Bəşəriyyətə, insanlığa qarşı törədilən cinayət Müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar



Yüklə 38,5 Kb.

tarix27.10.2017
ölçüsü38,5 Kb.


“Azərbaycan”.-2013.-19 yanvar.-N 12.-S.6. 

 

Bəşəriyyətə, insanlığa qarşı törədilən cinayət 



 

Müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar 

 

Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilmiş 1990-cı ilin 20 Yanvar hadisələrindən 23 il 

ötür.  Ən  yeni  tariximizin  qan  yaddaşı  kimi  unudulmayan  20  Yanvar  xalqımızın  azadlıq  və 

müstəqillik  uğrunda  apardığı  mübarizənin  dönməzliyini  bütün  dünyaya  göstərdi,  milli  azadlıq 

hərəkatının mətin addımlarla  müstəqillik hədəfinə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. 

1990-cı  ildə  xalq  əliyalın,  fəqət  sarsılmaz  iradə  ilə  başdan-ayağa  silahlanmış  qəddar  sovet  hərb 

maşınına  qarşı  duraraq  imperiyanın  Azərbaycanın  milli  azadlıq  hərəkatını  susdurmağa  yönələn 

cəhdlərini tamamilə boşa çıxardı. 

 

Bu mənada, 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın müasir tarixinin ən şərəfli səhifələrindən biri

milli  azadlıq  hərəkatının  yüksəliş  zirvəsi idi.  20  Yanvar  özümüzü  bir  millət  kimi  tanıyan  və  dərk  edən 

gündür.  Həmin  hadisələr  günahsız  insanların  amansız  formada  qətlə  yetirilməsi  ilə  nəticələnsə  də,  öz 

azadlığına, müstəqilliyinə can atan hər bir Azərbaycan vətəndaşının mübarizliyini, məğrurluğunu bir daha 

bütün dünyaya, o cümlədən o vaxtkı imperiya rəhbərliyinə aydın şəkildə nümayiş etdirdi. Bu qanlı tarix - 

20 Yanvar faciəsi SSRİ adlanan nəhəng imperiyanın iflasında da əsas amillərdən biri oldu. 

Tarixi  prizmadan  yanaşdıqda  aydın  olur  ki,  20  Yanvara  aparan  yol  1988-ci  ilin  ziddiyyətli 

hadisələrindən başlanır.  

Keçmiş imperiya rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları 

nəticə  etibarilə  xalqımızın  milli  müstəqillik  və  istiqlaliyyət  uğrunda  mübarizəsinə  impulslar  verdi. 

Respublika  vətəndaşları  mərkəzin  Azərbaycana  qarşı  məqsədli  şəkildə  həyata  keçirdiyi  məkrli  plana 

etirazlarını  bildirdi,  Dağlıq  Qarabağdakı  ermənilərin  separatçı  və  ekstremist  hərəkətlərinin  qarşısının 

alınmasını, haqq-ədalətin bərpa olunmasını tələb etdi. Bu zaman ərazisinin ilhaq edilməsi cəhdlərinə qarşı 

qətiyyətlə  çıxan  xalqımızın  müqavimət  əzmi  artmışdı.  Rejimin  həyata  keçirdiyi  repressiv  tədbirlər 

Azərbaycanda bu hərəkatın qarsını müəyyən qədər alsa da, əhalinin içində olan narazılığı qətiyyən boğa 

bilmədi. 1989-cu ildən etibarən ümumxalq etirazları yenidən bütün respublikanı bürüdü. 

1990-cı il yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış 11 minlik 

sovet  ordusu  respublikamızın  paytaxtı  Bakı  şəhərinə  yeridildi.  Bu  isə  insan  hüquqlarına  dair  bir  çox 

beynəlxalq  sənədlərin,  o  cümlədən  "İnsan  hüquqlarının  ümumi  Bəyannaməsi",  "Vətəndaş  və  siyasi 

hüquqlar  haqqında"  və  "İqtisadi,  sosial  və  mədəni  hüquqlar  haqqında"  beynəlxalq  paktların,  habelə 

keçmiş  SSRİ  və  Azərbaycan  SSR-nin  konstitusiyalarının  kobudcasına  pozulması  demək  idi.  Sovet 

ordusunun  böyük  kontingentinin,  xüsusi  təyinatlı  bölmələrin  və  daxili  qoşunların  Bakıya  yeridilməsi 

xüsusi  qəddarlıq  və  görünməmiş  vəhşiliklə  müşayiət  edildi.  Kommunist  diktaturası  Çexoslovakiyaya, 

Macarıstana,  Əfqanıstana  qarşı  həyata  keçirdiyi  hərbi  müdaxiləni  hətta  o  zamankı  Sovet  İttifaqının 

müttəfiq  respublikalarından  biri  olan  Azərbaycanda  da  təkrarlamaqdan  çəkinmədi.  Ordu  hissələrinin 

tərkibində  Stavropol,  Krasnodar  və  Rostovdan  səfərbərliyə  alınan  erməni  əsgər  və  zabitləri,  sovet  hərbi 

hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da var idi. 

SSRİ DTK-sının "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu 

partlatdı,  respublikada  televiziya  verilişləri  dayandırıldı.  Gecə  isə  qoşun  fövqəladə  vəziyyət  elan 

edilməsindən  xəbərsiz  olan  şəhərə  daxil  oldu  və  əhaliyə  divan  tutmağa  başladı.  M.Qorbaçovun  fərmanı 

qüvvəyə minənədək - yanvarın 20-də gecə saat 1-dək artıq xeyli adam öldürülmüşdü. Bakıda fövqəladə 

vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika 

radiosu  ilə  çatdırıldı.  Həmin  vaxt  öldürülənlərin  sayı  artıq  100  nəfərə  çatmışdı.  Halbuki,  Qorbaçovun 

Azərbaycana  ezam  etdiyi  yüksək  vəzifəli  emissarlar  həyasızcasına  bəyan  edirdilər  ki,  Bakıda  fövqəladə 

vəziyyət elan olunmayacaqdır. 

Respublikanın  informasiya  blokadasına  alındığı  bir  şəraitdə  baş  vermiş  həqiqətləri  operativ  surətdə 

dünya  ictimaiyyətinə  çatdırmaq  zərurəti  yaranmışdı.  Dəhşətli  faciəyə  kəskin  etiraz  olaraq  1990-cı  il 

yanvarın  21-də  ailəsi  ilə  birgə  Azərbaycanın  Moskvadakı  daimi  nümayəndəliyinə  gələrək  mətbuat 

konfransı  keçirən  ulu  öndər  Heydər  Əliyev  hadisəyə  operativ  və  düzgün  qiymət  verən  ilk  vətənpərvər 

lider  oldu.  Psixoloji  və  ruhi  sarsıntı  içərisində  yaşayan  azərbaycanlılar  ulu  öndərin  Moskva 

nümayəndəliyinin  binasında  qəzəbli  və  qətiyyətli  bəyanatının  doğurduğu  əks-sədanın  şahidi  oldular. 

Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinqə məsuliyyət 

daşıyanları  Kremlin  bir  addımlığında,  həm  də  bütün  dünyanın  gözü  qarşısında  ittiham  edirdi: 




"Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və 

ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm". 

Burada  Azərbaycan  xalqına  qarşı  cinayət  törədən  şəxslərin  ciddi  şəkildə  cəzalandırılması  qarşıya 

qoyuldu.  Həmin  məsələ  ümummilli  liderin  fəaliyyətinin  bütün  sonrakı  mərhələlərində  də  aktuallığını 

qoruyub  saxladı.  Ulu  öndər  Heydər  Əliyev  həmişə  bu  mövqedə  olmuşdur  ki,  xalqa  qarşı  törədilən  hər 

hansı cinayət cəzasız qalmamalıdır. Təsadüfi deyil ki, hadisəyə ilk hüquqi- siyasi qiymət də 1991-ci ilin 

noyabr ayında - onun Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. Heydər Əliyevin təşəbbüsü 

ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda (1991-ci il 21 noyabr) 20 Yanvar Milli 

Matəm günü kimi qeyd olundu.  

Sənəddə  ilk  dəfə  olaraq  faciənin  əsas  günahkarları  adbaad  sadalandı  və  onların  birbaşa  məsuliyyət 

daşıdıqları  göstərildi.  Bu,  əslində,  hadisəyə  verilən  ilk  rəsmi  hüquqi-siyasi  qiymət  idi.  Qəbul  olunan 

sənəddə  həmçinin  göstərilirdi  ki,  respublika  rəhbərliyi  xalqa  xəyanət  yolu  tutaraq  bu  qəsdin  qarşısını 

almaq üçün heç bir əməli tədbir görməmiş, səbatsızlıq göstərmiş, yol verilən cinayətin iştirakçısı ola-ola, 

zahirən hadisələrdən kənarda qalmağa çalışmışdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin nə qədər 

cəsarətli  və  Vətənini,  xalqını  sevən,  bu  yolda  ən  ağır  mübarizədən  belə  çəkinməyən  fenomen  şəxsiyyət 

olduğunu təsdiqləyir. 

Ulu  öndər  Heydər  Əliyevin  1993-cü  ildə  hakimiyyətə  qayıdışından  sonra  20  Yanvar  faciəsinə  tam 

siyasi-hüquqi  qiymət  verilməsi  məsələsinin  qarşıya  qoyulması  günün  tələbi  oldu.  Çünki  bu  hadisə 

Azərbaycan  tarixində  özünün  dolğun  mənzərəsini  əks  etdirməli  idi.  Ümummilli  lider  dövrün 

mürəkkəbliyinə  və  işlərin çoxluğuna  baxmayaraq,  tariximizin  şanlı  və  qanlı səhifəsi  sayılan 20  Yanvar 

faciəsinin  başvermə  səbəbləri  və  günahkarların  araşdırılması  ilə  ciddi  məşğul  oldu.  Ulu  öndər  Heydər 

Əliyevin  1994-cü  il  yanvarın  5-də  20  Yanvar  faciəsinin  dördüncü  ildönümünün  keçirilməsi  ilə  bağlı 

imzaladığı  fərmanda  Milli  Məclisə  tövsiyə  olunurdu  ki,  faciəyə  tam  siyasi-hüquqi  qiymət  verilsin. 

Aparılan  ciddi    araşdırmalardan  sonra  1994-cü  il  yanvarın  12-də  dövlət  komissiyasının  geniş  iclası 

keçirildi.  

Ulu  öndər  həmin  iclasda  Azərbaycan  Respublikası  Ali  Soveti  Milli  Şurasının  1992-ci  il  19  yanvar 

tarixli  qərarını  xatırladaraq  bu  sənəddə  yanvar  hadisələrinin  əsl  səbəblərinin  açıqlanmadığını,  həqiqi 

günahkarların aşkar edilmədiyini, iki il ərzində qərarın özünü doğrultmadığını nəzərə çatdırdı, onun səthi, 

başdansovdu  hazırlandığını  ciddi  tənqid  etdi:  "Bu  qərarı  oxuyanda,  doğrusu,  çox  həyəcanlandım. 

Düşündüm  ki,  Milli  Şura  nə  üçün  öz  millətinin,  öz  xalqının  aqibətinə,  taleyinə  bu  qədər  biganə  qalıb? 

Qərarı  oxuyandan  sonra  bir  daha  qəti  fikrə  gəldim  ki,  bu  faciəyə,  bu  hadisəyə  niyə  indiyə  qədər  siyasi 

qiymət verilməyib... Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına bəlkə də 20 

Yanvar  1990-cı  ildə  olan  faciə  kimi  böyük  xəyanətdir.  İki  il  keçəndən  sonra  deputat-istintaq 

komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın 

işinin qənaətbəxş hesab edilməsi, yenə də deyirəm, xəyanətdir". 

20  Yanvar  hadisələrinin  əsl  mahiyyəti  də  məhz  böyük  strateqin    təşəbbüsü  və  bilavasitə  iştirakı  ilə 

açıqlandı.  1994-cü  il  martın  29-da  "1990-cı  il  yanvarın  20-də  Bakıda  törədilmiş  faciəli  hadisələr 

haqqında"  adlı  xüsusi  qərar  qəbul  edildi.  Beləliklə,  Heydər  Əliyevin  təkidi  və  rəhbərliyi  sayəsində 

xalqımıza  qarşı  törədilən  bu  qanlı  və  qəddar  aksiyaya  siyasi-hüquqi  qiymət  verildi.  Ümummilli  liderin 

2000-ci  ildə,  20  Yanvar  faciəsinin  10-cu  ildönümü  haqqında  imzaladığı  fərmanda  deyilirdi  ki,  XX  əsr 

tarixində  totalitarizmin  törətdiyi  ən  qanlı  terror  aktlarından  biri  olan  20  Yanvar  faciəsində  Azərbaycan 

xalqına  qarşı  işlədilmiş  cinayət,  əslində,  bəşəriyyətə,  humanizmə,  insanlığa  qarşı  həyata  keçirilmiş 

dəhşətli  bir  əməldir.  Xalqımız  əmindir  ki,  müqəssirlər  tarix,  bəşəriyyət,  eləcə  də  Azərbaycan  xalqı 

qarşısında cavab verməli olacaqlar. 

20 Yanvar hadisələrində müəyyən qurbanlar verilsə də, həmin faciəli günlər inam və sınaq günü kimi 

də  yadda qaldı.  Qəhrəman  xalq  həmin  gün  özünün  azad  və  müstəqil  yaşamağa  layiq  olduğunu  bir  daha 

sübut etdi. 

Ulu  öndər  Heydər  Əliyev  20  Yanvar  faciəsinin  bütün  dünyada  tanıdılması,  şəhidlərin  xatirəsinin 

əbədiləşdirilməsinə  hər  zaman  diqqətlə  yanaşdı.  Elə  bu  məqsədlə  Şəhidlər  xiyabanında  Azərbaycanın 

azadlığı uğrunda şəhid olanların  xatirəsinə  ucaldılmış  "Əbədi  məşəl"  abidə  kompleksi  də  məhz  Heydər 

Əliyevin təşəbbüsü ilə inşa olundu. Ulu öndər bu abidənin ucaldılmasını şəhidlərin qarşısında Azərbaycan 

xalqının müqəddəs və mənəvi borcunun yerinə yetirilməsi kimi dəyərləndirirdi. 1998-ci ilin oktyabrında 

abidənin  açılışında  Heydər  Əliyev  dedi:  "Mən  çox  məmnunam  ki,  ötən  illərdə  şəhidlərin  xatirəsini 

əbədiləşdirmək üçün və onların qəhrəmanlıq nümunələrini Azərbaycanda təbliğ etmək üçün, gənc nəslə, 

yeni-yeni nəsillərə çatdırmaq üçün bütün işləri görmüşük və bundan sonra da görəcəyik". 

Ölkə  rəhbəri  tərəfindən  20  Yanvar  şəhidlərinin  xatirəsi  daim  əziz  tutulmuş,  onların  adlarının 

əbədiləşdirilməsi  məqsədilə  bir  sıra  sərəncamlar  imzalanmışdır.  2000-ci  il  17  yanvar  tarixli  fərmana 



əsasən  20  Yanvar  təcavüzü  zamanı  yüksək  vətəndaşlıq  nümunəsi  göstərərək  həlak  olmuş  Azərbaycan 

Respublikası  vətəndaşlarına  "20  Yanvar  şəhidi"  fəxri  adı  verilmişdir.  "1990-cı  il  20  Yanvar  hadisələri 

zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" 2003-cü 15 yanvar tarixli sərəncamla 

əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılmışdır. 

Prezident  İlham  Əliyev  də  bu  ənənəyə  sadiq  qalaraq  Vətənin  azadlığı  uğrunda  canından  keçmiş 

şəhidlərin  xatirəsinin  əbədiləşdirilməsi,  onların  ailələrinin  sosial  vəziyyətinin  yaxşılaşdırılması  üçün 

bütün  zəruri  tədbirləri  həyata  keçirir.  Dövlət  başçısının  "20  Yanvar  şəhidinin  ailəsi  üçün  Azərbaycan 

Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 19 yanvar 2006-cı il tarixli fərmanı bu 

baxımdan  müstəsna  əhəmiyyətə  malikdir.  Bundan  başqa,  dövlət  başçısı  hər  il  Azərbaycanın  azadlığı, 

müstəqilliyi  və  ərazi  bütövlüyü  uğrunda  həlak  olmuş  şəhidlərin  xatirəsinin  dövlət  səviyyəsində  böyük 

ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul edir. 

20  Yanvar  tarixi  xalqımızın  qan  yaddaşı  kimi  bu  gün  respublikada  böyük  ehtiramla  anılır.  Orta 

ümumtəhsil məktəblərinin şagirdlərinə, ali məktəb tələbələrinə hadisənin baş vermə səbəbləri, mahiyyəti 

geniş  izah  edilir,  bütün  bunlar  da  gənc  nəslin  vətənpərvərlik  ruhunda  tərbiyəsinə  müsbət  təsir  göstərir. 

Bütövlükdə Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canını fəda etmiş  vətəndaşları ilə 

fəxr edir, onların xatirəsini əziz tutur. 

  

İradə ƏLİYEVA. 

  

 

 

 

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə