Beş günlük rezident ol



Yüklə 258,71 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix17.09.2017
ölçüsü258,71 Kb.
#611
növüMühazirə
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

15 aprel 2014-ъц ил

4

B

öyük  elmi  Şuranın  apre-

lin  1-də  keçirilən  növbəti 

yığıncağını 

universitetin 

rek-

toru,  millət  vəkili,  akademik 

Əhliman  Əmiraslanov    açaraq 

II  uşaq  xəstəlikləri  kafedrasının 

müdiri,  professor  Amalya  xanım 

Əyyubovanı yubileyi münasibətilə 

təbrik  edib.  Amalya  xanım  ona 

göstərilən diqqət və qayğıya görə 

universitet  rəhbərliyinə,  elmi  şu-

ranın  üzvlərinə  təşəkkürünü  bil-

dirib.

Bundan sonra universitetin elmi 

işlər  üzrə  prorektoru,  professor 

İbrahim  İsayevin  “Azərbaycan 

Tibb  Universitetinin  2013-cü 

il  üçün  elmi-tədqiqat  işlərinin  

yerinə  yetirilməsi  haqqında” 

hesabatı dinlənilib.

2013-cü 

ilin 


Azərbaycan 

Tibb  Universitetinin  həyatında 

müstəqil  Azərbaycanın    mema-

rı  və  qurucusu,  ümummilli  lider 

Heydər  Əliyevin  90  illik  yubile-

yinin  qeyd  edilməsi  və  Tədris-

Cərrahiyə  Klinikasının  təntənəli 

açılışı ilə yadda qaldığını diqqətə 

çatdıran  prorektor  Ulu  öndərin 

fəaliyyətin  bütün  mərhələlərində 

Azərbaycanda elm və təhsilin in-

kişafına xüsusi qayğı ilə yanaşdı-

ğını vurğulayıb. 

2013-cü  ildə  prezident  seçki-

lə rində  inamlı  qələbə  qazanan 

İlham Əliyevin rəhbərliyi altında 

Azərbaycanda  elm  və  təhsilin 

məhz  bu  ənənələr  əsasında 

inkişaf  etdiyini  deyib:  “Dövlətin 

diqqəti  sayəsində  bu  gün  Azər-

bay canda elm və təhsilin inkişafı 

isti qamətində  mühüm  nəticələr 

əldə  olunmuşdur.  Son  illərdə 

yüksək  ixtisaslı  tibb  kadrları 

hazırlayan  Azərbaycan  Tibb 

Universitetinin 

maddi-texniki 

bazası 


möhkəm-lənmiş 

və 


Universitetin  nəzdində  onkoloji, 

tədris-terapevtik  və  stomatoloji 

klinikalar  fəaliyyət  göstərir. 

2013-cü  ildə  Prezident  İlham 

Əliyevin  Sərəncamı  əsasında 

Azərbaycan  Tibb  Universitetinin 

500 çarpayılıq Tədris-Cərrahiyyə 

Klinikası  müasir  səviyyədə  inşa 

olunmuşdur.

Prezident    İlham  Əliyevin  və 

xanımı Mehriban Əliyevanın kli-

nikanın açılış mərasimində iştirak 

etməsi  dövlətimizin  bu  ali  təhsil 

ocağının inkişafına diqqət və qay-

ğısının əyani göstəricisidir”.

2013-cü  ildə  respublikamı-

zın  həyatının  bütün  sahələrində, 

xüsusən  də  təhsil  sahəsində  bö-

yük uğurlar əldə edildiyini vurğu-

layan məruzəçi ölkə rəhbərliyinin  

milli  səhiyyə  sisteminə  xüsusi 

diqqət  və  qayğısını  önə  çəkərək 

Azərbaycan  səhiyyəsinin  ikişa-

fındakı xidmətlərinə görə bir qrup 

universitet əməkdaşının fəxri ad-

lara  və  xüsusi  mükafatlara  layiq 

görüldüyünü qeyd edib.

Son  zamanlar  tədqiqatçıların 

qarşısına  qoyulan  tələblərin  kök-

lü  surətdə  dəyişdiyini  deyən  İb-

rahim  İsayev  bildirib  ki,  elmin 

səviyyəsi dünaynın  nüfuzlu elmi 

jurnallarında beynəlxalq məlumat 

bazalarına  daxil  olan  SCİ  (elmi 

istinad  gətirmə),  SSCİ,  SCO-

PUS,  Pubmed  və  sair  çap  olun-

muş  məqalələrin,  bu  məqalələrə 

başqa müəlliflər tərfindən istinad 

olunması  hallarının  və  dünyanın 

aparıcı  elmi  mərkəzlərində  çıxış 

etmək üçün dəvətlərin sayı ilə öl-

çülür.  2013-cü  ildə  Universitetin 

əməkdaşları  tərəfindən  yuxarıda 

sadalanan  mənbələrdə  43  məqalə 

dərc olunub. 

Respublikamızın  beynəlxalq 

miqyasda  nüfuzunun  artması-

na  və  bunun  nəticəsində  uni ver-

sitetimizdə  bir  çox  beynəlxalq 

konqres  və  konfransların,  müx-

tə lif 

məzmunlu 



görüşlərin 

keçirilməsinə  diqqət  yönəldən 

İbrahim  İsayev  hesabat  məru-

zəsində  2013-cü  ildə  aparılan 

elmi-tədqiqat işlərinin nəticələrini 

şərh edərək bildirib ki, bunlar 12 

monoqrafiyada  və  kitabda,  15 

dərslikdə,  18  dərs  vəsaitində,  6 

kitabça  və  sorğu  ədəbiyyatında,  

7  elmi  əsərlər  məcmuəsində,  

18  metodik  tövsiyədə,  6  ixtira-

ya  Azərbaycan  Respublikasının 

patentində  öz  əksini  tapıb.  O 

cümlədən  443  elmi  işin  xaricdə, 

712 elmi işin isə respublikamızda 

dərc olunduğunu xatırladıb.

2014-cü  il  yanvar  ayının 

əvvəlinə  olan  məlumata  əsasən 

Azərbaycan  Tibb  Universitetində 

ümumilikdə 1147  nəfər professor-

müəllim və elmi işçinin  çalışdı-

ğını  vurğulayan  prorektor  qeyd 

edib ki, 1203 nəfərdən ibarət  pro-

fessor - müəllim heyətinin sırasın-

da Rusiya Tibb Elmlər Akademi-

yasının akademiki  4, RTEA-nın 

müxbir üzvü  1, Azərbaycan Res-

publikası Milli Elmlər Akademi-

yasının  həqiqi  üzvü    3,    Elmlər 

Akademiyasının  müxbir  üzvü 

4,  Dövlət  Mükafatı  Laureatı    4, 

əməkdar elm xadimi 31, əməkdar 

həkim 48, əməkdar müəllim  40, 

əməkdar bədən tərbiyəsi və idman 

xadimi 3, fəxri bədən tərbiyəsi və 

idman işçisi 3, əməkdar əczaçı  1, 

əməkdar jur nalist 1, elmlər dokto-

ru  163, fəlsəfə doktoru  832, pro-

fessor 121 və dosent 339 nəfərdir.

ATU-nun  beynəlxalq  əlaqə lə-

rinin  də  günün  tələbləri  səviy-

yəsində  qurulduğunu  söyləyən 

prorektor    hazırda  bu  təhsil  və 

elm  ocağının  dünyanın  nüfuz-

lu  ali  təhsil  müəssisələri  ilə  sıx 

əməkdaşlıq  etdiyini,  bir  sıra 

universitetlərlə  fəal  tələbə  və 

mütəxəssis  mübadiləsi  apar-

dığını  deyib:  “Universitet  ali 

təhsil  sahəsində  Avropa  İttifaqı, 

Mərkəzi və Şərqi Avropa ölkələri 

ilə  Şərqi  Asiya  ölkələri  arasında 

əməkdaşlıq  üzrə  TEMPUS  TA-

SİS proqramına görə Transavropa 

əməkdaşlığının üzvüdür.  

70-ə  yaxın  universitetlə  əmək-

daşlıq  edən  Azərbaycan  Tibb 

Universiteti  2013-cü  ildə  11 

universitetlə müqavilə bağlayıb.

Son  iki  ildə  Azərbaycan  Tibb 

Universitetində Avropa İttifaqının 

MUMEENA  (Qonşu  Şərqi  Av-

ropa  Ölkələrində  Tibb  Təhsilinin 

Modernləşdirilməsi) 

layihəsi 

çərçivəsində 

tibb 

təhsilinin 



müasirləşməsi  istiqamətdə  işlər 

aparılır.  36  aylıq  bir  müddəti 

əhatə  edən  bu  layihədə  Boyuk 

Britaniyanın  Lids  Universiteti,  

Niderlandın  Utrext  Universiteti,  

İspaniyanın  Qranada  və  İtaliya-

nın    “Cattolica  del  Sacro  cuore” 

universitetlərinin koordinatorluğu 

ilə Tbilisi Dövlət Tibb  Universi-

teti,  Tbilisi  Dövlət  Universiteti,  

Ukrayna  Milli Bohomolets adına 

universitet,  İvano-Frankovsk Mil-

li  Tibb  Universiteti,  Azərbaycan 

Tibb  Universiteti  və  Naxçıvan 

Dövlət Universiteti iştirak edirlər.

İndiyə  qədər  layihə  üzrə  Av-

ropa  İttifaqının  dörd  koordina-

tor  universiteti  və  üç  tərəfdaş 

ölkənin  nümayəndə  heyətlərinin 

iştirakı  ilə  Tbilisi,  Kiyev,  Nider-

land,  İngiltərə,  İspaniya,  İtali-

yada      görüş  və  seminarlar  keçi-

rilmiş,  müxtəlif  istiqamətlərdə 

müzakirələr aparılmışdır”.

2013-cü 

ildə 


universitet 

əməkdaşları  tərəfindən  Kürdəmir 

və  Saatlı  rayonlarının  bir  sıra 

kəndlərində əhalinin dar ixtisaslı 

həkimlərin  iştirakı  ilə  müayinə 

olunduğunu    şura  üzvlərinin 

nəzərinə  çatdıran  İbrahim  İsa-

yev  bildirib  ki,  müayinələrdən 

sonra  səhhətində  ciddi  problemi 

olan bəzi xəstələr müalicə almaq 

üçün  müxtəlif  tibbi  müəssisələrə 

göndəriliblər. 

Çıxışında  Əsaslı  kitabxananın 

fəaliyyətinə də toxunan prorektor 

Universitet kitabxanasının müasir 

informasiya  texnologiyaları  ilə 

təchiz edildiyini, müasir tələblərə 

cavab  verən  İRBİS-64  avtomat-

laşdırılmış kitabxana informasiya 

sistemi ilə (AKİS) təmin olundu-

ğunu  söyləyib:  “2010-ci  ildən  bu 

sistem kitabxanamızın beynəlxalq 

informasiya  məkanına  daxil  ol-

masının,  dünya  standartlarına 

uyğun  elektron  kitabxananın  və  

elektron  kataloqunun  yaradılma-

sının,  təhsil  və  elmi-tədqiqatlar 

üçün əsas amil olan elektron mən-

bələrindən  sərbəst  istifadə  olun-

masının  təminatçısıdır.  İrihəcmli 

server alınmış, İRBİS-64 sistemi 

vasitəsilə  internetə  çıxış  təmin 

olunmuşdur.

Kitabxananın  internetdə  yer-

ləşdirilmiş  elektron  kataloqu 

dünyanın  istənilən  nöqtəsindən 

istifadəçiyə  kitabxanamızın  fon-

du  ilə  tanış  olmağa  imkan  verir. 

Elektron  kitabxanalar  informa-

siya  mübadiləsi  sistemlərinin, 

virtual informasiya mühitinin ya-

radılmasına, distant təhsilin inki-

şafına xidmət göstərir”. 

O, çıxışının sonunda xalqın sağ-

lamlığının  keşiyində  dayanmaq 

kimi  humanist  bir  vəzifə  sahibi 

olduqlarını  heç  vaxt  unutmayan 

Tibb  Universiteti  əməkdaşlarının 

bundan  sonra  da  yorulmadan 

səhiyyənin  inkişafına,  yeni  tibb 

mütəxəssislərinin  hazırlanması-

na  öz  töhfələrini  verəcəklərinə 

əminliyini bildirib.

Müzakirələr zamanı çıxış edən 

professorlar  Zakir  Qarayev,  Çin-

giz  Rəhimov,  Qalib  Qarayev, 

Nuru  Bayramov,  Habil  Muradov 

və  Lalə  Allahverdiyeva  hesaba-

tı  qənaətbəxş  qiymətləndirərək 

universitetin  elmi  potensialı-

nın  yüksək  olduğunu,  aparı-

lan  işlərin  istiqamətinin  düz-

gün 

müəyyənləşdirildiyini 



söyləyiblər.  Həllini  gözləyən 

problemlərlə  bağlı  təkliflərini 

irəli  sürən  natiqlər  yerli  və 

beynəlxalq  qrant  layihələrində 

iştirakın  vacibliyindən  söz  açıb-

lar.  Eyni  zamanda  elmi-tədqiqat 

işlərinin  aparılması  məqsədilə 

xarici  ölkələrə  ezam  olunmuş 

əməkdaşların  qayıtdıqdan  sonra 

gördükləri  işlər  barədə  hesabat 

vermələrini məqsədəuyğun hesab 

ediblər. 

Məruzə  və  çıxışlarda  səslənən 

fikirlərə  yekun  vuran  Əhliman 

Əmiraslanov  müzakirə  olunan 

məsələnin vacibliyini önə çəkərək 

tədrislə elmi-tədqiqat işlərinin pa-

ralel aparılmasının zəruriliyindən 

danışıb: “Mən həmişə deyirəm ki, 

biz ilk növbədə müəllim olmaqla 

bərabər, həm də elmi tədqiqatçıyıq. 

Kafedralarda  işləyənlərin  böyük 

əksəriyyəti elmi-tədqiqat işləri ilə 

məşğul  olmalıdırlar  və  nə  vaxt-

sa  məşğul  olublar.  Ona  görə  də 

elmi tədrisdən ayırmaq mümkün 

deyil,  bu  bir  vəhdətdir.  Əgər  bu 

gün  kimsə  elmi  tədqiqat  apar-

mırsa,  öz  sahəsinin  səviyyəsini 

yüksəltmirsə 

burada 

yaxşı 


tədrisdən söhbət gedə bilməz”. 

Kafedralarda  elmi  tədqiqatlara 

cavabdehlik  daşıyan  şəxsləri 

məsuliyyətli olmağa çağıran uni-

versitetin  rəhbəri  qrant  layihələri 

üzərində  ayrıca  dayanıb.  Vurğu-

layıb ki, bütün dünyada, eləcə də 

Azərbaycanda  bu  sahəyə  böyük 

məbləğdə  vəsait  ayrılır.  Həmin 

vəsaitdən  Azərbaycan  Tibb  Uni-

versitetinin  yetərincə  yararlan-

madığını,  Akademiyanın  qabaq-

cıl  institutları  ilə  müqayisədə 

geridə  qaldığını  vurğulayan  rek-

tor  müdafiə  şuralarının,  problem 

komissiyalarının,  doktorantura 

və  rezidenturanın  işi  ilə  bağlı 

tövsiyələrini  də  şura  üzvlərinin 

diqqətinə çatdırıb. 

Arif MƏMMƏDLI

2013-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat 

işlərinin nəticələri müzakirə olunub 

Böyük Elmi Şurada



Yüklə 258,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə