44
ğında silsilə tibbi xidmətlər göstəriləcək, 3-cü mərtəbədə konsultativ diaq-
nostik poliklinika, anesteziologiya və reanimasiya şöbələri və əməliyyat
bloku fəaliyyət göstərəcək. Bu mərkəz sırf cərrahi profillidir. 260 nəfərin
çalışacağı səhiyyə ocağında 4 cərrahiyə otağı yerləşir. Mərkəzdə xəstələrə
xidmət və müalicə tam pulsuz olacaq. Bütün xərcləri Azərbaycan Dövlət
Neft Şirkəti ödəyəcək. Xəstələrin qidalanmalarına da xüsusi diqqət yetiri-
ləcək. Bu tibb ocağında iki yeməkxana fəaliyyət göstərəcək. Yeməkxana-
larda eyni vaxtda 54 nəfərin qidalanması mümkün olacaq. Mətbəxdə İta-
liyanın müasir avadanlıqları quraşdırılıb. Mərkəzin 4-cü mərtəbəsində
konfrans zalı, yardımçı otaqlar və əczaxana yerləşir. Konfrans zalı 150
nəfərlikdir. Burada xüsusi video-avadanlıq quraşdırılıb. 3-cü mərtəbədəki
4 cərrahiyə otağının hər birindəki cərrahiyyə əməliyyatını konfrans zalın-
dakı monitorda canlı izləmək mümkün olacaq. Əslində bu cür müalicə
diaqnostika mərkəzləri Azərbaycan səhiyyəsində əsl inqilabi xarakter
daşıyır və tibb sahəsində aparılan islahatların yüksək səviyyəsinə dəlalət
edir. Bu mükəmməl tibb ocaqları eyni zamanda Prezident İlham Əliyevin
neft kapitalını insan kapitalına çevirmək istiqamətində həyata keçirdiyi
əvəzsiz töhfələrdəndir. Prezident İlham Əliyev və xanımı Mehriban Əli-
yeva martın 2-də Bərdə Müalicə diaqnostika mərkəzinə gəliblər.
Dövlət başçısı mərkəzin açılışı münasibətilə qırmızı lenti kəsib.
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev
yeni inşa olunan bu səhiyyə ocağı barədə ölkə başçısına ətraflı məlumat
verib. Prezident İlham Əliyev mərkəzin yeməkxanası ilə tanış olub. Şüa-
diaqnostika şöbəsindəki kompüter-tomoqrafiya və rentgen kabinetindəki
rəqəmsal müayinə aparatlarına baxıb. Dövlət başçısı mərkəzin 3-cü mər-
təbəsində yerləşən reanimasiya zalı, intensiv terapiya palatası və digər şö-
bələri gəzib. Anesteziologiya və reanimasiya şöbəsindəki əməliyyat otaq-
ları ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib ki, bura-
da ən müasir avadanlıqlar quraşdırılıb. Bu şöbədəki əməliyyat otaqları
mürəkkəb cərrahiyyə əməliyyatlarının həyata keçirilməsinə imkan yara-
dır. Ölkə başçısına mərkəzdə yerləşən müxtəlif xəstəliklərin müayinəsi və
müalicəsi üzrə kabinetlər barədə də məlumat verilib. 2-ci mərtəbədə yer-
ləşən inzibati konsultativ poliklinika şöbələrindəki dünya standartlarına
cavab verən tibbi avadanlıqla dəqiq diaqnoz qoyulması və hərtərəfli müa-
licə aparılması mümkündür. Prezident İlham Əliyevə stasionar şöbədəki
palatalarda yaradılan ideal şərait barədə də ətraflı məlumat verilib. 1-ci
mərtəbədə tibbin ən son nailiyyətləri ilə seçilən Hemodializ şöbəsi yerlə-
şir. Ölkə başçısı dializ otaqları və dializ zalında olub. Sonra Prezident İl-
ham Əliyev mərkəzin kollektivi ilə görüşüb və açılış münasibətilə ən xoş
arzularını bildirib. Dövlət başçısı qeyd edib ki, bu mərkəzdə istər Bərdə,
istərsə də qonşu rayonlardan olan sakinlər ən yüksək səviyyədə səhiyyə
xidməti ala biləcək. Əməkdar həkim Zeynəb Əliyeva kollektiv adından
45
Azərbaycan Prezidentinə ən xoş arzularını çatdırıb. O, ulu öndər Heydər
Əliyevin Bərdənin hərtərəfli inkişafında və Respublikanın ən çiçəklənən
diyarına çevrilməsində müstəsna xidmətlərini vurğulayıb. Zeynəb Əliyeva
Prezident İlham Əliyevin də Bərdəyə qayğısını əsirgəmədiyini deyib. O,
Azərbaycanın mədəniyyətinin, təhsilinin, səhiyyəsinin inkişafında Heydər
Əliyev Fondunun kompleks və ardıcıl xidmətlərini diqqətə çatdırdı və
Fondun prezidenti Mehriban Əliyevaya bərdəlilər adından xüsusi minnət-
darlığını bildirdi. Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, Bərdəyə
qayğı bundan sonra daha da gücləndiriləcək. Dövlət başçısı son illərdə
Bərdənin sosial inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən razılığını
bildirib. Prezident İlham Əliyev dünyada iqtisadi və maliyyə böhranının
tüğyan etməsinə baxmayaraq, Azərbaycanda quruculuq prosesinin və öl-
kəmizin sosial iqtisadi inkişafının möhkəmləndirilməsinin uğurla davam
etdiyini söyləyib. Prezident İlham Əliyev regionda strateji mövqeyi olan
Bərdənin daha da inkişaf etdirilməsi yolunda bərdəlilərə bir daha ən xoş
arzularını bildirib. Mərasimin sonunda Prezident İlham Əliyev və xanımı
Mehriban Əliyeva mərkəzin kollektivi ilə xatirə şəkli çəkdiriblər.
Bərdə Tarix Diyarşünaslıq muzeyinin yenidən qurulmasına 2008-
ci ilin əvvəlində başlanıb, bu tədbirlər həmin ötən ilin sentyabrında ye-
kunlaşdırılıb. Muzeyin layihəsi xüsusi zövqlə işlənib .Ətrafda nəfis yaşıl-
lıqlar salınıb, hərtərəfli abadlıq işləri görülüb. Bərdə Tarix Diyarşünaslıq
muzeyi, Azərbaycanın zəngin və qədim mədəniyyətinin qorunması və in-
kişaf etdirilməsi və qədərincə təbliği baxımından son illərdə Dövlət səviy-
yəsində aparılan kompleks və ardıcıl tədbirlərə əsaslı töhfədir. Muzey və
buradakı eksponatlar Qarabağın tarixinə göz dikən ermənilərə tutarlı ca-
vabdır. 5-ci əsrdə Albaniyanın paytaxtı Qəbələdən Bərdəyə köçdükdən
sonra bu antik şəhər nəinki qədim Azərbaycanın, o cümlədən Yaxın Şər-
qin siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə cevrilir. Bu barədə
türk, fars, ərəb, gürcü və digər dillərdəki yazılı qaynaqlarda geniş və mü-
fəssəl məlumatlar əksini tapıb. Qədim Bərdənin əzəməti və gözəlliyi dahi
Nizami Gəncəvinin “İsgəndərnamə”sində də böyük məhəbbətlə vəsf olu-
nur. Muzeydəki iki ekspozisiya zalındakı maddi mədəniyyət nümunələri
insanda qürur hissi doğurur. Burada çeşidbəçeşid, bir-birindən dəyərli
2200 eksponat toplanıb. Həmin eksponatlar 19-cu əsrin ikinci yarısından
aparılan 2006-cı ildən isə xüsusi vüsət alan arxeoloji qazıntılar nəticəsin-
də meydana çıxarılıb. Eksponatlar Bərdədə antik və ilkin orta əsrlər döv-
ründə həyatın bütün sahələrində, o cümlədən iqtisadiyyatda güclü inkişaf-
dan xəbər verir. Bərdə strateji cəhətdən əlverişli mövqedə yerləşdiyindən
burada həyat daim qaynayıb, tərəqqi başlıca meyar olub. Bərdə Tarix Di-
yarşünaslıq muzeyindəki eksponatlar Qarabağın, doğma Azərbaycanımı-
zın ilkin insan məskənlərindən biri olmasına dəlalət edən danılmaz sü-
butlardır.