Beş günlük rezident ol



Yüklə 258,71 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix17.09.2017
ölçüsü258,71 Kb.
#611
növüMühazirə
1   2   3   4   5   6   7

15 aprel  2014-ъц ил

http://www.amu.edu.az

5

Fotolar Cənnətalı Çingizindir



Martın  31-də  əczaçılıq  fakültəsinin  Tələbə 



elmi  Cəmiyyətinin  82-ci  konfransı  keçirilmişdir. 

Konfransın işinə başlanmazdan əvvəl fakültə dekanı, 

professor  Tahir Süleymanov 31 mart tarixinin Dünya 

Azərbaycanlılarının soyqırım günü olduğunu qeyd etdi 

və soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla 

yad  edildi.  Konfransın  işində  fakültənin  professor- 

müəllim heyəti və  tələbələr iştirak etdilər.

Konfransa 21 tələbə 17 məruzə ilə qatılmışdı. Qiy-

mət ləndirmə  münsiflər      heyəti  tərəfindən  obyektiv 

keçirildi. Hər bir tələbə diqqətlə dinlənildi və tələbələrə 

mövzu ətrafında suallar verildi. Məmmədzadə Aysel 

İlham  qızı  və  Ələkbərova  Aysel  Aydın  qızı  (ƏTTİ 

kafedrası,  elmi    rəhbər  dosent  S.Mehralıyeva)  I 

yerə,  Hacıyeva  Sərvinaz  Faiq  qızı  və  Parfyonova 

Yana  Vyaçeslavovna  (farmakoqnoziya  və  botanika 

kafedrası,  elmi  rəhbərlər  professor  Y.Kərimov,  

professor  Ü.Həsənova)  II  yerə,  Novruzov  Tural 

Sürəddin oğlu və İsmayılova Gülnar Azad qızı (ƏTTİ 

kafedrası,  elmi    rəhbər  baş  müəllim  S.Tağıyev)  III 

yerə  layiq  görüldülər.  Bu  il  əczaçılıq  fakültəsinin 

konfransını    “Herba  Flora”  şirkəti    dəstəkləyib             

spon sorluq etdi. Qaliblər  elmi rəhbərləri ilə birgə pul 

mükafatı və hədiyyələrlə mükafatlandırıldılar. 

10  elmi  iş  2-ci  tura  vəsiqə  qazandı.  Bunlar 

aşağıdakı  tələbələrin  elmi  işləridir:  Məmmədzadə 

Aysel  İlham  qızı  və  Ələkbərova  Aysel  Aydın  qızı, 

Hacıyeva  Sərvinaz  Faiq  qızı  və  Parfyonova  Yana 

Vyaçeslavovna,  Novruzov  Tural  Sürəddin  oğlu  və 

İsmayılova Gülnar Azad qızı, Fərzullayev Səid Yaşar 

oğlu,    Abdullayeva  Nilufer  Qəribağa  qızı,  Qədimli 

Aydan İsrafil qızı, Fərəcova Jalə Aftandil qızı, Əzizli 

Xumar Tərlan qızı, Janah Panah Shahzad Akbar və 

Hacıyeva Nuranə Əfqan qızı.

Ümumilikdə  konfransın  işi  əczaçılıq  fakültəsinin 

müəllim  və  tələbə  heyəti  tərəfindən  yüksək 

qiymətləndirildi.



A.İSMAyILOVA

Konfrans  2  bölmədən-kliniki  və  xarici  dillər 

bölməsindən  ibarət  olub,  müvafiq  olaraq  ATU-nun 

Stomatoloji Klinikasında və xarici dillər kafedrasın-

da keçirilib.

Fakültənin  dekanı,  professor  Zöhrab  Qaraye-

vin  sədrliyi  ilə  açılan  kliniki  bölmədə  11  məruzə 

dinlənilib. Məruzələrin hamısı kliniki xüsusiyyətlərə 

malik  olub,  stomatologiyanın  müxtəlif  sahələrinin 

aktual problemlərinə həsr edilib.

Konfransda terapevtik stomatologiya üzrə 3, ağız 

və  üz-çənə  cərrahiyyəsi  üzrə  3,  uşaq  stomatolo-

giyası  üzrə  3  və  ortopedik  stomatologiya  üzrə  2 

məruzə dinlənilib.

Məruzəçi tələbələr kliniki materiallarını, gördükləri 

işləri əyani surətdə kompyuter görüntüləri ilə nüma-

yiş etdiriblər. 

Münsiflər heyətinin rəyinə görə Günel Abbasova, 

Bayram Süleymanlı, Məmməd Əmin Məmmədli və 

Nərgiz Piriyeva məzmunlu çıxışları ilə ilk yerləri tu-

tublar.

Konfransa  yekun  vuran  fakültənin  dekanı,  pro-



fessor Zöhrab Qarayev edilən çıxışlara münasibət 

bildirərək  məruzəçilərin  və  elmi  rəhbərlərin  işlərini 

müsbət  qiymətləndirib.  Konfransda  fərqlənən 

məruzəçilər diplom və sertifikatlarla təltif olunublar.

Kliniki  bölmədə  fərqlənən  tələbələrin  məruzələri 

gənc  həkimlərin  və  tələbələrin  I  Beynəlxalq  Tibb 

Konqresinə təqdim olunub.

Я.Щаъыйев,

факцлтя цзря ТЕЪ-ин елми рящбяри



Aprelin  7-də  tibbi  biologiya  kafedrasında  I  müalicə-



profilaktika fakültəsinin nəzəri təbabət bölməsi üzrə Tələbə 

elmi Cəmiyyətinin konfransı keçirilib.

Konfransı fakültənin dekanı, professor Abuzər Qazıyev açaraq 

bildirib ki, uzun illərdir Azərbaycan Tibb Universitetində Tələbə 

Elmi  Cəmiyyətinin  konfranslarını  keçirməkdə  əsas  məqsəd 

gələcəkdə  həkim  olmaqla  yanaşı,  həm  də  elmi  tədqiqatlara 

həvəs  göstərən  bacarıqlı  gənc  tələbələrə  şərait  yara                                                                                                                                

tmaqdır. Bu konfranslar ilk növbədə tələbələrin elmi tədqiqatla 

məşğul olmaq səriştəsini üzə çıxarır.

Formalaşmış  alim  potensialının  böyük  əksəriyyətinin  tələbə 

vaxtı ilk addımlarını TEC-də atdığını söyləyən dekan qeyd edib 

ki,  bu  günkü  konfransda  da  yer  tutan  tələbələrin  tərcümeyi-

halına bir cümlə əlavə olunacaq: “Tələbə vaxtı TEC-in işində 

fəal iştirakına və maraqlı çıxışına görə diplomlar alıb”.

Dekan münsiflər heyətini tədbir iştirakçılarına təqdim edib və 

konfransın işinə uğurlar arzulayıb.

Bundan sonra söz tədqiqatçı tələbələrə verilib. Ümumilikdə 7 

məruzə dinlənilib. 

İctimai fənlər kafedrası üzrə I müalicə-profilaktika fakültəsinin 

I  kurs,  104

a

  qrup  tələbəsi  Fariz  Cəfərov,  II  kurs,  110



a

  qrup 


tələbəsi  Səxavət  Yusifli,  II  kurs,  120

a

  qrup  tələbəsi  Leylan 



Məmmədova,  tibbi  biologiya  və  genetika  kafedrası  üzrə  I 

müalicə-profilaktika fakültəsinin I kurs, 75

b

 qrup tələbəsi Vasim 



Qurbanzadə və II müalicə-pofilaktika fakültəsinin I kurs, 273

a

 



qrup tələbəsi Məhərrəm Alimli diploma layiq görülüblər. İctimai 

fənlər kafedrası üzrə I müalicə-profilaktika fakültəsinin I kurs, 

77

b

 qrup tələbəsi Ümid Rüstəmli, I kurs, 80



a

 qrup tələbəsi Mehdi 

Həsənzadə və I kurs, 78a qrup tələbəsi Leyla Vəliyevaya isə 

sertifikatlar təqdim olunub

.

L.сüLeyмаNовA,

tibbi-bilogiya kafedrası цзря  ТЕЪ-ин сядри

ТЕЪ-ИН КОНФРАНСЛАРЫ

Aprelin  11-də  ATU  nun  rektoru,    millət  

vəkili,  akademik Əhliman  Əmiraslanov  

universitetin  Tələbə  Həmkarlar  İttifaqı 

Komitəsinin həyata keçirdiyi “Beş günlük  

rezident ol” layihəsini uğurla başa çatdıran 

tələbələrlə görüşüb.

Xatırladaq ki, layihədə iştirak edənlərin   

əksəriyyəti  III,  IV  və  V  kurslarda  təhsil 

alan  tələbələr  idi.  Layihəyə  qoşulmaq 

üçün  153  nəfər  müraciət  etsə  də,  on-

lardan  yalnız  50–nə    savadına,  biliyinə 

və dünyagörüşünə  görə üstünlük veril-

mişdir.  Qalib  tələbələr universitetimizin  

20 kafedrasında tibbin müxtəlif sahələri 

üzrə  fevralın  5-dən  13-  dək  rezident 

həkim kimi fəaliyyət göstərmişlər.

İlk  öncə  tələbələrin  bu  vaxt  ərzində 

rezident  kimi  fəaliyyət  göstərdikləri 

kafedralarda    gördükləri  avadanlıq-

lar,  öyrəndikləri  yeniliklər,    yaxından 

təmasda olduqları xəstələrlə bağlı video 

çarx nümayiş olundu.   

Qalib  tələbələri  təbrik  edən 

akademik Ə.Əmiraslanov  belə 

proqramların    əhəmiyyətindən 

söhbət  açaraq    bu  layihənin 

iştirakçıların  gələcəkdə  ixtisas 

seçiminə  də  kömək  edəcəyini,  

tələbələrin    indidən  xəstələrlə 

yaxından  təmasda  olması    isə  

onların  peşəkar  həkim  kimi  

fəaliyyət  göstərmələrinə  ha-

zırlıq  üçün  bir  əsas  olacağını 

söylədi. 

Görüş  zamanı  digər  məsə lə-

lər dən    də  danışan    rektor  bu 

günlərdə    bütün  fakültələrdə 

müəllim və tələbələrlə keçirdiyi  

toplantılardan da bəhs etdi.  O, 

dedi  ki,  həmin  toplantılarda    tələbələrin  

təhsil səviyyəsi, sosial həyatı, həmçinin  

onların  qarşılaşdığı  bir  sıra  problemlər 

müzakirə  olunmuş,    tələbələrin  univer-

sitetimizin  ictimai  həyatında  fəal    işti-

rak  etməsi  üçün  geniş  fikir 

mübadiləsi aparılmışdır. 

Sonra 


akademik  

Ə.Əmiraslanov  bu  layihədə 

fərqlənən  tələbələrə xüsusi 

sertifikatlar  təqdim  edərək 

on la ra  təhsillərində  mü vəf-

fəqiyyətlər arzuladı.  

Mərasimdə 

universite-

tin  tədris  işləri  üzrə  pro-

rektoru,    professor    Sabir 

Əliyev,  Həmkarlar  İttifaqı 

Komitəsinin  sədri,  dosent 

Cahangir  Qasımov,      rezi-

dentura  şöbəsinin  müdiri, 

dosent  Rizvan  Məmmədov 

və  Tələbə  Həmkarlar  İttifa-

qı  Komitəsinin  sədri  Elşad 

Novruzov iştirak edirdilər.



M.CAVADOV 

  “Beş günlük  rezident ol” layihəsinin qaliblərinə sertifikatlar təqdim olundu



Martın 28-də stomatologiya fakültəsinin 41-ci Tələbə elmi Cəmiyyətinin konfransı keçirilib 




Yüklə 258,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə