönmüş, taleyin qisməti ilə ayrı düşmüşlər. Klassik 
ədəbiyyatımızda Zöhrə və Müştəri kimi tanınan bu əfsanə 
qəhrəmanları ildə bir dəfə Novruz bayramında, gecə saat 
12-də görüşürlər. Yaradana itaət edən, ona sidq-qəlblə 
qulluq göstərən mömin bəndələrdən kim onların 
görüşdüyünün şahidi olsa, bütün arzularına çatır (271; 61, 
122
b
). 
Kərkük folklorunun janrları                                    37                             
Ayla bağlı inanclar da maraq doğurur. Məsələn,  əgər 
bir  şəxs  əvvəl hilal, sonra gözəl sifət görərsə, bütün ay 
boyu xeyir-bərəkət tapacağına inanırlar. Ayın hilal vaxtı 
dua oxuyur və deyirlər: «Səni gördük, xeyir-bərəkət 
tapacağıq».  Əgər hilal açıq-aydın olsa, о ayın bütün 
insanlar üçün xeyirli olacağına inanırlar. 
İraq-türkman folklorunda suyun müqəddəsliyinə inam 
da geniş yayılıbdır. Onlar da suya and içirlər. 
Azərbaycanda olduğu kimi, Kərkük dolaylarında da su 
kultu ilə  əlaqədar yaranmış inam və etiqadlar çoxdur. 
Səfərə  çıxanın arxasınca su atırlar ki, yolu uğurlu olsun. 
Burada da su aydınlıq rəmzi sayılır. Eləcə  də birinin 
günahını yumaq üçün başına qırx çanaq su tökürlər. Onda 
günahından keçiləcəyinə inanılır (72). Qırxı  çıxan körpə 
və ana da su ilə  рак edilir. Bu adətə «qırx çıxarmaq» 
deyilir. Sudan qırx ovuc götürülür, ana və körpənin 
başından tökülür və bununla da onların  рак olduğuna 
inanılır. 
Məişət və mərasimlərlə bağlı inanclar daha çoxdur. 
Səfərə  çıxarkən və ya görülməsi düşünülən bir iş 
barədə danışarkən birisi bir kərə asqırarsa, «Səbr gəldi, 
gözlənilsin, səbr edilsin», iki kərə asqırılarsa: «Cağat 
gəldi, xeyirlidir" - deyə yola çıxarlar. Sevmədikləri adam 
yola Çixanda arxasınca daş atarlar. Belə olan halda onun 
bir daha dönməyəcəyinə inanırlar. Yəqin ki, «Arxasınca 
sapand daşı» və ya «Arxasınca qara daş» ifadəsi də elə bu 
inancla əlaqədar yaranmışdır. 
Maraqlıdır ki, göz səyriyəndə bir fənalıq baş 
verəcəyinə inam da qədimdən qalmadır. Buna hələ 
«Kitabi-Dədə Qorqud»da təsadüf edilir. Burada Dirsə 
xanın arvadı, oğlu Buğacın ovda başına bir hadisə 
gəldiyini, daha doğrusu, ölümcül yaralandığını duyaraq 
deyir: 
İki vardın, bir gəlürsən, yavrum qanı? 
Qara gərdunda bulduğum oğul qanı? 
Çıxcsın bənim kor gözüm, a Dirsə xan, yaman səgrir 
(136, 36). 


38                                                                           I fəsil                                                                                                                                                        
Kərkük dolaylarında məişət və  mərasimlərlə bağlı 
yaranan inancların bir qismi nikah, ev-eşik, səfərdən 
dönmə və s. ilə əlaqədar meydana gəlmişdir. 
Burada insanların ilkin təsəvvürlərində  uğur və  uğur-
suzluq anlayışları ilə bağlı inamlar da geniş yayılmışdır: 
Salı  (şənbə) günü taraş olmaq (bu gün yəhudilərin günü 
hesab edilir), uşağın beşiyini boş  yırğalamaq (uşağın başı 
və ya qarnı ağrıyar), qırxlı uşağın yanında ağlamaq (fəna iş 
baş verər), birinin libasının düymələrini  əynində olarkən 
tikmək (böhtan atarlar), gecə güzgüyə baxmaq (qəribliyə 
düşər), gecə vaxtı ev süpürmək və s. uğursuz sayilır. 
Eləcə  də axşam vaxtı qonşudan qazan gətirmək 
uğursuz hesab edilərmiş. Bu inancın yaranması, qədimdən 
gecə vaxtı qazanın  əksər hallarda ölü yumağa lazim olan 
suyu qızdırmaq üçün gətirildiyi adətilə əlaqələndirilir (197, 
191). 
Ümumiyyətlə, qədimdən bəri qara rəng şər qüvvələrlə 
bağlı hesab edilmişdir. Nağıllarda qara qoç, qara ilan, Qara 
vəzir, dastanlarda Qara keşiş, qara sevda (axırı ölümlə 
nəticələnən məhəbbət) və  s.  Qara  rənglə bağlı  məsələ öz 
əksini «Kitabi-Dədə Qorqud»da da tapmışdır. Ziyafət vaxtı 
oğlu olanı  ağ otaqda, qızı olanı  qızıl otaqda, uşağı 
olmayanı isə allahın qarğışına tuş olmuş, şər işlərinə görə 
cəza almağa layiq adamlar hesab edərək qara otaqda 
əyləşdirib, altına qara keçə salıblar (136, 34, 132). 
Maraqlıdır ki, Kərkük dolaylarında axşamlar qonşuya 
ağ  rəngli bir nəsnə verilməzdi. Bu, şər qüvvələri 
sevindirmək demək olardı. Odur ki, ağ  nəsnə göndərən 
evin fənalığa uğrayacağına inanırdılar. Bu səbəbdəndir ki, 
qonşuya verilən südün içinə bir parça kömür atılar, yu-
murta azacıq qaralanıb sonra verilərmiş (255, 14). 
Doğuşla bağlı «Al aparmaq» inamı da Kərkük dolay-
lanrıda çox güclü olmuşdur. 
Azərbaycanda Al, Hal, Al arvadı, Hal arvadı, Al anası, 
Al qarısı, başqa türkdilli xalqlarda Al, Albıs, Almıs, 
Kərkük folklorunun janrlar                                       39                         
tanınan (273, 107) bu mifik obraza Kərkük dolaylarında 
Al, Al nənəsi deyirlər (255, 55, 197, 190). 
Kərkük dolaylarında xalqın bu qədim inam və 
etiqadının izinə atalar sözündə  də düşürük: «Talesiz 
uşağın nənəsini Al aparar». 
Xalqın bu qədim inamı ilə bağlı folklorşünas 
İ.İbrahimovun gəldiyi nəticə  də diqqəti cəlb edir: 
«Tədqiqat göstərir ki, ibtidai azərbaycanlraının 
təsəvvüründə kainat gözəgörünməz xeyir və şər qüvvələrlə 
dolu imiş. Guya ki, bu qüvvələr arasında daimi bir 
mübarizə gedirmiş. Belə  şər qüvvələrdən biri də guya ki, 
«Hal», yaxud «Hal arvadı» imiş. Etiqada görə «Hal» insan 
nəslinin art-masına mane olur, yeni doğmuş zahı 
qadınların ürəyini, ciyərini çıxarıb suya atır, bununla da 
qadının və yeni doğulmuş  uşağın ölümünə  səbəb 
olurmuş... Xalq içərisində yaşayan adətlərdən anlaşılır ki, 
«Hal» ilə mübarizədə metaldan bir vasitə kimi istifadə 
edilir. Doğuş zamanı qadının  ətrafında icra edilən 
mərasimə bənzər adətlər, «Hal»ları qovmaq və bununla da 
doğumu asanlaşdırmaq məqsədi ilə mis qabları bir-birinə 
döymək, suyu qılıncla-maq, qadının yanına metal alətlər 
qoymaq və sairədən ibarət olur. Şübhəsiz, bunlar yeni kəşf 
edilmiş metalın qüdrətinə  sığınmağın və ona ehtiramın 
nəticəsidir. Hətta rəvayətə görə, «Hal»ı ram etmək üçün 
onun paltarına bir iynə sancmaq kifayət edərmiş» (119, 
134). 
Bu söziərə qüvvət kimi onu da qeyd etmək olar ki, 
həmın etiqad başqa yerlərdə olduğu kimi, Azərbaycanın 
Qorb zonasında yerləşən  Tovuz rayonunun Düzqınxlı 
kəndində də XX əsrin 40-cı illərində çox güclü idi. Qo- 
num-qonşuda hamilə qadının doğuşu başlayanda biz uşaq- 
lar əlimizdə iynə-sancaq, dəmir parçaları о həndəvərdə 
olan çay göl və hovuzun yanına toplaşar, hərdən suyu 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə