Beşikdən qəbir evinə qədər öyrənin

Yüklə 5,95 Mb.
tarix29.04.2022
ölçüsü5,95 Mb.
#86121
öyrənmə metodları

İstəsəkdə istəməsəkdə hər gün nələrisə öyrənirik. “Beşikdən qəbir evinə qədər öyrənin” deyib Məhəmməd Peyğəmbər (s). Həmin cümləyə sadiq qalaraq hər gün nəsə öyrənməliyik, çünki ancaq bu şəkildə inkişaf edə bilərik. Abituriyentlər universitətə qəbul imtahanına, tələbələr sessiya imtahanlarına, xaricdə təhsil almaq istəyən gənclər isə universitetlərin tələb etdiyi imtahanlara hazırlaşırlar.

Hansı imtahana hazırlaşmağınızdan asılı olmayaraq, imtahanlarda uğurlu olmaq və istədiyiniz nəticəni əldə etmək üçün düzgün şəkildə öyrənməlisiniz. Düzgün şəkildə öyrənərkən siz imtahanlara daha effektiv hazırlaşacaq və öyrənmə müddəti ərzində yorulmadan və motivasiyanızı qoruyaraq, hətta özünüzə istirahət verərək çalışacaqsınız. Bəs imtahanlara çalışarkən necə daha effektiv və təsirli öyrənmək olar? Effektiv öyrənmək üçün nə etməli? Öyrənmə texnikalarından istifadə etməlisiniz!

Həmin Öyrənmə Texnikaları Hansılardır?

1.Pomodoro Texnikası. Pomodoro öyrənmə texnikaları arasında tələbələr və abituriyentlər arasında ən çox bilinən və tanınan texnikadır. Pomodoro texnikası 1992-ci ildə italyan Fransesco Cirillo tərəfindən kəşf edilmişdir. Fransesco texnikadan istifadə edərkən qarşısında pomidora oxşayan mətbəx taymerindən istifadə etdiyindən dolayı texnikanın adı pomidor olaraq qalmışıdr.) Texnikanın mahiyyəti ondan ibarətdir ki, siz hazırlaşmaq və öyrənmək istədiyiniz mövzunu seçərək 25 dəqiqə həmin mövzu üzərində çalışmalı və öyrənməlisiniz. 25 dəqiqəni bitirdikdən sonra 5 dəqiqə ara verib istirahət edə bilirsiniz. 25 dəqiqə öyrən və 5 dəqiqə istirahət et! Bu texnika dərs çalışarkən diqqəti tez-tez dağılan və öyrənməkdən sıxılan tələbə və abituriyentlərin çox sevəcəyi və effektivlik əldə edə biləcəyi metoddur. Telefonuza Pomodoro proqramını yükləyərək 8 seansa qədər çalışa bilərsiniz və 4-cü seansda isə 20 dəqiqəlik istirahət haqqınız olur! 

2.Feynman TexnikasıNobel mükafatı qazanmış fizika alimi Richard Feynmanın hələ tələbəlik illərində hazırlamış olduğu öyrənmə texnikası 4 addımdan ibarətdir: 1.Öyrənmək istədiyiniz bir mövzunu seçin və çalışmağa başlayın. Öyrəndiklərinizi dəftərinizə qeyd edin. 2.Çalışdığınız mövzunu sanki başqalarına başa salacaqmış kimi mümkün olacağı təqdir bəsit şəkildə izah etməyə başlayın. 3.İzah edərkən fərqinə varacaqsınız ki, yaxşı bilmədiyiniz yerlər var. Həmin yerləri doldurmaq üçün kitablarınıza qayıdın. 4.Öyrəndiyiniz mövzunu oxşarlıqları ilə izah etməyə çalışın. 4 addımdan ibarət olan Feynman texnikası sizin effektiv və dərin öyrənmənizdə əvvəzsiz olacaqdır. Çünki texnikanın məqsədi öyrədərək öyrənməkdən ibarətdir, yəni bir müəllim şəklində öyrənmək və öyrətmək!

3.Aralıqlı Öyrənmə TexnikasıXüsusilədə əzbərləməli olduğunuz mövzu və düsturlarda effektiv olacaq texnikadır. Aralıq Öyrənmə Texnikası ilə siz əzbərləməli olduğunuz mövzunu ilk səfərində çox yaxşı şəkildə öyrənin. Daha sonra 2 gün ara verin. Ara vermə müddətiniz bitdikdən sonra 2 gün sonra yenidən öyrənin və bu təkrarı əzbərləməli olduğunuz mövzunu əzbərləyənə qədər davam etdirin. Bu şəkildə siz beyninizə bu dərsi və ya düsturu unutmama siqnalı vermiş olursunuz. Bu sayədə imtahanlarda unutmamalı olduğunuz düsturları əzbər şəkildə yazırsınız.

4. Çətin ilə Başlama TexnikasıSizə çətin gəldiyini düşündüyünüz bir mövzu ilə başlayın. Cəsarətli olun və qorxmayın, çətin olduğunu düşündüyünüz riyaziyyat məsələlərini edin. Fizika və Kimya məsələrini açın və işləyin! Həvəsli və edə biləcəyinizə inanaraq başlayın, çünki ancaq bu inam və həvəslə bacaracaqsınız. Təbriklər artıq etdiniz! Bu həvəs və özünüzə inamla artıq digər çətin olduğunu düşündüyünüz məsələləri çox asan rahat bir şəkildə edəcəksiniz.

Artıq öyrənmə texnikaları ilə tanış oldunuz, sizə uyğun olan və sevdiyiniz bir texnika ilə öyrənməyə başlayın. Uğur qazanana və hazırlaşdığınız imtahandan istədiyiniz nəticəni əldə edənə qədər öyrənmə prosesini davam etdirin. Yekun olaraq ise sizlərə öyrənmə müddətiniz ərzində müvəffəqiyyətlər və uğurlar arzu edirəm!

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə